Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə23/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   19   20   21   22   23   24   25   26   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

66 


atlayaraq hərəkət etmək yorucu və cansıxıcı idi. Üstəlik, cığır getdikcə daha çox 

sıldırımlı olur və qorxunc qayalı divarlar daha yaxına – üzərimizə gəlir, döngələr isə 

geriyə qayıtmaq üçün yolumuzu kəsirlərmiş kimi bizi daşların əsirinə alırdı. Ziyilli, 

sarımtıl qayaların üzərində qatı, seliyə bənzəyən su damlaları axırdı. Başımız üzərində nə 

səmanın maviliyi, nə də buludlar görünürdü. 

 

Mən hey gedir, gedirdim. Mən bələdçinin ardınca gedir, ətrafa qorxu və nifrətdən 



gözlərimi qıyaraq baxırdım. Budur – yolun üzərində qara bir çiçək, məxmər qaranlıq, 

kədərli bir baxış var. O, çox gözəl idi və mənə gizlicə nəsə pıçıldayırdı, lakin bələdçi 

addımlarını yeyinlətdi və mən hiss etdim ki, bir anlıq belə olsa dayansam, bir anlıq belə 

mənim baxışlarım bu kədərli məxmərə dikilsə, onda qüssə və ümidsiz kədər ağır yük 

kimi ürəyimdən asılacaq, dözülməz olacaq və qəlbim əbədiyyətə qədər dəlilik və  

mənasızlıq uçurumunun əsiri olacaq. 

 

Islanmış və çirkli olan mən irəli doğru sürünürdüm və yaş divarlar başımız üzərində 



birləşərək bizi qaranlığa həbs edəndə bələdçi öz təsəlli nəğməsini oxumağa başladı. O, 

cingiltili və möhkəm səsi ilə addımlarının ritmində oxuyurdu: "Mən istəyirəm, mən 

istəyirəm, mən istəyirəm!‖ Mən bilirdim ki, o, məni ruhlandırmaq və tələsdirmək istəyir, 

məni bu cəhənnəm əzabının iyrənc bitməzliyindən və ümidsizliyindən uzaq tutmağa 

çalışır. Mən bilirdim ki, o, mənim bu qəmgin nəğməni təkrar edəcəyimi gözləyir. Lakin 

mən oxumaq istəmirdim, ona bu qələbəni hədiyə etmək istəmirdim. Məgər mənim nəğmə 

oxuyacaq halım var idi? Axı mən sadəcə insan idim, mən iradəsi xaricində Tanrının 

ondan tələb etməyə haqqı olmadığı işlər və qəhrəmanlıqları görməyə sürüklənmiş yazıq 

və sadə məxluq idim! Məgər bulaq sahilindəki hər qərənfilə, hər yaddaş çiçəyinə 

taleyində yazıldığı kimi bitdiyi yerdə qalmaq, çiçəkləmək və solmaq ixtiyarı 

verilməmişdimi? 

 

"Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm‖ – bələdçi inadla oxuyurdu. Ah, kaş ki, 



mən geri qayıda bilsəydim! Lakin bələdçinin möcüzəvi yardımı ilə mən artıq elə 

divarlara dırmanmış, elə dibsiz uçurumlarım üzərindən atlamışdım ki, geri qayıtmaq 

qeyri-mümkün idi. Hönkürtülər məni boğurdu, boğazımdakı qəhər nəfəs almağa 

qoymurdu, amma ağlamaq olmazdı, nə olur-olsun, bircə ağlamaq yox. Və onda mən 

bələdçinin nəğməsini hündürdən oxumağa başladım, mən eyni havanı, eyni ritmdə 

oxuyurdum, lakin sözlər başqa idi. Mən təkrar edirdim: "Mən bacarmalıyam, mən 

bacarmalıyam, mən bacarmalıyam!‖ Lakin yuxarı dırmaşaraq oxumaq olduqca çətin idin

tezliklə təngnəfəs oldum və öskürərək səsimi kəsdim. O isə yorulmadan təkrar etməyə 

davam edirdi: "Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm‖ – və tədricən mənə üstün 

gəldi. Mən onun sözlərini təkrar edərək onunla səs-səsə verib oxudum. Indi yuxarı 

dırmaşmaq çox daha asan olmuşdu, əslində "istəyirəm‖ nəğməsi artıq nəfəs almağa mane 

olmur, yorğunluq gətirmirdi. 

 

Bu nəğmə sanki qəlbimə işıq saçdı və qəlbimdə işıq zülmətə qalib gəldiyi an hamar 



divarlar bizə yol verirlərmiş kimi geri çəkildilər, daha quru, daha xeyirxah oldular, 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

67 


başımız üzərində isə mavi bir bulaq kimi daş sahillər arasından axan  və getdikcə daha da 

aydınlaşan mavi səma görünürdü, tezliklə bu bulaq gözümüzün önündə artan və 

genişlənən kiçicik bir mavi gölə çevrildi. 

 

Mən daha çox istəməyə cəhd edirdim, mən öz istəyimə daha çox şövq qatmağa çalışırdım 



– və mavi göl böyüməyə davam edir, cığırlar daha geniş və daha hamar olur və bəzən 

mən uzun müddət asanlıqla və heç bir güc sərf etmədən bələdçi ilə ayaqlaşa bilirdim. Və 

qəflətən tamam yaxınlıqda, başımız üzərində mən bir zirvə gördüm, onun dik yamacları 

qızmar havada par-par parıldayırdı. 

Lap zirvənin ətəyində biz dar dərədən çıxdıq, parlaq günəş şüaları gözlərimi qamaşdırdı, 

gözlərimi yenidən açdıqda isə qorxudan dizlərim titrədi: sən demə, mən heç nə olmamış 

kimi, heç bir dayaq olmadan sıldırımlı qayanın tam kənarında dayanmışam: ətrafda 

ucsuz-bucaqsız səma görünür və qarşımda yalnız şiş uclu zirvə və ona gedən yol dar 

kəndir pilləkən tək uzanır. Lakin günəş yenə işıq saçırdı, səma yenə parlayırdı və biz 

həqiqətən bu son təhlükəli hündürlüyə dırmanırdıq – kiçicik addımlarla, qorxumuza var 

qüvvəmizlə qalib gələrək, gözlərimizi bu əlçatmaz zirvədən ayırmayaraq. Və budur biz 

ən yuxarıda – dar daş meydançada düşməncəsinə quru, ciddi və seyrək hava ilə nəfəs 

alaraq dayanmışıq. 

 

Qəribə bir dağ, qəribə bir zirvə idi can atdığımız! Uzun müddət çılpaq, qayalı divarların 



üzəri ilə sürünərək dırmandığımız bu zirvədə daşdan üzərində bir neçə qısa və qeyri-adi 

budaqları olan kiçicik bir ağac bitmişdi. Bu qeyri-adi tənha ağac bərk-bərk qayadan 

yapışaraq, qayaya  qovuşaraq dayanmışdı və onun budaqları arasından soyuq, mavi səma 

görünürdü. Ağacın tam başında isə qapqara bir quş oturmuş, qorxunc nəğməsini 

oxuyurdu. 

 

Qarşımda bir anlıq rahatlığın sakit görüntüsü vardı: günəş işıq saçır, qayalar istidən 



yanıb-yaxılır, ağac göylərə yüksəlir və quş hiddətlə oxuyur. O, durmadan təkrar edirdi: 

"Əbədiyət! Əbədiyyət!‖ Qara quş oxuyur və durmadan qara bülluru andıran parlaq ciddi 

gözləri ilə bizə baxırdı. Onun baxışlarına tab gətirmək çətin idi, nəğməsini dinləmək çətin 

idi, lakin bunlardan daha dəhşətlisi bu yerin tənhalıq və boşluğu, təmiz səmanın ucsuz-

bucaqsız, başgicəlləndirici ənginliyi idi. 

 

Burada, bu yerdə ölmək təsəvvürə belə gətirilə bilməyəcək səadətə bənzəyirdi; bu yerdə 



qalmaq dillə ifadə edilə bilinməyəcək əzab idi. Nə isə baş verməli idi bu an, yoxsa biz və 

bütün aləm - ətrafda olan hər şey dəhşətli iztirabdan daşa çevriləcəkdi. Mən fırtınadan 

əvvəlki mehi hiss edirmişəm kimi baş verməkdə olanın boğucu və ağır nəfəsini hiss 

etdim. Mən onun dözülməz bir hərarətlə ruhuma və canıma işlədiyini duydum. O, 

başımızın üstünü alırdı, o, artıq yaxında idi, o, artıq çatmışdı. 

 

... Bircə anın içində quş ağacdan ayrılaraq bir daş kimi fəzaya atıldı. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə