C fiziki şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə işçi öz əmək qabiliyyətinin realizəsi ilə bağlı işin yerinə yetirilməsi zamanı



Yüklə 402,03 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix24.02.2018
ölçüsü402,03 Kb.
#27802
1   ...   7   8   9   10   11   12   13   14   15

205  Altıgünlük iş həftəsində həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının 

müddəti neçə saatdan çox ola bilməz?   



a)  4 saatdan  

b)  3 saatdan  

c)  5 saatdan 

d)  6 saatdan 

e)  7 saatdan  

206  Əmək müqaviləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilərmi?   



a)  edilə bilər  

b)  edilə bilməz  

c)  edilə də bilər, edilməyə də  

d)  işəgötürənin mülahizəsindən asılıdır  

e)  məhkəmənin qərarından asılıdır 

207  Kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilərmi?   



a)  edilə bilər  

b)  edilə bilməz 

c)  edilə də bilər, edilməyə də 

d)  işəgötürənin mülahizəsindən asılıdır  

e)  məhkəmənin qərarından asılıdır 

208aşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində neçə saatdan 

artıq olmamalıdır?   

 

a)  24 saatdan  

b)  30 saatdan 

c)  40 saatdan 

d)  36 saatdan  

e)  25 saatdan 

209  Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşından 18 yaşınadək işçilər 

üçün neçə saatdan çox olmamalıdır?    



a)  36 saatdan 

b)  20 saatdan 




c)  40 saatdan 

d)  30 saatdan 

e)  25 saatdan  

210 Qısaldılmış iş vaxtının müddəti həftə ərzində birinci qrup əlillər üçün neçə 

saatdan artıq olmamalıdır?   

 

a)  36 saatdan 

b)  20 saatdan 

c)  40 saatdan 

d)  30 saatdan 

e)  25 saatdan  

211  2-ci qrup əlillər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində neçə 

saatdan artıq olmamalıdır?   

 

a)  36 saatdan 

b)  20 saatdan 

c)  40 saatdan 

d)  30 saatdan  

e)  25 saatdan 

212  Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının həftəlik 

müddəti neçə saatdan artıq ola bilməz?   

 

a)  36 saatdan 

b)  20 saatdan  

c)  24 saatdan 

d)  30 saatdan  

e)  40 saatdan  

213  Xüsusi xarakterli işlərdə çalışan işçilərin iş vaxtının norması həftə ərzində 

neçə saatdan çox olmamalıdır?   

 

a)  36 saatdan 

b)  20 saatdan  

c)  24 saatdan 

d)  30 saatdan  




e)  40 saatdan  

214  Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın davamiyyəti 

necə müəyyən edilir?     

a)  tərəflərin razılığı ilə 

b)  işçi tərəfindən 

c)  işəgötürən tərəfindən  

d)  həmkarlar ittifaqı təşkilatının razılığı ilə 

e)  işəgötürən və həmkarlar ittifaqı təşkilatının birgə razılığı ilə  

215  Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin əmək 

hüquqları məhdudlaşdırıla bilərmi?     

a)  Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının 

hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir  

b)  qismən məhdudlaşdırıla bilər  

c)  yalnız AR ƏM-si ilə müəyyən edilmiş əmək hüquqları məhdudlaşdırıla bilər 

d)  yalnız əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqları məhdudlaşdırıla bilər  

e)  AR ƏM-si ilə müəyyən edilmiş əmək hüquqları həm məhdudlaşdırıla bilər, həm də 

bilməz  


216  Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hansı maddəsində iş vaxtının 

leqal tərifi verilmişdir?     



a)  Heç bir maddəsində 

b)  86-cı maddəsində  

c)  87-ci maddəsində  

d)  88-ci maddəsində  

e)  89-cu maddəsində  

217  Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində iş vaxtının 



müddətinə həsr olunmuş müddəalar vardır?     

a)  istirahət hüququ adlanan 37-ci maddədə 

b)  əmək hüquq” adlanan 35-ci maddədə  

c)  tətil hüququ adlanan 36-cı maddədə  

d)  sosial təminat hüququ adlanan 38-ci maddədə  



e)  təhsil hüququ adlanan 42-ci maddədə  

 218.  Həftədə 24 saatlıq iş həftəsi müəyyən edilir:   



a)  musiqi rəhbəri, müəllim – defektoloq və loqopedik xidmət göstərən qurumun 

rəhbəri üçün  

b)  müəllim – defektoloq üçün  

c)  loqopedik xidmət göstərən qurumun rəhbəri üçün 

d)  həkim stomatoloq üçün  

e)  iş yerindən asılı olmayaraq müəllimlər üçün  

219  İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol 

verilirmi?   

a)  yol verilmir 

b)  yol verilir  

c)  yol verilə də bilər, verilməyə də  

d)  ancaq işçinin xahişi və işəgötürənin razılığı ilə yol verilir  

e)  ancaq işəgötürənin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə yol verilə bilər  

 220 Aşağıda göstərilənlərdən hansı müddət gecə vaxtı sayılır?   

 

a)  Saat 22 00-dan səhər saat 6-dək olan müddət  

b)  Saat 20 00-dan səhər saat 6-dək olan müddət  

c)  Saat 21 00-dan səhər saat 7-dək olan müddət  

d)  Saat 21 00-dan səhər saat 6-dək olan müddət  

e)  Saat 22 00-dan səhər saat 7-dək olan müddət  

221  İş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə iş vaxtının gecə vaxtına düşən 

hissəsi nə qədər qısaldılır?   

 

a)  1 saat  

b)  30 dəqiqə  

c)  2 saat  

d)  3 saat  

e)  qısaldılmır  

222  İş vaxtının rejimi qaydaları nə ilə müəyyən edilir?   



a)  müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə 

ilə 

b)  ancaq əmək müqaviləsi ilə 

c)  ancaq kollektiv müqavilə ilə  

d)  ancaq müəssisədaxili intizam qaydaları ilə  

e)  AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə 

 223 Əlil işçilər gecə vaxtı görülən işlərə cəlb oluna bilərlərmi?   

 

a)  ancaq əlilin yazılı razılığı ilə və Tibbi Sosial Ekspert Komissiyasının rəyi 

nəzərə alınmaqla cəlb oluna bilərlər  

b)  ancaq müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığı ilə cəlb oluna bilərlər 

c)  ancaq məhkəmənin qərarı ilə cəlb oluna bilərlər 

d)  ancaq əlilin razılığı olduğu təqdirdə cəlb oluna bilər  

e)  ancaq Tibbi Sosial Ekspert Komissiyasının rəyi olduqda cəlb oluna bilərlə 

224  Hansı sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol 

verilmir?   

a)  xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin  

b)  ancaq xüsusilə ağır sahələrdə işləyən işçilərin  

c)  ancaq xüsusilə zərərli sahələrdə işləyən işçilərin  

d)  ancaq xüsusilə təhlükəli sahələrdə işləyən işçilərin  

e)  ancaq ağır, zərərli və təhlükəli sahələrdə işləyən işçilərin  

225  Hər bir işçi dalbadal gələn iki iş günü ərzində neçə saatdan çox iş vaxtından 

artıq işlərə cəlb edilə bilməz?     

a)  2 saatdan  

b)  3 saatdan  

c)  5 saatdan  

d)  8 saatdan 

e)  4 saatdan 

226  İş günü (növbəsi)ərzində işçilərə aşağıdakı hansı məqsədlər üçün fasilələr 

verilir?   

a)  istirahət və nahar üçün  



Yüklə 402,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə