Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə3/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

10
Buxovları qıran
boyu  sürəcək.  Amma  insanlara  şəxsi  və  ruhani  problemlərinin 
həllində və Məsihdə azadlıq tapmalarında yardım göstərmək çox 
vaxt  aparır.  Məsihdə  diri  və  azad  olmaq  mövqedən  asılı  olan 
müqəddəsləşmənin
2
 bir hissəsidir, bu, inkişaf edən müqəddəsləşmə 
üçün əsasdır. Başqa sözlə, biz Allahın övladları olmağa çalışmırıq, 
biz Məsihə uyğunlaşan Allahın övladlarıyıq. İnsanlar əsl tövbə 
və Allaha iman vasitəsilə Məsihdə azad olduqdan və canlandıqdan 
sonra onların böyüməyinə fikir verin! Onların Allahın Kəlamı üçün 
yeni yanğıları var və onlar Məsihdə kim olduqlarını bilirlər, çünki: 
«Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın 
övladlarıyıq» (Rom. 8:16). 
Bu  kitabda  ruhani  münaqişələrin  təbiətini  aydınlaşdırmağa  və 
onların  Məsihdə  necə  həll  edilməsini  təsvir  etməyə  çalışmışam. 
Birinci  hissə  sizin  Məsihdə  olan  azadlığınızın,  müdafiənizin  və 
səlahiyyətinizin mövqeyini izah edir. İkinci hissə sövq olunmalara, 
ittihamlara və yalanlara qarşı zəifliyinizi sizə xəbərdarlıq edir. Üçün-
cü hissə sizə Allaha tabe olmağa və iblisə qarşı durmağa (Yaqub 
4:7) imkan verən Məsihdə Azadlıq Addımlarını təqdim edir. 
İmanlı  həyatında  əsarət  və  azadlıq  arasında  ziddiyyət  aşağı-
da  savadlı  bir  adamın  məktubunda  güclü  surətdə  təsvir  edilib. 
Nensidən fərqli olaraq, xarici görünüşdən bu kişi normal, məbədə 
gedən məsihçi idi, onun həm ailəsində, həm də karyerasında çox 
uğurlu həyat yaşadığı görünürdü. Amma o, Məsihdə öz azadlığını 
hiss etmirdi. 
Əziz Nil, 
Mən «psixologiya ilə əlaqəli» çoxlu izah olunmaz 
hücumlara  məruz  qaldığıma  görə  sizinlə  ünsiyyət 
qurdum.  Mənim  emosional  çətinliklərim,  yəqin  ki, 

Biz Allahdan doğulanda əbədi olaraq Allah üçün «təqdis olunuruq». 
Biz «Məsihdə» olan mövqeyimizə görə artıq müqəddəs hesab edilirik. 
Bu, mövqedən asılı olan müqəddəsləşmə adlanır. Bundan başqa inkişaf 
edən müqəddəsləşmə də var, bu prosesdə ruhani yeniləşmə və artım 
vasitəsilə Müqəddəs Ruh bizi Məsihin surətinə uyğun dəyişdirir.


Nəhayət azad! 
11
uşaqlıqdakı həyat təcrübələrimdən — dəhşətli kinolar, 
«Ouija  boards»  (cinlərlə  əlaqə  saxlanılan  bir  oyun, 
(tərcüməçinin qeydi)) oyunu və sairədən irəli gəlirdi. 
Mən «Drakulanın qanı» adlı filmə baxdıqdan sonra 
şeytani  qüvvələrin  mənimlə  görüşəcəyindən  qorxdu-
ğumu yaxşı xatırlayıram.
Mənim  atam  tünd  xasiyyət,  əsəbi  insan  idi  və 
özündən  tez  çıxırdı.  Onu  məyus  etdiyimə  görə  özü-
mü günahlandırmağım və susmağım vəziyyətdən çıxış 
yolu  idi.  İçərimdə  emosiyalarımı  gizləyib  saxlamaq 
mənim  həyat  tərzimə  çevrildi.  Mən  böyüyərkən  bü-
tün şəxsi çatışmazlıqlarıma və uğursuzluqlarıma görə 
özümü günahlandırmaqda davam edirdim. 
Sonra mən Məsihi öz şəxsi Rəbbim və Xilaskarım 
kimi  qəbul  etdim.  Mən  növbəti  bir  neçə  il  ərzində 
ruhani  inkişaf  etdim,  amma  heç  vaxt  kamil  sül-
hü hiss etmədim. Uzaq və sərt hiss etdiyim Allahla 
ünsiyyətim haqqında daxilimdə həmişə şübhə var idi. 
Dua etməkdə, Müqəddəs Kitab oxumaqda və pastorun 
vəzinə  diqqət  yetirməkdə  çətinlik  çəkirdim.  Mənim 
həyat  məqsədi  haqqında  ciddi  şübhələrim  var  idi. 
Mən dəhşətli qarabasmalar görüb qışqıraraq yuxudan 
oyanırdım. 
Mən sizinlə dua edən müddətdə, nəhayət ki, Məsihdə 
azadlıq  tapdım.  Mən  dərk  etdim  ki,  Allah  tələbkar, 
xırdaçı deyil, əksinə, nailiyyətlərimdə sevinən sevimli 
Atadır. Mən axırıncı addıma qədər dua etdikdə böyük 
sərbəstlik əldə etdim.
Siz  inanmazsınız  ki,  mən  indi  Allahın  Kəlamını 
necə  anlayıram.  Mən  müsbət  düşüncələri  inki-
şaf  etdirmişəm  və  Allahla  olan  bütün  ünsiyyətim 
tamamilə  dəyişib.  Bizim  görüşümüzdən  bəri  heç  bir 
qarabasma olmayıb.
Nil,  qorxuram  ki,  şeytani  qüvvələrin  hücumuna 
görə  «gizli  əzabla»  həyat  yaşayan  mənim  kimi  bir 


12
Buxovları qıran
çox məsihçilər olar. Əgər mən belə qüvvələrin qurba-
nı olduğum halda hər şeyin yaxşı olduğu görünübsə, 
başqalarında da belə ola bilər. 
Siz azad ola bilmədiyiniz qorxunun, ruh düşkünlüyünün, vərdişlərin, 
uzaqlaşa bilmədiyiniz fikirlərin və ya daxili səslərin, yaxud yaxa 
qurtara bilmədiyiniz günahlı davranışların əsarəti altında yaşayan 
məsihçilərdən birisinizmi? Allah sizin Məsihdə diri qalmağınız və 
azad olmağınız üçün hər bir şeyi təmin edib. Bu səhifələr boyunca 
mən artıq qaranlığa qalib gəlmiş və azadlığı əldə etmiş bir Nəfərlə 
sizi tanış etmək istəyirəm: İsa Məsih — buxovları qıran Odur!


Buxovları qıran
1
1
Cəsarətli olun!


1
Siz kölgələrdə  
yaşamaya bilərsiniz
Bu  şeyləri  anlamağımın  ilkin  dövrlərində  yerli  məsihçi 
məsləhətçisi məndən xahiş etdi ki, yanına məsləhətə gəlmiş qadı-
nın ruhani vəziyyətini başa düşməkdə ona kömək edim. O, qadına 
bir neçə psixoloji test vermişdi, amma problemin kökünə gedib 
çıxa  bilməmişdi.  Dörd  il  nəticə  verməyən  psixoloji  terapiyadan 
sonra  o,  nəhayət,  qadının  hansısa  bir  ruhani  əsarətdə  olduğu-
nu hiss etdi. Terapiyanın ilkin dövrlərində qadın Allaha aşağıda-
kı  məktubu  yazmış,  on  dəqiqə  sonra  isə  böyük  dozada  dərman 
içməklə həyatına qəsd etməyə çalışmışdı: 
Əziz Allah, 
Sən haradasan? Sən məni görmürsən? Bu qədər də 
biganəlik  olarmı?  Mən  ruhən  çox  əzilmişəm  və  bu, 
heç  sənin  vecinə  də  deyil.  Əgər  sənin  vecinə  olsay-
dı, bunu dayandırardın və ya mənim ölməyimə icazə 
verərdin.  Mən  səni  sevirəm,  amma  sən  çox  uzaqda 
dayanmısan.  Mən  səni  nə  eşidirəm,  nə  hiss  edirəm, 
nə  də  görürəm,  amma  istəyirsən  ki,  Sənin  yanım-
da olduğunu bilim. Rəbb, mən onları hiss edirəm və 
eşidirəm. Onlar buradadırlar. Ay Allah, mən bilirəm 
ki, Sən, doğrudan da, mövcudsan, amma indi onların 
varlığı mənə daha həqiqi görünür. Rəbb, xahiş edirəm, 
qoy kimsə mənə inansın. Sən niyə bunu dayandırmır-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə