Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə17/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
53 
prezidentləri  də  həmiĢə  gizli  Ģəkildə  satanizmi  müdafiə 
etmiĢlər. Lakin Reyqandan baĢlayaraq bu müdafiə açıq Ģəkildə 
həyata  keçirilməyə  baĢladı.  1987-ci  ildə  Reyqan  açıq  Ģəkildə 
“müasir  Amerika  həyatında  satanizmin  mühüm  rolunu”  etiraf 
etdi  və  seçicilərin  bir  hissəsinin  maraqlarının  nəzərə 
alınmasının  vacibliyini  qeyd  etdi.  Reyqan  administrasiyası 
satanistlərin  hüquqlarını  geniĢləndirmək  üçün  bir  sıra  qərarlar 
qəbul etdi: dövlət xidmətinə, o cümlədən hökumətdə vəzifələrə 
təyin  olunanda  satanistlərin  hüquqlarının  pozulmasına  yol 
verməmək;  “məĢhur  amerikalı  qabaqgörənləri,  bəsirətli 
adamları,  okkulistləri  və  nekromantları”  məsləhətçi  kimi 
prezident  və  hökumət  orqanlarına  iĢə  cəlb  etmək,  satanistlərin 
heysiyyatına toxuna biləcək hər hansı sözün və ifadənin dövlət 
sənədlərində və materiallarında getməsinə yol verməmək. 
 Satanizm  tədqiqatçısı S.Brenanın  məlumatlarına  görə ABġ-da 
100  minə  qədər  satanisti,  iblisə  sitayiĢ  edənləri  birləĢdirən 
təqribən  səkkiz  min  satanist  “qurumu”  var.  Amerika 
satanistlərinin 
təĢkilatlarının 
Qərbi 
Avropanın, 
Latın 
Amerikasının  bir  çox  ölkələrində,  o  cümlədən  Kanadada, 
Avstraliyada,  Yeni  Zelandiyada  və  Rusiyada  filialları  var. 
Satanizm  amerikalı  gənclərin  həyatına  möhkəm  daxil 
olmuĢdur. ABġ məhkəmələrində müntəzəm olaraq satanizm və 
ritual ölüm hadisələri ilə bağlı proseslər  gedir- burada ittiham 
olunanlar gənc satanistlərdir. Cavan adamların əksəriyyəti üçün 
satanizmə  daxil  olmaq  “Helluin”  bayramıdır.  Heç  təsadüfi 
deyildir  ki,  Amerika  satana  kilsəsi  bu  günü  açıq  Ģəkildə  öz 
bayramları  elan  etmiĢlər-  bu  gün  Ģeytanın  varlığını  göstərmək 
üçün istifadə olunmalıdır. Əksər satana sektalarında rok musiqi 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
54 
(xüsusən  “ağır  rok”)  Ģeytana  pərəstiĢ  ritualına  giriĢ  kimi 
istifadə olunur.  
 Ən  yeni  satanist  əlamətlər  yalnız  Amerika  hökumətində  yox, 
həm  də  iri  korporasiyalara  da  toxunmuĢdur.  1990-cı  il  martın 
1-də amerikalı teleaparıcı Fila Donaxyunun Ģoularından birində 
“Prokter  end  Qembl”  korporasiyasının  rəhbərləri  çıxıĢ  etdilər. 
Onlar  televiziya  tamaĢaçılarına  bəyan  etdilər  ki,  satanist 
kilsəsinin  davamçılarıdırlar  və  bu  kilsəni  saxlamaq  üçün 
gəlirlərinin 
bir 
hissəsini 
onun  hesabına  köçürürlər. 
Donaxyunun  onlara  “bu  etirafla  öz  biznesinizə  ziyan 
vuracağınızdan qorxmursunuz?” sualına korporasiya rəhbərləri 
olan  satanistlər  belə  cavab  verdilər:  “Amerika  BirləĢmiĢ 
ġtatlarında  bizə  ziyan  vuracaq  qədər  xristian  yoxdur”.  Bu 
çıxıĢdan  sonra  ABġ-da  etiraz  aksiyaları  və  satanist 
korporasiyalarının  mallarını  almamaq,  malları  boykot  etmək 
üçün  imzalar  toplanmağa  baĢladı.  Lakin  Amerika  hökuməti 
dərhal  satanistlərin  müdafiəsinə  qalxdı  və  imza  toplayanlara 
baĢa  saldılar  ki,  bu  yolla  onlar  dini  azlıqların  hüquqlarını 
pozurlar. Satanistlər haqqında nə isə oxuyanda adama elə gəlir 
ki,  hansısa  dəliliyin  gələcəyi  haqqında  -qorxulu  filmlərdə 
olduğu kimi- əsər oxuyursan. Müəllif heç vaxt olması mümkün 
olmayan  hansısa  hadisəni  təxəyyülünün  məhsulu  kimi  ortaya 
qoyur.  Əslində  isə  bu  gələcək  dəlixana  ilə  bağlı  sayıqlamalar 
olmayıb bu günümüzün reallığıdır.  
 Əksər  müasir  fimlərdə  üç  növ  personajlar  çıxıĢ  edir: 
biznesmenlər,  onların  ovuna  çıxan  quldurlar,  onlara  xidmət 
edən  fahiĢələr.  Doğrudur  elə  filmlər  var  ki  orada  yalnız 
biznesmenlər  və  onların  ailə  üzvləri  görünür  (məsələn, 
Meksika  serialları  belə  olur).  Elə  filmlər  də  var  ki  orada 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
55 
qəhrəmanlar  ya quldurlar,  ya da fahiĢələr olur. Elə  filmlərə də 
rast gəlmək olur ki əsas rol sadə sürücüyə və  ya polisə ayrılır, 
bununla  belə  bütün  ekran  boyu  onlar  biznesmenlərlə, 
quldurlarla, 
fahiĢələrlə  ünsiyyətdə  olurlar-  bəzən  elə 
personajlarla əlaqədə olurlar ki yaxĢı olaydı film biznesmenlərə 
həsr  olunaydı.  Bu  bizi  əhatə  edən  gerçəkliyi  əks  etdirir. 
Zəmanəmizin  qəhrəmanları  bunlardır:  quldur,  soyğunçu, 
fahiĢə,  killer  və  ya  fırıldaqçı-  böyük  pressanın,  kitabların, 
filmlərin,  televiziya  veriliĢlərinin  “dəbdə  olan”  qəhrəmanları 
bunlardır  və  bu  cür  vəziyyət  təkcə  ABġ-ın  real  həyat  tərzi 
deyildir.  
 Son  zamanlar  adamlar  sürətlə  dəyiĢirlər  -adamları  məhz  pis 
modelə  çevirmək  istəyirlər-  ondan  pataloji  qəddar  adam 
yaradırlar. Amerika məktəblərində yeniyetmələrin bir-birini və 
müəllimləri  odlu  silahla  öldürmələri  ilə  çoxdan  heç  kimi 
təəccübləndirmək  olmur-  indi  uĢaqlar  artıq  uĢaq  bağçasında 
qatilə çevrilirlər. Ən qanlı tarix 1999-cu il aprelində Ziffitonda 
məktəblilərin  qətlə  yetirilməsi  olmuĢdur.  Həmin  vaxt  iki 
yeniyetmə  avtomat  silahdan  atəĢ  açaraq  məktəbliləri  qətlə 
yetirmiĢlər- 15 nəfər ölmüĢ, 23 nəfər isə yaralanmıĢdır. 
 ABġ-da  ən  gənc  qatil  Maunt-Morrisdən  olan  birinci  sinif 
Ģagirdi  olmuĢdur-  2000-ci  il  fevralın  29-da  pistoletdən  açılan 
atəĢlə sinif yoldaĢlarını qətlə yetirmiĢdir. 
 Bu cür hadisələr hər il baĢ verir- o artıq ənənə halını almıĢdır. 
Əgər  1995-ci  ildə  bu  cür  hadisə  bir  dəfə  qeydə  alınmıĢdırsa, 
2005-ci  ildə  artıq  üç  belə  hadisə  törədilmiĢdir.  Ġllər  keçir, 
rəqəm  göstəriciləri  durmadan  artır-  lazımi  təĢkilatlar  bunların 
qarĢısını  almaq  əvəzinə  statistika  ilə  məĢğul  olmağa  üstünlük 
verirlər.  2006-cı  ildə  bir  neçə  həftə  ərzində  Amerika 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə