14
International Alert
ən pis halda isə xəyanətdə ittiham etməyə imkan verdiyi situasiya xarakterikdir. Əlbəttə ki, Basklar
Ölkəsində də süh yaradanlar belə şeylərlə üzləşiblər. Məsələn, “Lokarri” assosiasiyasının direktoru Paul
Riosun sözlərinə görə, İspaniya hakimiyyəti sülh yaradanları terrorçularla işbirliyində ittiham edirdi, ETA
tərəfdarları isə onları rəsmi Madridin əlaltıları hesab edirdilər (skype vasitəsilə müsahibə, 22 oktyabr 2014-
cü il). Bununla belə, bask cəmiyyətinin geniş təbəqələri sülh yaradanların məramını məqbul hesab etdilər və
məhz problemin zorakı yolla həllinin tərəfdarları marginallaşan qövm oldu.
nəticələr və tövsiyələr
Şimali İrlandiyada olduğu kimi, Basklar Ölkəsində də münaqişə Dağlıq Qarabağdan fərqlidir və münaqişənin
hansısa konkret həlli modelinin bizim kontekstdə tətbiqi haqda danışmaq mümkünsüzdür. Amma Şimali
İrlandiya misalında olduğu kimi, Basklar Ölkəsində də münaqişənin həlli ilə bağlı çıxarılması vacib olan
müəyyən örnəklər var.
Beləliklə, gözə dəyən ilk məsələ: bu münaqişə rəsmi Madridin avtoritar siyasəti nəticəsində meydana
gəlməsə də, məhz onun sayəsində zorakı xarakter alıb. Bu baxımdan sovet sistemində fərqli düşüncənin və
necə deyərlər, “milli oyanışın” boğulması və Frankonun siyasi rejiminin bask millətçiliyinin tərəfdarlarına
qarşı tutduğu mövqe arasında paralelləri görmək mümkündür. Məhz bu rejim onların radikallaşmasına və
zorakı yollara əl atmalarına səbəb oldu. Hər iki situasiyada aydın görünən müxtəlifliklərə rəğmən (həmçinin
sovet sisteminin xeyrinə olan, məsələn, Basklar Ölkəsindən fərqli olaraq Dağlıq Qarabağ muxtariyyət idi),
ən əsas və vacib oxşarlıq aşağıdakından ibarət idi: demokratiyanın olmaması münaqişənin sülh yolu ilə
transformasiyasını mümkünsüz etdi.
Əlbəttə, İspaniyanın bəxti SSRİ-yə nisbətən daha çox gətirdi: İspaniyadakı analoji “yenidənqurma”
demokratik siyasi sistemin yaranması ilə nəticələndi. Məhz bunun sayəsində çətinliklə olsa da münaqişənin
transformasiyası və onun zorakılıq müstəvisindən siyasi mübarizə müstəvisinə keçməsi baş tutdu. Maraqlıdır
ki, demokratikləşmənin ilk mərhələsində zorakılığın eskalasiyası baş verdi, amma qısa sürdü: demokratik
mexanizmlərin işləkliyi aydın olduqca və muxtariyyət real təsəvvür yaratmağa başladıqca, bask millətçiləri
arasındakı zorakılıq tərəfdarları cəmiyyətin dəstəyini itirməyə başladılar.
Demokratikləşmə həmçinin Basklar Ölkəsinin siyasət meydanında radikal qüvvələrin marginallaşmasına və
mötədillərin nüfuzunun artmasına təkan verdi. Bu qüvvələrin bir qismi güzəşt tərəfdarı kimi çıxış edirdilər,
digərləri isə maksimalist mövqedə qalsalar da, zorakı mübarizə yollarını inkar edirdilər. Zorakılığı inkar
edənlər cəmiyyətin böyük əksəriyyətinin mənəvi dəstəyini hiss edirdilər ki, bu da onlara hətta özlərinin də
zorakılıq qurbanına çevrilmək təhlükəsinə rəğmən irəliləmək gücü verirdi (bəziləri, həqiqətən də, zorakılıq
qurbanı oldular).
Nəhayət, Basklar Ölkəsində gərginliyin aradan qaldırılmasına Avropaya inteqrasiyanın həmçinin möhkəm
təkan verməsi barədə də çox danışıldı. Odur ki, Avropaya inteqrasiyanın bask münaqişəsinin bir çox ağrılı
aspektlərini aradan qaldırdığını qeyd etməklə kifayətlənək. Göz önündə olan aspektlərdən biri odur ki,
İspaniya AB-ə qəbul edilənə qədər basklar parçalanmış xalq idilər. Avropaya inteqrasiya nəticəsində bu
aspekt tam aradan qalxmasa da, hər halda problem kəskinliyini itirdi. İspaniya və Fransa arasında onilliklərlə
mövcud olan və baskları ayıran sərhəd bu gün faktiki olaraq maneə deyil.
Qeyd olunduğu kimi, Basklar Ölkəsi və Dağlıq Qarabağdakı situasiyalar tam fərqlidir və Basklar Ölkəsindən
hər hansı modelləri Dağlıq Qarabağda tətbiq etmək mümkün deyil. Amma Basklar Ölkəsinin təcrübəsinin
öyrənilməsi Dağlıq Qarabağda sülh prosesinin uğurunda maraqlı olan tərəflərə müəyyən tövsiyələr verməyə
şərait yaradır.
• Güzəşt, və ya münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olan mötədil qüvvələrin rolunun artmasına
şərait yaratmaq lazımdır. Vətəndaş cəmiyyəti misalında bu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi,
siyasi elita misalında isə diplomatik kommunikasiya yollarından istifadə formasında ola bilər.
Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı
Diplomatiya Mexanizmləri
15
• Radikalların – münaqişənin zorakı yolla həllinin tərəfdarı olan siyasi qüvvələrin nüfuzunun azaldılması
istiqamətində iş aparmaq lazımdır. Xüsusən vasitəçilərin və beynəlxalq aləmin siyasi xadimlər və rəsmi
şəxslər tərəfindən aqressiv ritorika istifadə olunmasına daha sərt reaksiya verməsi vacibdir.
• Radikalizmlə bağlı iş müqavimətlə, əks-təsirlə kifayətlənməməlidir: radikallarla ünsiyyət qurmaq
lazımdır, bu cür qüvvələr arasında sivil dialoqa hazır olanları cəmiyyət daxilindəki danışıqlara və dialoq
mərasimlərinə dəvət etmək lazımdır.
• Münaqişəyə daha mötədil yanaşmanı təbliğ edən və sülhyaratma mövqeyindən çıxış edən insanları
marginallaşdırmaq cəhdlərinin qarşısını almağa yönəlmiş media strategiyası hazırlamaq faydalı olardı.
• Münaqişədən əziyyət çəkən insanları (keçmiş döyüşçülər, münaqişə qurbanlarının yaxınları, qaçqınlar)
təmsil edən təşkilatlarla işləmək və onların sülhyaratma potensialından istifadə edərək radikalların bu
insanların ağrılarından yararlanıb qarşı tərəfə nifrət aşılamasına imkan verməmək vacibdir.
16
International Alert
qarabağ münaqişəsinin nizamlanması ilə
müqayisəli təhlilin işığında Bask “nicatı”
qeqam Baqdasaryan
İştirak – təməl daşı
Etnik münaqişələrin yaranma tarixi və onların nizamlanması təcrübəsi göstərir ki, münaqişə tərəfləri bir
qayda olaraq öz haqq və iddialarını qarşı tərəfin mövqeyinə önəm vermədən mütəşəkkil şəkildə ifadə edirlər.
Yaranmış vəziyyətdən çıxış yolunu, başqa sözlə desək, münaqişənin həllini hər bir tərəf məhz öz haqq və
tələblərinin işığında görür. Bu haqq və tələblər sistemində digər tərəfin haqq və iddialarına yer yoxdur.
Konfliktoloq Klem Makkartni hesab edir ki, “Onlar münaqişəyə və onun tarixinə dair özlərinə sərf edən,
hazırkı əməllərinə və təklif etdikləri həll yollarına haqq qazandıran variantlar sıralayırlar. Əksər hallarda bu
variant-narrativlər ümumilikdə faktları inkar etmir, amma onların bu faktlara yüklədikləri məna müxtəlif
ola bilər
2
”.
Hər bir konkret haqq və iddialar sistemində nəinki qarşı tərəfin haqq və gözləntilərinə yer verilmir, hətta çox
nadir hallarda münaqişə tərəflərindən biri digərinə vəziyyətdən özünün gördüyü çıxış yollarını təklif edir.
Adətən, münaqişənin nizamlanması ilə bağlı bu görüşlər vasitəçilərə və maraqlı olan beynəlxalq strukturlara
təqdim olunur. Fərq sadədir: qarşı tərəfə öz görüşünü təqdim edərkən onun maraqlarını nəzərə almaya
bilməzsən. Bu cür forma müəyyən dərəcədə obyektivlik və ümumi narrativlərin axtarışını nəzərdə tutur.
Bask münaqişəsinin nizamlanması bu kontekstdə digər münaqişələrdən sərfəli mənada fərqlənir, hər halda
son zamanlarda. 2013-cü il iyunun 11-də bask hökuməti “2013-16-cı illər üçün sülh və birgə yaşam Plan”ı
təklif etdi. Bu, sadəcə tərəflərdən birinin dünya ictimaiyyətinin nəzərində digərindən daha yaxşı görünmək
üçün irəli sürdüyü göstərmə bir sənəd deyildi. Məsələn, ən qapalı aparılan danışıqlara aid edə biləcəyimiz
Qarabağ münaqişəsinin nizamlanması prosesindən fərqli olaraq, bask münaqişəsinin nizamlanmasında
əsas rol münaqişə tərəflərinin ictimaiyyətlərinə aiddir. (“Danışıqlar prosesinin strukturundakı problem.
Ermənistan və Azərbaycan prezidentlərinin məlum münaqişə ilə bağlı danışıqları həddən artıq xüsusi
və məxfi xarakter daşıyır ki, bu da onları öz cəmiyyətləri qarşısında siyasi hesabat verməkdən azad edir.
Danışıqları əsasən məhz onlar aparırlar: ictimaiyyətə danışıqlar haqda hansı açıqlamanı verəcəklərini
özləri qərarlaşdırırlar, tempi müəyyən edirlər və vasitəçilərin səylərini boşa çıxardıqlarına görə
cavabdehlik daşımırlar”
3
). Təsadüfi deyil ki, bask hökuməti bu planın ictimai və siyasi iştirak prosesində
möhkəmlənməsini istəyirdi. “Sülh və birgə yaşam Planı”nın təməl daşını və əsas hissəsini məhz iştirak
təşkil edir.
Bask hakimiyyətinin bu prinsipial mövqeyi hələ “Sülh Planı”ndan xeyli əvvəl özünü büruzə vermişdi.
2009-cu ildə Basklar Ölkəsi prezidentinin müşaviri Qorka Espayau İdayoaqa erməni jurnalistlərinə bunları
danışmışdı: “Ölkə prezidenti vəziyyətin dəyişdirilməsi üçün vasitələri öz əlinə almaq qərarına gəlib. O,
münaqişənin nizamlanması üzrə yol xəritəsi hazırlayıb, vətəndaş cəmiyyətinin iştirakının artırılmasını
təklif edib və bununla da münaqişənin nizamlanmasını siyasi partiyalar və vətəndaş birlikləri arasında
bölüşdürüb”
4
.
Qarabağ münaqişəsinin nizamlanmasında belə hesab olunur ki, rəhbərlik güzəştlərə hazırdır, cəmiyyətlər
isə yox. Bu mülahizə həddən artıq birtərəflidir, çünki cəmiyyətlərin güzəştə hazır olmaması birinci növbədə
hakimiyyətlərin fəaliyyətinin nəticəsidir. Amma bizi bu problemin başqa bir aspekti maraqlandırır.
2 «Sülh proseslərində ictimai iştirak və çoxkanallı diplomatiya: Şimali İrlandiyadan örnəklər», fevral, 2014, International Alert, Klem
Makkartni, “Biz necə bu vəziyyətə düşdük?” məqaləsi, səh.5.
3 Tomas de Vall, “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında”, ROSSPEN. Moskva, 2014, s. 361
4 “Internews-Armenia”, “Sadə utopiya” filmi, 35.22. (film Böyük Britaniyanın Ermənistandakı səfirliyi tərəfindən maliyyələşdirilib), http://
vimeo.com/61610186