Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə30/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   26   27   28   29   30   31   32   33   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

85 


də çəkdiyi zəhmətin mükafatı kimi, Kollec Stritdəki şöbəyə müdir təyin edibmiş. O da 

sevincək evə dönərkən, yolda bir cüt əlüzyuyan alıbmış. 

  

Dalal xanım: 



  

- Bu ikiotaqlı mənzildə bir cüt əlüzyuyan nəyə gərək idi? – deyə soruşdu. 

  

Onsuz da dama sərdiyi limon qabıqlarının yağışda islanması qanını yamanca qaraltmışdı. 



  

- Bənzər şeyə harada rastlanar görəsən? Hələ də qaz sobasında yemək bişirməyə 

məcburam, evə telefon çəkdirmirsən, hələ evlənərkən söz verdiyin soyuducunu da 

almamısan. Yoxsa elə bilirsən bir cüt əlüzyuyan bütün bunları mənə unutduracaq?! 

  

Poçt qutularının yanından da eşidiləcək qədər hay-küyə səbəb olan bu dilləşmə hava 



qaralana və təkrar yağış çisələyənə qədər uzandı, getdi. Ərlə arvad necə uca səslə 

dilləşirdisə, bu, həmin gün üst mərtəbələrdən aşağıya doğru pilləkənləri ikinci dəfə 

süpürən Buri Manın da diqqətini çəkmişdi. Buna görə də o, nə həmin günün 

başağrısından şikayətləndi, nə də keçmiş əyyamların tərifini göylərə qaldırdı, eləcə gedib, 

qəzetlərdən düzəltdiyi yatağında həmin gecəni birtəhər yola verdi. 

  

Səhəri gün fəhlələr əlüzyuyanı yerinə taxmağa gələndə də cənab və xanım Dalalların 



dava-şavası təxminən elə eyni şiddətlə sürməkdəydi. 

  

Dilləşmə ilə müşayiət olunan gecənin sabahı cənab Dalal aldığı əlüzyuyanlardan birini öz 



mənzilinə, digərini isə birinci mərtəbədəki pilləkən qəfəsinə quraşdırmaq qərarına 

gəlmişdi. O, qapı-qapı dolaşıb, həmin əlüzyuyandan hamının yararlana biləcəyini izah 

elədi, çünki bina sakinləri illər uzunu dişlərini stəkanlarda götürdükləri su ilə fırçalamağa 

adət etmişdilər. 

  

Bu vaxt Dalal xanımı fikir götürmüşdü. Girişdə qoyulacaq o əlüzyuyanın binaya gəlib-



gedən kənar adamların da diqqətini çəkəcəyi şübhəsiz idi. Artıq əri müdir vəzifəsinə 

keçmişdi, ancaq o cür vəzifə sahibinin belə bir binada yaşadığına görəsən kim inanardı? 

  

Fəhlələr saatlarca əlləşib-vuruşdular, üst və alt mərtəbələrə qalxıb-endilər, pilləkən 



məhəccərinin yanında çömbələrək, gündüz yeməklərini yedilər. Çığır-bağırla işlədilər, 

söyüşdülər, dilləşdilər, tərlərini boyunlarına atdıqları tənziflə sildilər. Qopan bu hay-küy 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

86 


üzündən Buri Ma həmin gün pilləkəni heç süpürə bilmədi, vaxt ötsün deyə, dama qalxdı, 

oradakı məhəccərlər boyu yeridi, çevrədəki mənzərələri süzdü. Qəzetlərin üstündə 

yatmaqdan yanbızları ağrıyırdı. Yorğanından kəsdiyi uzun əskilərlə yaxın günlərdə 

məhəccər başlıqlarını silib-parlatmağa qərarlıydı. Axşam düşəndə binanın bütün sakinləri 

görülən işlərlə tanışlıq məqsədiylə alt mərtəbəyə yığılmışdı. Hətta Buri Manın da axar 

suyun altında əllərini yumasını xahiş elədilər. O isə yenə hava atdı: ―Evimizdəki hamam 

gül ətri verirdi, buna inanıb-inanmamaq sizin işinizdir, ancaq mən xəyalınızda belə 

canlanmayacaq bir lüks şəraitdə yaşamışam‖. 

  

Hamı toplaşandan sonra cənab Dalal əlüzyuyanın imkanlarını izah elədi, göstərdi. Hər iki 



kranı təkbətək tamamilə açıb, bağladı. Suyun təzyiqini göstərməkdən ötrü isə kranların 

ikisini birdən açdı. Çanağı su ilə doldurmaq üçün isə əlüzyuyanın kiçik bir tıxacı da var 

idi. Cənab Dalal öz təqdimatını: ―Bu, zərifliyin ən son həddidir‖ sözləriylə bitirdi. 

  

Balkondan boylanan cənab Çatterci isə əlavə elədi: ―Dəyişməkdə olan zamanın 



simvoludur‖. 

  

Aradan bir neçə gün keçincə, bina qadınlarında bir əsəbilik özünü göstərməyə başladı: 



hər səhər növbəyə durmaq, hər istifadədən sonra kranları silib parlatmaq məcburiyyəti, 

şəxsi diş məcunlarını və sabunlarını əlüzyuyanın kənarında unutmamaq kimi məqamlar 

onları əsəbiləşdirirdi. Əgər Dalal ailəsinin indiyədək öz əlüzyuyanı var idisə, onda niyə 

təzə əlüzyuyanın yalnız birini qonşularla paylaşmışdılar? 

  

Axırda bir səhər bina sakinlərindən biri özünü saxlamayıb, dilləndi: 



  

―Bəs biz niyə mənzilimizə əlüzyuyan almayaq, axı?‖ 

  

Başqa birisi sual elədi: 



  

- Bəyəm bu binadakı şəraiti təkcə Dalal ailəsi yaxşılaşdıra bilər? 

  

Bunun ardınca bəzi dedi-qodular başını alıb, getdi. İlk gecədəki dilləşmədən sonra 



arvadının könlünü almağa çalışan cənab Dalal evə iki kilo xardal yağı, bir dənə Kəşmir 

şalı və on-on beş dənə sandallı sabun almış, Rabitə qovşağına baş çəkmişdi. O arada 

xanım Dalal günboyu əllərini təzə əlüzyuyanda yumaqdan heç doymurmuş. Bütün bunlar 

yetmirmiş kimi, hələ bir də sonrakı gün ―Hourah‖ dayanacağından gələn və binanın 

önündə duran bir taksi Dalallar ailəsini on günlük istirahət üçün Simlaya apardı. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

87 


  

Taksinin pəncərəsindən xanım Dalal Buri Maya səsləndi: 

  

- Elə bilmə ki, unutmuşam. Geri dönəndə sənin üçün yun adyal alıb gətirəcəyik. 



  

Qadının dizləri üstə Buri Manın sarisindəki firuzəyi xətlər rəngdə bir pulqabı vardı. 

  

Arvadının böyründə oturan cənab Dalal öz pulqabısının üstündə olub-olmadığını əllərini 



ciblərinə vuraraq yoxlayandan sonra Buri Maya vəd elədi: 

  

- Sənin üçün iki adyal gətirəcəyik. 



  

Həm də onları yola salmağa bina sakinlərindən təkcə Buri Ma çıxmışdı. Dalallar yola 

çıxdığı andan bina qadınları həyata keçiriləcək yenilikləri planlaşdırmağa başlamışdılar 

Onlardan biri toyunda ona bağışlanan bilərzikləri satmaqla, divarları əhənglə 

ağartdırmağa niyyətliydi. Öz tikiş maşınını girov qoymağı düşünən başqa bir xanım 

sanepidemstansiyaya zəng elədi. Digər bir qadın isə gümüş şirniyyat qablarını zərgərə 

satıb, bunların puluna binanın bütün pancurlarını sarı rəngə boyatdırmağa niyyətlənmişdi. 

  

Artıq fəhlələr bu binada gecə-gündüz demədən işləyirdilər. Bu qatmaqarışıqlıqdan 



qaçmağı uman Buri Ma da öz yorğanlarını dama daşımışdı. Binaya fasiləsiz şəkildə 

kimlərsə girib-çıxır və hərəkətə mane olurdu. Binada ayaq dəyməyən bir künc-bucaq 

qalmamışdı. 

 

  



Bir neçə gündən sonra Buri Ma xörək bişirdiyi vedrəni və səbətlərini də dama daşıdı. 

Girişdəki əlüzyuyandan yararlanmağa gərək duymurdu və elə əvvəllərdəki kimi, sərnicə 

yığdığı suyu işlədirdi. Yorğanından kəsib düzəltdiyi əskilərlə məhəccərlərin başlıqlarını 

silib, parlatmaq barədə düşünürdü. Sonrakı günlərdə qəzetlərin üstündə yatmağına davam 

elədi. Yağışlar get-gedə güclənirdi. Altına sığındığı çadırdan damdığından başının 

üstündə qəzet tutmağa məcbur idi. İpin üstüylə tək sırayla yeriyən və ağızlarında yemək 

daşıyan qarışqalara çömbəlmiş halda göz qoymaqda idi. Külək belinin ağrısını qismən 

azaldırdı. İşlətdiyi qəzetlər isə getdikcə qıtlaşmaqdaydı. 

  

Artıq səhərlər ona uzun, gecələr isə daha uzun gəlirdi. Son dəfə nə vaxt bir fincan çay 



içdiyini də xatırlamırdı. Nə indiki sıxıntılar, nə də keçmiş əyyamları barədə düşünürdü. 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə