105
“Sufi isən alıb-satma, Halalına haram qatma,Yolun əyrisinə getmə, Doğru
yola nəzər eylə , - bəndinə aid səhv fikir: a) nəsihət ruhu var b) bədii
təzad var c) şair sufi müridləri doğru yola çağırır d) Çaldıran döyüşü ilə
əlaqədar Sultan Səlimə xitabən yazılıb e) bunu Xətayi yazıb
106
Füzulinin “Leyli və Məcnun” əsərinə aiddir: a) Sultan Süleymana ithaf
olunub b) Nizami ənənələrinə yaradıcı münasibət var c) əsərdə təsəvvüf
ruhu qüvvətlidir d) əsərin yazılmasını “Rum zərifləri” xahiş etmişlər e)
bəndlərin hamısı düzgündür
107
“Dedim, dedi” müsəddəsi, “Gəlür”, “Neyləyim?” rədifli şeirləri var,
əsərlərinin az bir qismi dövrümüzə çatıb. Söhbət kimdən gedir? a) Bədr
Şirvani b) Hamidi c) Həbibi d) Kişvəri e) Bəsiri
108
Günümüzə gəlib çatan ən əski şeir divanı hansı Azərbaycan şairinindir?
A) Xaqani Şirvaninin
B) Fələki Şirvaninin
C) Mücirəddin Beyləqaninin
D) Qətran Təbrizinin
109
Hansı mövzu divan ədəbiyyatında baş mövzu sayılır?
A) Zəmanə hökmdarının tərifi
B) Həzrəti-Məhəmməd (S) peyğəmbərin meracının tərifi
C) Məhəbbət mövzusu
D) Sufizm mövzusu
110
“Bəngü Badə”nin sonluğu necədir? a) Bəng qalib gəlir b) həm Bəng,
həm də Badə həlak olur c) Allahın köməyi ilə Badə qələbə çalır d) son
döyüş baş vermir e) bunlardan heç biri baş vermir
111
XV əsrdə doğulmuş, Osmanlı sarayında da yaşamış, qürbətdə vəfat etmiş,
doğma dildə və farsca şeirlər yazmışdır ,”Həsbi-halnamə” adlı məsnəvisi
vardır, - bu şair kimdir? a) Həbibi b) Hamidi c) Həqiri d) Həqiqi e)
Rəhməti
112
Füzulidən bəhs edən ilk təzkirəçilər: a) Lətifi, Əhdi, Sam Mirzə b) Əhdi,
Sadiq bəy Əfşar, Dövlətşah Səmərqəndi c) Oufi, Lətifi, Aşıq Çələbi d)
Lətifi, Saib Təbrizi e) Sam Mirzə, Sadiq bəy Əfşar
113
Divan ədəbiyyatında məzmunca fərqlənən hansı klassik şeir şəkilləri
olur?
A) Qəzəl, qəsidə, rübai, məsnəvi
B) Tövhid, münacat, nət, mədhiyyə, fəxriyyə, həcviyyə, mərsiyə, lüğət,
müləmma, əbcəd hesabı ilə tarix və s.
114
Kişvəri barədə səhv fikir hansıdır? a) Dilməqanda doğulması ehtimal
olunur b) ana dilində şeirlər divanı var c) Sultan Yaqub sarayında yaşayıb
d) Füzuliyə nəzirə yazıb e) Füzulinin ədəbi sələfi sayıla bilər
115
Mənbələrdə Füzulinin dərs aldığı ustad kimi xatırlanan şair: a) Kişvəri b)
Həbibi c) Süruri d) Şahi e) Qasimi
116
“Qulaq asmaz ona Yəqubi- Sultan, Məni bu qayğu öldürdü , mədəd hey” ,
- sarayda yaşayıb hökmdardan gileylənən bu şair kimdir? a) Həbibi b)
Bədr Şirvani c) Hamidi d) Kişvəri e) Süruri
117
Səhv göstərilən müəllif hansıdır? a) Həmid Araslı – “Böyük Azərbaycan
şairi Füzuli” b) Mirzəağa Quluzadə - “Füzulinin lirikası” c) Fuad
Qasımzadə - “Qəm karvanı, yaxud zülmətdə nur” d) Hasibə Mazıoğlu
“Füzuli-Hafiz” e) Həmid Araslı “Füzulinin lirikası”
118
Qasim Ənvara aid hansı fikir səhvdir? a) sufi şair olmuşdur b) məsnəvi də
yazmışdır c) Sərab şəhərində doğulub d) yalnız farsca yazmışdır e)
1434-cü ildə vəfat etmişdir
119
«Avesta» ilk dəfə və axırıncı dəfə nə vaxt sistemə salınıb yazıya
alınmışdır?
A) Həxamənilər dövründə axırıncı dəfə sistemə salınıb və yazıya alınıb
B) Sasanilər zamanında sistemə salınıb və ilk dəfə yazıya alınıb
C) Kirin hakimiyyəti dövründə axırıncı dəfə sistemə salınıb və yazıya
120
“Gər səninçün qılmasam çak, ey büti-nazikbədən, Gorum olsun ol qəba,
əynimdə pirahən kəfən”, - mətləli məşhur şeirin müəllifi: a) Xətayi b)
Həbibi c) Kişvəri d)Hamidi e) Süruri
121
«Avesta»nın Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətli hissəsi hansıdır?
A) «Vendidad» hissəsi
B) «Yəsna»da «Qatlar» hissəsi
C) «Vispered» hissəsi
D) «Yəşt» hissəsi
122
Bu alleqorik surətlər hansı əsərdədir: Ahu, Huş, Səba yeli, Göz yaşı? a)
Füzulinin “Səhhət və Mərəz” adlı alleqorik nəsr əsərində b) Füzulinin
“Söhbətül-əsmar” adlı alleqorik poemasında c) Əvhədinin “Dəhnamə”
əsərində d) Xətayinin “Dəhnamə” əsərində e) bunların heç birində
123
Qədim Azərbaycan şeirinin yeganə məlum nümunələri «Avesta»nın hansı
tərkib hissəsindədir?
A) «Yəşt» hissəsində
B) «Vendidad» hissəsində
C) «Vispered» hissəsində
124
“Parsü sözüm Xorasanü İraqın zikridir, Böylə kim, türki sözüm
dutmuşdurur Çinü Tətar, - beyti ilə bağlı düzgün fikirləri tapın: 1) XV
əsrdə yazılıb 2) müəllifi Bədr Şirvanidir 3) heca vəznindədir 4)
Nəsiminin şeirindəndir 5)beyt fəxriyyə xarakterlidir a)1-ci və 2-ci b) 2-ci
və 5-ci c) 4-cü və 5-ci d) 1-ci , 2-ci və 5-ci e) 1-ci, 4-cü və 5-ci
125
Nizami Gəncəvinin «Isgəndərnamə» poemasında intibah adamını
düşündürən əsas problemlər hansılardır?
A) Dünyəvi hisslərin sənətə gətirilməsi, ağıl və idraka, ədalətə
arxalanmaq
B) Hökmdarın qadın vasitəsilə mənəvi cəhətdən dəyişqdirilməsi, hər şeyə
126
Ş.İ.Xətayi haqqında səhv fikir: a) həm hecada, həm də əruzda yazıb b)
“Nəsihətnamə” məsnəvisində didaktik ruh qüvvətlidir c)
“Nəsihətnamə” əsərində süjet çoxşaxəlidir d) yaradıcılığının ilk
dövründə “Dəhnamə” yazıb e) xalq-aşıq şeiri janrlarından da istifadə
edib
127
Füzulinin “Tərcümeyi-hədisi-ərbəin” əsəri hansı şairdən tərcümədir? a)
Nizami Gəncəvi b) Əvhədi Marağalı c) Vaiz Kaşifi d)
Əbdürrəhman Cami e) Əbu Nəvas
128
Həqiqinin yeni aşkara çıxarılmış divanının 1966-cı ildə çapı hansı
fikirlərə son qoydu? a) şairin sufi ruhunda da şeirlər yazması barədə
təsəvvürlərə b) onun daha çox fars təmayüllü olması barədə mülahizələrə
c) onun Nəsimiyə rəğbət bəsləməsinə d) şairin yalnız doğma dildə
yazması haqda fikirlərə e) şeirlərini başqasının yazması barədə iddialara
129
Ş.İ Xətayi “Dəhnamə”si ilə bağlı doğru fikirlər: 1) ədəbiyyatımızda ilk
“Dəhnamə”dir 2) doğma dildə ilk poemadır 3) sədaqətli dostluq
ideyasını təbliğ edir 4) əruz vəznindədir 5) əsərdə təbiət təsvirləri
və qəzəllər də var a) 1-ci və 4-cü b) 2-ci və 3-cü c) 4-cü və 5-ci d) 2-
ci və 5-ci e) hamısı yanlışdır
130
Füzulinin bu əsərləri hansı janrdadır: “Su”, “Xəncər”, “Gül”, “Qələm”?
a) müstəzad b) məsnəvi c) tərkib-bənd d) qəsidə e) qəzəl
131
Hansı Azərbaycan şairi hansı poeması ilə türk ədəbiyyatı tarixində
didaktik epik şeirin əsasını qoymuşdur?
A) Nizami Gəncəvi, “Sirlər xəzinəsi” poeması ilə
B) Xaqani Şirvani, “Töhfətül-İraqeyn” poeması ilə
C) Sənai Qəznəvi, “Hədiqətül-həqayiq” poeması ilə
132
“Qalmışam imdi yalınqaç, könlüm həzindir, qarnım ac, On gündə
görməm bir kumaç, avareəm əz xanüman , - misraları ilə bağlı səhv fikri
tapın: a) daxili qafiyəlidir b)əruzda yazılıb c) müəllifi Hamididir d)
müəllifi Bədr Şirvanidir e) XV əsrdə yazılıb
133
Füzulinin ilk irihəcmli mənzum əsəri hansıdır”: a) “Bəngü Badə” b)
“Leyli və Məcnun” c) “Yeddi cam” d) “Şikayətnamə” e) “Səhhət
və Mərəz”
134
Bu şairin poemasında “Bahariyyə” adlı parça da var: a) Füzuli b) Xətayi
c) Saib Təbrizi d) Məhəmməd Əmani e) Hamidi
Dostları ilə paylaş: |