www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Motsart
Ġtmiş qəbrin sirri
Balaca Volfqanq Motsart təbiətcə gülərüz
olduğundan yıxılanda ağlamazdı. Anası onun
ağladığını cəmi bir dəfə xatırlayır – o da atası
Leopold çalğısını saxlayıb körpəni otaqdan
çıxardıqda. Bir dəfə axĢamçağı valideynləri evdə
olmayanda Volfqanq alətə yaxınlaĢıb bütün
barmaqlarıyla aləti döyəcləyir. Səs kəskin
olduğundan fiziki zərbə almıĢ kimi uĢaq üz-
gözünü turĢudur. Sonra ehtiyatla bir barmağını
klaviĢə toxundurur. EĢitdiyi səsdən çox məmnun
qalır. Bu gecədən etibarən klavisin onun ən
sevimli oyuncağına çevrilir. 3 yaĢında klavisində
çalır, 5 yaĢında alətin virtuoz ifaçısı sayılır, 6
yaĢında isə musiqi bəstələyir. 8 yaĢında 3
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
simfoniyanın müəllifi idi. 14 yaĢında isə bütün
Avropada nüfuzlu sayılan Boloniya Musiqi
Akademiyasının üzvü idi.
Zalsburqda
Mosart
muzeyi
–
«Mosarteume»də körpə Mosartın balaca not
dəftəri indi də qalır. Ləkə düĢmüĢ, kağızı
bozarmıĢ, not yazısında notların çubuğu silinmiĢ
bu dəftərdə Leopold Mosart Volfqanq üçün
musiqi çalıĢmaları yazardı. Bir dəfə heç 6 yaĢı
tamam olmamıĢ Volfqanq atasından qulağına
gələn melodiyanı nota yazmağı xahiĢ edir. Bu
kiçik pyes Mosartın ilk əsəri kimi həmin bu
dəftərdə yazılır. Mosart musiqi fikirlərini yazmağı
bacarmasa da, musiqi dilində fikirləĢməyi
bacarırdı. Belə uĢağın musiqi istedadı ətrafa səs
salmaya bilməzdi. Pul qazanmaq imkanını əldən
buraxmayan atası Leopold konsert turnesiylə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Ģəhərləri gəzməyə baĢlayır. Avropanın ən yaxĢı
musiqiçi və müğənnilərinin çıxıĢ etdiyi zadəgan
saraylarına yol tapmaq Ģəhərin rəğbətini
qazanmaq demək idi. Zadəgan saraylarında isə
kiçik möcüzə, vunderkind Mosartdan danıĢ-
maqdan bezmirdilər. Avstriya imperatorlarının
yay iqamətgahında imperator Mariya Tereza
onları qəbul edir. Mosart bu qadınla salamlaĢıb
tələsik klavisinin arxasına keçməyə çalıĢır. Ancaq
parıldayanacan sürtülmüĢ güzgü kimi parketin
üstündə sürüĢüb düz zalın ortasında yerə
sərələnir. Hər dəfə qalxmağa çalıĢanda parik
taxmıĢ bu adamcığaz yenidən yıxılır və böyüklər
gülməkdən uğunurlar. Mariya Tereza qızı Mariya
Antuanettadan kömək etməyi xahiĢ edir. Nəhayət,
ayaq üstünə qalxa bilmiĢ Volfqanq xilaskarına
gülümsəyib bərkdən deyir: «Xeyirxahlığına görə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
səni alacam». Amma üç onillik keçməmiĢ,
Mosart
kasıblıqda öləcək, Mariya Antuanetta isə baĢını
gilyotinə qoyacaq. Volfqanqın çıxıĢları kənd
yarmarkasında akrobatların, jonqlyorların çıxıĢına
bənzəyirdi.
Akrobatik
hoqqalar
beləydi:
enlikürək, qartalburunlu bir kiĢi estradaya çıxıb
camaata bir parça göstərir. Sonra həmin parçayla
alətin klaviaturasını örtür. Gənc ifaçı alətin
arxasına keçib klaviĢləri görmədən bir neçə rəqsi
sürətlə ifa edir. Sonra atası uĢağın gözünü
bağlayır. Zaldan bir neçə adam klaviĢləri
səsləndirir, cib saatının zəngini çaldırır, klavisinin
üstündəki badələri cingildədir. Mosart isə
səsləndirilmiĢ notların adını deyir. Yaxud bir
nəfər ağlına gələn bir melodiyanı çalır. Ġfaçı isə
onun əsasında elə ordaca pyes bəstələyir.
Səfərlərin uĢaq sağlamlığına zərərini bilsə də,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
atası oğlunu əl meymunu kimi camaata
göstərməkdən usanmırdı.
Amma uĢaq böyüdükcə ona maraq sönməyə
baĢlayır. Artıq 20 yaĢına qədəm qoyanda həyat
Volfqanqa çox Ģey öyrətmiĢdi. AlqıĢların,
səfərlərin, görüĢlərin dadını görmüĢ maestrino
indi Zalsburq sarayında kiçik əməkhaqqına
sifariĢlə musiqi yazmalıydı. Tabeliyində olduğu
arxiyepiskopla münaqiĢəsi dərinləĢirdi. Dəfələrlə
kapellanın müğənniləri və ifaçıları qarĢısında
Mosart uĢaq, avara və səfeh adlandırılır, aldığı
pula heç dəymədiyi eĢitdirilirdi. Moestronu
konsertdə alqıĢlayanlar bilmirdi ki, qeyri-adi
artist, insan qəlblərinə hakim olacaq bir adam
kiminsə quludur. Hər konsertdən əvvəl o, çıxıĢ
etməkçün
arxiyepiskopa
dil
tökməlidi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Arxiyepiskopsa izin verməməklə özünü hökmdar
zənn edirdi.
Mosartın səbr kasası dolur. O, iĢdən çıxmaq
ərizəsi yazır. Hər gün kinayəli gülüĢləri və boĢ-
boĢ sözləri dinləyib cavabsız qayıtmalı olur. Onun
get-gələ salınmasının səbəbi var: kimi qovlamağı,
kimi saxlamağı arxiyepiskop özü həll edir.
Kiminsə ərizəni birinci yazmağı onun Ģəninə
toxunurdu. Bir ay keçir. Mosart yenidən xahis
ərizəsiylə qəbula gəlməli olur. Katib Mosart
haqqında deyilən «avara, uĢaq» sözlərini öz
qulağıyla eĢitdiyindən cəsarətlidi. Mosart ərizəni
masanın üstünə atıb çıxıb gedir. Katib onu
pilləkəndə yaxalayıb arxadan təpiklə itələyir.
Sonra bioqrafları yazırdı ki, arxasından aldığı bu
təpik Mosartı azad insana çevirir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Volfqanq pillələrlə diyirlənib yıxıldığı günü
ömür boyu unutmayacaq. Yerdən qalxır, gözləri
qaraldığından heç nə görmür, yol fanarına
söykənir. Ürəyi bulanır, qusduqdan sonra
rahatlaĢır. Səndələyə-səndələyə evə gəlib iĢığı
yandırmadan yatağa düĢür. Yorğunluq və yuxu-
suzluqdan gözünə çirkin üzlər, iyrənc ifadələr
görünür. Volfqanqın beynində melodiya doğulur.
Belə Ģey qabaqlar da baĢ verirdi. Bu melodiyadan
canını qurtarmaqçün durub onu ya çalmaq, ya da
yazmaq lazımdır. Melodiya çalındıqca reallaĢıb
qadın səsinə çevrilməyə baĢlayır. Sonra qapı
açılır, döĢəmə cırıldayır. Beynindən «birinci
oktava, lya diyez» keçir. Yalın ayaqların yumĢaq
addımlarını eĢidir. Ġki incə əl üzünə, isti
dodaqlarsa dodağına toxunur... Bu onun ilk
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
məhəbbəti Aloiziyanın bacısı Konstansadır.
Gələcək ömür yoldaĢı.
Atasının təkidiylə o, 15 il əvvəl maestrinoyla
fəxr eləyən Parisə gedir. Amma 15 il uzun
müddətdir. O vaxt onun cəmi 7 yaĢı vardı. Paris
möcüzə uĢağı artıq unutmuĢdu. Bu dəfə Parisə
görkəmsiz, kifir bir gənc gəlmiĢdi. Belə
musiqiçilər zadəgan evlərində iĢ axtarmaq
ümidiylə bura axıĢırlar. Həyatda yeri uğrunda
mübarizə edən 20 yaĢlı Volfqanqın nə köməkçisi,
nə də arxası var. Mosart iri Ģəhərin bir baĢından o
biri baĢına qaçıb, dərsi dərsə calayıb günlərini
yaĢayır. Daim nəm ayaqları, ağırlaĢmıĢ bədəni,
sanki parçalanacaq baĢının ağrısı vecsiz
tələbələrinin
verdiyi
mənəvi
əzablarla
müqayisədə bir Ģey deyildi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Azadlığa
qovuĢmasından 5 il keçir.
Konstansa ilə münasibətləri Zalsburqa atasının
qulağına gədər gedib çatır. Kanstansanın anası da
qızını incidir ki, Mosartın ona yazığı gəlsin və tez
evlənsin. Hətta Mosartı evlənməyə borclu eləyən
sənəd də imzalamağa məcbur eləyir. Əgər evlilik
baĢ tutmasa, Mosart Konstansaya hər il 300 florin
verməyə borcludur. Sədaqətli Konstansa bu
sənədi gizlincə oğurlayıb cırır. Mosart onunla
sevdiyinə görə evlənir. Amma bu evlilik ona baha
baĢa gəlir. O, yenə də seçim qarĢısındadır:
azadlıq, sevdiyi qadın, yaxud Zalsburq, ailəsinin,
xüsusilə atasının sevgisi. O, birincini seçir.
Ġtalyan operalarının hakimliyi zamanında
Mosartın təmiz alman operası yazmağı ona qarĢı
cəbhə yaratmıĢdı. «Fiqaronun toyu» yarananda
teatrda 3 opera hazırlanırdı. «Fiqaronun toyu»nu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
xalq çox sevsə də, zadəganlara çox darıxdırıcı
gəlirdi. Hər dəfə zalı doldurmasına baxmayaraq,
bu opera həmin il cəmi 8 dəfə qoyulur və sonrakı
il repertuardan çıxarılır. Onu ispan bəstəkarı
Martinin «Nadir əĢya» operası əvəz eləyir. Bu da
taleyin bir oyunudur. Çünki bu operanı bir neçə
tamaĢadan sonra heç kim xatırlamayacaq. Amma
Mosart «Don Juan» operasında həmin operadan
bir neçə xanə sitat gətirdiyinə görə tarix bu
operanın adını da unutmayacaq. Mosatın həyatı
heç vaxt rahat olmayıb. Amma «Don Juan»ın
uğursuzluğundan
sonra
vəziyyət
daha
dözülməzdi. Ona sifariĢ verilmirdi, saraya dəvət
olunmurdu. Mosartı unutmuĢdular. Musiqidən
qazandığı
puldan
savayı
baĢqa
gəliri
olmadığıyçün bu durum dilənçilik səviyyəsinə
enmək demək idi. Ġndi o, gecə-gündüz arvadı və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
oğlunu yedirməkdən ötəri pul tapmağın qayğısını
çəkir. Tərs kimi onlar hər ikisi tez-tez
xəstələnirdi.
Əvvəl yeganə oğlunu, sonra
doğulmuĢ daha iki uĢağını torpağa tapĢırır. Ġtkilər
yaĢadığı məhz bu dövrdə Mosart yaradıcılığının
zirvəsi sayılan son 3 simfoniyasını, «Sehrli
fleyta» operasını və sonuncu əsəri olan
«Rekviyem»i yaradır.
Bütün gecəni ağrılardan yatmamıĢdı. Amma
musiqi yazmaya da bilməzdi. Yazmayanda daha
çox əzab çəkirdi. Ġçində qalıb əzab verən
musiqidən azad olmaq lazımdı. Yuxusuzluqdan
ağırlaĢmıĢ baĢı masaya tərəf əyilir. BaĢını
qaldıranda qapı ağzında yarıqaranlıqda qara
plaĢlı, qara Ģlyapalı, qara qalstuklu, pudralı
parikdə, qanı qaçmıĢ solğun bənizli, boĢluğa
baxan ifadəsiz gözlü bir adam görünür. Bu adam
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
dinmədən konvert uzadır və deyir: «SifariĢçi
məxfi qalmağı arzulayır». Məktubda rekviyem
yazmaq sifariĢ edilirdi. Mosart o zamana görə çox
böyük sayılan məbləğ istəyir. Yad kiĢi həmin
məbləği sayıb masanın üstünə qoyur. «Əsər hazır
olandan sonra bu qədər də alacaqsız» deyib qeyb
olur.
Son zamanlar ölüm fikri onu rahat
qoymurdu. «Mənim baĢımda xaosdur. Fikrimi
toplayıb yaza bilmirəm. Qara plaĢlı kiĢi məni
izləyir, iĢləməyi tələb eləyir. Mən artıq heç nədən
qorxmuram. Bilirəm ki, axırım istedadımı tam aça
biləcəyimdən tez çatacaq. Amma taleyini dəyiĢə
bilən varmı? Mən matəm musiqimi yazıb sonra
öləcəyəm».
Hər gün musiqi daha az, sükut daha çoxdur
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Soyuq, yağmurlu noyabr günlərindən
biridir. Mosartın evində üzücü səssizlik və
dərman qoxusu hakimdir. Bu səssizliyi hərdən bir
xəstənin otağından gələn qəmli musiqi pozur.
Mosart Ģagirdi Züsmayerlə birgə rekviyem
üzərində iĢləyir. Hər gün musiqi daha az, səssizlik
daha çoxdur. Ölümündən bir az əvvəl Mosart
müqəddəs
Stefan
kilsəsində
kopelmeyster
vəzifəsinə dəvət alıb. Eyni zamanda Macarıstan
və Amsterdamdan sərfəli sifariĢlər də gəlib. Onun
həyatında ilk dəfə bir parça çörək axtarıĢından
canını qurtarıb sakit yaĢamaq imkanı var. Onun
36 yaĢı hələ tamam olmayıb.
Arabir kəskin zarafatlarıyla və ən vacibi
istedadını
gizlədə
bilməməsiylə
Mosart
ətrafdakıların çoxunu düĢməninə çevirmiĢdi.
Hətta Ģagirdi Züsmayerin Konstansa ilə eĢq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
macərasından danıĢırdılar. Özünü bəstəkarlığa
hazırlayan tələbənin yolunda Mosartın istedadı bir
qaya kimi durmuĢdu. Müəlliminə bənzəməyə o
qədər çalıĢırdı ki, illər keçəndən sonra not
yazısında qrafoloqlar nəyin Mosarta, nəyin
Züsmayerə məxsus olmasını ayıra bilmədilər.
Üstəlik, Mosartın paxıllığını çəkən bəstəkar
Solyeri ilə əlaqə saxlayaraq müəlliminin bütün
sirrlərini
ona
açırdı. Solyerinin Mosartı
zəhərləməsi barədə gəzən əfsanələrə baxmayaraq,
sarayda daha məĢhur olan bəstəkarın onu öz əliylə
zəhərləməsi
gülünc görünür. Amma bəzi
bioqraflar Solyerinin ölümqabağı kilsədə yazılı
etirafını əlində əsas tutaraq bu versiyada təkid
edirlər. Rekviyemin sifariĢçisi qraf Velzex
ġtuppax civə yataqlarının sahibiydi. Solyeri və
Züsmayerin
əlbirliyi
ilə
və
bu
qrafın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
məsləhətləriylə Mosartın civə ilə zəhərlənməsi
versiyası hələ də dillərdən düĢmür.
Otağın ortasında klavisinin yanında tabut
var: kobud taxtadan yonulub, taxtaların arasından
dəliklər görünür, qara rənglə səliqəsiz boyanıb.
Mosart bu tabutdadı. Otaqda Ģam yanır. ġagirdi
Züsmayer səhər tezdən qaçıb maestronun
Ģamdanını sələmçidən alıb ki, otaqda iĢıq olsun.
Kilsədə onu son mənzilə çox az adam yola salırdı.
Nə orqan çalır, nə də oxuyan var. Monoton latın
kəlmələri fonunda kimsə ərini donuz kimi dəfn
edən Konstansanın dalıyca alıb-verir, kimsə evə
gedib Mosartın əlyazmalarını gizlətməyi düĢünür.
Çünki baĢa düĢür ki, tezliklə onların qiyməti
olmayacaq.
Konstansanı
ovudarkən
dostları
fikir
eləməməyi məsləhət görürdülər. O da bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
məsləhətə həvəslə əməl edir və fikri-zikri Mosarta
görə təqaüd arxasınca qaçmaqdadı. Yüngül
xasiyyətli olduğundan dahi insanla bir yerdə
yaĢadığını hiss eləməmiĢdi. Bunu ilk dəfə
Mosartın əsərlərinin nəĢrindən aldığı qonorarın
həcmini görəndə baĢa düĢmüĢdü. Bəstəkarın
ölümündən sonra arvadı qapı-qapı gəzib yazıq dul
qadın obrazını oynamaqla indiki pula çevirəndə 5
milyon avro məbləğində qonorar toplaya bilmiĢdi.
Mosartın ölümündən 18 il sonra Konstansa
axır ki, qəbiristanlığa getməyi qərara alır. Dahi
bəstəkarı basdırmıĢ qoca artıq ölmüĢdü. Lap sağ
olsaydı belə, ümumi qəbirdə Mosartın cəsədini
tapmaq mümkün olmayacaqdı. Ona görə də
bəĢəriyyətin dahi musiqiçisinin qəbri insanlarçün
açılmaz sirr olaraq hələ də qalır...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Mündəricat
Azərbaycan muğam sənəti ........................... 3
Muğam ifaçılığı mədəniyyəti .......................12
" Karmen" XIX əsrin opera realizminin
zirvələrindən biri.........................................19
Azərbaycan xalq çalği alətləri.................. 29
“Sevilya bərbəri” Özünü öyən və şəhərdə
hamıya gərəkli olan bərbər Fiqaro. ...................... 41
“Karvan”. Xoş bir təsadüfün nəticəsi .................. 49
Musiqi . Bəzən caiz, bəzən də vacib olan
sənət. ......................................................................... 56
Klassika. Zamanın sınağından
çıxmış əsərlər ........................................................... 61
“Qız qalası”. Sovet Azərbaycanı
incəsənətinə hədiyə ................................................. 63
“Sevil”. Ġnqilab tufanının təsiri. ............................ 86
Motsart. Ġtmiş qəbrin sirri. 95
Dostları ilə paylaş: |