Cı illərdə Abşeron yarımadasında yaranmış dövlət


oğlu Əhməd xan (1789-1791)



Yüklə 34,01 Kb.
səhifə4/4
tarix16.01.2022
ölçüsü34,01 Kb.
#82919
1   2   3   4
XANLIQLAR

oğlu Əhməd xan (1789-1791) atasının birləşdirdiyi əraziləri saxlaya bilmədi. Onun ölümündən sonra Qubalı xanı olmuş Şeyxəli xan da xanlığın qüdrətini saxlaya bilmədi. Tezliklə Şəki, Bakı, Şamaxı xanlıqları Quba xanlığının asılılığından çıxdılar .

ŞƏKİ XANLIĞI

Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrilmişdir Nəticədə Qəbələ və Ərəş sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi.

Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir göstərirdi.Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakişi bəyə, onun öldürülməsindən 30–40 gün sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi.

1768-ci ildə bir-biri ilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çəkişmələr ona gətirib çıxardı ki, 1780[6]-cı ildə Hüseyn ölümündən sonra hakimiyyət Əbdülqadirə, 1783-ci ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi. Səlim xan iki dəfə − birinci dəfə 1795–1797, ikinci dəfə isə 1805–1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuşdu. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, 1806-cı ilin yayında bacısının — Qarabağ xanı İbrahimxəlil xanın arvadının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq xüsusi yer tuturdu. İqtisadiyyatda isə ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipək salımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İrana ixrac edilirdi.

Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Şəki xanlığında ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında – əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, dabbağlar, bənnalar, dülgərlər, pinəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə çox inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər əhalisi isə əsasən ticarətlə məşğul olurdu.

Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, İran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla – Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük maneə törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Məhəmməd Həsən xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfın mənafelərini təmin edən "Dəsrur ül-amal" (azərb. "Qanunlar məcmuəsi"‎) hazırlanmışdı. İltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığının inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını ləngidirdi.

Şəki xanlığında aşağıdakı torpaq mülkiyyəti formaları – dövlət torpaqları, mülklər, məhsul və icma torpaqları mövcud idi. Şəki xanlığının sosial əsasını feodallar və kəndlilər təşkil edirdilər. Nuxa şəhərinin əhalisi isə əsasən ticarətlə məşğul olurdu.



Nuxa şəhəri xanlığın inzibati mərkəzi sayılırdı. Nuxa şəhərində feodal uşaqlarının oxuduqları məktəblər – mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatında realist istiqamət daha da inkişaf edirdi. Yaradıcılığını şifahi xalq ədəbiyyatından götürən şairlər – Nəbi Süleyman, Razi poeziyanın görkəmli nümayəndələri sayılırdılar. Şəki şairləri arasında Şəkililərin Nadir şaha qarşı qəhrəmanlıq mübarizəsini tərənnüm edən Nəbi önəmli yer tuturdu. Tətbiqi incəsənət və memarlıq yüksək səviyyəyə çatmıŞdı. Ağac üzərində bədii oyma, qızıl, gümüş və misdən hazırlanmış məmulat, tikmələr sənətkarların yaradıcılığında mühüm yer tuturdu. XVIII əsrdə Azərbaycanın qiymətli memarlıq abidələrindən biri əsrin sonunda şirazlı memar Hacı Zeynalabdin tərəfindən tikilmiş Şəki xanlarının sarayı idi. Sarayın divarları bu günə qədər öz təravətini saxlayan rəsmlərlə bəzədilmişdir. Azərbaycanın XVIII əsr və XIX əsrin əvvəllərinə aid olan digər gözəl memarlıq abidələri – Şəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq istedadlarının yaradıcılığına dair fikir yürütmək mümkündür.
Yüklə 34,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə