19
həqiqəti dərk etməmək daha yaxşıdı. Fəaliyyətsizlik mötədil ruhi tarazlıq, bir yerə yığılmış
dağınıqlıqdır. Oliveyra üçün ən vacibi bu mənzərədə Tupak Amarunun torpaqlarının
bölüşdürülməsində olduğu kimi ruhun varlığını itirməmək və bu zaman ətrafında hər gün bütün
mümkün sifətlərdə təntənəli surətdə elan edilən miskin eqosentrizmə (kreolosentrizmə,
subursentrizmə, kultursentrizmə, folklorsentrizmə) yuvarlanmamaq oldu. Hələ on yaşında ikən
günlərin bir günündə parasio ağacları əmilərini və onların tarixi-siyasi mövzuda çoxmənalı
nəsihətlərini öz adda-budda gölgəsi altına alanda o, ilk dəfə «Mən sizə deyirəm!» kimi
yumruğun masaya vurulmasıyla müşayiət olunan (bu, qəzəbli təsdiqə xidmət edirdi) xarakterik
ispan-italyan-argentinalı nidalarına qorxa-qorxa etirazını bildirdi.
«Glieco dico io!»
4
,
«Mən sizə
deyirəm, lənət şeytana!» Bu o deməkdir ki, «mən» çox dəyərliyəm» – Oliveyra düşünməyə
başladı. – Bu «mən» bu böyük dünyada hansı çoxbilmişliyi təsdiq edə bilərdi?» On beş yaşında
anladı ki, «mən bir şeyi bilirəm ki, heç nə bilmirəm»; və bu açıqlamanın ardınca gələn baldırğan
zəhəri tamamilə labüd göründü, həqiqətən də insanlara «mən sizə deyirəm» kimi çağırış etmək
cəzasız qala bilməz axı. Sonradan o, məmnuniyyətlə əmin oldu ki, mədəniyyətin ən yüksək
formalarına nüfuz, həmçinin biliyə və ağıla əsaslanan inam təsir göstərir. «Mən sizə deyirəm» də
eləcə. Ancaq bunu deyənlər tərəfindən pərdələnmiş və qəbul edilməmiş olsa belə, «mən həmişə
düşünmüşəm», yaxud «əgər mən nəyəsə inanıramsa da» və yaxud «aydındır ki» kimi səslənə
bilərdi və demək olar ki, heç vaxt əks fikri ehtiva edən soyuq mühakimə kimi
dəyərləndirilməzdi. Lap insan cinsi kimi dözüm, ağıllı şübhələr, duyğularda tərəddüdetmə
yoluyla həddindən artıq irəliləməsinə yol vermədən individumu diqqətlə izləyərdi. Müəyyən
məqamda həm qabar, həm skleroz, həm də tərif yaranıb: qara, yoxsa ağ, radikal, yoxsa
konservator, homo, yoxsa geteroseksual, bədii, yaxud mücərrəd, «San-Lorenso», yaxud
«Bokayuniors», ətli, yaxud vegeterian, kommersiya, yaxud poeziya. Tamamilə doğrudur, çünki
insan cinsi Oliveyra kimi tiplərə bel bağlaya bilməz; qardaşının məktubu da məhz bu
qəbuledilməzliyi ifadə edirdi.
«Bəla burasındadır ki, – o düşündü, – bütün bunlar labüdən bir şeyə gətirib çıxarır:
«animula vagula blandula»
2
.
Nə etməli? – onun yuxusuzluğu da elə bu sualdan başladı. –
Oblomov,
cosa facciamo?
3
Tarixin böyük səsləri hərəkətə keçməyə vadar edir:
«Hamlet,
revenge!»
4
İntiqam almalıyıq, Hamlet, yoxsa çippendeyl kreslosu, şap-şaplar və köhnə buxarıyla
kifayətlənəcəyik? Suriyalı hər şeydən sonra, bildiyimiz kimi, Marfanı biabırçı şəkildə təriflədi.
Sən Arcunanı döyüşə çağıracaqsan, qorxaq kral? Mübarizə xətrinə mübarizə, daim təhlükədə
yaşamaq, epikürçü Mariyanı, Riçard Hillarini, Kionu, T.E. Lourensi… yada sal. O kəs
4
Мян сизя дейирям! (ит.)
2
«Цряйим, эюзял сярсяри гыз» (лат.)
3
Ня етмяли? (ит.)
4
Щамлет, интигам ал! (инэ.)
20
xoşbəxtdir ki, özü seçir, gözəl qəhrəmanların, müqəddəslərin onu seçməsinə izn verir, həqiqətdə
isə onlar gerçəklikdən rahatlıqla qaçırlar».
Bəlkə də, elə belədir. Məgər yox? Ancaq onun nəzər nöqtəsi üzümə baxan tülkününküylə
eynidir. Bəlkə, onun öz əsasları var, ancaq onlar da qarışqanın cırcıramaya söylədikləri kimi
xırda və miskindir. Şüur aydınlığının fəaliyyətsizliyə aparması şübhəli deyilmi, bunun içində
xüsusi bir şeytan korluğu yoxdur ki? Barıt anbarıyla havaya uçan cəsur və səfeh döyüşçü Kabral,
şan-şöhrət qazanan igid əsgər – yüksək idealları, absolyuta ani yaxınlaşmanı özləri də bilmədən
belələri müəyyən etmirmi (çavuşdan hansı şüurluluğu tələb etmək olar)? Bununla müqayisədə
adi bəsirətin, şüurun kabinet məntiqinin gecə saat üçdə yatağın kənarında ağzında siqaret
oturduğun zaman yanına gəlməsi torpaq köstəbəyinin kəşfindən az əhəmiyyət kəsb edir.
O, öz fikirlərini artıq oyanmış və əlində bürmələnmiş qalac yuxulu-yuxulu xoruldayan
Sibilla ilə bölüşdü. Sibilla gözlərini açıb fikrə getdi.
– Sən, sadəcə, bacarmazdın, – o dedi. – Sənin beynin səhərdən gecə yarısınadək baş
sındırmağa, düşünməyə hazırdır, ancaq iş görmək sənlik deyil.
– Mən o prinsipdən çıxış edirəm ki, fikir fəaliyyətdən əvvəl gəlməlidir, ay axmaq.
– Prinsipdən, – Sibilla dedi, – çox mürəkkəbdir. Sən muzeydəki şəkillərə
,
sanki
,
nəzarətçi
kimi baxırsan. Mən demək istəyirəm ki, şəkillər oradadır, sənsə muzeydəsən, həm yaxınsan, həm
də uzaq. Mən səninçün şəkiləm, Rokamadur – şəkildir. Etyen – şəkildir və bu otaq da şəkildir.
Sənə elə gəlir ki, otaqdasan, ancaq sən burada deyilsən. Sən bu otağa baxırsan, özünsə burada
deyilsən.
– Sən, qızım, hətta müqəddəs Fomanı da zir-zibillə qarışıq sala bilərsən, – Oliveyra dedi.
– Niyə müqəddəs Fomanı? – Sibilla soruşdu. – İnanmaq üçün hər şeyi görmək istəyən
əbləhi deyirsən?
– Özüdür ki var, əzizim, – Oliveyra dedi və düşündü ki, əslində, Sibilla haqlıdır. Bəxtəvər
gözüylə görmədiklərinə də inanmağa hazırdır. O, həyatın fasiləsiz prosesiylə bir vəhdət təşkil
edir. Necə də xoşbəxtdir, bu otaqdadır, toxunmaq istədiyi hər şeyə tam ixtiyarı var və axınla
üzən balıq, ağacdakı yarpaq, göydəki bulud, şeirdəki obraz da onunla birlikdədir. Balıq, yarpaq,
bulud, obraz – elədir ki var, məgər yalnız bu…
(–84)
4
Onlar hansısa «clochard»ın ifadə etdiyi kimi, gecənin əlamətlərinə boyun əyərək və
yolları sayaraq, qaranlıq küçənin dərinliyindəki çardağın pəncərəsinin titrək işığında əfsanəvi