Siz kölgələrdə
yaşamaya bilərsiniz
19
sa bir təhlükəsiz vaxtın olduğunu heç vaxt qeyd etmir. Nə qədər
ki biz yer üzündə yaşayırıq, sınağa çəkilmək, ittiham edilmək,
aldanmaq imkanı həmişə var. Əgər biz bu fikirləri qəbul etsək, biz
cavabların yalnız tibb sahəsindən, yalnız psixologiya sahəsindən,
yaxud yalnız ruhani sahədən olduğunu daha fikirləşməyəcəyik.
«
Trinity Evangelical Divinity» İnstitutunda müəllimlik edən
Dr. Paul söyləyir: «Müasir məsihçilər iki mərtəbəli dünyagörüşünə
meyil edirlər. Allah fövqəltəbii mərtəbədə məhdudlaşır və təbii
mərtəbə müstəqil elmi qanunlara uyğun şəkildə fəaliyyət göstərir.
Əgər məsihçilər belə düşünməkdə davam etsələr, məsihçilik dün-
yanı dünyəviləşdirən qüvvə olmaqda davam edəcək.»
4. Məsihçilər cinlərin təsirinə məruz qala bilməz. Bəzi
məsihçilər inanırlar ki, məsihçilərə cinlər təsir edə bilməz. Hətta
şeytani təsirin problemin bir hissəsi olduğuna eyham edərkən
cəld imtina edirlər: «Mümkün deyil! Mən məsihçiyəm!» Bu cür
düşüncələr məbədi münasib cavab verməkdən və hücuma məruz
qalanlara kömək etməkdən məhrum edir və belə insanlar ümidsiz
qalırlar, çünki yalnız bizlər onlara kömək edə bilərik.
Ruhani problemlərə diaqnoz qoymağa bu yalandan başqa heç nə
belə böyük zərər vurmayıb. Əgər şeytan məbədə toxuna bilməzsə,
onda niyə Müqəddəs Kitabda Allahın zirehlərini geyinmək, şey-
tana qarşı durmaq, möhkəm durmaq və ayıq olmaq göstərişləri
var? Əgər bizim şeytanın tələsinə düşməyə, yaralanmağa imkan
verən zəif yerlərimiz yoxdursa, Paul niyə qara qüvvələrə qarşı
münasibətimizi mübarizə kimi təsvir edir? Düşmənin dağıtma po-
tensialını inkar edənlər ən çox təsirə məruz qalanlardır. (Bizim
şeytanın müdaxiləsinə və təsirinə məruz qalmağımız bu kitabın
ikinci hissəsinin mövzusudur).
5. Şeytani təsir yalnız hiddətli, yaxud azğın davranışda
və böyük günahda görünə bilər. Mən pastor olanda illərlə belə
düşünürdüm və ona görə də bir çox məsihçiləri bəhrəsiz edən
incə aldanmaları sezmirdim. Düzdür, bu günlərdə Luka 8-dəki
«
Legion» adlı azğın, cinə tutulmuş adamlara hərdənbir rast
20
Buxovları qıran
gəlinir, amma aldanmış məsihçilərin çoxu səbəbi və həlli tapıl-
mayan şəxsi və şəxslərarası problemlər yaşayarkən nisbi nor-
mal həyat keçirirlər. Onlar şeytani müdaxiləni yalnız qatillərə
və ya dəhşətli seks cinayətlərinə aid etdiklərinə görə bu sadə,
problemdən təngə gəlmiş fərdlər daxillərində nə baş verdiyini və
niyə «yaxşılaşa» bilmədiklərini başa düşə bilmirlər.
Şeytanın birinci və qabaqcıl strategiyası aldatmadır. Paul
xəbərdarlıq etdi: «…çünki şeytan da işıq mələyi cildinə girir. Şey-
tana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi
qəribə deyil» (2 Kor. 11:14, 15). Məbədin gücsüz olmasına səbəb
bir neçə azğın cinə tutulmuş adamlar deyil, «normal» imanlıla-
rın həyatlarında şeytanın incə aldatması və müdaxiləsidir. Mənim
«Məsihdə azad yaşamaq» konfransıma gələn bir məsihçi psixote-
rapevt demişdi: «Mən 15 illik məsləhətvermə işimdə sizin kon-
fransa gələnə qədər cinə tutulmanın əlamətlərini görməmişdim.
Mən öz işimə qayıdanda məsləhət üçün yanıma gələnlərin üçdə
ikisinin, eləcə də özümün əqlən aldandığımı aşkar etdim.»
6. Ruhani əsarətdən azadlıq şeytani qüvvələrin daha böyük
qüvvə ilə toqquşmasının nəticəsidir. Ruhani münaqişələrdən
və əsarətdən azadlıq böyük qüvvə ilə toqquşmadan gəlmir; bu,
həqiqətlə üzləşmədir. Şeytan aldadandır və o, nəyin bahasına
olursa-olsun, gizlicə işləyəcək. Amma Allah Kəlamının həqiqəti
onu və onun yalanlarını ifşa edir. Onun cinləri işıq görən kimi
kölgəyə qaçan tarakanlara bənzəyir. Şeytanın gücü yalandadır və
onun yalanları
həqiqətlə ifşa ediləndə, planları pozulur.
Mən uşaqlıqda fermada yaşayanda atam və qardaşımla məhsulu
bölüşmək və kömək etmək üçün qonşumuzun fermasına gedərdik.
Qonşunun bərkdən hürən balaca iti var idi, bu it məni yaman
qorxudurdu. İt tindən qəfil çıxıb hürəndə atam və qardaşım öz
yerlərində dayanırdılar, amma mən qaçırdım. Sizcə it kimin dalın-
ca düşərdi! Balaca it yerdən mənə hürərkən kiçik yük maşınımızın
üstünə çıxıb canımı qurtarırdım.
Hamı bilirdi ki, özümün itə verdiyim səlahiyyətdən başqa itin
üzərimdə heç bir səlahiyyəti yox idi. Bundan başqa, itin məni