Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
  1   2   3   4   5   6   7   8   9   ...   12


Bu layihə avropa 

İttifaqi tərəfindən 

maliyyələşdiriliB

Sülh proSeSlərİndə İctİmaİ 

İştİrak və Çoxkanalli 

dİplomatİya mexanİzmlərİ 

dağlıq qarabağ münaqişəsi kontekstində Basklar 

Ölkəsindən örnəklər

Understanding conflict. Building peace.




international alert 

International Alert münaqişələrin sülhlə həlli yollarını tapmaqda yardımçı olur. 

Biz sülhün əsaslarının təşəkkülü üzrə, demək olar ki, 30 illik təcrübəyə malik aparıcı beynəlxalq sülhməramlı 

təşkilatlardan biriyik. 

Biz müxtəlif bölgələrdə yerli cəmiyyətlərlə əməkdaşlıq edərək, onlara sülh quruculuğunda yardımçı oluruq. 

Bundan əlavə, hökumətlərə, təşkilatlara və şirkətlərə sülhü müdafiə yönündə tövsiyələr veririk. 

Səylərimiz  sülhə  təsir  göstərən  amillərə  yönlənib  ki,  bunlardan  dövlət  idarəsi,  iqtisadiyyat,  gender 

münasibətləri, sosial inkişaf, iqlimin dəyişməsi kimi üsulları, həmçinin yüksək riskli bölgələrdə kommersiya və 

beynəlxalq təşkilatların rolunu göstərmək olar.

www.international-alert.org

International  Alert  Təşkilatı  bu  araşdırmanın  aparılmasında  göstərdiyi  dəstəyə  görə  Avropa  İttifaqına 

minnətdarlığını bildirir. International Alert həmçinin adları sadalanan digər strateji sponsorlara da dəstəyə görə 

təşəkkür edir: Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyi (UKAID); İsveçin inkişaf sahəsində beynəlxalq 

əməkdaşlıq agentliyi (SIDA); Niderland Xarici İşlər Nazirliyi; İrlandiya Xarici İşlər və Ticarət Nazirliyi.

Bu hesabatda əksini tapmış fikirlər yalnız müəlliflərə məxsusdur və International Alert təşkilatı, EPNK və 

sponsorların nəzər nöqtəsi, və ya siyasi mövqeyilə üst-üstə düşməyə bilər.

© International Alert 2014. 

Müəllif hüquqları qorunur. Müəllifin tam adı və materialın götürüldüyü mənbə göstərilmədən bu nəşrin heç bir hissəsi təkrar  

is-tehsal oluna, elektron, mexaniki, fotosurəti çıxarma yazı vasitələri və bütün digər informasiya saxlama və çıxarma sistemləri  də 

daxil olmaqla, istənilən formada, və ya istənilən vasitə ilə ötürülə, ya da istənilən başqa formada istifadə oluna bilməz.

Maket D.R. ink, www.d-r-ink.com

Üz qabığındakı foto: Kilsənin içində qoca Gernika ağacı. Gernika ağacı – kölgəsində Basklar Ölkəsinin əvvəlki və indiki liderlərinin 

Bask xalqına sədaqət andı içdikləri palıddır.  @Gérard Rancinan/Sygma/Corbis




Sülh proSeSlərİndə 

İctİmai İştİrak və 

Çoxkanalli dİplomatİya 

mexanİzmlərİ

dağlıq qarabağ münaqişəsi kontekstində 

Basklar Ölkəsindən örnəklər 

dekabr 2014


mündəricat

2

International Alert



Müəlliflər haqda  

3                                                                                              

Müqəddimə 

4

Giriş 



 

Basklar Ölkəsindən örnəklər: demokratiya münaqişənin həlli mexanizmi kimi 



12

Qarabağ münaqişəsinin nizamlanması ilə müqayisəli təhlilin işığında Bask “nicatı” 

16

Sülh çağırışı: terrorla üz-üzə 



21

“Bask münaqişəsinin transformasiyasında sosial medianın, qeyri-rəsmi  

beynəlxalq vasitəçiliyin və Aİ-nin CBC proqramlarının rolu” 

24

Madridin mərkəzi hakimiyyəti və Bask milli muxtariyyəti arasında qarşılıqlı  



fəaliyyət təcrübəsi və Dağlıq Qarabağ münaqişəsinin gələcək  

nizamlanması prosesi ilə mümkün paralellər 

28



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

3

müəlliflər haqda



 

 

Mikael Zolyan  -  Ermənistandan  olan  tarixçi  və  politoloq, Yerevan  Regional Araşdırmalar  Mərkəzinin 

analitiki. Həmçinin hazırda V.Bryusov adına Yerevan Dövlət Linqvistika Universitetində dərs deyir. Mikael 

Zolyanın  elmi  maraq  dairəsinə  millətçilik  və  etnik  məsələlər,  etnosiyasi  münaqişələr,  demokratikləşmə 

prosesləri və ictimai hərəkatlar daxildir. Mikael Ermənistan və onun hüdudları kənarında işıq üzü görmüş 

bir sıra məqalələrin müəllifidir.

Qeqam Baqdasaryan 1998-ci  ildə  Dağlıq  Qarabağda  azad  KİV-in  mərkəzinə  çevrilmiş  qeyri-hökumət 

təşkilatı  olan  Stepanakert  press-klubunun  prezidentidir.  2004-2008-ci  illərdə  populyar  olmuş  “Demo” 

müstəqil qəzetinə rəhbərlik edib, hazırda isə “Analitikon” aylıq analitik jurnalının baş redaktorudur. 

Əvəz  Həsənov  –  Humanitar Araşdırmalar  Cəmiyyətinin  direktorudur.  Bu  qeyri-hökumət  təşkilatı  insan 

haqları və azadlıqlarının müdafiəsi yolu ilə demokratik dəyişikliklərə nail olmağa və vətəndaşların vətəndaş 

cəmiyyətinin  formalaşdırılmasında  daha  davamlı  iştirakını  təmin  etməyə  çalışır. Vətəndaş  cəmiyyətinin 

ən fəal nümayəndələrindən olan Əvəz Həsənov “Azərbaycanda insan haqları” jurnalının redaktorudur və 

Ermənistandan olan tərəfdaşlarla görüş və dialoqlarda mütəmadi iştirak edir.

Masis Mailyan Dağlıq Qarabağda qeyri-hökumət tərəfdaşlığı və analitik mərkəz olan Xarici Siyasət və 

Təhlükəsizlik üzrə İctimai Şuranın (FSPC) sədridir. Təcrübəli siyasətçi və diplomat olan Masis Mailyan 

Track I danışıqlarında, Track II forumlarında, Qafqaz regionu və erməni-türk münasibətlərinə dair siyasi 

ekspertlərin diskussiyalarında iştirak edib. Dağlıq Qarabağ və regional problemlər haqda çoxsaylı məqalə 

və analitik hesabatların müəllifidir.

İlqar Vəlizadə politoloq və jurnalistdir, siyasi, iqtisadi ekoloji mövzuda 200-dən çox məqalənin və bir 

neçə  monoqrafiyanın  müəllifidir.  1994-cü  ildə  Bakı  Dövlət  Universitetini  siyasi  və  iqtisadi  coğrafiya 

ixtisası üzrə bitirdikdən sonra regional siyasət, geoiqtisadi və etnik münaqişələrə dair araşdırmalar üzrə 

ixtisaslaşıb. Daha əvvəl “Publicity” PR agentliyinin yaradıcısı və direktoru, həmçinin “Professional” sosial-

siyasi  jurnalının  yaradıcısı  və  baş  redaktoru  olub.  2007-ci  ildən  indiyə  qədər  RİA-Novosti  agentliyinin 

Azərbaycan  Respublikasındakı  filialının  direktor  müavini,  həmçinin  Bakıdakı  “Novosti”  Beynəlxalq 

Mətbuat Mərkəzinin direktorudur. 



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə