8
Buxovları qıran
ruhani aləmin həqiqiliyini rədd edən psixoterapevtik xidmətlərin,
nə də problemə yalnız ruhani bir şey kimi baxan cinləri qovma
xidmətlərinin yetərli cavabı yoxdur. Allah həqiqətdə mövcuddur,
O, bütün varlığımızla ünsiyyətdədir – və Onun Kəlamı bu güna-
ha batmış dünyada yaşayan bütün insanlar üçün hərtərəfli cavabı
təmin edir.
Allah sizin azad olmağınızı və
Məsihdə böyüməyinizi istəyir
Bu kitabın ilk nəşrindən bəri mən «
God’s Power at Work in
You» («Allahın gücü səndə iş görür») (
Harvest House) adlı
müqəddəsləşmə haqqında kitaba (Dr. Robert Sausi ilə) müəlliflik
etmişəm. Allahın iradəsi bizim həyatlarımız üçün müqəddəslik
olduğundan (1 Salonik. 4:3) müqəddəsləşmə prosesini anlamaq
həddən artıq vacibdir. «…bədənin Başı olan Məsihə bənzəmək
üçün hərtərəfli böyüyək…kamil insan səviyyəsinə, Məsihin tam
yetkinliyi həddinə çatacağıq» (Efes. 4:15, 13). Əgər Allah bizə
Məsihdə yetkin olmaq üçün hər şey veribsə (2 Peter 1:3), onda
niyə bir çox məsihçi Məsihdə böyümür? Onların bəziləri indi də
20 il bundan əvvəl olduqları kimi Məsihə bənzəmirlər. Paul de-
yir: «Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riya-
sız imandan gələn məhəbbətdir» (1 Timotey 1:5). Biz məsihçi
həyatımızın hər bir ilində: «Mən imanımda böyümüşəm və indi
Allahı və başqalarını keçən il sevdiyimdən daha çox sevirəm»
deyə bilməliyik.
Əgər bunu deyə bilmiriksə, onda biz böyümürük.
Belə cismaniliyə səbəbin bir hissəsi 1 Kor. 3:2, 3-də verilib:
«Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk
yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz. Çünki siz hələ
də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə varsa, onda
siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüz-
mü?» Paulun dediyinə əsasən, bəzi məsihçilər həyatlarında olan
həll edilməmiş münaqişələrə görə Müqəddəs Kitaba uyğun yaxşı
təlimi qəbul edə bilmirlər. Bu şəxsi və ruhani münaqişələri əsl
tövbə və Allaha imanla həll etmək üçün bir yol lazımdır. Kitabın
məqsədi budur; amma problemin ruhani tərəfinə daha çox toxunur.