Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   2   3   4   5   6   7   8   9   ...   12

6

International Alert

Millətçi Partiyası heç vaxt rəsmi Madridlə münasibətləri radikal şəkildə kəsməyin tərəfdarı olmayıb. Sol 

radikal millətçilər və ETA isə, əksinə, hər vaxt Madridlə yolları ayırmaq arzusunu bəlli edib. 

Digər  tərəfdə  milli  səviyyəli  layihələrlə  bağlı  olan  siyasi  qüvvələr  dayanıb.  Onların  ideologiyaları  bir-

birindən kəskin şəkildə fərqlənir. Sosialist Partiyası və Xalq Partiyası status-kvonun saxlanması ideyasının 

əsas  müdafiəçiləridir.  İspaniya  Sosialist  Partiyası  tərəqqipərvər  xarakter  daşıyır  və  bu  gün  İspaniyanın 

federativ modelinin və Euskadi ilə Kataloniyaya daha geniş muxtariyyət tanınmasının tərəfdarıdır. Xalq 

Partiyası  əsasən  bütün  dəyişikliklərə  qarşı  çıxır  və  tarixən  formalaşmış  millətlərlə  mərkəzi  hakimiyyət 

arasında münasibətlərin dəyişməsinə gətirib çıxara biləcək konstitusiya dəyişikliklərindən imtina edir.

Bu  gün  qanunvericiliyə  görə,  Basklar  Ölkəsində  idarəetmə  çoxluq  tərəfindən  qəbul  edilmiş,  lakin 

səlahiyyətləri indiyə qədər tam reallaşmayan Muxtariyyət haqqında nizamnaməyə (1979) əsasən həyata 

keçirilir.

Nizamnamə adekvat olaraq ümumi xarakterli məsələləri tənzimləyir, amma o yenə də bütün siyasi tələbləri 

təmin edə bilməyib. 

eta

Bask münaqişəsi, hesabında qurban verilmiş 800 nəfərdən çox insan olmasaydı, tarixdə ərazi iddialarının 

səbəb olduğu çoxsaylı münaqişələrdən biri kimi qala bilərdi. 

ETA 50 il əvvəl Bask Millətçi Partiyası ilə bağlı olan hərəkat kimi yaranıb və ilkin olaraq bask dilinin, 

üstəlik İspaniyanın qalan hissəsindən fərqli milli kimlik haqqının müdafiəsinə can atırdı. ETA Frankoya 

qarşı olmasa da, İspaniyaya qarşı yaradılmışdı. Onun vəzifəsi baskların etnik, linqvistik və ideoloji ayrılığı 

idi. 

Bask radikal millətçiliyi həmişə özünün xüsusi yerini təsdiqləməklə xarakterizə olunub, əvvəlcə linqvistik 



(“bask” “euskaldun” deməkdir, yəni bask dilində danışan insan, və ya “euskere” - bask köklərinə malik 

insan), sonra isə ideoloji (“bask” millətçi deməkdir) baxımdan.

İllər sonra ETA müstəqillik yolunu müharibədə görən radikal millətçilərin əlində strateji silaha çevrildi. 

Amma reallıq başqa idi və Euskadinin müasir tarixi siyasi plüralizmlə, demoqrafik qarışma ilə, bilinqvizm 

və müxtəlif ərazi vahidlərinin birgə mövcudluğu ilə xarakterizə olunurdu.

Bu gün Madridin mərkəzi hakimiyyəti hesab edir ki, ETA-nın fəaliyyətinin tam dayandırılması ilə münaqişə 

sona çatıb. Millətçilər isə öz növbələrində hesab edirlər ki, daha böyük muxtariyyət tələb etməyin zamanı 

yetişib.


Radikallar bask dövlətinin bərqərar olması yolunu millətçi alyansların yaradılmasında görür, tərəqqipərvərlər 

isə qarşılarına qoyduqları məqsədlərə konsensus axtarışı vasitəsilə çatmaq üçün konstitusiya islahatları tələb 

edirlər.

Bu isə o deməkdir ki, bütün bu parçalanma və ziddiyyətlər hələ də aktualdır. 

Millətçi  partiyaların  proqramlarında  bildirilir  ki,  2015-ci  ildə  ümumi  seçkilər  keçiriləndən  sonra  yeni 

çoxluqlar ortaya çıxacaq ki, onlar da dövlət quruluşu modelini dəyişmək üçün konstitusiya islahatı həyata 

keçirəcəklər və bununla da Kataloniya və Euskadinin siyasi tələbləri təmin olunacaq. 



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

7

eta-nın sonu

Rəsmi Madrid yuxarıda qeyd olunan siyasi münaqişənin başa çatmasını ETA silahlı təşkilatının öz hərbi 

fəaliyyətini dayandırması ilə bağlayır.  

2011-ci ildə ETA silahlı mübarizəyə son verdiyini bəyan etdi və cəbbəxanasının ləğvinə başladı, amma 

təşkilatı buraxmaqla bağlı qəti niyyət bildirmədi. Onlar artıq terror törətmək fikrində deyildilər, amma sol 

radikal-millətçi qanadında strateji siyasi dəyişikliklərə təsir göstərmək cəhdlərini davam etdirirdilər, həm də 

sonuncuların onların bu cəhdlərdən əl çəkmələrilə bağlı irəli sürdükləri tələblərinə baxmayaraq. 

ETA-nın silahlı mübarizəsi nəticəsiz bitdi, cəmiyyət üçün ağrılı, qruplaşmanın siyasi məqsəd və məramının 

həyata keçirilməsi üçün isə faydasız oldu. Əvəzində ETA ispan demokratiyasının və bast müstəqilliyinin 

əsas düşməninə çevrildi. Nəhayət, 2011-ci ildə uzun illərin terrorçu mübarizəsindən sonra ETA etik yox, 

konstruktiv düşüncə ilə zorakılığa son qoymaq qərarına gəldi.

Bu  məqamda  ETA  ilə  onun  siyasi  qolu  rolunda  çıxış  eləmiş  çoxsaylı  partiyalar  arasındakı  (Batasuna 

Partiyasından (Herri Batasuna) SORTU-ya qədər) münasibətlərin tarixinə səyahət etmək yerinə düşər. 

Bütün tarixi boyunca ETA uyğunlaşmaya, təkamülə, öz siyasi və sosial hərəkatının siyasətində iştiraka, 

başqa sözlə, siyasi arenada çıxış etmək üçün yaranan, amma bu imkandan məhrum olan və öz himayədarları 

tərəfindən hərbi qanadının önəmsiz rolunu daşımağa məhkum edilmiş təşkilat və hərəkatlara xas olan hər 

şeyə qarşı çıxıb. Əsrin sonuna doğru ETA hakimiyyətin siyasi və hüquqi əməllərilə zəiflədildi. ETA-nın bu 

cür zəifliyi özünün siyasi qolu olan Batasunanı və onun varislərini qanundankənar vəziyyətə saldı. Basklar 

Ölkəsi Universitetinin əməkdaşı Quruts Xaureqi məlum münasibətləri bu cür ifadə edir: “ETA və onun 

siyasi qanadı bir-birindən asılı olan, eyni zamanda antaqonist və bir-birinə zidd iki təşkilatdır. Biri digəri 

olmadan mövcud ola bilmir; amma eyni zamanda onların hər biri özündə digərini mütləq məhv edəcək gen 

daşıyır”.

Sol radikal-millətçilərin görkəmli nümayəndəsi Tasio Erkisinin sözlərinə görə, “uzun müddətli perspektivdə 

zorakılıq və parlament oyunları bir araya sığmaz”. Sol radikal-millətçilər ETA-nı 1975-ci ilin keçid dövründə 

itirdiyi müstəqilliyini bərpa etməyə məcbur edə bilmək üçün 30 ildən çox müddət sərf etməli olublar.

ETA-nın terrorçu fəaliyyətinin dayandırılması idealların dəyişməsinə gətirib çıxarmadı, bu, sadəcə əzəli 

məqsədə - Bask dövlətinin yaradılmasına nail olmaq üçün strateqiyanın dəyişdirilməsi idi. Bundan başqa, 

ETA-nın silahlı mübarizəni dayandırması İspaniya hökuməti ilə aparılan hər hansı danışıqlarla, və ya ikitərəfli 

sülhün  əldə  olunması  ilə  bağlı  deyildi.  Proses  birtərəfli  xarakter  daşıyırdı.  ETA-nın  siyasi  nailiyyətləri 

İspaniyanın əvvəlki hakimiyyətlərilə istənilən danışıqların nəticələrindən daha az idi. ETA hakimiyyətlə 

məhbusların azad olunmasının qarşılığında sülhü müzakirə etməkdən imtina etdi və bu gün penitensiar 

siyasəti İspaniya hökuməti diktə edir.

ETA  potensial  danışıqlar  üçün  yol  açmalı  olan  yeni  qurbanlarla  özünə  “acınacaqlı  şöhrət”  qazandığı 

müddətdə bask və ispan cəmiyyətləri ayağa qalxıb, küçələri zəbt edirdi. Vaxtilə küçələr sadəcə sol radikal-

millətçilərin nüfuz dairəsinə daxil idi. İndi isə Sülh Naminə Hərəkat, Elkarri və ya Ermua Forumu kimi 

vətəndaş  hərəkatları  zorakılıqdan  usanmış  və  ETA  qruplaşmasının  mənasız  əməllərindən  çarəsizliyə 

sürüklənmiş cəmiyyətin hərəkətverici gücünə çevrilmişdi.

Bask  siyasi  partiyaları  ziddiyyətlərlə  bağlı  əlavənin  də  daxil  edildiyi  sülh  müqaviləsini  imzalayaraq, 

Axuriya Eneada masa arxasında ilk razılaşmanı əldə etdilər (12 yanvar 1988-ci il). Sol radikal-millətçilər bu 

razılaşmaların onlara xələl gətirdiyini anlayırdılar, amma bununla belə, seçicilər yenə də onlara səs verməyə 

davam edirdilər, baxmayaraq ki, onlar ETA-nın siyasətini davam etdirirdilər.

Bu dövrdə Terror Qurbanları Assosiasiyası (AVT) (1981-ci il) kimi ilk qurbanlar assosiasiyaları yaranmağa 

başladı. Buna qədər onlar pərakəndə xarakter daşıyırdılar və hakimiyyət tərəfindən qətiyyən dəstəklənmirdilər. 

Hərçənd, siyasi qurbanların hesablanması 1968-ci ildən başlanmışdı.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə