Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə5/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   2   3   4   5   6   7   8   9   ...   175

 

13 


 

 

 



Əvvəlcə  burada  hər  şey  qanvermə  kimiydi,  başdan-ayağa  işgəncə;  pencəyinin 

cibində  daima  göy  üzlüklü  pasportunun  olmasını  hiss  etməli,  mehmanxanadakı  nömrənin 

açarının  isə  mismardan,  öz  yerindən  asıldığını  bilməliydin.  Qorxu,  məlumatsızlıq,  korluq  –  bu 

belə adlanır, buna belə deyilir, indi bu qadın gülümsəyəcək, bu küçənin arxasından Nəbatat bağı 

başlanır. Paris poçt kartoçkası kimi  bir  şeydir, kirli aynanın  yanında  Kleye reproduksiyası. Və 

günlərin  birində Şerş-Midi küçəsində Sibilla  yanıma gəldi;  o

,

  mənim  Tomb-İssuar  küçəsindəki 



otağıma qalxanda çox zaman əlində ya çiçək, ya da Kleyenin və Mironun açıqcaları olardı, pulu 

olmayanda parkdan çinar yarpaqları yığıb gətirirdi. O vaxtlar mən səhər obaşdan küçədə məftil 

və  boş  qutular  axtarar, onlardan  mobillər,  boruların  üzərində  hərlənən  fırlanğıclar  və  heç  kəsə 

gərək olmayan  maşınlar qayırardım, Sibilla da  mənə onları rəngləməyə kömək edərdi.  Biz bir-

birimizə  aşiq  deyildik,  biz  məhəbbətə,  sadəcə,  uzaqdan  və  tənqidi  həssaslıqla  yanaşır,  bunun 

ardınca  da  qorxunc  sükuta  dalırdıq.  Bir-birimizə  baxdığımız  müddətdə  pivə  qızır,  köpüyü 

stəkanda ərp bağlayır və biz zamanın keçdiyini hiss edirdik. Nəhayət, Sibilla ayağa qalxıb otaqda 

var-gəl  edərdi.  Dəfələrlə  onun  güzgünün  qarşısında  dayanıb  heyran-heyran  öz  bədəninə 

baxdığını,  Suriya  heykəlcikləri  kimi  ovuclarıyla  döşlərini  qaldırdığını  və  baxışlarını  asta-asta 

dolandıraraq,  sanki,  dərisini  tumarladığını  görmüşdüm.  Və  mən  onu  yanıma  çağırmaq  istəyim 

qarşısında  tab  gətirməyib  az  öncə  xeyli  tək-tənha  qalaraq  bədəninin  əbədiliyinə  bu  dərəcədə 

inanıb-vurulduqdan sonra yenidən mənimlə necə olacağını hiss etmək istəyirdim.  

O  vaxtlar  biz,  demək  olar  ki,  Rokamadur  haqqında  heç  danışmazdıq,  həzz  almaq 

eqoistlikdir və ötəri ləzzət öz şirin iniltisiylə bizi bir-birimizə sarı itələyir, öz duzlu əlləriylə bir-

birimizə  bağlayırdı.  Mən  Sibillanın  arsızlığını  ayrı-ayrı  mövcudluq  anlarının  təbii  şərti  kimi 

qəbul  etdim  və  biz  Rokamaduru  dilucu  xatırlayıb  qızdırılmış  vermişel  boşqabına  hücum 

çəkirdik, çaxırı pivə və ya limonadla qarışdıraraq ya aşağı qaçırdıq ki, tində alver edən qarı bizə 

iki düjün istridyə açsın, ya da qopub-tökülmüş pianoda Şubertin madam Noqe melodiyasını və 

Baxın  prelyudiyalarını  çalırdıq  və  yaxud  da  dəmir  torda  qızardılmış  bifşteks  və  duzlu  xiyar 

qarışdırılmış  «Porgi  və  Bess»i  ifa  edirdik.  Yaşadığımız  nizamsız,  daha  doğrusu,  nizamlı  həyat 

sayəsində qarnımız ən təbii yolla tədricən val anbarına və cavab gözləyən – artıq vacib saydığım 

– məktub arxivinə çevrilirdi, ancaq  mən  bunu Sibillaya demək  istəmirdim. Sibillaya gerçəkliyi 

dəqiq terminlərlə anlatmağın yersiz olduğunu başa düşmək o qədər də çətin deyil, təriflər və ya 

onların  tam  əksi  onu  əməlli-başlı  pərt  edərdi.  Onunçün  nizamsızlıq  deyilən  şey,  ümumiyyətlə, 

mövcud deyildi, mən bunu bir dəfə onun açıq qalmış çantasına baxarkən anladım (bu, Reomyur 

küçəsindəki kafedə olmuşdu, yağış yağırdı və həvəs bizə əziyyət verirdi); mən nizamsızlığı qəbul 




 

14 


edir  və  hətta  ona  dostcasına  yanaşırdım,  lakin  yalnız  bunun  nə  demək  olduğunu  anlayandan 

sonra; demək olar ki, bütün dünyayla münasibətlərim mənə sərfəli olmayan bu şərtlərlə quruldu 

və  neçə  dəfə  günlərlə  dəyişdirilməmiş  yataqda  uzanıb  Sibillanun  metroda  bir  uşağın  ona 

Rokamaduru xatırlatmasına görə ağlamağını dinləyərək, ya da onun bir gün öncə bütün gününü 

Leonora Aktvinskayanın portreti qarşısında  keçirib ona bənzəmək ehtirasıyla daranmasını  seyr 

edərək neçə dəfə  fikirlərimi udmuşam (lap əqli gəyirti kimi). Çünki  həyatımın əlifbası  – əzab-

əziyyətlə  dolu  axmaqlıqdır,  çünki  mənim  həyatım  dialektik  vurnuxmalarda  taqətdən  düşüb, 

bunların  nəticəsində  mən  nə  isə  etmək  əvəzinə  heç  bir  şey  etməməyi  və  hamının  qəbul  etdiyi 

ədəb-ərkan əvəzinə, mötədil ədəbsizliyi seçmişəm. Sibilla saçlarını yığır, açır və yenidən yığırdı. 

Rokamadur  haqqında  düşünərək  Hüqo  Volfdan  nəsə  oxuyar  (iyrəncdir),  məni  öpər  və  saç 

düzümünün  necə  olduğunu  soruşardı,  ya  da  sarı  kağız  parçasına  rəsm  çəkərdi,  həmişə  də  öz 

kefindəydi,  tamamilə  və  büsbütün,  eyni  vaxtda  qeyri-təsadüfən  kirli  yatağa  uzanıb  və  qeyri-

təsadüfən  isti  pivə  qurtumlayan  məndə  hər  şey  əksinəydi:  mənim  həyatım  və  mən  həmişə 

başqalarının həyatının qabağında olub. Lakin mən bu şüurlu avaralığımla fəxr etmişəm: aylar və 

Sibillanın,  Ronaldın,  Rokamadurun,  Klubun,  küçələrin,  mənim  mənəvi  azarlarımın,  başqa 

pioreylərin,  Bert  Trepanın,  arabir  aclığın,  məni  çətinliklərdən  qurtaran  qoca  Truyun  olduğu 

saysız həyat hadisələri bir-birini əvəz edirdi, ancaq mən musiqi və tənbəki, nalayiq söyüşlər və 

müxtəlif xırda ədəbsizliklər  qusan gecələrə əsir düşərək, onların təsirinə düşüb-düşməməyimdən 

asılı olmayaraq, cib xaosunu ali mənəvi qanunlarla qınayan, yaxud ona hansısa başqa, tamamilə 

çürümüş    yarlıklar  yapışdıran  bu  sürtük  bohema  həvəskarları  kimi  heç  vaxt  riyakarlıq  etmək 

istəmirdim;  büsbütün  batırılmış  cəmiyyətdən  yaxa  qurtarmaq  üçün,  guya,  bir  az  ədəb-ərkanın 

yetərli olmasıyla mən heç cür razılaşmaq istəmirdim. Beləliklə, Sibillaya rast gələndə, o özü də 

bilmədən mənim həyatımın şahidi və casusu oldu, mənsə durmadan bu barədə düşündüyümdən 

əsəbilik  keçirirdim  və  həmişəki  kimi  başa  düşürdüm  ki,  mənimçün  mövcud  olmaqdan  və 

fəaliyyət göstərməkdənsə, düşünmək daha asandır, mənim durumumda 

ergo


1

  məşhur  frazadakı 

ergo  deyil,  hətta  ümumiyyətlə,  ergo  deyil.  Ona  görə  də  biz  daima  sol  sahildə  avaralanırdıq, 

Sibilla  isə  mənim  casusum  və  şahidim  olduğunu  bilmədən,  bundan  xəbərdar  olmadan  mənim 

biliyimə,  ədəbiyyatı,  hətta 

«jazz  cool»

3

  u  başa  düşməyimə  heyran  qalırdı,  çünki  bütün  bunlar 



onunçün  müəmmalı  və  anlaşılmaz  şeylər  idi.  Ona  görə  də  özümü  Sibillaya  antoqonistcəsinə 

yaxın  hiss edirdim,  bizim sevgimiz dialektik  sevgiydi,  dəmir  yonqarlarını  və  maqniti,  hücumla 

mudafiəni,  topla  divarı  birləşdirən  sevgi  kimi.  Sibillanın  mənimlə  bağlı  müəyyən  xəyallar 

qurmasından qorxurdum, bəlkə də, ona elə gəlirdi ki, mən mövhumatdan müalicə olunuram, ya 

da keçmiş xurafatı az zəhlətökən və daha poetik olan qadına dəyişirəm. Və bu müvəqqəti könül 

                                                

1

 

 Cogito ergo sum – мян дцшцнцрям, она эюря дя йашайырам (лат.) 

3

 



 «Сойуг» ъаз (инэ.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə