Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə4/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

Siz kölgələrdə yaşamaya bilərsiniz 
15
san?  Xahiş  edirəm,  Rəbb,  xahiş  edirəm!  Əgər  məni 
sevirsənsə, mənim ölməyimə icazə verəcəksən.
İtmiş quzu
Qaranlığın padşahlığı onun üçün Allahın hüzurundan daha canlı 
və gerçək görünürdü. Mən 20 il ərzində belə ürək ağrıdan məktub 
yazmış  qadına  bənzər  yüzlərlə  məsihçilərlə  görüşmüşəm.  Onla-
rın  çoxu  sui-qəsd  etməyə  çalışmamışdılar,  amma  belə  fikirlərin 
onlara gəldiyini deyirdilər. Demək olar ki, hamısı «onlar»ın hüzu-
runu hiss edirdi – onları vadar edən, qıcıqlandıran, sınağa çəkən, 
əzab verən, ittiham edən və ya hədələyən daxili meyillər, yaxud 
səslər. Çox vaxt mənimlə görüş təyin edən insanlara xəbərdarlıq 
edərək deyirəm ki, onlar: «Getmə, o sənə kömək edə bilməz» — 
kimi sözlər «eşidəcəklər», — yaxud, birinci şəxsin təkində: «Mən 
getmək  istəmirəm»  və  ya:  «Bunu  əvvəl  etmişəm,  heç  bir  xeyri 
olmayıb»  –  kimi  dağıdıcı  fikirlər  düşünəcəklər.  Bir  nəfər  yazır-
dı: «Hər dəfə sizinlə danışmağa çalışanda, hətta sizinlə danışma-
ğı düşünəndə mən tamamilə qapanırdım. Daxilimdə olan səslər, 
həqiqətən, mənim üstümə qışqırırdılar: 'Yox!' Mən hətta içərimdə 
gedən bu dəhşətli döyüşə son qoymaq üçün özümü öldürməyi dü-
şünürdüm. Mənə kömək lazımdır!»
Mənim  görüşdüyüm  bir  çox  başqa  məsihçilər  belə  səslər 
eşitməkdən şikayətlənmirlər, amma onların beyinləri elə çaşqın-
lıqlarla dolub ki, Məsihlə gündəlik həyatları boş, bəhrəsizdir. On-
lar dua etməyə çalışanda etməli olduqları milyonlarla başqa şeylər 
haqqında  düşünməyə  başlayırlar.  Onlar  oturub  Müqəddəs  Kitab 
və ya yaxşı məsihçi kitabı oxuyanda fikirlərini toplaya bilmirlər, 
yaxud  bir  neçə  dəqiqə  oxuyurlar  və  qəfildən  fikirlərinin  milyon 
kilometrlər uzaqda olduğunu görürlər. Rəbbə hansısa yolla xidmət 
etmək üçün imkan yarananda ruhdan salan özünə-şübhə fikirləri 
ilə  maneçilik  törənirdi:  «Mən  güclü  məsihçi  deyiləm»;  «Mən 
Müqəddəs  Kitab  haqqında  kifayət  qədər  bilmirəm»;  «Mən  hələ 
də günahlı fikirlərdən yaxa qurtarmamışam» və ya: «Məndə ru-
hani ənamlar çox deyil». Yenilməz, bəhrəli, sevinc dolu məsihçi 


16
Buxovları qıran
olmaq  əvəzinə  İsa  gələnə  qədər  sabit  qalmağa  çalışaraq  bütün 
həyatları  boyunca  dumanda  sürünə-sürünə  gəzirlər.  Bunların 
bəziləri, şübhəsiz, əqli tərbiyənin çatışmazlığı və cismani təbiətin 
tərzlərindən irəli gəlir, amma bu, eləcə də düşməndən gələn al-
danmanı əks etdirə bilər. Mən belə əqli əzabdan minlərlə insanın 
azad olduğunu görmüşəm. 
Ə
sarət haqqında geniş yayılmış səhv anlayışlar
Bu  «səslər»  haradan  gəlir  və  bir  çox  həyatları  bezdirən  əqli 
çaşqınlıqlara  səbəb  nədir?  Əsarətdə  olan  insanlara  xidmətimin 
erkən dövrlərində bacarıqsızlığıma və uğursuzluğa düçar olmağıma 
əsas səbəblərdən biri bu sualların cavabını bilməməyim idi. Qərb 
dünyagörüşümdən  Müqəddəs  Kitaba  uyğun  dünyagörüşünə 
keçməyim düşüncələrimdə bir neçə böyük dəyişikliklər tələb edib. 
Ruhani aləm haqqında çoxlu dağıdılası səhv anlayışlara inanırdım. 
Ola  bilsin  ki,  məsihçiləri  qaranlıqda  saxlayan  bu  eyni  yanlış 
ideyalar sizə də mane olur. 
1. Məsih yer üzündə olanda cinlər fəal idilər, amma onların 
fəaliyyəti azalıb. Bu nöqteyi-nəzərlə razılaşan məsihçilər Allahın 
Kəlamında aşkarlanan hikməti qəbul etmirlər, onlar gerçəkliklə də 
üzləşmirlər. Əhdi-Cədid aydın bildirir ki, imanlılar ruhani qüvvələrə 
qarşı  vuruşacaqlar:  «Çünki  mübarizəmiz  qandan  və  ətdən  ibarət 
olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qa-
ranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qar-
şıdır» (Efes. 6:12). Paul «şər olanın bütün yanar oxlarından» özü-
müzü müdafiə etmək üçün geyinməli olduğumuz ruhani zirehlərin 
hissələrini göstərməklə davam edir (13-17-ci ayələr). 2 Kor. 10:3-
5-də Paul yenə də dəqiq bildirir ki, imanlılar Allahın biliyinə qarşı 
dayanan qüvvələrin əleyhinə ruhani döyüşə giriblər. Əgər ruhani 
qara qüvvələr imanlılara artıq hücum etməsəydilər, onda Paul niyə 
onlardan ehtiyatlı olmağı və onlara qarşı silahlanmağı əmr edirdi? 
Şübhəsiz ki, Allahın zirehi imansız üçün deyil, imanlı üçündür. 


Siz kölgələrdə yaşamaya bilərsiniz 
17
Paulun birinci əsrdə haqqında yazdığı hökmranların və qüvvələrin 
hələ də iyirmi birinci əsrin başlanğıcında mövcud olduğu aydındır. 
Bizdə hələ də həmişəki kultlar və okkultik fəaliyyətlər var, amma 
«New Age» hərəkatının güclənməsinə fikir verin. Əlbəttə, «New 
Age» haqqında yeni heç bir şey yoxdur. İnsanlar Əhdi-Ətiqdə xa-
tırlanan  köhnə  spiritizmlə  məşğul  olurlar.  Onlar  yalnız  medium 
terminini kanala, cin terminini isə ruh bələdçisinə çeviriblər. 
Allahın  padşahlığı  Müqəddəs  Kitabda  əsas  mövzudur,  amma 
bu,  qaranlığın  padşahlığı  ilə  ziddiyyətdə  başa  düşülməlidir.  Ya-
radılışdan  Vəhyə  qədər  olan  döyüş  həmin  iki  padşahlıq,  Məsih 
və  Məsihin  əleyhdarı,  Həqiqət  Ruhu  ilə  yalanlar  atası,  Allahın 
peyğəmbərləri ilə yalançı peyğəmbərlər, buğda (Padşahlığın oğul-
ları) ilə dəlicələr (şər olanın oğulları – Matta 13:38-ə baxın) ara-
sında  gedir.  Ruhani  qara  qüvvələrə  qarşı  mübarizə  yalnız  birin-
ci  əsrdə  baş  verən  bir  şey  deyil  və  bu  günün  məsihçiləri  üçün, 
sadəcə, könüllü bir iş deyil. Qaranlığın padşahlığı hələ də var və 
şeytan hələ də «nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi 
dolaşır»  (1  Peter  5:8).  Buna  görə  də  Peter  belə  öyrədir:  «Ayıq 
durun, oyaq olun…Möhkəm imanla ona qarşı durun. Bilin ki, bü-
tün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər» (1 Peter 
5:8, 9). Əgər sizin Müqəddəs Kitaba uyğun olan dünyagörüşünüzə 
qaranlığın padşahlığı daxil deyilsə, onda şeytanın sizə və dünyaya 
etdiyi  pisliklərə  görə  ya  Allah,  ya  da  siz  məsuliyyəti  üzərinizə 
götürməlisiniz.
2. Erkən məbədin şeytani fəaliyyət adlandırdığını biz indi 
psixoloji  xəstəlik  kimi  başa  düşürük.  Belə  fikirlər  Kəlamın 
həqiqətə uyğun olmamasını bildirir. İlahi vəhy qüsursuzdur. Şey-
tanın hücumlarından təngə gəlmiş mənim ilk məsləhət verdiyim 
məsihçiyə  həkimlər  şizofreniyanın  paranoyya  formasını  diaqnoz 
qoymuşdular.  Bir  neçə  dəfə  müalicə  etdikdən  və  xəstəxanada 
yatdıqdan  sonra  tibb  müəssisələri  ondan  əl  çəkdilər.  Diaqnoz 
onun  simptomlarına  əsaslanmışdı.  O,  demək  olar  ki,  qorxudan 
iflic olmuşdu və ruhani hücuma məruz qalan istənilən adam kimi 
mühakimə edən fikirlərdən təngə gəlmişdi. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə