169
“Təbriz açar könlümü, .... , gər açılsa, Hərçənd ki, firdovs-Sfahanə
yetişməz” , - beytində hansı şairin təxəllüsü buraxılmışdır? a) Saib
Təbrizi b) Rəhməti Təbrizi c) Qövsi Təbrizi d) Həqiri Təbrizi e)Tərzi
Əfşar
170
XVI-XVII əsrlər ədəbiyyatımızda bu təxəllüslə yazan üç şair olmuşdur: a)
Saib b) Məsihi c) Heyrani d) Əmani e) Qövsi
171
XVII əsrdə yaşamış bu şairin ədəbi irsi yalnız klassik lirika janrlarında
yazılmış əsərlərdən ibarətdir: a) Məsihi b) Əmani c) Fədai d) Qövsi e)
Vidadi
172
Bu obrazlar hansı əsərdədir : Ərdəşir şah, Kamil vəzir, Xacə Şəban,
Xurşidbanu, Zərrin şah: a) Hamid “Seyfəlmüluk” b) Heyrani
“Dəlinamə” c) Məhcur “Qisseyi- Şirzad d) Vidadi “Müsibətnamə” e)
Möhsün Nasiri “Tutinamə”
173
Bu hekayətlər hansı əsərin daxilindədir: “Göy tülkünün nağılı”, “Özünü
dərviş yolunda fəda edən hökmdarın hekayəsi”, “Təbəristan şahı və onun
xidmətçisi”? a) “Hekayəti-səqqa” b)M.Nəsiri “Tutinamə” c) Fədai
“Bəxtiyarnamə” d) “Hekayəti -Düzdü Qazi” e) “Hekayəti - xırs
quldurbasan”
174
M. Nəsirinin “Tutinamə” əsəri kimin sifarişi ilə yazılıb? a) Nadir şahın
b) Ağa Məhəmməd şah Qacarın c) Cavad xan Ziyadoğlunun d)
İbrahimxəlil xanın e) Fətəli xanın
175
“Şəhriyar” əsəri barədə səhv fikir: a) XVIII əsrdə yaranıb b) yazılı
ədəbiyyat nümunəsidir c) əsasında xalq dastanı dayanır d) bütünlükdə
nəsrdən ibarətdir e) epik ədəbiyyatımızın dəyərli abidəsidir
176
XVII əsr ədəbiyyatımızla bağlı səhv fikir hansıdır? a) “hind səbki”ndə
əsərlər yazılması b) doğma dildə poemaların yazılması c) Füzuli
ənənələrinin davamı d) mənzum hekayələrin yazılması e) poeziyada
yalnız əruz vəzninin işlənməsi
177
Nizami Gəncəvinin «azad cəmiyyət, ədalətli hökmdar və xalq taleyi»
problemi onun «Xəmsə»yə daxil olan hansı poemasında daha qabarıq
verilmişdir?
A) «Sirlər xəzinəsi» poemasında
B) «Xosrov və Şirin» poemasında
178
Bu əsəri “Lisanüt-teyr” (“Quşların dili”) də adlandırırlar: a) “Tutinamə”
b) “Dəlinamə” c) Danəvü dam” d) “Zənbur və əsəl” e)
“Qəndəharnamə”
179
Bu nəsr əsərindəki hadisələr Şah Abbas dövründə baş verir: a)”Tutinamə”
b) “Dəlinamə” c) Şühədanamə” d)”Şəhriyar” e) “Şikayətnamə”
180
Vaqif Qazax mahalını niyə tərk etdi? a) sevdiyi qızı ona vermədiklərinə
görə b) kasıbçılıq ucbatından c) Gürcüstanla sərhəddə baş verən
qarışıqlıqlara görə d) onu İbrahimxəlil xan saraya çağırırdı e) bunun
xüsusi səbəbi yox idi
181
Bu surətlər hansı poemadadır: Əmr, Əntər, Səlim şah, Möhsün şah? a)
“Tutinamə” b) “Yusif və Züleyxa” c) “Vərqa və Gülşa” d) “Qisseyi-
Şirzad” e) heç birində
182
Dövrümüzə çatan əsərlərinin çoxu farscadır, şeirlərində fəlsəfi ruh
qüvvətlidir, “məliküş-şüəra” olmuşdur. “XVII əsrin Hafizi” də
adlandırılıb. Bu şair kimdir? a) Qövsi Təbrizi b) Məsihi c) Saib Təbrizi d)
Məhəmməd Əmani e) Rəhməti Təbrizi
183
Məhəmmədin“Şəhriyar” əsəri barədə düzgün fikir: a) yadelli işğalçılarla
mübarizədən bəhs edir b) mövzu folklordan götürülüb c) şəhər həyatının
üstünlüklərini önə çəkir d) din xadimlərinin tənqidinə həsr olunub e)
fiziki qüdrəti vəsf edən qəhrəmanlıq dastanıdır
184
Məsihi haqqında səhv fikir: a) ədəbi irsindən yalnız “Vərqa və Gülşa”
poeması bəllidir b) “Vərqa və Gülşa” Şərqdə geniş yayılmış
mövzudadır c) lirik şeirləri də bəllidir d) “Danə və Dam” adlı məsnəvisi
də olmuş, lakin dövrümüzə çatmamışdır e) “Zənbur və Əsəl” adlı
məsnəvisi də olmuş, lakin dövrümüzə çatmamışdır
185
Hansı bənd Saib Təbriziyə aid deyil: a) yalnız farsca yazmışdır b)
“Arayişi-nigar”, “Vacibül-hifz”, “Miratül-camal” adlı üç divanı vardır
c) “hind səbki”ndə qiymətli şeirlər yazmışdır d) ədəbiyyatşünaslıq
fəaliyyəti də olmuşdur e) Füzuliyə bəzi nəzirələri vardır
186
Vaqifin “Bax” , “Görmədim” şeirləri barədə səhv fikirlər: 1)hər ikisi
əruzda yazılıb 2) onları şair qoca vaxtlarında yazıb 3) Qacarın Qarabağa
hücumu ərəfəsində yazılıb 4)hər ikisi müxəmməsdir 5) hər ikisi Vidadiyə
xitabən yazılıb 6) hər ikisinin sonunda dinə tapınmaq ovqatı var. a) 1-ci, 4-
cü, 6-cı b) 3-cü, 4-cü, 5-ci c) 2-ci, 6-cı d) 2-ci , 4-cü, 5-ci e) bütün
bəndlər səhvdir
187
XVIII əsr ədəbiyyatımıza aiddir : a) yazılı ədəbiyyatda dastan qələmə
alınması b) doğma dildə hekayə yazılması c) tarixi mənzumələrin
yazılması d) xalq-aşıq şeiri janrlarına da müraciət e) hamısı aiddir
188
Tiflis haqqında müxəmməs yazmışdır: a) Məsihi b)Əmani c) Vaqif d)
Fədai e) Məhcur
189
“Hekayəti-düzdi qazi” əsərinin müəllifi kimdir? a) Vəli Ərəşi
b)Əbdülqəni Xaçmazi c) Məsihi d) Əmani e) Möhsün Nasiri
190
Hansı əsəri Məhcur Şirvani yazıb? a) “Seyfəlmüluk” b) “Dəlinamə” c)
“Qisseyi- Şirzad d) “Müsibətnamə” e) “Tutinamə”
191
Vidadinin şeirlərini ilk dəfə kim və nə vaxt kitab halında nəşr
etdirmişdir? a) Həmid Araslı-1939 b) Mirzəağa Quluzadə-1965 c) Əliyar
Səfərli- 1979 d) Araz Dadaşzadə-1980 e) Əzizağa Məmmədov-1965
192
Vaqif ən çox hansı janrda yazmışdır? a) gəraylı b)qəzəl c) qoşma d)
müəşşər e) qəsidə
193
Bu şair “Bəyaz” adlı təzkirəsində 800 şairin əsərlərindən nümunələr
gətirmişdir:
a) Qövsi b) Rəhməti c) Lətifi d) Məsihi e) Saib
194
“Vərqa və Gülşa” mövzusuna müraciət etmiş Azərbaycan şairləri: a) Suli
Fəqih və Yusif Məddah b)Yusif Məddah və Məsihi c) Məsihi, Qövsi d)
Saib, Məhcur e)Məsihi, Fədai
195
Hansı şairlər Xaqaninin “Qəsideyi-Şiniyyə” əsərinə nəzirə yazmışlar?
A) Əbdürrəhman Cami, M. Füzuli B) Ə.Cami, C. Həqiqi
C) İ. Nəsimi, M. Füzuli
D) Fələki Şirvani, Nəsimi
E) Qazi Bürhanəddin, M. Füzuli
196
Təzkirələrdə Nizami Gəncəvinin qardaşı və ya əmisi oğlu kimi xatırlanan
şair kimdir? A) Ümər Gənci
B) Fələki Şirvani C) Qivami Mütərrizi D) Əbülüla Gəncəvi E) İzzəddin
Şirvani
197
Məsihinin Gülşa surəti sarsılmazlığına görə hansı obraza daha çox
bənzəyir: a) Füzulinin Leylisinə b) Arif Ərdəbilinin Şirininə c)
Nizaminin Leylisinə d)Nəvainin Şirininə e) heç birinə
198
Hansı şairin ədəbi irsi 17 min beytlik şeirlər divanından, bir poemadan,
60 məktubdan ibarətdir? A) Xaqani B) Fələki C) Nizami D) Məhsəti
E) Qivami
199
Aşağıdakı surətlər Nizaminin hansı poemasındadır? Neman, Simnar,
Fitnə, Rast Rövşən, Yəzdgürd.
A) “Sirlər xəzinəsi”, B ) “Xosrov və Şirin” C) “Leyli və Məcnun” D) ”Yeddi
gözəl”
E) ”İsgəndərnamə”
200
”Əhvali-Şirvan” əsərini kim yazıb? a) Şakir Şirvani b) Nişat Şirvani c)
Məhcur Şirvani d) Saleh Şirvani e) Arif Şirvani
201
Nizami Gəncəvi Qızıl Arslanla görüşünü hansı poemasında təsvir
etmişdir? A) “Sirlər Xəzinəsi” B) “Xosrov və Şirin” C) “Leyli və Məcnun”
D) ”Yeddi gözəl”
E) ”İsgəndərnamə”
202
Utopik xoşbəxtlər ölkəsi Nizami Gəncəvinin hansı poemasında təsvir
olunmuşdur? A) “Sirlər Xəzinəsi” B) “Xosrov və Şirin” C) “Leyli və
Məcnun”
D) ”Yeddi gözəl”
E) ”İsgəndərnamə”
203
Azərbaycanda dastan yaradıcılığının məhsuldar dövrü: a) XIII-XIV əsrlər
b) XV-XVI əsrlər c) XII-XIV əsrlər d) XVII-XVIII əsrlər e) XV əsr
204
Qəriblik, Vətən həsrəti mövzusuna daima üstünlük verən şair: a) Vaqif
b) Qövsi c) Saib d) Əmani e) Vidadi
205
Vaqif haqqında monoqrafiya yazmışdır: a) Mirzəağa Quluzadə b)
Araz Dadaşzadə c) Nüşabə Araslı d) Teymur Kərimli e)
Məmməd Məmmədov
206
XVIII əsr Azərbaycan bədii nəsrinin ən böyük nümunəsi: a) “Hekayəti-
Düzdi-qazi” b) “Şikayətnamə” c) “Şəhriyar” d) “Tutinamə” e)
“Danəvü dam”
207
Bu şairlərdən biri “Yusif və Züleyxa” mövzusunda əsər yazmayıb: a) Qul
Əli, Mustafa Zərir b)Suli Fəqih c) Yusif Məddah,Həqiqi d)Mustafa Zərir
e) Qul Əli,Suli Fəqih
208
Tarixin altı yüz toquzunda
Bu zəif bu kitabını düzdi imdi,-
misraları hansı şairin “Yusif və Züleyxa” mövzusundakı əsərinin yazılma
tarixini (hicri tarixlə) göstərir? a) Qul Əli b)Suli Fəqih c) Mustafa Zərir
d) Yusif Məddah e) Məsihi
209
Bu şairin ”Siratün-Nəbi” və “Fütuh üş-Şam” adlı tərcümələri də vardır:
a) Qul Əli b)Suli Fəqih c) Mustafa Zərir d) Yusif Məddah e) Nəsimi
210
Bu şairlərdən biri heca vəznində dördlüklər şəklində poema yazmışdır:
a) Qul Əli b)Suli Fəqih c) Mustafa Zərir d) Yusif Məddah e) Həqiri
211
”Mehri və Vəfa” adlı poemanın müəllifi kimdir? a) Həqiqi b) Məsihi c)
Əmani d) Yusif Məddah e) İsa
212
”Söhbətnamə” poemasının müəllifi kimdir? a)Hamidi b)Həqiri Təbrizi
c) SaibTəbrizi d) Hümam Təbrizi e)Qasim Ənvar
213
Bu şairlərdən biri İzzəddin Həsənoğlunun “Apardı könlümü...” qəzəlinə
nəzirə yazmayıb: a) Möhnəti Bakuyi b)Əhməd Dai c)Cahanşah Həqiqi d)
Əbdülxalıq Cənnəti e) Şirvanlı Saleh
214
Həsənoğlunun “Kim?” rədifli qəzəli əvvəldən axıradək hansı bədii ifadə
vasitəsi üzərində qurulmuşdur? a)bədii nida b)təcahül-ül-arif c)litota
d)ləffü nəşrü mükərrər e)istiarə
215
Əvhədi Marağalının “Dəhnamə” əsəri kimə ithaf olunmuşdur?
a)Nəsirəddin Tusiyə b)Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusifə
c) Hümam Təbriziyə d)Sədi Şiraziyə e)Şeyx Səfiyəddin Ərdəbilinin
oğluna
216
Əvhədi Marağalının “Cami-Cəm” əsərinin ikinci hissəsində əsas yeri
tutur: a) insanın anadan olmasından ölənə qədərki həyatının təsviri b)
heyvanat aləminin xüsusiyyətlərinin təsviri c) kainatın sirlərinin şərhi d)
insanın məhəbbət əzablarının təcəssümü e)insanın cismani ölümdən
sonrakı axirət həyatının təsviri
217
XII əsrdə Xaqani Şirvanidən sonra ikinci “Həbsiyyə” yazan şair kimdir? A)
Qivami Mütərrizi B) Hüseyn Təbrizi
C) Fələki Şirvani
D) Şihabəddin Sührəverdi
E) Eynülqüzzat Miyanəçi
218
Əvhədi Marağalının “Cami-Cəm” əsərinin üçüncü hissəsində əsas yeri
tutur: a) insanın anadan olmasından ölənə qədərki həyatının təsviri b)
heyvanat aləminin xüsusiyyətlərinin təsviri c) kainatın sirlərinin şərhi d)
insanın məhəbbət əzablarının təcəssümü e)insanın cismani ölümdən
sonrakı axirət həyatının təsviri
219
”Mehr və Mah” adlı dastan bu şairlərdən hansının poemasına güclü təsir
göstərmişdir? a)Əvhədi Marağalı b) Arif Ərdəbili c)Əssar Təbrizi
d)Hümam Təbrizi e)Həqiri Təbrizi
220
XI əsrdə Azərbaycan ədəbi-nəzəri fikri tarixində “ Şeiri tənqid etmək onu
yazmaqdan çətindir”? fikrini söyləyən kimdir. A) İzzəddin Şirvani
B) Xaqani Şirvani C) Nizami Gəncəvi D) Xətib Təbrizi
E) Mücirəddin Beyləqani
221
Hansı əsər Fəzlullah Nəiminin deyil? a)”Cavidannamə” b)”Növmnamə”
c) “Ərşnamə” d) “Məhəbbətnamə” e)”Söhbətnamə”
222
İmadəddin Nəsimi aşağıdakı beytlə başlanan şeirini kimə müraciətlə
yazmışdır?
Dəryayi-mühit guşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
a) Fəzlullah Nəimiyə b) atası Seyid Məhəmmədə c)Əmir Teymura d)
qardaşı Şah Xəndana e) həyat yoldaşına
223
İmadəddin Nəsimi hansı dillərdə əsərlər yazmışdır? a) Azərbaycan və fars
dillərində b)yalnız Azərbaycan dilində c) Azərbaycan və ərəb dillərində
d)Azərbaycan, ərəb və fars dillərində e)Azərbaycan, urdu və fars
dillərində
224
Qazi Bürhanəddinin aşağıdakı misralarında işlənmiş bədii ifadə vasitəsi:
Zülfünə baxanın gözü qarara,
Yüzünə kəc baxan ağara gözi.
a)litota b)bədii təzad c) bədii sual d) epitet e)bədii nida
225
”Ustad ilə şagird” hekayəsi hansı şairin məsnəvisinin daxilindədir? a)
Qasim Ənvar b) Fədai c)Məsihi d)Məhəmməd Əmani e)Əssar Təbrizi
226
Şah İsmayıl Xətayi haqqında məlumat verən ilk təzkirə hansıdır?
a) “Təzkirətüş-şüəra” b)”Təzkireyi-atəşkədə” c)”Məcməül-xəvas”
d)”Gülşənüş-şüəra” e) “Töhfeyi-Sami”
227
Xalq-aşıq şeiri janrlarına müraciət edən ilk divan şairimiz kimdir?
a)Nəsimi b) Xətayi c)Həbibi d) Vaqif e) Qövsi Təbrizi
228
Aşağıdakı bəndlərdən birində göstərilən janrlarda Xətayi şeir yazmayıb:
a)mürəbbe, qəzəl b)tərcibənd, qitə c)rübai, qəzəl d)qoşma, varsağı
e)müstəzad, müsəmmən
229
Dörd şey vardır bir qarındaşa lazım:
Bir elim, bir kəlam, bir nəfəs, bir saz,- misralarının müəllifi kimdir?
a)Vidadi b) Xətayi c)Həbibi d) Vaqif e) Qurbani
230
Hansı məsnəvini sufi-qızılbaş ideyalarının müxtəsər poetik risaləsi
saymaq mümkündür? a) “Dəhnamə” b) “Cavidannamə” c) “Nəsihətnamə”
d) “Mehr və Müştəri” e) “Mehri və Vəfa”
231
Xətayinin aşağıdakı misralarında işlənmişdir:
Göglərdə sədayi-əbr ünüm tək,
Aləm gözümə qara günüm tək.
a)litota, istiarə b)təşbeh, təkrir c)epitet,litota d)təşbeh, epitet e)təşbeh,
metonimiya
232
Ey ....... , məskənim çün Kərbəladır, şeirimin
Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır,-
beytində nöqtələrin yerinə hansı şairin təxəllüsü bərpa olunmalıdır?
a)Əhdi Bağdadi b) Məhəmməd Füzuli c)İmadəddin Nəsimi d) Həbibi
e) Nemətulla Kişvəri
233
M. Füzuli hansı dillərdə əsərlər yazmışdır? a) Azərbaycan və fars
dillərində b)yalnız Azərbaycan dilində c) Azərbaycan və ərəb dillərində
d)Azərbaycan, fars və ərəb dillərində e)Azərbaycan, özbək və fars
dillərində
234
Bəndlərdən birində göstərilən janrlarda Füzuli şeir yazmayıb: a)mürəbbe,
qəzəl b)tərcibənd, qitə c)tərkibbənd, qəzəl d)tərbi, varsağı e)qitə, təxmis
235
Məhəmməd Füzulinin fars dilində yazdığı poema: a) “Söhbətül-əsmar”
b) “Həft cam” c)”Bəngü Badə” d)”Rindü Zahid” e) “Səhhət və Mərəz”
236
Məhəmməd Füzulinin qəsidələrdən ibarət divanındakı şeirlər hansı
dillərdədir? a) Azərbaycan və fars dillərində b)yalnız Azərbaycan dilində
c) Azərbaycan və ərəb dillərində d)Azərbaycan, fars və ərəb dillərində
e)Azərbaycan, özbək və ərəb dillərində
237
Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının yazıldığı bəhr: a)
rəməl b) mütəqarib c) rəcəz d) səri e)həzəc
238
Əruz vəzni ilə yanaşı, heca vəzninə də müraciət edən şairlər: a)Nəsimi,
Xətayi b) Xətayi, Həqiqi c)Həbibi, Xətayi d) Nəsimi, Vidadi e) Xətayi,
Əmani
239
Məhəmməd Əmaninin neçə mənzum hekayəsi vardır? a)Azərbaycan
dilində beş, fars dilində üç b)Azərbaycan dilində beş, fars dilində bir
c)Azərbaycan dilində dörd, fars dilində üç d)Azərbaycan dilində üç, fars
dilində üç e)Azərbaycan dilində altı, fars dilində iki
240
Azərbaycan dilində müstəqil mənzum hekayənin banisi kimdir? a)Nəsimi
b) Xətayi c) Vaqif d) Əmani e) Kişvəri
241
1795-ci ildə Qacarın Tiflisə hücumu ilə əlaqədar yazılmış “Tiflisin”
rədifli irihəcmli qoşmanın müəllifi: a) Vaqif b) Vidadi c) Şikəstə Şirin
d)Hübeyş Tiflisi e)Hüseyn xan Müştaq
242
Əruz vəzninin həzəc bəhrinmdə yazılmış “Seyfəlmüluk” poemasının
müəllifi: a)Hamid b)Məhcur Şirvani c)Əmani d)Həqiri e)Xəlili
243
Rüknəddin Məsihi haqqında monoqrafiya yazmışdır: a) Həmid Araslı b)
Mirzəağa Quluzadə c) Qafar Kəndli d) Əliyar Səfərli e) Xəlil Yusifli
244
Möhsün şah, Hümam, Hilal, Əmr, Banuqəmər,Pələngər surətləri XVII
əsrdə yazılmış hansı poemadadır? a) “Dəlinamə” b) “Vərqa və Gülşa”
c) “Seyfəlmüluk” d) “Qisseyi-Şirzad” e) “Fərhad və Şirin”
245
Bu poemanın sonunda ölmüş aşiqlər Peyğəmbərin duası ilə dirilirlər:
a) “Leyli və Məcnun” b) “Vərqa və Gülşa” c) “Həft cam” d) “Qisseyi-
Şirzad” e) “Fərhad və Şirin”
246
Saib Təbrizinin Azərbaycan dilindəki əsərlərindən bəllidir: a) on altı
qəzəl, bir müləmmə b) on dörd qəzəl, bir qitə c) on altı qəzəl, iki qəsidə
d) beş rübai, on iki qəzəl e) on qəzəl, beş müstəzad
247
Qövsi Təbrizi haqqında geniş tədqiqatlar aparmışlar: a)Mirəli Seyidov,
Paşa Əfəndiyev b) Mirzəağa Quluzadə , Məmmədcəfər Cəfərov c) Mirəli
Seyidov, Paşa Kərimov d) Xəlil Yusifov, Nüşabə Araslı e)Məmməd Arif,
Kamal Talıbzadə
248
Mən kimi sərgəştədir çərx, vəli çərxdə
Daği-dili əşk tək sabitü səyyarə yox.
Qövsi Təbrizinin bu beytində işlənmiş məcaz: a)litota b)təşbeh c)təkrir
d)sinekdoxa e) inversiya
249
Məhcur Şirvaninin “Gəl, vəqtdir” rədifli şeirinin janrı: a) mürəbbe b)
müsəddəs c) müstəzad d) müsəmmət e)müşairə
Dostları ilə paylaş: |