Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə171/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   167   168   169   170   171   172   173   174   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

466 


Barkas lövbərini qaldırdı. Zəncini göyərtə uzunu aparıb əl-ayağını iri neft çəninə 

sarıdılar. Barkas çayın ortasında dövrə vurub son dəfə fit verərək yola düzələndə zəncinin 

kürəyi günün altında işım-işım işıldayır, par-par alışıb yanırdı. 

- Yazıq, – Anna pıçıldadı. 

Annanın böyründə dayanmış tanımadığı hansısa bir qadın da dözməyib dilə gəldi: 

- Canilər! Heç adam da bu istiyə tab gətirər? 

Damaso arxaya qanrılıb baxanda qadının ifrat dərəcədə kök olduğunu gördü. Sonra 

camaatın arasından keçib meydana tərəf irəlilədi. Gedə-gedə yolda Annanın qulağına 

pıçıldadı: 

- Yaman çox çərənliyirsən ha. Bircə o çatmır ki, qışqırıb bütün meydana car çəkəsən. 

Anna onu bilyardxanayacan ötürdü. 

- Heç olmasa paltarını dəyişəydin, – aralanmazdan qabaq Damasonun yadına saldı. – 

Yoxsa lap dilənçi kökündəsən ey. 

Yenilik bilyardxananı səsli-küylü müştərilərlə ağzınacandoldurmuşdu; içəridə adam 

əlindən tərpənməyə yer yox idi. Hər kəsin istəyini yerinə yetirmək xatirinə, don Roke 

eyni vaxtda bir neçə masaya xidmət edirdi. Damaso bir qıraqda hazırca dayanıb məqam 

güdür, don Rokenin gəlib yanından keçməsini gözləyirdi; qoca böyründən ötəndə cəld 

soruşdu: 

- Sizə kömək eləyim? 

Don Poke başına stəkan keçirilmiş altı şüşə pivəni Damasonun qabağına qoydu: 

- Sağ ol, ay bala. 

Damaso şüşələri əlüstü götürüb masalara payladı, sifariş qəbul elədi, içki şüşələrini aşağı 

yuxarı daşıya-daşıya, ta bütün müştərilər nahar etməkçün evlərinə dağılışanacan don 

Rokeyə əl tutdu. Sübh tezdən evə qayıdanda onun bəs deyincə gillətdiyini, kefli olduğunu 

Anna dərhal hiss elədi. Götürüb Damasonun əlini qarnının üstünə qoydu. 

- Hələ bir əl vur görüm. Nəsə eşidirsən? 

Damaso heç bir sevinc-filan duymadı. 

- Tərpənir ey, xəbərin var? – Anna həvəslə sözünə davam elədi. – Bütün gecəni 

təpikləyib. 

Ancaq hər şeydən göründüyü kimi, bütün bunlar deyəsən Damasonun heç vecinə deyildi. 

Öz fikirlərinə qərq olmuş halda o, səhər obaşdan evdən çıxır, bir də gecə yarısı qayıdırdı; 

tək-tük hallarda – yataqda uzanıb siqaret çəkdiyi cəmi bir neçə dəqiqəlik müddətdə isə 

söhbətdən yayınır, heç nə danışmaq, heç nə eşitmək istəmirdi. Beləcə, düz bir həftə ötüb 

keçdi. Anna ona qarşı indi xüsusilə diqqətli olmuşdu. Birgə yaşadıqları ailə həyatının ilk 

dövrlərində də Damaso hərdən özünü eynən bu cür aparırdı və onda, xasiyyətinə yaxşı 

bələd olmadığından Anna onun zəhləsini tökür, Damaso da arvadı çarpayıya yıxıb üstünə 

çıxır, o ki var çırpırdı. İndi Anna kifayət qədər səbrli idi. Hələ dünəndən lampanın 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

467 


böyrünə bir qutu siqaret qoymuşdu; bilirdi ki, əri ac qalar, amma siqaretsiz qalmağa 

dözməz. 


Və bir dəfə, iyulun ortalarında Damaso evə axşam çağı qayıtdı. Anna fikirləşdi və dərhal 

da narahat olub əl-ayağa düşdü ki, hərgah Damaso evə belə tez qayıdıbsa, deməli əməlli-

başlı gillətməyə macal tapıb. Nəsə pəjmürdə görünürdü, elə bil keyləşmişdi; ağzını açıb 

bir söz demir, heç dinib-danışmırdı. Şam yeməyi də eləcə lal-dinməz ötüşdü, ancaq 

yatağa təzəcə uzanmışdılar ki, birdən dilləndi: 

- Getmək istəyirəm. 

- Hara? 

- Hara gəldi. 

Anna otaqdakı əşyaları bircə-bircə gözdən keçirtdi. Öz əli ilə jurnalların üz qabığından 

kəsib bütün divarlara yapışdırdığı kinoaktyorların rəngli fotoşəkilləri saralıb-solmuş, neçə 

yerdən cırılıb qopmuşdu. O, çarpayısında uzanıb həmin şəkillərə tamaşa eləyən, sonra da 

yavaş-yavaş onların rəngini canına hopdurub özüylə aparan kişilərin sayını çoxdan 

itirmişdi. 

- Mənimlə birgə darıxırsan, – Anna dedi. 

- Məsələ darıxmaqda deyil, şəhərdədi. 

- Bütün şəhərlər necə, bizimki də elə. 

- Şarları satmaq mümkün deyil. 

- Çıxart o zəhrimarları beynindən. Nə qədər ki, canımda can var, nə qədər ki, paltar 

yumağa gücüm çatır – bu qara-qura işlərə qurşanmağa sənin heç bir ehtiyacın yoxdur. 

Və bir qədər susandan sonra, ehtiyatla əlavə elədi: 

- Baş açammıram ki, bu iş sənin necə ağlına gəldi. 

Damaso siqareti dibinəcən sümürüb dedi: 

- Elə asan oldu ki, heç mən də baş açammıram, nə əcəb buindiyəcən kiminsə ağlına 

gəlməyib… 

- Fikrin-zikrin puldur, ona sözüm yox. Amma daha sənin kimi ikinci axmaq tapılmazdı 

ki, durub şar oğurlasın. 

- Anışdıra bilmədim, piştaxtanın dalında, qutunun içində gözümə qəfil sataşdılar. O saat 

fikirləşdim: bu qədər əziyyətdən sonra evə əliboş qayıdım?! 

- Baxtın yatıb sənin. 

Damaso bir az yüngülləşən kimi oldu. 

- Təzələrini də göndərmirlər. Xəbər gəlib ki, şarlar bahalaşıb, don Roke də deyir ki, bəs 

mənə sərf eləmir. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

468 


O, təzə siqaret alışdırdı və danışa-danışa içinin qara-qura şeylərdən arıtlanıb az da olsa 

yüngülləşdiyini hiss etdi. Dedi ki, bəs guya don Roke bilyard stolunu satmaq qərarına 

gəlib, amma ona indi bir elə pul verməzlər, çünki bilyardı təzə öyrənənlərin naşılığı 

ucbatından cırıq-cırıq, deşik-deşik olmuş mahud yaman gündədir; başdan-başa allı-güllü 

yamağa tutulub. Ömrü bilyard masasının böyründə keçən əsl oyunçuların isə yeganə 

əyləncəsihələlik beysbol yarışlarıdır. 

Damaso xeyli danışıb axırda sözünü belə tamamladı: 

- Belə çıxır ki, özümüz istəməsək də, hamıya qarşı xalis əclaflıq etmişik. 

- Özü də barı bir xeyrimiz ola! – Anna əlavə elədi. 

- Gələn həftə çempionat da qurtarır. 

- Dərd çempionat dərdi deyil, zəncinin dərdidir. Bu işdə adamı yandıran əsas məsələ 

odur. 


Anna qabaqlar olduğu kimi, yenə uzanıb başını ərinin çiyninə qoymuşdu və onun 

qəlbindən keçənləri duyurdu. Damaso siqareti söndürənəcən beləcə gözləyib, sonra çox 

ehmalca: 

- Damaso, – pıçıldadı. 

- Nədi? 

- Bəlkə şarları qaytarasan? 

Damaso təzə siqaret alışdırdı. 

- Neçə gündü elə özüm də bu barədə fikirləşirəm. Amma heç bilmirəm necə qaytarım. 

Əvvəlcə belə danışdılar ki, şarları gediş-gəliş olan bir yerə qoysunlar, ancaq sonra Anna 

fikirləşdi ki, belədə bilyardxananın yarağı düzəlsə də, bunun biçarə zənciyə heç bir xeyri 

dəyməyəcək; şarların tapılmasını, zəncinin suçunu üstündən götürmədən polis yüz cürə 

yoza bilərdi. Başqa əngəl də mümkün idi: bəlkə heç şarları tapan adam nəfsinin 

ucbatından onları qaytarmacaq, sonradan satmaq umuduyla özündə saxlayacaqdı? 

- Qaytaranda da elə qaytaraq ki, barı bir xeyri olsun,– deyə Anna fikirini yekunlaşdırıdı. 

Şarları basdırdıqları yerdən qazıb çıxartdılar; Anna onları qəzetə bükdü, özü də elə 

düzəltdi ki, qıraqdan baxanda şar olmaları bilinməsin. Sonra bükülünü sandığa qoyub 

dedi: 

- İndi gözləmək lazımdı münasib vaxt düşsün. 



Ancaq iki həftə ötüb keçsə də, münasib bir fürsət düşmədi ki, düşmədi. Şarların 

oğurlandığı gündən düppədüz iki ay sonra,avqustun iyirmisində, axşamdan xeylaq ötmüş 

Damaso bilyardxanaya gəldi. Don Roke piştaxtanın arxasında tək-tənha oturub əlindəki 

yelpiklə milçəkləri qovurdu. Radio susurdu və bu susqunluq qocanın tənhalığını daha 

betər sezdirirdi. 

- Hə, mən deyən oldumu? – don Roke Damasonu görcək ucadan səsləndi; sanki öz 

gümanının düz çıxmasından sevincək olmuşdu. – Cəhənnəm oldu hamısı! 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə