Türkologiya xs 1 2014 DİLİn strukturu və tariXİ



Yüklə 118,85 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü118,85 Kb.
#5274


TÜRKOLOGİYA

Xs  1 

2014

DİLİN  STRUKTURU  VƏ  TARİXİ

SEVİNC ƏLİYEVA

«KİTABİ-DƏDƏ  QORQUD»UN DİLİNDƏKİ 

FARS KOMPONENTLİ ARXAİK FEİLLƏRƏ DAİR 

(ədəbi dilin təşəkkülü  kontekstində)

X   ü l  a  s  ə  .  M əqalədə  «Kitabi-Dədə  Qorqud»un  dilində  yer  alan  fars  kom ponentli  arxaik  feillər 

araşdırılır.  M üəllif həmin  feilləri  Azərbaycan ədəbi  dilinin təşəkkülü  kontekstində  təhlil  edir və  çox sayda 

müqayisə və  qarşılaşdırm alar əsasında onların arxaikləşməsinin periodlarını m üəyyənləşdirməyə  çalışır.

M üəllif zəbun olmaq,  zirü zəbər etmək,  dəstur vermək,  cəng  etmək,  səxt olmaq,  pəncyek çıqarmaq və 

s.  bu  kimi  feillərin  semantik  tutum unda  gedən  dəyişiklikləri  izləyir.  M üəllif  fars  komponentlərinin  digər 

semantik  kontekstdə  mənimsənilmə  özəlliklərini  diqqətə  alır  və  onların  «Kitabi-Dədə  Qorqud»  feilləri 

tərkibindəki  semantik deformasiyasını  müəyyənləşdiririr.  Konkret olaraq,  bəlli  olur ki,  səxt fars  mənşəli  söz 

Azərbaycan  ədəbi  dilində  XX  əsrin  əvvəllərinə  qədər  öz  işləkliyini  az  və  ya  çox  dərəcədə  qorumuş  və 

dilimizdə  ‘sərt’,  ‘çətin’,  ‘möhkəm,  bərk’,  ‘ağır’  mənalarını  ifadə  etmişdir.  Müqayisə  əsasında isə  səxt olmaq 

«Kitabi-Dədə  Qorqud»  feilində  həmin  alınmanın  semantik  deformasiyaya  məruz  qaldığı  və  ‘pərt  olm aq’ 

anlamını ifadə  etdiyi müəyyənləşdirilmişdir.

Açar sözlər:  «Kitabi-Dədə  Qorqud», fa rs  komponenti,  arxaik feillər,  dastan,  alınm alar

KDQ  dastanlarının dilində  fərqli  semantik arxaikləşməyə m əruz qalmış  fars mənşəli kom ponentlərin 

yer  aldığı  çox  sayda  mürəkkəb  feil,  feili  frazeoloji  vahid  və  düzəltmə  feillər  mövcuddur.  M əsələn,  zəbun 

olmaq,  xoş  qalmaq,  rəvan  olmaq,  səxt olmaqp ən cyek çıqarmaq,  muştalamaq  və  s.  kimi  frazeoloji  vahid- 

lər  buna  əyani  misaldır.  Say  etibarilə  fars  alınm a  kom ponentli  mürəkkəb  feil  və  feili  frazeoloji  vahidlər 

ərəb  komponentli  analoqlarından yetərincə  azlıq təşkil  etsələr də,  onların m üasir ədəbi  dilə  m ünasibəti heç 

də az m araq doğurmur.

Dastanda  yer  alan  və  müasir  dilimizə  nisbətən tam   arxaikləşməyə  məruz  qalan  feillər  arasında zəbun 

olmaq  feilini  xüsusi  qeyd  etmək  lazımdır.  Abidə  mətnində  fars  dilindən  alınmalar  sırasında  kifayət  qədər 

yüksək işlənmə tezliyi  ilə  seçilən,  m üxtəlif boylarda  19  dəfə  [1.  S.37] təkrar olunan (müq.  et:  behişt olmaq  

dəfə,  abdəst almaq  6  dəfə  işlənmişdir  [1.  S.12,  5]) zəbun  sözünün yer aldığı zəbun  olmaq,  zəbun  etmək mü- 

rəkkəb  feilləri  klassik  ədəbiyyatımızda  aktiv  işləklik  nümayiş  etdirsə  də,  müasir  ədəbi  dilimizin  aktiv  lüğət 

fondundan tam amən  çıxarılmışdır.  «Azərbaycan  dilinin  izahlı  lüğəti»ndə  köhnəlmiş  söz  kimi  dəyərləndirilən 

zəbun  sözü  ‘zəif,  qüvvətsiz,  cansız,  aciz,  düşkün’  mənalarında,  zəbun  etmək  (eyləmək)  -   ‘zəifləşdirmək,  qüv- 

vədən  salmaq,  cansızlaşdırmaq,  düşkünləşdirmək’;  zəbun  olmaq  -   1)  ‘zəifləşmək,  qüvvədən  düşmək, 

cansızlaşmaq,  düşkünləşmək’;  2)  ‘əsir  olmaq,  giriftar  olmaq’  [2.  S.649-650]  m ənalarında  təqdim   edildiyi 

halda,  m üasir türk  dilinin  norm ativ  sözlüklərində  zəbun  ‘gücsüz,  z ə if,  ‘taqətsiz’;  zəbun  olmaq  isə  ‘aludə 

olmaq,  olduqca  bağlanm aq’  [3]  anlam larında  izah  edilir.  Zəbun  sözünün  və  onunla  əlaqəli  feillərin  ye- 

tərincə  fərqli  semantik  spektrləri  əks  etdirməsi  bu  sözün  mənbə  dilin  özündə  çoxmənalı  leksik  vahid 

olmasından  qaynaqlanır.  Belə  ki,  fars  dilində  [zəbun]  çoxmənalı  sözü:  1)  ‘zəif,  köməksiz,  gücsüz’;  2) 

‘aciz,  düşgün,  fərsiz’;  3)  ‘əhəmiyyətsiz,  ikrahdoğurucu,  alçaq’;  4)  ‘m əğlub’  (müq.  et:  1.  cnaöbiö,  6ec- 

noMO^HHH,  6eccHnbHHÖ;  2.  T^egymHbiH,  xhhwh;  3.  h h h to ^h m h ,  npe3peHHbiö;  4.  pegKO  no6e^geHHbrn 

[4])  mənalarını  ehtiva  edir:  Oğul,  Dəpəgöz,  Oğuz  əlündə  zəbun  oldı,  bunaldı  [5.  S.99];  Oğul,  Oğuz yurdu 



Təpəgöz  əlində  əsir  olub  viran  qaldı  [5.  S.197];  Qalın  Oguz bəglərin dəxi -  kimini zəbun  edüb,  kimini şəhid 

eylədi  [5.  S.100];  Qalın  Oğuz bəylərinin  də kimini  şikəst etdi,  kimini həlak elədi  [5.  S. 198].  Zəbun  sözünün


çoxmənalılığı  onun  yer  aldığı  feülərin  (zəbun  olmaq,  zəbun  etmək)  m üasir  m ətn  variantında  ən  fərqli 

şəkildə  təqdim atını  m üm kün  etm işdir:  Oğul,  Dəpəgöz,  Oğuz  əlündə  zəbun  oldı  [5.  S.99];  Oğuz yurdu 



Təpəgözün  əlində  əsir-yesir  olub  qaldı  [5.  S.197];  Qardaşı  Qaragünə  əlində  zəbun  oldı.  Bığı  Qanlu 

Bügdüz  Əmən  əlində  zəbun  oldu.  A ğ   saqallu  baban  A ruza  qan  qusdırdı  [5.  S.100];  Qardaşı  Qaragünə 

onun  əlində  əzildi.  Bığı  qanlı  Bugdüz  Əmən  onun  əlində  döyüldü.  A ğ saqqallı  atan Aruza  qan  qusdurdu  [5. 

S.198];  «Qanturalı  zəbun  oldı,  at  ardına  aldım  çıqdım»  -   deyəsən  [5.  S.92];  «Qanturalı yaralıydı,  at  belinə 



aldım,  çıxdım» -  deyəsən  [5.  S.190].

Zəbun  olmaq  feilinin  çoxmənalılığı  onun  klassik  ədəbiyyatım ızdakı  işlənmə  m övqelərinə  də  sirayət 

etmişdir:

Qalmadı  odda olarıq taqəti,

Uş zəbun olmuşdurur anlar qatı  [6.  S.98];

Şimdi bu,  anıq  cəzasıdır bu gün,

N ar əlində olmışüz böylə zəbun  [6.  S.243].

Həzinidən  fərqli  olaraq,  Füzuli  lirikasında  yüksək  işlənmə  tezliyi  nümayiş  etdirən  zəbun  olmaq  və 

zəbun  etm ək mürəkkəb  feilləri eyni polisemantikliyi burada da qorumuşlar:

Dövlət oldur ki,  düşmən ola zəbun,

Olmadan bir şərarə  şö'lə füzun  [7.  S.236];

Hiddəti-Bəng M eydən idi füzun,

Bəng qüvvət tapıb,  Mey oldu zəbun  [7.  S.259].

Birinci  halda  zəbun  olmaq  feili  ‘məğlub  olm aq’,  ikinci  halda  isə  ‘aciz  qalm aq’  mənalarında 

işlənmişdir.

Zərb  ilən onu sərnigun edəyin,

Əzeyin,  yencəyin zəbun  edəyin  [7.  S.238];

Füzulidən səbatü  səbrü cövrü qəhr az istə

Kim,  ol biçarəyi  dərdü qəmin bihəd zəbun  etdi  [7.  S.324].

Yuxarıdakı beytlərdə  isə zəbun  etm ək feili  əvvəlcə  ‘məğlub  etm ək’,  sonra isə  ‘məhv  etm ək’,  ‘yerlə- 

yeksan etm ək’  m ənalarında istifadə  edilmişdir.

XX  əsrin  əvvəllərinədək  işləkliyini  davam  etdirən  zəbun  etm ək  və  zəbun  olmaq  feillərinin  istifadə 

dairəsinin məhdudlaşdığı,  işləklik əmsalının əhəmiyyətli dərəcədə aşağı düşdüyü görülməkdədir:

Söylə Amə bielm likdən m illətim  oldu zəbun,

Cəhli dağın tişeyi-fəryadi yetməz sərnigün [8. S.87];

Həm də umulmaz bir məğlubiyyətlə zəbun  vəp ərişa n   olacaqsın  [9.  III.  S.293].

Birinci  halda zəbun  olmaq  feili  ‘məhv  olm aq’,  ikinci  halda  isə  ‘miskin,  aciz  olm aq’  anlamını  ifadə 

etmişdir.

Ə lif kimi  qamətin həlqeyi-nun etdilər.

M üxtəsər,  arvadları xarü zəbun etdilər  [8.  S. 112];

Bülbül dedi:  dünyada o kim dir gülə bir gün,

Y ıllarca zəbun etməyə şən könlünü şivən!  [9.  III.  S.88];



İnsaf eyləyin, bir baxın m ənə!

M ərcan eyləyir çox zəbun məni!  [10.  S.232].

Bu  nüm unələrdən  ilkində  zəbun  etm ək  ‘miskin,  aciz,  əhəmiyyətsiz  etm ək’  anlamını  ifadə  etdiyi 

halda  (kontekstə  görə  isə  ‘biabır  etm ək’  kimi  də  dəyərləndirmək  olar),  ikinci  iqtibasda  ‘əzm ək’,  ‘aciz 

duruma  salm aq’,  sonuncuda  isə  ‘məhv  etm ək’  m ənalarında  işlənmişdir.  Onu  da  qeyd  edək  ki,  Türkiyə 

türkcəsində zebun  olmak mürəkkəb  feili  ilə  yanaşı,  zebunlamak,  zebunlatmak,  zebunlaşmak kimi  düzəltmə  quru- 

luşlu  feillər  də  mövcuddur  [3.  S.944].  Zebun  olm ak  və  zebun  etm ek  feillərinin  türk  dilindəki  işlənmə 

özəlliklərinə  gəlincə,  bu  fars  alınmalı  analitik  form alara  istər  klassik  ədəbiyyatda,  istərsə  də  müasir 

əsərlərdə  rast  gəlmək  mümkündür.  M əsələn,  şairlik  bacarığı  ilə  seçilən  Osmanlı  imperatorlarından  I 

Səlimin  (1465-1520)  qələmə aldığı  şeirdə  oxuyuruq:

Merdüm-i  dideme bilm em  ne füsün etti felek 

Giryemi kıldı hün eşkimi  füzün etti felek 

Şırler pençe-i kahrım dan olurken lerzan 

Beni bir gözleri ahüya zebün etti felek  [11].

Klassik  üsluba  yaxın  tərzdə  yazılan  əsərlərdə  zebun  etmek,  zebun  olm ak  feillərindən  məhz 

klassisizmə  eyham,  alluzial varislik fonunun yaradılm ası məqsədilə  istifadə  edilməkdədir.  M əsələn,  m üasir 

türk şairlərindən Ərzurumlu Halil Çolakın 2005-ci  ildə  qələmə aldığı  şeirində  oxuyuruq:

Sergüzeşt ettin ey sema sen beni 

El sevgisine muhtaç ettin bu canı 

M ağdur oldum sevgide  seni  seveli 

Amaçsız yaşam da zebun  ettin beni  [12].

M üasir  Azərbaycan  ədəbi  dili  üçün tam am ən  arxaikləşmiş  fars  komponentli  KDQ  feilləri  sırasında 



zirü  zəbər  etm ək  frazeoloji  birləşm əsi  də  m araq  doğurur:  Eylə  qalxdı  kim,  günbəd  zirü  zəbər  oldı  [5. 

S.102];  Elə  vurdu  ki,  gündəz  alt-üst  oldu  [5.  S.200].  Dastanın  m üasir  m ətn  variantında  zirü  zəbər  etmək 

feilinin qarşılığı kimi  qeyd olunan alt-üst olmaq frazeologizmi m üasir Azərbaycan dilinin normativ frazeo- 

logizmlər lüğətində  də verildiyi kimi,  ‘dağıtm aq’,  ‘uçurm aq’  [13.  S.33]  mənalarını ifadə  edir.

Dünya evinin səltənəti beş gün imiş  çün,

Bünyadını yıx, ər kimi, zirü zəbər eylə! [14.  S.42].

Azərbaycan  və  fars  dillərindəki  frazeoloji  vahidlərin  tam   m əna  uyğunluğu  «Azərbaycan  dili 

frazeoloji  vahidlərinin  bir  qisminin  kom ponentlərinin  tərkibinə  görə,  aralarındakı  sintaktik  əlaqənin 

səciyyəsinə  və  ümumi  m ənasına  görə  fars  dilinin  müvafiq  sabit  birləşm ələri  ilə  eyniyyət  təşkil  etdiyini» 

vurğulayan  H.Bayramovun  fikirlərini  [15.  S.67]  əyani  şəkildə  təsdiqləyir.  Doğrudan  da,  fars  dilində  zir  ‘alt 

tərə f  [10]; zəbər isə  ‘üst, üstə, üstdə’  [16.  S.499]  m ənalarını  ifadə  edir.  «Azərbaycan və  fars  dillərində  frazeo- 

loji  vahidlərin  qarşılıqlı  ifadə  olunmasına  dair»  araşdırm asında  X.Abdullayeva  yazır:  «Frazeoloji 

vahidlərin  qarşılaşdırılan  iki  dildə  eyni  form a  və  leksik tərkibdə  əks  olunması  ekvivalent tərcümə  (qarşılıq) 

üsulu  adlanır  ki,  belə  vahidlərdə  məna  və  obrazca tam  eyniyyət,  yaxud  çox  cüzi  fərq  olur»  [17.  S. 103].  Zirü 



zəbər  etm ək  feili  frazeoloji  vahidində  fars  dilindəki  frazeologizm   olduğu  kimi  saxlandığı  halda,  köməkçi 

feil  yerini türk mənşəli  kom ponent almışdır.  Fars  dilindəki  frazeoloji  semantik  ekvivalent və  kom ponentar 

«sitat»ı kimi  ortaya çıxan KDQ  feili  frazeologizm inin  müasir dilə  «tərcüməsi»ndə  də  eyni  semantik analo- 

giya  izlənmişdir.  Zirü  zəbər  etm ək feilinin  m üasir  dilə  nisbətən  mövqeyini  m üəyyənləşdirərkən  ilk  olaraq 

onu  əlavə  edək  ki,  izahlı  lüğətdə  köhnəlmiş  söz  kimi  qeyd  edilən zirü  zəbər  ifadəsinin  fonetik  variantının 

m övcudluğu  da  qeyd  olunur.  M əlum   olur  ki,  klassik  ədəbiyyatım ızda zirü  zəbər  ifadəsinin  fonetik  defor- 

m asiyaya uğramış zir-zəbər variantı da m övcuddur və  həmin mürəkkəb  söz  də,  eynən mənbə variantı kimi, 

etmək,  olmaq  feilləri  ilə  birləşmə  əmələ  gətirməyə  m üvəffəq  olmuşdur:  zir-zəbər  etm ək  -   alt-üst  etmək, 

vurub  dağıtmaq,  yerlə yeksan  etmək,  zir-zəbər  olmaq  -   alt-üst  olmaq,  dağılmaq,  pozulmaq,  məhv  olmaq



[2.  S.680].  Nəsim i  lirikasında  yüksək  işlənmə  tezliyi  ilə  seçilən zirü  zəbər  olmaq  frazeologizm inin  Azər- 

baycan dilindəki  işlənmə  aktivliyi XIX əsrin sonlarına doğru azalmışdır:

Qələndər ilə təcrid,  fəna -  üçü birdir,

Nə qəm, bu üçünə aləm olursa zirü zəbər [14. S.205];

Çü ə ’lavü əsfəldə gördüm səni,

Nə  qəm,  gər cahan olsa zirü zəbər  [14.  S.239].

XVIII  əsrin  görkəmli  söz  ustalarından  M .M .Vidadinin  həmkarı  M .P.Vaqiflə  deyişməsində 

oxuyuruq:

Şiə xalqı tam am  dolar duzəxə,

Qalarlar duzəxdə  od yaxa-yaxa,

M ahaldır ki, biri duzəxdən çıxa,

Cümlə olar zirü zəbər,  ağlarsan  [18.  S.403].

XX  əsrin  əvvəllərinədək  işləkliyini  sürdürən  zirü-zəbər  etmək  frazeologizmi  zamanla  ədəbi  dilin  aktiv 

lüğət fondunu tamamən tərk etmişdir:  Bir türfətüleyndə bütün İranı zirü-zəbər edib,  sənin dərdinə əlac edərəm 

[8.  II.  S.104]; Allah-taala  bu  kəndə  bir  bəlayi-taun  göndərəcək ki,  kəndinizi  zir-zəbər  eləsin... Xudavəndi- 

aləm bu kəndə bəlayi-taun göndərəcək.  Kəndi zir-zəbəreləyəcəkdir  [8.  I.  S.104].

XX  əsrlərdə  yazıb-yaratm ış  N etzen  Tevfikin  (1879-1953)  şeirlərində  də  klassisizm   iddialı  ifadələr 

sırasında zirü zeber etm ek feilinə təsadüf edilir:

Öyle tarsın eyledim olsa cihan zir ü zeber 

Attığım üss-i mezalim haşre dek eyler devam [19].

XX  əsr  şairlərindən  klassik üsluba  özənti  səciyyəli  şeirlər  sırasında M uhammed  Fatih  Bağmancının 

əsərində  də zir ü zeber etm ek feilinə təsadüf edilir:

Razıyım sensizliğe  çünkü öyle arzu ettin 

Ama bil ki bu garibi kurda kuşa yem ettin 

Belki  farkında değilsin beni zir u zeber ettin 

Ahkämımız böyle yarın sözü geri edilmez  [20].

KDQ  mətnində  yer  alan  fars  kom ponentli  arxaik  feillər  arasında  dəstur  verm ək  ifadəsini  də  qeyd 

etmək  mümkündür:  Yad  qızı  həlalıma  dəstur  versün!  [5.  S.75];  Yad  qızıdır,  arvadıma  izin  versin!  [5. 

S.173]. 


Dastanın  m üasir  Azərbaycan  dilindəki  variantında  olduğu  kimi,  m üasir  türk  dilinə 

uyğunlaşdırılm ış  mətnində  də  dəstur  verm ək mürəkkəb  feili  ‘izin  verm ək’  feili  ilə  qarşılanmışdır:  E l  kızı 



həlalime  izin  versin  [21.  S.70].  Klassik  ədəbiyyatım ızda  yetərincə  yüksək  işlənmə  tezliyinə  m alik  olan 

dəstur sözü burada  1)  ‘vəzir,  m üşavir’;  2)  ‘zərdüştlərin baş  kahini’;  3)  ‘adət,  dəb’;  4)  ‘qanun kitabları’  mə- 

naları  ilə  yanaşı  ‘rüsxət,  icazə’,  habelə  ‘əmr,  fərman,  göstəriş’  anlam larını  da  ifadə  edir  [22.  S.120]. 

Dastanın  V.V.Bartold tərcüməsində  isə  qeyd  edilir:  ‘n y crb   om ycraT m ok  ^eHy,  gonb  ny^aHHHa...’  buraxsın 

arvadımı,  y a d   qızını  [23].  Farsca-rusca  lüğətdə  təsbit  edildiyi  kimi,  dəstur  sözünün  m üasir  anlamı  daha 

çox  ‘göstəriş,  təlim at,  fərman,  əm r’,  habelə  ‘qayda,  qanun’  m ənasına  uyğun  gəlsə  də,  onun  arxaikləşmiş 

semantik  çalarları arasında  ‘icazə,  izin’  anlamı  da yer alır  [4].  Deməli,  dəstur  sözü  ‘icazə,  izin’  m ənasında 

m üasir  fars  ədəbi  dilinin  özü  üçün  də  semantik  arxaizm  nümunəsi  təşkil  edir.  Diqqətimizi  çəkən  digər 

məqam  ondan  ibarətdir  ki,  izin  sözünün  özünün  də  alınma  leksem  olması  fonunda  verilmiş  kontekstdə 

dəstur  verm ək  ifadəsindən  istifadə  heç  də  təsadüfi  görünmür.  Həmin  kontekstdə  ölümlə  üz-üzə  dayanan 

Uruz bəy atası  Qazan xana xitabən  ‘yad qızı həlalı’  ilə bağlı məhz göstərişlərini dilə gətirir:

Bir ay baqsun, -



Bir ayda varmazsam,  iki ay baqsun!

İki ayda varmazsam,  üç ay baqsun!

Üç ayda varmazsam,  öldügimi  ol vəqt bilsün!

Ayğır atım boğazlayub,  aşum versün!



Yad qızı həlalıma dəstur versün!

M əna tutan gərdəgə ayrıq girsün!  [5.  S.75].

Göründüyü  kimi,  burada  Uruzun  dilə  gətirdiyi  performativdə  söhbət  sadəcə  izindən  deyil,  həm  də 

təlim at-göstərişdən  gedir.  İstər  m üasir  Azərbaycan  dili  üçün,  istərsə  də  (verilmiş  semantik  yükdə)  m üasir 

fars  dili  üçün  arxaikləşmiş  dəstur  sözünə,  daha  dəqiq  desək,  onun  iştirakı  ilə  yaranm ış  mürəkkəb  feillərə 

«Dastani-Əhməd Hərami»də  də rast gəlinir:

Şəhənşah aydir kim dəstur verəyim,

Ötə nə vəqt gəlirsən biləyim   [24].

Dastan mətninə  dair qeydlərin müəllifi  Ə.Səfərli  də bu abidədə  işlədilən dəstur sözünün yalniz  ‘izin, 

icazə’  deyil,  həmçinin  ‘icazə,  göstəriş’  m ənasında  işləndiyini  ortaya  qoym uşdur  [24.  S.112].  Onu  da  qeyd 

edək ki,  dastanda dəstur verm ək mürəkkəb  feil ilə yanaşı dəstur almaq ifadəsinə  də təsadüf edilir.

...Çü bəd fel əbtər dəstur aldı,

Güləndamın qatına sürdü gəldi.

.. .Atandan dəstur aldım  şahi-şəngül,

Kırıma getməgə,  ey yüzü gül,  gül  [24].

XIII  əsr  şairimiz  Qul  Əlinin  «Qisseyi-Yusif»  əsərində  də  dəstur  verm ək  mürəkkəb  feilinə  rast 

gəlinir:

Kəndusi bir duşı gördi,  anı andı,

Yusifinə hərgiz dəstur verməz imdi  [25.  S.24].

D əstur  sözü  və  bu  sözün  iştirakı  ilə  yaranan  dəstur  verm ək  mürəkkəb  feili  X IX -X X   əsrlərdə 

tam am ən  arxaikləşmə  yoluna  qədəm  qoymuşdur.  XX  əsrin  əvvəllərində  dəstur  sözünün  çox  aşağı 

səviyyəli  işləkliyi  müşahidə  edilsə  də  (məs.:  Söyləyənə  baqma,  söylədiyinə  baq  dəsturunu  əldə  sərmayə 

ittixaz edənlər bu xüsusda çoq yanlışdırlar  [9.  V.  S. 123]),  dəstur verm ək mürəkkəb  feilinin,  demək olar ki, 

aktiv  lüğət  fondunu  tərk  etdiyi  məlum  olur.  M üasir  Azərbaycan  ədəbi  dilindən  fərqli  olaraq,  müasir  türk 

dilində  ‘icazə  vermək,  izin  vermək’  mənalarını  ifadə  edən  destur  vermek  feili  [3.  S.223]  işlənmə  dairəsinin 

əhəmiyyətli dərəcədə m əhdudlaşm asına baxmayaraq,  hələ  də klassisizm  üslublu bədii sənət nümunələrində 

janr-üslub  tələbinə  müvafiq  şəkildə  istifadə  edilməkdədir.  Hələ  XVI  əsrdə  yazıb-yaratm ış  görkəmli  Os- 

manlı dövlət adamı və  şair M ustafa Çələbinin əsərlərindən birində  oxuyuruq:

Y ollara düştüm yar, varayım  sana 

Aç gönül kapısın, bir destur eyle 

Çatma hilal kaşın,  sert bakma bana 

Sarıl kollarıma, bir destur eyle  [26].

Klassisizm  ənənələrini  izləyən  m üasir türk  şairlərindən  Ozan  Ceyhanın  və  Aslı  Üstünün  şeirlərində 

isə  oxuyuruq:

Ayrılık közünde yakma sultanım 

Kötünün sözüne bakm a sultanım 

Sevdiysen kimseyi takm a sultanım 

... .Destur ver topuna ceza keseyim  [27];



Haydi destur ver gönül, bir mutluluk resmi  çiz,

Olmasın orda keder, söylenmedik garip giz!  [28].

M üasir Azərbaycan  ədəbi  dili  üçün arxaikləşmiş  fars  alınma kom ponentli  mürəkkəb  feillər arasında 

cəng  etm ək  KDQ  feili  də  diqqəti  cəlb  edir.  Dastanın  qədim  oğuzların  qəhrəm anlıqlarının  təsviri  və 

tərənnümünə  həsr olunmuş  süjetləri boyu  dəfələrlə təkrarlanan cəng etm ək feili  ‘savaş  etm ək’,  ‘vuruşm aq’ 

mənalarında  işlənmişdir.  Məs.:  Bayındır  xanın  ağ  meydanında  bu  oğlan  cəng  etmişdür  [5.  S.36];  Bu  oğlan 

Bayandır  xanın  ağ  meydanında  vuruşmuşdur  [5.  S.134];  Gecəyədəkin  cəng  edəydik,  ağca  tozlu  qatı yaylar 

tartışaydıq  [5.  S.108];  ...gecəyədək biz  vuruşaq.  Dəstəyi  ağ  tozlu  olan  bərk yaylar  dartışdıraq  [5.  S.206]. 

Farscadan  alınm a  olan  bu  söz  klassik  ədəbiyyatım ızda  ‘vuruş,  döyüş,  dava’  [22.  S.88]  semantik  möv- 

qelərində  çıxış  edir.

«Dastani-Əhməd Hərami»də,  M əsihinin  «Vərqa və  Gülşah»  əsərində,  habelə  Füzuli  lirikasında cəng 



etm ək feilinə təsadüf edilir:

Gəlib  söylərsə  cəngə  duruşalım,

Anunla cəng edəlim,  uruşalım.

...  Önürdü məskənətlə  söyləyəlim 

Becid olur isə  cəng eyləyəlim  [24];

Cəng etdi  iki bəla düçari,

Ta m ardan oldu qar hali  [29.  S.133];

Çün dust sipahidir edən cəng,

Düşmənliyə xoş  degildir ahəng  [7.  S.120].

Növbəti  dövr  söz  ustalarım ızdan  S.Ə.Şirvani,  M.M.Vidadinin  əsərlərində  də  cəng  etmək  mürəkkəb 

feilinin işləkliyi müşahidə edilir:

Nə gərəkdir yazib ki,  ol sadə 

Fəhlələr cəng edir Amerkadə  [30.  S.57];

Neçə  il cəng edib  Dağıstanda,

Çox olub  özgə cəng hər yanda  [30.  S.126];

Eylə bir cəng etdilər kim,  su yerinə axdı qan,

Hasili ol dərdiməndə vermədi nüsrət, inan [18. S.77].

XX  əsrin  əvvəllərinə  doğru  işlənmə  tezliyi  əhəmiyyətli  dərəcədə  azalan  cəng  etm ək  feili  zamanla 

ədəbi  dilimizin  aktiv  lüğət  fondunu tam amən tərk  etmişdir:  Dünyanın  hər bir işi  cəngi-məğlubədir;  amma 



vəhşi nadanlıqla cəng etmək mümkün deyil  [31.  S.119];

Kişi,  sən eybini  qan,  mənlə  əbəs  cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!  [31. S.72].

KDQ  dastanlarında  yer  alan  və  18  dəfə  fərqli  kom binasiya  və  söz-form a  çərçivəsində  təkrarlanan 



səxt fars  alınması  ilə  olmaq türk mənşəli  köməkçi  feilinin birləşm əsindən yaranan  feili  frazeoloji  vahid  də 

m üasir Azərbaycan  dili  üçün tam am ən  arxaikləşmişdir:  Bayındır xan  qatı  səxt  oldı.  Dədəm  Qorqud gəldi. 



Şadlıq çaldı.  «Xanım,  niyə səxt olursan?» -  dedi.  Aydır:  «Necə səxt olmıyam ? H ər y il altun-aqça gəlürdi, 

yigidə-bəgə  verirdin  xatirləri  xoş  olurdı,  şimdi  bunı  kimə  verər  kim,  xatiri  xoş  ola?»  [5.  S.104];  Baqdı 

gördi  Beyrək  səxt olmış  [5.  S.59].


Abidə  mətnində  alınma leksik vahid üçün kifayət qədər yüksək işlənmə tezliyi nümayiş  etdirən səxt sözü 

fars  dilində  polisemantem  mahiyyəti  kəsb  edir  və  1)  ‘çətin,  ağır’;  2)  ‘ciddi,  kəskin,  əzazil,  sərt’;  3)  ‘kəskin, 

güclü’;  4)  ‘bərk, möhkəm,  qart’  mənalarını  ifadə edir  (müq.  et:

1)  TpygHbiH, 

ta

^

khh



;  2)  cypoBbiö,  crporaH,  pe3KHÖ;  3)  pe3KHH,  CHnbHbiö;  4)  TBepgwM,  ^

ğctkhh


,  KpenKHH

[4]).


Dastanın müasir Azərbaycan ədəbi  dilinə  uyğunlaşdırılmış  variantında əksər hallarda səxt olmaq  feili 

‘pərt  olm aq’  kimi  təqdim   edilmişdir:  Adağlusından  ərgənlik  bir  qırmızı  qaftan  gəldi.  B eyrək  geydi. 



Yoldaşlarına bu  iş xoş gəlmədi.  Səxt oldılar.  B eyrək aydır:  «Niyə səxt oldunuz?» -  dedi.  Ayıtdılar:  «Necə 

səxt olmıyalum ? Sən qızıl qaftan geyərsən,  biz ağ qaftan geyəriz!» -  dedilər.  B eyrək aydır:  «Bu qədər nəs- 

nədən ötri niyə səxt olursız? Bu gün bən geydim,  yarın naibim geysün»  [5.  S.57].  M üasir m ətn variantında: 

Adaxlısından  bir  bəylik qırmızı  qaftan  gəldi.  B eyrək geydi.  Bu  iş yoldaşlarına  xoş  gəlmədi.  P ərt  oldular. 

B eyrək dedi:  «Niyə p ə rt oldunuz?»  Dedilər:  «Necə p ə rt  olmayaq?  Sən  qırmızı  qaftan  geyirsən,  biz  isə  ağ 

qaftan!»  Beyrək:  «Belə  şeydən  ötrü  halınızı pozursunuz?  Bu  gün  mən  geymişəm,  sabah  naibim  geysin»  [5. 

S.155].  Nümunədən  də  göründüyü  kimi,  bəzi  hallarda  səxt  olmaq  frazeologizmi  p ə rt  olmaqla  deyil,  digər 

frazeoloji  vahidlərlə,  məs.:  halı pozulmaq,  qanı  qaralmaq  ifadələri  ilə  əvəzlənir.  Məs.:  «Qazana düşmən  imiş- 

sən,  bildim!» -  dedi.  Qalqub  «Xoş  qal!» -  deyüb getdi.  Aruz ğayət səxt oldı. ..  [5.  S.123-124],  m üasir  mətndə: 

Qazana düşmən  olduğunu  bildim.  Qılbaş  qakxıb:  «Salamat qalın!» -  deyib  getdi.  Aruzun  qanı  qaraldı  [5. 

S.222].  Bu  fərqliliyin  kökünü  isə,  ilk  növbədə  səxt  sözünün  fars  dilindəki  polisemantem   kimi  mövcudlu- 

ğunda  və  mənimsənildikdən  sonra  oxşar  məna  fərqliliyini  Azərbaycan  dilində  də  nümayiş  etdirməkdə 

davam  etməyində  axtarmaq  lazımdır.  Fars  dili  ilə  aktiv  bilinqvizm  şəraitində  mövcudiyyətini  sürdürməkdə 

olan  Cənubi  Azərbaycan  dialektlərində  səxt  sözü  həm  ‘bərk’,  həm  ‘kobud’  m ənalarını  ifadə  edir.  Həmin 

sözün dialektdə  işlənən derivatı -  səxtiyan  sözü  ‘soxdalanmış  (döyülüb  işlənmiş)  dəri’  mənasını verir  [33]. 

Klassik  ədəbiyyatım ıza  dair  nümunələr,  habelə  sonrakı  dövr  bədii  sənət  nüm unələrindən  iqtibaslar  səxt 

sözünün dilimizdə  həm  ‘sərt’, həm  ‘çətin’, həm  ‘ağır’, həm də  ‘bərk,  m öhkəm ’  mənalarının ifadəsinə xidmət 

etdiyini ortaya qoyur:

s ə r t   mənasında:

Verdi bir növ ilə  cəvabımı səxt,

Dedi ki,  sən hara, təbaq hara?

Nə rəvadır ola o məclisdə

Bir sənin kimi  şəxsi-bisərü pa?  [30.  S.278];

ç ə tin   mənasında:

Hərçənd səndən ayrılığım səxtdir mənə,

Lakin başımda özgə diyarın havası var [30.  S.247];

möhkəm,  b ə r k   mənasında:

Diriğa, bilm ədim  qədrin mən ol yari-vəfadarın!

Əcayib səxt-canəm,  yarsız mən arsiz qaldım?!  [34.  S.52];

ağır,  s ə r t   mənalarında:

C.Məmmədquluzadənin  xatirələrində  oxuyuruq:  ...O  ki  qaldı  siyasi  məsələlər,  bu  barədə  dilim  lal 



olsun:  həmin əsrin senzorunun  tələbatı o qədər səxt idi ki,  siyasət nədir ki,  siyasətin qorxusundan  «s» hərfmi 

yazmağa cürət eləməzdik...  [35.  S.82];

‘ç ə tin ’ mənasında:

Nə bədbəxtin biriymişsən,

Bizi həm eylədin bədbəxt;



Nə busət basmış  hər yanı,

M əişətmiz keçir çox səxt [10.  S.45].

M üasir Azərbaycan ədəbi  dili üçün tam am ən arxaikləşmiş  fars  komponentli  feillər və  feili  frazeoloji 

vahidlər  arasında  pəncyek  çıqarmaq  ifadəsini  xüsusilə  qeyd  etmək  lazımdır.  Daha  öncə  nəzərdən 

keçirdiyimiz  səxt  olmaq  frazeoloji  vahidindən  fərqli  olaraq,  pəncyek  çıqarmaq  ifadəsi  qədim  Oğuz  elinin 

adət-ənənələrinin möhürünü  daşıyır:  Quşun ala qatını,  qumaşın arusını,  qızın gögçəgini,  toquzlama çırğab 



çuxa  xanlar  xanı  Bayındıra  pəncyek  çıqardılar  [5.  S.97];  Şahinlərin  ən  yaxşısını,  qumaşın  gözəlini, 

qızların göyçəyini,  doqquz cərgə zər naxışlı çuxanı Bayandır xana hədiyyə ayırdılar  [5.  S. 195].

Təqdim  edilən  nüm unələr KDQ  dilində  yer alan  və  zamanla arxaikləşmiş  fars  kom ponentli  feillərin 

bir qrupunu təşkil  edir.  Lakin hətta bu m əhdud  qrupun tim salında belə  KDQ-nın yazıya alınm a dövründən 

müasir  günüm üzədək  Azərbaycan  ədəbi  dilində  fars  kom ponentli  mürəkkəb  feillərin  semantik  adaptasiya 

prinsipləri haqqında ətraflı m əlumat əldə  edilməsinə yardımçı  olur.

M əqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  M əqalədə  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq 

«Kitabi-Dədə  Qorqud»  abidəsinin  dilindəki  fars  alınm a  komponentli  tərkibi  feillərin  semantik  dəyişməsi 

tədqiqata  cəlb  edilmiş,  dastan  mətnində  yer  alan  və  tərkibində  fars  komponenti  olan  tərkibi  feillərin 

arxaikləşmə xronologiyası izlənmiş və bu prosesin digər söz sənəti nüm unələrin dilindəki təzahür özəllikləri 

ilə  qarşılaşdırm a  aparılmışdır.  Habelə,  həmin  kom ponentlərin  mənbə  dillə  qarşılaşdırm ası  əsasında 

arxaikləşmənin,  məhz  hansı  istiqamətdə  cərəyan  etdiyi  m üəyyənləşdirilmiş,  bu  ifadələrin  polisem antik 

potensialı  fərqli bədii  m ətn m aterialına istinadən m üqayisəli  şəkildə təhlil  edilmişdir.  M əqalədə  ortaya qo- 

yulan  faktlar  KDQ  feillərinin  izahlı  lüğətinin,  KDQ  alınma  leksikası  lüğətinin tərtibində  istifadə  edilə  bilər. 

Habelə  məqalənin  müəyyənləşdirdiyi  faktlar  Azərbaycan  ədəbi  dilinin  tarixinin  tədrisi  işinə  cəlb  edilə  bilər. 

Məqalədə  araşdırmaya  cəlb  olunmuş  və  haqqında  ilk  dəfə  qarşılaşdırmalı  tədqiqat  aparılmış  dil  faktları  həm- 

çinin dil tarixi ilə məşğul olan tədqiqatçıların gələcək araşdırm aları üçün də  əhəmiyyətli  ola bilər.

Ə D Ə B İ Y Y A T

1.  VəliyevaK.A., MahmudovaM.Ə, Pines V.  Y. və b.  «Kitabi-Dədə  Qorqud»un statistik təhlili:  İlkin nəticələr. 

Bakı:  Elm,  1999.

2.  Azərbaycan dilinin izahlı lüğəti.  Bakı:  Şərq -   Qərb,  2011.  C.  4.

3.  Turecko-russkij  slovar.  M.:  Rus. jaz.,  1977.

4.  Persidsko-russkij, russko-persidskij  slovar // http://www.persian-farsi.ru/

5.  Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı,  1988.

6.  Həzini H ədisi.  Ərbein // w w w . elyaz malarinstitutu. com/pdf/

7.  FüzuliM.  Əsərləri: 6 cilddə. Bakı: Şərq -  Qərb, 2005. C.  1-2.

8.  Cabbarlı Cəfər.  Əsərləri.  Bakı:  Şərq -  Qərb, 2005.  C.  1-2.

9.  CavidH Əsərləri. Bakı: Lider, 2005. C. 3; 5.

10.  Hacıbəyli  Ü.  Seçilmiş  əsərləri.  Bakı:  Şərq -  Qərb,  2005.  C.  1.

11.  Sultan  Selim  Yavuz.  M erdüm-i  dideme  bilm em   ne  füsun  etti  felek...  //  http://w w w . 

antoloji.com /sirler-bile-siiri/

12.  ÇolakH alil.  Amaçsız yaşam da zebun ettin beni // http://w w w .siirantolojisi.gen.tr/

13.  SeyidəliyevN .F.  Frazeologiya lüğəti.  Bakı:  Çıraq,  2004.

14.  Nəsimi İ.  Seçilmiş  əsərləri.  Bakı:  Lider,  2004.  C.  1.

15.  Bayram ovH .  Azərbaycan dilinin frazeologiyasının əsasları.  Bakı:  Maarif,  1978.

16.  Ərəb və  fars  sözləri lüğəti:  (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün):  2  cilddə.  Bakı:  Şərq 

-  Qərb,  2005.  C.  2.

17.  Abdullayeva X.  Azərbaycan  və  fars  dillərində  frazeoloji  vahidlərin  qarşılıqlı  ifadə  olunmasına 

dair // Tədqiqlər.  2007.  N° 4.

18.  VidadiM.V.  Əsərləri. Bakı: Öndər, 2004.

19.  Tevfik  N eyzen. 

Abdülhamid'in 

Ağzından 

Bir 

Nutk-ı 


Hüm äyun 

// 


http://ww w.siira 

kademisi.com/index.php?/site/siirgoster/3850




20.  Bağmancı M.F.  Yıkık Gönül // http:// www.siirdefteri.com/?sayfa=siir&siirid= 24237

21.  Dede  Korkut  Kitabı  (Muharrem  Ergin).  Hisar:  Kültür  Gönüllüleri,  2003  //  http://

w w w .gunesdershanesi.com /ekitap/m uharrem ergindedekorkutkitabi.pdf

22.  Klassik  Azərbaycan  ədəbiyyatında  işlənən  ərəb  və  fars  sözləri  lüğəti:  2  cilddə.  Bakı:  Şərq  -   Qərb. 

2005.  C.  1.

23.  Pesn  o  tom,  kak  syn  Kazan-beka  Uruz-bek  byl  vzjat  v  plen  //  Kniga  moego  deda  Korkuta  /  Per. 

V.V.Bartolda // http://www.vostlit.info/texts/ rus9/korkut/frametext4.htm/

24.  Dastani-Əhm əd Hərami.  Bakı:  Şərq -   Qərb,  2004.

25.  Qul  Əli.  Qisseyi-Yusif / Nəşrə  haz.,  lüğət və  şərhlərin müəl.  E.Əlibəyzadə,  Ə.Hüseyni.  Bakı:  Şərq  -  

Qərb, 2005.

26.  Çelebi M ustafa.  Bir Destur Eyle!  // http://w w w .antoloji.com/

27.  Ozan Ceyhan.  Destur Ver Topuna Ceza Keseyim... // http://www.antoloji.com/

28.  Aslı  Üstün.  Destur // http://w w w .  siirkolik.net/siirler/67374-destur.asp

29.  Məsihi.  Vərqa və Gülşa.  Bakı:  Şərq -  Qərb,  2005.

30.  Şirvani S.Ə.  Seçilmiş  əsərləri.  Bakı,  2005.  C.  2.

31.  VəzirovN.b.  Əsərləri.  Bakı:  Şərq -   Qərb,  2005.

32.  SabirM .Ə .  Hophopnamə.  Bakı:  Şərq  -  Qərb,  2004.  C.  2.

33.  Bəy Hadi Turuz sözlüyü // http:// denemetr.com/docs/index-1110.html?page=236

34.  Nəbati Seyid Əbülqasim.  Seçilmiş əsərləri. Bakı:  Şərq -  Qərb, 2004.

35.  M əm mədquluzadə C.  Əsərləri.  Bakı:  Azərnəşr,  1985.  C.  6.



SE V İN J ALİYEVA

ABOUT ARCHAİC VERBS W İTH THE  PERSİAN  COM PONENT 

İN  THE LANGUAGE  OF «KİTABİ-DEDE KORKUT»

(in the  context o f literal  language)

S u m m a r y

In  the  article  archaic  verbs  with  the  Persian  component  in  the  language  o f  «Kitabi-Dede 

Korkut»  were  investigated.  The  author  analyses  verbs  in  the  context  o f formation  o f the  literary 

language  and  tries  to  defıne  the  periods  o f these  archaisms  on  the  basis  o f  a  large  number  o f 

comparison and contrapositions.

The  author  observes  the  changes  in  semantics  o f  such  compound  verbs  as  ‘zebun  olm ak’, 

‘ziru  zeber  etm ek’,  ‘destur  verm ek’,  ‘ceng  etm ek’,  ‘sekht  olm aq’,  ‘pencyek  chiqarm aq’.  The 

author pays  attention to the  specificity  o f assimilation in  different  contexts  o f Persian  components 

and  defines  their  semantic  deformation  in  «  Kitabi-Dede  Korkut».  Concretely,  it  becomes  clear 

that  at the  beginning  o f the  20-th  century the  verb  o f Persian  origin  ‘sekht’  more  or  less  has  kept 

its  meaning  and  a  frequency  o f  usage  in  the  Azerbaijan  literary  language  and  expresses  the 

meanings  ‘sert’,  ‘chetin’,  ‘mohkem,  berk’,  ‘agir’  in  our  language.  On  the  basis  o f comparison  o f 

the  compound  verb  ‘sekht  olm aq’  it  is  revealed  that  this  verb  in  «Kitabi-Dede  Korkut»  was 

subjected to the  deformation and began to  express the meaning  ‘pert olm aq’.



Key  words:  «Kitabi-Dede  Korkut»,  the  Persian  component,  archaic  verbs,  epos, 

borrowings


C E B H H ffM  ÄHHEBA

OE A PXAH H H blX r ^ A r O ^ A X   C nE P C H ^C K H M  K O M nO H EH TO M  

B A3WKE  ^ n O C A  «K H H rA  M O E rO  ^ E ^ A  K O PK y^A »

( b  


KOHTeKCTe  pa3BHTHH .HHTepaTypHOrO H3UKa)

P e 

3 w  

m  


e

CTaTba  nocB a^eH a  apxaHHHWM  raaro.naM  c  nepcHgcKHM  K0Mn0HeHT0M,  BCTpenaro^HMca 

b  

a3biKe ^noca «KHHra Moero g e g a  KopKyga». 



A b t o p ,  

onupaacb  Ha ^aKTbi,  nogpoÖHO  aHanronpyeT 

^ t h  

raaro.nbi 



h  

nwTaeTca  onpege^HTb  npHMepHoe  BpeMa  Hanana 

h x  

«ycTapeBaHHa».  npoc^ e^ H B aa 



ceMaHTHnecKoe  H3MeHeHHe 

t ^ k h x  

ono^Hbix  raaranoB ,  KaK 

zəbu n   olm a q,  zirü  z ə b ə r  etm ək,  d ə stu r  

verm ək,  cə n g   etm ək,  səx t  olm aq,  p ə n c y e k  çıqarm aq,  u

 

paccMaTpHBaa  cne^H^HKy  ycBoeHHa  nepcng- 



cKoro  KoMnoHeHTa 

b  


gpyroM   ceMaHTHnecKoM  KoHTeKcTe, 

o h  


ycTaHaB^HBaeT, 

h t o  


go  Hanana  X X  

b . 


g

t o


b o  

səx t

 

nepcngcK oro  nponcxo^geH H a  ynoTpeö



m

nocb 


b  

c ^ e g y ro ^ n x   3HaneHHax: 



s ə r t

 



cypoBWH, 

TBepgwH’, 



çətin

 



TpygHwfi’, 

m öhkəm

 



nponHwfi,  KpenKHfi’, 

b ə r k

 



TBepgwH, 

b w h o c ^ h b w H ’ , 



a ğ ır  

TpygHwfi,  T a^e^w fi’.  CeMaHTHKa  c ^ o ^H o ro   raaro.na 



sə x t  o lm a q

 

cy3H^acb, 



h   o h  

cTan  Bwpa^aTb 

noH^THe 

p ə r t  o lm a q

 

‘paccrpoHTbca,  cMyTHTbca,  cKoH$y3HTbca’.



K ^roneB w e  cnoB a: 

«X H m a  Moe^o  d e d a   K opK yda»,  nepcudcKUÜ  KOMnoHeHm,  apxauHHue 

^na^onu,  ^noc,  3auMcmeoeaHun

Ü n v a n :  A Z 1 143.  B akı-143,  H üseyn  C avid pr.,  115.  N əsim i  adına D ilçilik İnstitutu -   aparıcı  elm i  işçi,

fil.ü.f.d.

e-m ail:  s evin c. novruzq izi@ yandex.ru

Çapa təqdim  edən

G övhər B axşəliyeva -  

«T ürkologiya» ju rn alı 

redaksiya heyətinin üzvü,

Ə zizxan T anrıverdiyev -  

«Türkologiya» jurnalı sahə redaktoru



Çapa tövsiyə  edən

A M E A -nın N əsim i  adına 

D ilçilik İnstitutunun Elm i  Şurası 

(16.IV .2014,  protokol tfa  3)



M əqalən in  redaksiyaya  

d a x il olm a ta rix i

10.IV.2014



Təkrar işlənm əyə 

gön d ərilm ə ta rix i

30.V .2014



Çapa g ö n d ərilm ə ta rix i

2.V I.2014



Yüklə 118,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə