Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   ...   4   5   6   7   8   9   10   11   12

26

International Alert

tərəfdaşlığının  Avropa  qruplaşması  (EGTC  –  European  Grouping  for  Territorial  Cooperation)

24

  kimi 



kooperasiyanın effektiv yüksəldilməsi alətinin yaradılmasından ibarətdir. 2007-ci ilin yanvarında qüvvəyə 

minmiş bu baza əsasında Avroregion Aquitaine-Euskadi

25

 qruplaşması təsis edilib.



DQM-nin  üç  tərəfinin  ayrı-ayrı  regionları  (və/yaxud  Cənubi  Qafqazın  altı  ölkəsi)  arasında  humanitar 

və  sosial-iqtisadi  əməkdaşlıq  platformasının  yaradılması  qarşılıqlı  bağlantıları  qeyri-siyasiləşdirməyə, 

münaqişə tərəfləri arasında gərginliyi azaltmağa, həmçinin münaqişənin sülh yolu ilə transformasiyası üçün 

yeni imkanların yaradılmasına qadirdir. Qonşu inzibati regionlar arasında qeyri-siyasi kooperasiya istifadə 

olunmamış böyük sülhyaratma potensialına malikdir. 

Məlum olduğu kimi, bask münaqişəsində rəsmi vasitəçilik mövcud deyil, amma görkəmli xarici siyasi və 

ictimai xadimlərin, Nobel mükafatları laureatlarının, həmçinin bəzi təşkilatların sülh prosesinə qeyri-rəsmi 

aidiyyatı var

26

. DQM-də vasitəçilik “inhisarı” üç həmsədrdən ibarət ATƏT-in Minsk qrupunun əlindədir. 



ATƏT-in MQ-nun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyadır – BMT Təhlükəsizlik Şurasının beş daimi 

üzv ölkəsindən üçü.

Bununla belə, ayrı-ayrı nüfuzlu xadimlərin DQ münaqişəsinin nizamlanmasında konkret məsələlərin həllinə 

(məsələn, DQM tərəfləri arasında etibarın möhkəmləndirilməsi istiqamətində tədbirlərin qəbul edilməsi və 

reallaşdırılması - CBMs) məhdud cəlb edilməsi sülh prosesinin irəliləməsinə təkan verə bilərdi.  

Bask münaqişəsində Basklar Ölkəsi Muxtariyyətinin hüdudlarından kənarda cəza çəkən siyasi məhbusların, 

“qaçaq”  olan  şəxslərin  məsələsi,  BÖ-nin  gələcəyi  ilə  bağlı  bask  cəmiyyətində  qütbləşmənin  aradan 

qaldırılması,  zorakılıqdan  imtina,  ETA-nın  tərk-silah  olması,  rəsmi  Madrid  və  ETA  arasında  dialoqun 

bərqərar olması və s. problemlər aktual olaraq qalır.

DQR-in  və  onun  əhalisinin  təhlükəsizliyinin  təmin  olunması,  Dağlıq  Qarabağın  statusunun  beynəlxalq 

hüquqla müəyyən edilməsi, qaçqınlar və ərazi məsələsi, nəqliyyat və enerji kommunikasiyasının blokadadan 

azad edilməsi DQM-nin tərəfləri üçün ən həlledici problemlər hesab edilir.    

Müxtəlif münaqişə zonalarında aktual problemlərin müqayisəli təhlili bu, və ya digər münaqişənin “kamillik” 

dərəcəsini  müəyyən  edə  bilər.  Bask  münaqişəsində  mərkəz  (metropoliya)  və  muxtariyyət  arasındakı 

münaqişələrə xas olan problemlər prioritetdir, Dağlıq Qarabağ münaqişəsində isə həlledici problemlər onun 

dövlətlərarası xarakterini üzə çıxarır. 

BÖ  münaqişəsinə  dair  çap  olunmuş  materiallarla  tanış  olduqca  2013-cü  ilin  noyabrında  Bask  regional 

hökuməti tərəfindən nəşr olunan “2013-2016-cı illər üçün Sülh və birgəyaşam Planı” və sülh prosesinə 

dəstək üzrə Sosial forumun yekunları əsasında hazırlanmış “Sülh prosesinə dəstək üzrə təkliflər”

27

(14-15 



mart, 2013)

28

 kimi vacib sənədləri diqqətdən kənarda qoymaq olmaz. Bu iki sənəd ümumilikdə regional 



hökumətin və BÖ cəmiyyətinin bir hissəsinin münaqişənin həllinə yanaşmasını əks etdirir.

24  European  grouping  of  territorial  cooperation  (EGTC),http://europa.eu/legislation_summaries/agriculture/general_framework/g24235_

en.htm

25  Euroregion Aquitaine-Euskadi, http://www.aquitaine-euskadi.eu



26  For example, The Centre for Humanitarian Dialogue (http://www.hdcentre.org/en/), The International Verification Commission (http://www.

ivcom.org/en/home/), International Contact Group, established in 2010 (http://icgbasque.org/) or participation of Kofi Annan, Gro Harlem 

Bruntland, Bertie Ahern, Pierre Jose, Gerry Adams and Jonathan Powell, Jimmy Carter, Tony Blair and George Mitchell in International 

Conference (17 October, 2011, Donostia-San Sebastian). The International Conference concluded with the reading of the declaration 

prepared by the international figures following a process of consultations with the political parties and trade unions. (http://www.lokarri.org/

index.php/en/about-lokarri). The Declaration text is available at: http://www.basquepeaceprocess.info/?p=3375

27  Plan de paz y convivencia 2013-2016, https://www.irekia.euskadi.net/assets/attachments/3871/plan_paz_convivencia.pdf?1386084559

28  Sülh prosesinə dəstək üzrə Sosial Forumun materialları (Iru a-Bilbao, 14-15 March, 2013),  Recommendations to promote the peace 

process, http://www.forosocialpaz.org/recomendaciones/recomendations/



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

27

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “danışıqlar masasında” yalnız beynəlxalq vasitəçilərin 



təkliflərini  görmək  mümkündür,  münaqişəyə  cəlb  olunmuş  tərəflərin  hökumətlərinin  və  cəmiyyətlərinin 

nəzər-nöqtəsini əks etdirən heç bir sənəd yoxdur. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması 

üzrə tərəflərin hakimiyyətlərinin və ekspert qruplarının müvafiq təkliflərinin işlənib hazırlanması və çap 

olunması cəmiyyətlərdə əks tərəfin mövqeyini daha yaxşı anlamağa imkan verəcək və bununla da Track I 

səviyyəsində danışıqlar prosesinə faydalı olacaq.



28

International Alert



madridin mərkəzi hakimiyyəti ilə bask milli 

muxtariyyəti arasında qarşılıqlı təsir təcrübəsi 

və dağlıq qarabağ münaqişənin gələcək 

nizamlanması prosesi ilə mümkün paralellər

İlqar vəlizadə

 

Madridin  mərkəzi  hökuməti  və  Basklar  Ölkəsi  regionu  arasındakı  qarşılıqlı  münasibətlər  İspaniyada 



konstitusiya monarxiyası bərqərar olandan 40 ilə yaxın bir müddətdə ciddi dəyişikliklərə məruz qalıb.

29

Qeyd etməyə dəyər ki, bu proses ölkənin siyasi sistemindəki islahatlar və İspaniyanın unitardan daha çox 



federativ dövlət quruluşuna transformasiyası ilə paralel gedirdi. Qərbi Avropa ölkələrində mövcud olan 

təcrübəni  əsas  götürərək  Madridin  mərkəzi  hökuməti  birinci  səviyyəli  inzibati  vahidlərə  mümkün  olan 

maksimal səlahiyyətləri ötürərək dövlət idarəçiliyilə bağlı əsas məsələlərin nizamlanmasına istinad etdi.

Maraqlıdır ki, İspaniyanın siyasi sisteminin əsasında ölkənin konstitusiyası ilə də möhkəmləndirilmiş inkişaf 

imkanı durur. Bununla da Bask regionunun özünüidarəsi İspaniya konstitusiyasının müvafiq maddələrilə 

uzlaşdırılır, hansı ki, mərkəzlə regionun da münasibətlərini tənzimləyir.

Beləliklə, konstitusiyanın 2-ci maddəsinə əsasən, İspaniya dövlətinin, ispan millətinin vəhdəti və bütövlüyü 

sarsılmazdır. Eyni zamanda bu maddə milli vəhdət daxilində muxtariyyət haqqı olan ayrı-ayrı milliyyətlərin 

və  regionların  mövcudluğunu  təsdiq  edir.  Xüsusilə  bask  muxtariyyəti  digərlərindən  fərqli  olaraq  aydın 

görünən tarixi səbəbə malikdir və bununla da İspaniya konstitusiyası sadəcə tarixən yaranan reallıqları hüquqi 

cəhətdən möhkəmləndirir və onun üçün lazımı legitim bazanı yaradır. Bu sahədəki mövcud problemlərin 

kəskinliyini nəzərə alaraq və yarana biləcək ziddiyyətləri minimuma endirmək zərurətindən konstitusiyada 

millət, milliyyət və region anlamlarına dəqiq tərif verilməyib. Həmçinin regional muxtariyyətin hüquqlarının 

həcmi ilə bağlı məsələ də açıq qalırdı. Bununla belə qeyd olunur ki, hər bir muxtariyyət səlahiyyətlərinin 

həcminin müəyyən olunduğu statusunu özü müəyyənləşdirir, yalnız bir şərtlə - tərəfdaşların maraqlarına 

xələl yetirməmək. Mərkəz və muxtariyyət arasında səlahiyyətlərin bölgüsü qarşılıqlı razılaşma əsasında 

həyata keçirilir, fikir ayrılığı olanda isə məsələ Konstitusiya məhkəməsinin arbitrajı vasitəsilə həll olunur.

Bununla da İspaniyanın konstitusiya quruluşu bask muxtariyyətinə, onun parlamentinə və hökumətinə rəsmi 

Madridlə qarşılıqlı münasibətin forma və prinsiplərini seçmək azadlığı verir. İspaniya konstitusiyasının 151-

ci maddəsinə əsasən, Basklar Ölkəsinə ən yüksək özünüidarə statusu verilib. 

30

Qeyd  etmək  vacibdir  ki,  bu  cür  yanaşmada  dövlət  quruculuğu  prosesi  aşağıdan  yuxarıya  doğru  həyata 



keçirilir,  burada  mühüm  təşəbbüskarlıq  qanunvericiliyin  hazırlanmasında  fəal  iştirak  edən  vətəndaşlara 

aiddir. Bununla bahəm, mövcud hüquqi prosedurlar regionda olan situasiyaların müxtəlifliyini nəzərə almağa 

imkan  verir  və  regiona  özünün  institusional  və  mədəni  xüsusiyyətlərini  qoruyub  saxlaması  üçün  şərait 

yaradır. Mərkəz və region arasında səlahiyyətlərin razılaşdırılmasının nəzərdə tutulmuş çevik mexanizmi 

mahiyyətcə  hər  an  partlamağa  hazır  regional  problemin  siyasi  yöndən  son  dərəcə  “texniki”  (normativ-

hüquqi razılaşmalar)

31

 məcraya yönəldilməsi üçün vasitəyə çevrilib.



29  Baskların  “azad  assosiasiya”  yaradılması  ilə  bağlı  təklifi  İspaniya  federalizminə  meydan  oxuyur,  //  «Federasiyaların  forumu»,  4-cü 

Buraxılış, № 4 (iyun 2005), S. 7-9

30  Avilova A. İspaniya: Mərkəz və regionlar arasında münasibətlərin yeni modeli // Ərazi problemi və idarəçilik təcrübəsi. 1997. № 3.

31  İspaniyada muxtariyyət və İsveçrədə federalizm: ümumi və xüsusi http://www.refbank.ru/konpravo/1/konpravo1.html




Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

29

Eyni  zamanda  bu  yolda  ortaya  çıxan  ziddiyyətləri  də  xatırlatmamaq  olmaz.  Beləliklə,  muxtariyyətin 



səlahiyyətlərinin genişlənməsi institusional çərçivələrə dirənir. Bu, muxtariyyətin baş naziri Xuan Xose 

İbarretxe  Markuartunun  planı  (İbarretxe  planı)  ilə  bağlı  misalda  aydın  görünür.  Planda  muxtariyyət 

hökumətinin siyasi hakimiyyətin genişləndirilməsi və “İspaniya ilə assosiasiya olunan müstəqil dövlətin” 

yaradılması ilə bağlı təklifləri yer alıb.

Formal olaraq bu plan baskların yaşadığı ərazidə “muxtariyyət statusunun” islahatı (Estatudo de Autonomia) 

kimi  təqdim  olunub. Təcrübədə  isə  bu  planın  həyata  keçirilməsi  ümumkonstitusiya  islahatlarına  gətirib 

çıxara bilər. İdarəetmə sisteminin İspaniya modelinə uyğun olaraq, hər bir ərazi konstitusiyaya uyğun şəkildə 

mərkəzlə aparılan danışıqlar gedişində müəyyən edilən əhəmiyyətli həcmdə hakimiyyət səlahiyyətinə sahib 

olmaq hüququna malikdir. Bununla da asimmetrik federalizm ideyası İspaniya konstitusiyasında öz aydın 

təzahürünü  tapdı.  İbarretxe  planı  regionun  siyasi  hakimiyyətini  dövlət  daxilində  dövlət  statusuna  qədər 

yüksəltmək məqsədi daşıyır.

Planın mətnində bask millətinin tanınmasına çağırış yer alıb (məlum olduğu kimi, İspaniya konstitusiyası 

millətin aydın tərifini vermir), burada region əhalisinin 20%-dən az hissəsinin bildiyi və danışdığı bask 

dilinin  istifadə  dairəsinin  genişləndirilməsinə  xüsusi  vurğu  edilir.  Həmçinin  plan  referendum  əsasında 

regionun ayrılmasını mümkün edir. Üstəlik o, region ərazisində Ali məhkəmənin yaradılmasını və Bask 

hökumətinə hazırda İspaniya hökuməti ilə müştərək nəzarət etdikləri bir sıra sahələrdə eksklüziv səlahiyyət 

verilməsini nəzərdə tutur. Bu sahələr sırasına təhsil, immiqrasiya və ümumi seçki sistemi daxildir. Plan eyni 

zamanda regiona Avropa Birliyi ölkələri ilə birbaşa diplomatik münasibətlər qurmaq imkanı verir ki, bu da 

Avropa konstitusiyasına belə dəyişikliklər olunmasını tələb edə bilər.

32

Bununla  belə,  təklif  olunan  islahatlar  nəinki  qüvvədə  olan  konstitusiya  ilə,  həm  də  Avropa  Birliyinin 



digər ölkələrindəki mərkəz və muxtariyyət münasibətləri təcrübəsi ilə ziddiyyət təşkil edir. Bu islahatların 

ziddiyyətli  olması  İspaniya  hökumətinin  onlardan  imtina  etməsi  üçün  mövcud  səbəblərdən  biri  oldu. 

Bundan başqa, bu islahatlar ardınca dərin konstitusiya islahatlarına yol açacaqdı ki, bunun da nəticəsində 

yalnız Basklar Ölkəsində deyil, həmçinin ümumispan referendumunun həyata keçirilməsi tələb olunacaqdı. 

Plan həmçinin ona görə tənqid olunurdu ki, orada 1981-ci ildən qüvvəyə minən və o zamandan bəri praktiki 

olaraq dəyişməyən vergi sisteminin islahatları ilə bağlı təklif yer almayıb. Bir çox ekspertlər hesab edir ki, 

bu sistem regionun hədsiz maliyyələşdirilməsinə xidmət edir.

Hazırda regional və yerli hakimiyyət orqanlarının payına dövlətin birləşdirilmiş qeyri-maliyyə xərclərinin 

35%-i düşür, amma bu onun ümumi gəlirlərinin 25%-dən çox olmayan hissəsini təşkil edir (AFR kimi “klassik” 

federativ dövlətlərdə bu göstəricilər 41-42% nisbətində tarazlanıb). Bu disbalans regionların mərkəzdən 

birtərəfli asılılığını şərtləndirir: məqsədli büdcə subsidiyaları indi də regional və yerli administrasiyanın 

büdcə  resurslarının  yarıdan  çoxunu  təşkil  edir. Ancaq  dörd  muxtariyyət  –  Madrid,  Kataloniya,  Basklar 

Ölkəsi və Kantabriya – öz xərclərini qənaətbəxş səviyyədə ödəmək üçün kifayət qədər resursa malikdir. 

Buna görə də regional hakimiyyətlər “təzyiq qrupları” kimi hərəkət edərək maliyyə resurslarına görə rəqabət 

aparmaq məcburiyyətindədirlər. Mütəxəssislər hesab edirlər ki, həqiqi büdcə federalizminə nail olmaq üçün 

muxtariyyətlərin resurslarının artırılması istiqamətində vergi sistemini yenidən gözdən keçirmək vacibdir. 

Buna görə də planın 2004-cü il 30 dekabrda bask parlamentinin böyük əksəriyyəti tərəfindən bəyənilməsinə 

baxmayaraq, bir ay sonra (1 fevral 2005) İspaniya parlamenti tərəfindən səs çoxluğu ilə rədd edildi. Bunun 

ardınca qızğın və intriqa dolu polemika başladı ki, bu da 17 aprel 2005-ci ildə Bask regionunda seçkilərə 

gətirib çıxardı. Cənab İbarretxe öz hökumətinin bu planı irəlilətmək niyyətini açıqladı, çünki, onun sözlərinə 

görə, basklar öz gələcəklərini müəyyən etmək hüququna malik olmalıdırlar. Bask millətçiləri İspaniya üzrə 

ümumi referendumun keçirilməsi ideyasını kəskin şəkildə rədd edirdilər. Amma əslində belə görünürdü 

ki, bask millətçilərinin öz planları ilə bağlı israr etdikləri təqdirdə nələrin ola biləcəyini heç kim  təsəvvür 

etmirdi. İspaniyanın konstitusiyasında ölkə hökumətinə “ümumi maraqlara” toxunduğu təqdirdə subyektə 

siyasi muxtariyyətin verilməsinə “son qoymaq” hüququ tanıyan müddəa var. Leqal olaraq hökumətin belə 

bir  seçimi  mövcuddur.  Siyasi  planda  isə  bu,  İspaniyanın  desentralizasiyası  ilə  bağlı  konsensusun  əldə 

32  Avilova A. “İspaniya: mərkəz və muxtariyyətlər arasındakı münasibətlərin yeni modeli” İdarəetmə nəzəriyyəsi və təcrübəsinin problemləri. 

1997. № 3.




30

International Alert

edilməsi cəhdlərinin sonu demək olardı. İspaniya hökumətinin “problemlərə qayıdış” variantlarından biri 

mümkün həll ola bilər.

Yuxarıda göstərilmiş misaldan görünür ki, Bask muxtariyyətində siyasi institutların inkişaf prosesi İspaniyanın 

unitardan federativ dövlətə çevrilməsi prosesi ilə paralel gedirdi və burada Basklar Ölkəsi Kataloniya ilə bir 

sırada ən böyük tərəqqi əldə etmişdi. Üstəlik hər iki situasiyada hazırda söhbət onların muxtariyyət deyil, 

daha böyük statusa malik dövlət quruluşuna keçməsindən gedir. Prosesin fərqləndirici cəhəti ondan ibarətdir 

ki, indiyə qədər o, konstitusiyada nəzərdə tutulmuş çərçivələrlə uzlaşırdı və elə bir mərhələyə gəlib çatıb ki, 

bundan sonra yalnız milli səviyyədə konstitusion islahatlar ona gələcək inkişaf imkanı verə bilər. Mövcud 

qaydalara görə, bu yenidənqurma ancaq ümummilli plebissit

33

 keçirmək yolu ilə mümkündür. Eyni zamanda 



bu mürəkkəb şərtlərdə də mərkəz və muxtariyyət arasında konstruktiv danışıqlar imkanı qalır. Bu dialoq 

mərkəzi  hakimiyyət  və  muxtariyyət  hakimiyyətinin  müxtəlif    nümayəndələri  arasında  geniş  diskussiya 

formasında ola, həmçinin vətəndaş cəmiyyətinin bütün maraqlı təbəqələrinin cəlb olunduğu dialoq xarakteri 

də daşıya bilər. Üstəlik bu dialoq iqtisadi böhrandan çıxış və sülhün möhkəmləndirilməsi kimi region üçün 

aktual olan problemlərin həlli ilə sıx əlaqələndirilə bilər. Bu gün məhz bu məsələlər bask gündəmində əsas 

yeri tutur və məhz onların həlli üçün rəsmi Madrid və Basklar Ölkəsinin paytaxtı Viktoriya-Qasteys arasında 

münasibətlərin nizamlanması haqda danışmağa dəyər. Bu mərhələdə dialoqun siyasi çərçivələrini müəyyən 

etmək, bu dialoqu mövcud hüquq normaları və mərkəzi hakimiyyət orqanları ilə muxtariyyət arasındakı 

münasibətlərin nəinki İspaniyada, həmçinin Avropa Birliyinin digər ölkələrində toplanmış zəngin təcrübəsi 

əsasında aparmaq çox vacibdir.

3435

Qarabağ  problemi  ilə  müqayisə  belə  bir  nəticə  çıxarmağa  imkan  verir  ki,  Dağlıq  Qarabağda  həyata 



keçirilən institusional dəyişikliklər Azərbaycanın konstitusiyası çərçivəsində baş verməyib və onunla tam 

ziddiyyət təşkil edirdi. Buna görə də burada siyasi proseslər bir-birindən qopmuş şəkildə paralel inkişaf 

edirdi.  Nəticədə  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı  sülh  planının  reallaşdırılmasında  Dağlıq 

Qarabağa keçid statusunun verilməsi təklifi ortaya çıxdı. Məlum təklifi bütün münaqişə tərəfləri qəbul edir 

ki, bu da rəsmi Bakı və keçid (müvəqqəti) statusu verilmiş Dağlıq Qarabağ arasında legitim münasibətlərin 

qurulmasına imkan verə bilər. Bu münasibətlər gələcəkdə siyasi proseslərin çərçivələrini müəyyən etməyə 

şərait yaradacaq ki, bu çərçivə daxilində müvafiq hakimiyyət institutları və qarşılıqlı münasibət mexanizmləri 

işlənib hazırlana bilər. Amma ilkin olaraq bu proseslərdə Dağlıq Qarabağ əhalisinin bütün etnik qruplarının 

iştirakını təmin etmək vacibdir. 

33  Jozef Mariya Kastella Andrü. İspaniya muxtariyyətlər dövlətində muxtariyyət statutu // Dövlətlərin transformasiyası: İspaniya təcrübəsi:  

http://www.kazanfed.ru/publications/kazanfederalist/n7/5/

34  Orlinskaya O.M.,Tarix, fəlsəfə, siyasi və hüquq elmləri, mədəniyyətşünaslıq və sənətşünaslıq. Nəzəriyyə və təcrübə məsələləri //İspaniyada 

federalizm: mif, ya reallıq. S. 134–137.

35  Şveyser  V.Y.,  «Separatçılıq,  yoxsa  muxtariyyət?»,    //Rusiya  qlobal  siyasətdə,  2007,  №  1,  yanvar-fevral  http://www.globalaffairs.ru/

number/n_8153



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

31



32

International Alert





International Alert. 

346 Clapham Road, London SW9 9AP, United Kingdom

Tel +44 (0)20 7627 6800, Fax +44 (0)20 7627 6900

info


@international-alert.org

www.international-alert.org



ISBN: 978-1-909578-79-1

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə