Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
40 
XANIM. Qorxursan. O qədər qorxursan ki, daima ruhi sarsıntılar içindəsən. 
KĠġĠ (qəflətən qıĢqırır). Bu nə səfeh fikirlərdir sənin baĢına girib? 
XANIM. YaxĢı, əgər qorxmursansa, bunu baĢqa necə izah edə bilərsən ki, vacib bir 
məsələni həll etmək lazım olanda, o saat bir bəhanə tapıb qaçırsan? Yenə mənasız köhnə 
xatirələrdən yapıĢırsan, hə? 
KĠġĠ. Mənalıdı, mənasızdı - bunu ancaq o adam baĢa düĢə bilər ki, bunlar bilavasitə 
onunla bağlıdır. 
XANIM (ona tərəf çönərək). Ġndi diaqnoz qoyulur. Sən gərək elə danıĢasan ki, hamı baĢa 
düĢsün. Yoxsa heç kim Ģübhə etməyəcək ki, sən xəstəsən. 
KĠġĠ. Xəstə atama göstərilən cüzi bir qayğı səni bu cür özündən çıxarır? 
XANIM. Niyə sən onu klinikaya qoymursan? Bu onun özü üçün də yüz dəfə yaxĢı olardı, 
belə deyil? 
KĠġĠ. Sən heç nə baĢa düĢmürsən. 
XANIM. Həkim də yəqin heç nə baĢa düĢməyəcək. 
KĠġĠ (qəzəbini boğaraq). Tamam boĢ bir Ģeydən ötrü sən məni dəli kimi qələmə verməyə 
hazırsan? 
XANIM. Sənin boĢ hesab etdiyin Ģeyin mənim üçün böyük mənası var!.. 
KĠġĠ (inilti ilə). Ġndi nə buyurursan, mən nə edim? Bacımın rolu üçün səksən yaĢında qarı 
tapıb gətirim? 
XANIM. Ġcazə ver, sənə Ģərtləri deyim ki, ancaq onlardan sonra nəyəsə razı ola bilərəm. 
KĠġĠ (yorğun). Mən heç nə baĢa düĢə bilmirəm. Nə etmiĢəm… nə etmiĢəm ki, mənə belə 
nifrət bəsləsinlər?.. 
XANIM (rəhmdilliklə). QardaĢım israr edir ki, heç bir Ģərt də olmasın, ancaq mən onun 
fikrini bölüĢmürəm… Ad-sanı yaddan çıxarmaq olmaz… Ona görə də mən xahiĢ 
etmiĢəm ki, həkim gələnə qədər iki məzmunda sənəd hazırlasınlar. Biricisi, əlbəttə, əmlak 
hüququndan məhrum edilmək barədə… Ġkincisi… əgər sən onu imzalasan, birici sənəd 
cırılıb tullanacaq… 
KĠġĠ. Mən nəyi imzamalıyam? 
XANIM. Sənin razılığın, öhdəliyin barədəki sənədi. 
KĠġĠ. Öhdəliyim barədə? 
XANIM. Atanı klinikaya qoymaq barədə öhdəliyin… Bu əla bir addım olacaq, hamı da 
rahat nəfəs alacaq… Heç kim də buna görə sənə tənə etməyəcək. Xəstə gərək həkimlərin 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
41 
qayğısı, nəzarəti altında olsun… Bütün həyatını özün də əməlli-baĢlı izah edə bilmədiyin 
bir oyuna həsr etmək ağılsızlıqdır.  
KĠġĠ (qəflətən saata baxır). QardaĢın indi yəqin qəbuldadı!  
KiĢi iti addımlarla sol tərəfə gedir. 
XANIM. Hara gedirsən? 
KĠġĠ (arxaya baxmadan). QardaĢının yanına. Heç olmasa buna mənim hüququm çatır? 
XANIM (onun ardınca gedərək). Nahaq yerə. Daha… baĢqa çıxıĢ yolu yoxdur… Sən 
bunu baĢa düĢmürsən? 
Ġkisi də gedir. 
 
Pərdə bağlanır. 
 
ĠKĠNCĠ PƏRDƏ 
 
6. 
 
Zəng çalınır. Sonra əsas qapını döyürlər.  
Kiçik pauza. 
Yenə uzun bir zəng çalınır. Nökər cəld sağ tərəfdəki qapıdan gəlir. 
NÖKƏR (əsas qapıya tərəf). Bu saat… Bir dəqiqə… (Cibindən bir dəstə açar çıxarır.) 
Bu vaxt sağ tərəfdəki qapı təzədən açılır və Qız içəri boylanır. O, sağ əlində bir ĢüĢə 
viski, sol əlində isə stəkan tutub. Hiss olunur ki, bir az içkilidir. 
(Tələsik.) Olmaz, olmaz! Bura gəlmə! 
QIZ. Bəs, bunlar hadadır? 
NÖKƏR. Bura gəlmək olmaz. 
QIZ. Baxıram də… 
NÖKƏR. Yaman avarasan ha!.. KiĢinin baĢını gicəlləndirmisən, bizim də baĢımıza iĢ 
açmısan! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
42 
QIZ. Mən heç kimin baĢına iĢ açmamıĢam! 
NÖKƏR. XahiĢ eləyirəm… Axı, səni bura qocaya görə gətiriblər… 
QIZ (gülərək). DəhĢət qocadır!.. (Öz çiyinlərinə baxaraq.) Ġndiyə qədər barmaqlarının 
yeri qalıb. 
Zəng çalınır. 
NÖKƏR (kobudcasına). Tez elə, get! 
QIZ (riĢxəndlə). Yamansan ha!..  
Qız arxaya çəkilib, qapını bağlayır. 
Nökər dodaqaltı donquldana-donquldana qapını açır. Farağat dayanaraq baĢ əyir.  
Əldən düĢmüĢ və güclə ayaq üstə duran Ata içəri daxil olur. 
 
ATA (fikirli). Yemək hələ hazır deyil?.. O qırmızı kartlar adamın gözünü yorur… 
NÖKƏR (onun qolundan tutub, yeriməyinə kömək edir). Bəli, elədir… Mən indi sizə 
yaĢılını verərəm… 
ATA. Ġki dəst idi… Necə oldu, indi biri yoxdur?.. (ġalvarının düymələrini açaraq, aĢağı 
salmaq istəyir.) 
NÖKƏR (tələsik). Yox, olmaz, olmaz!.. Bura tualet deyil… (Onun Ģalvarını qaldırır.) Bir 
az gözləyin… Bu saat…  
Nökər onu qucaqlayaraq, sol tərəfə aparır. 
 
7. 
 
Qız sağ tərəfdəki qapıdan içəri girir. Viski ĢüĢəsi qoltuğundadır. Bir əlində stəkan, o biri 
əlində iki paket tutub. Ayağı ilə qapını bağlayır. Sonra arxaya çevrilərək bir xeyli açar 
deĢiyindən baxır. Qulaq asır, sonra tələsik divanın yanına gedir. Görür ki, çantası yerə 
atılıb. 
QIZ (çantasını qaldıraraq). Ay-yay-yay!.. Biyabırçılıqdır… Eybi yox, kədərsiz sevinc 
olmur, haray-həĢir salmaq lazım deyil… (Əlindəki paketləri çantasına qoyur.) 
KiĢi addımları səs sala-sala sol tərəfdən daxil olur. 
KĠġĠ (ətrafı nəzərdən keçirərək). Yagi hanı? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə