Cı illərdə Abşeron yarımadasında yaranmış dövlət



Yüklə 34,01 Kb.
səhifə3/4
tarix16.01.2022
ölçüsü34,01 Kb.
#82919
1   2   3   4
XANLIQLAR

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) idi. Xanlığın mərkəzi əvvəlcə Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın dövründə 1756-cı ildə Salyan xanlığı Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) Quba xanlığı daha da gücləndi. Güclü dövlət yaratmağa çalışan Fətəli xan özbaşınalıq edən mahal naiblərinin hakimiyyətini məhdudlaşdırmış, vergilərin toplanmasını nizama salmış, ordunun sayını xeyli artırmışdı. Onun fəaliyyətində pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək cəhdi özünü aydın şəkildə göstərirdi. Fətəli xan mühüm strateji əhəmiyyəti olan Dərbənd xanlığını ilhaq etməyə can atırdı. Dərbənd xanı Məhəmmədhüseyn xanın siyasətindən əhalinin narazı olmasından istifadə edən Fətəli xan şəhər əhalisinin xeyli hissəsini öz tərəfinə çəkə bilmişdi. Lakin Dərbəndin möhkəm qala divarları ilə əhatə olunduğunu nəzərə alan Fətəli xan planlaşdırılan hücumun uğurla nəticələnməsini təmin etmək üçün bir sıra Cənubi Dağıstan feodalları, o cümlədən Qaraqaytaq usmisi ( hakimi) Əmir Həmzə ilə ittifaqa girdi. Bu tədbirlər nəticəsində 1759-cu ildə Dərbənd xanlığı Quba xanlığına birləşdirildi. Dərbənd xanlığından sonra Fətəli xan öz diqqətini Bakı xanlığını birləşdirməyə yönəltdi. Bu dövrdə Bakı Xəzər dənizində ən əlverişli liman şəhəri kimi şöhrət qazanmışdı. Bakı xanları duz və neft çıxarılmasından, habelə zəfəran yetişdirilməsindən böyük gəlir götürürdülər. Bütün bu gəlirlərin Quba xanlığının xəzinəsinə daxil olması Fətəli xana öz planlarını daha uğurla yerinə yetirmək imkanı verərdi. Bu dövrdə Bakı xanlığı hərbi cəhətdən xeyli zəif idi. Fətəli xan «nigah diplomatiyasının» vasitəsi ilə öz məqsədinə çatdı. Zəif iradəli Məlik Məhəmməd xan bütünlüklə Quba xanlığının təsiri altına düşdü. Fətəli xanın Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasətində Şamaxı xanlığı mühüm yer tuturdu. Şamaxı xanlığının güclü maddi və insan ehtiyyatlarına malik olduğunu nəzərə alan Fətəli xan buraya hücumdan əvvəl Şamaxı xanlığı ilə hərbi xarakterli müqavilə bağlamağa nail oldu. Bu müqaviləyə görə Şamaxı xanları öz xanlıqlarının Cənubi Dağıstan feodallarının hücumlarından qorunması müqabilində Quba xanlığına xərac verməyi öhdələrinə götürürdülər. Eyni zamanda Şamaxı xanlarının siyasətindən narazı olan şamaxılılar Quba xanlığı tərəfindən himayə edilməyə başlanıldı. Şamaxı xanlarının tezliklə xərac verməkdən imtina etmələri hərbi əməliyyata başlamaq üçün Fətəli xanın əlində bəhanə oldu. 1768-ci ildə onun ordusu Şamaxı xanlığına qarşı yürüşə başladı. Bu yürüşdə şəkili Hüseyn xan da iştirak edirdi. Qəfıl yaxalanan Şamaxı xanları təslim oldular. Xanlıq Quba xanlığının tərkibinə qatıldı. Elə həmin il kiçik Cavad xanlığı da Quba xanlığına birləşdirildi. Beləliklə, Fətəli xan bütün Şimal-şərqi Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə nail oldu.

Quba xanlığının qüdrətinin artmasından narahat olan Qaraqaytaq usmisi Əmir Həmzə və bəzi xanların birləşmiş qüvvələri 1774-cü ildə qəflətən Quba xanlığına hücum etdilər. Xudat yaxınlığında Gavduşan döyüşündə Fətəli xan məğlub oldu və Salyana çəkildi. Əmir Həmzə Şamaxı və Qubanı ələ keçirdi. Lakin tezliklə Dərbəndə qayıdan Fətəli xan 1775-ci ildə rusların köməyilə düşməni məğlubiyyətə uğratdı. Fətəli xan Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasətini davam etdirirdi. Fətəli xan 1780-1781-ci illərdə Qarabağı ələ keçirməyə çalışsa da buna nail olmadı. 1784-cü ildə Quba xanı Cənubi Azərbaycana hücum edib Ərdəbil və Meşkini ələ keçirdi. Lakin bir tərəfdən Azərbaycan və Dağıstan feodallarının arxadan onu hədələmələri, digər tərəfdən isə Rusiyanın narazılığı Fətəli xanı geri çəkilməyə məcbur etdi. 1785-ci ildə Şəki və Lənkəran xanlıqları Quba xanlığından asılı vəziyyətə salındı. Fətəli xan Cənubi Azərbaycana yeni yürüşə hazırlaşmağa başladı. Lakin 1789-cu ilin martında qəflətən vəfat etdi. Fətəli xanın


Yüklə 34,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə