Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə22/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   18   19   20   21   22   23   24   25   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

64 


Bu yol, doğrudan da, iyrənc və qorxuducu idi. Özünü bu qayaların arasından keçməyə 

məcbur etmək, bu soyuq bulaqların üzərindən adlamaq, uçurumun sıldırımlı kənarları 

boyunca zülmət içərisində irəliləmək əzablı və qorxunc idi! 

 

- Dəhşətli yoldur – mən titrəyərək pıçıldadım. 



 

İçimdə sönməkdə olan bir şölə ilə qeyri-mümkün, çılğın bir ümid parlayırdı. Ümid 

edirdim ki, hələ geri qayıtmaq mümkündür, bələdçini yola gətirmək olacaq, o, bizim 

ikimizi də bu cür ağır sınaqdan qorumaq istəyəcək. Hə, niyə də olmasın ki? Məgər bizim 

gəldiyimiz, tərk etdiyimiz yer burdan min dəfə daha gözəl deyildimi? Məgər orda həyat 

sevgi üçün qapılarını taybatay açmış isti, qayğıkeş axınla nəfəs almırdımı? Və məgər mən 

bir damla xoşbəxtliyə, bir tikə günəşə, səmanın maviliyi və otların çiçəklənməsi ilə işıq 

saçan gözlərə haqqı çatan qısa ömürlü, yüngül bir varlıq, bir insan deyildimmi? 

 

Yox, mən qalmaq istəyirdim. Mənim özümü qəhrəman və əzabkeş kimi aparmağa zərrə 



qədər arzum yox idi. Əgər vadidə, günəşin işıq saçdığı yerdə qala bilsəm, həyatımı 

rahatlıq və məmnunluq içərisində keçirəcəkdim. 

 

Mən artıq titrəməyə başlamışdım; bu yerdə çox qalmaq olmazdı. 



- Sən donmusan – bələdçi dedi – yola düzəlsək yaxşı olar. 

 

Bu sözlərlə o qalxdı, bir anda dikəldi və təbəssümlə mənə baxdı. Bu təbəssümdə nə 



istehza, nə də şəfqət, nə ciddilik, nə də mərhəmət yox idi. Təbəssümdə heç nə yox idi, 

anlayışdan başqa, bilikdən başqa. Bu təbəssüm  deyirdi: "Mən səni tanıyıram. Sənin 

qorxularını bilirəm və əlbəttə ki, sənin dünən və srağagün dediyin yüksək sözləri 

unutmamışam. Sənin qəlbinin qorxu və ümidsizlik içində qaçmağa çalışmasını, sənin 

orda, vadidə cəlbedici günəş şüaları ilə oyunlarını mən bilirəm – bütün bunlar sənin 

düşünməyə başlamandan daha öncə mənə məlum olur.‖ 

 

Bu cür təbəssümlə baxırdı mənə bələdçi. Sonra o, qayalı və qaranlıq dərəyə doğru ilk 



addımını atdı və mən həmin an ona ölümə məhkum olunmuş cani boynu üzərində 

dayanmış baltanı sevdiyi və nifrət etdiyi kimi nifrət və sevgi hiss etdim. Amma hər 

şeydən çox onun məni aparmasına, haqqımda hər şeyi bilməsinə görə nifrət edirdim

onun soyuqluğuna, zəifliklərinin olmamasına xor baxırdım, özümdə onun haqlı olduğunu 

etiraf etməyə vadar edən, ona haqq qazandıran, ona bənzəyən, onun ardınca getmək 

istəyən hər şeyə nifrət hiss edirdim. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

65 


O, daşların üzəri ilə, qara bulağın kənarları boyunca xeyli irəli getmişdi və bulağın 

dirsəyindəki qayanın arxasında yoxa çıxmaq üzrə idi. 

 

- Dayan! – qışqırdım mən. Qəlbimə qorxu o dərəcədə hakim olmuşdu ki, ağlımda həmin 



an "Bu, yuxu olsaydı, mənim dəhşətim çoxdan onun dəmir qandallarını qırıb məni azad 

etmişdi və mən oyanmışdım‖ fikri doğdu. – Dayan! – qışqırdım mən – Mən bacarmaram, 

mən hələ hazır deyiləm. 

Bələdçi dayandı və başım üzərindən harasa yuxarıya baxdı. Məzəmmətsiz, lakin o 

dəhşətli anlayış, dözülməz məlumatlılıq və bəsirət dolu baxışı ilə, hər şeyi əvvəlcədən 

bilən gözləri ilə baxdı. 

- Bəlkə geri qayıdaq? – o soruşdu və o, sözünü heç bitirməmişdi ki, mən iradəm xaricində 

"yox‖ deyəcəyimi, "yox‖ deməli olduğumu anlamağa başladım. Və həmin an bütün 

keçmiş, adət etdiyim, ürəyimə yaxın olan və sevdiyim şeylər var qüvvəsi ilə etiraz etdi: 

""Hə‖ de, "hə‖ de!‖ – və bütün doğma aləm bir yük olub çiyinlərimdən asıldı. 

 

Mən "hə‖ deyə bağırmaq istəyirdim, halbuki bilirdim, dəqiq bilirdim ki, 



bacarmayacağam. 

O an bələdçi əlini qaldırdı və vadini göstərdi. Və mən bir daha sevdiyim, ürəyimə yaxın 

olan yerlərə nəzər saldım. Və həmin an mən təsəvvür edə biləcəyim ən dəhşətli 

mənzərəni gördüm: mən gördüm ki, sevimli və sevgili çəmənlər və vadi ağ və zəif 

günəşin sönük və sevincsiz şüalarına qərq olub; qışqıran və qeyri-təbii rənglər bir-birinə 

heç cür uyğun gəlmir; kölgələr tüstü qədər qaradır və əvvəlki kimi əsrarəngiz cazibəsi ilə 

ağuşuna çağırmır – bu dünyada həyat qalmamışdı, o öz cazibə və gözəlliyindən məhrum 

olmuşdu – hər yerdən bezdiyimiz, çiyrəndiyimiz keçmiş gözəlliyin qoxusu və dadı 

gəlirdi. Bütün bunlar mənə tanış idi – mən bələdçinin xoş və sevimli olanı 

dəyərsizləşdirmək, şirəsini çıxarmaq, həyat enerjisindən məhrum etmək, qoxuları 

korlamaq, rəngləri sakitcə ləkələmək kimi dəhşətli xasiyyətini tanıyırdım! Eh, mən yaxşı 

bilirdim: hələ dünən şərab olan, bundan belə sirkəyə çevriləcəkdi. Sirkə isə heç bir zaman 

şəraba çevrilmir. Heç vaxt. 

 

Mən susur və qəlbimdə kədərlə bələdçinin ardınca getməyə davam edirdim. Axı o haqlı 



idi, həmişəki kimi haqlı idi. Yaxşı ki, mən onu görə bilirəm, yaxşı ki, ən azından, o, adi 

vaxtlarda olduğu kimi həlledici anda yoxa çıxıb məni sinəmdən səslənən o yad səslə, 

müraciət etdiyi, danışdığı o səslə tək qoymaq əvəzinə yanımda qalır. 

 

Mən susurdum, lakin qəlbim durmadan yalvarırdı: "Bircə getmə, bircə məni tək qoyma, 



mən ki sənin ardınca gəlirəm!‖ 

 

Bulağın içindəki daşlar dəhşətli dərəcədə sürüşkən idilər, hər dəfə göz önündə kiçilən və 



ayaqlarının altından sürüşən daşların yaş və dar səthinə ayaq basaraq, daşların üzərindən 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə