Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   27   28   29   30   31   32   33   34   35

50

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Təhsil təşəbbüsləri 

Təhsil imkanlarının genişləndirilməsi üçün 

tərtib edilmiş proqramlar Azərbaycanda davamlı biznesin qurulmasına 

dəstək vermək səylərimizin mühüm hissəsidir

hazırlanıb. Məktəb layihələri idarəetmə 

təlimi sahəsində aparıcı beynəlxalq şirkət 

olan “ESI International”ın dünyada tanınmış 

geniş proqramından faydalanmaq imkanı 

verir. Layihənin diqqəti iki məsələyə – ölkədə 

layihələri idarəetmə üzrə bacarıqların yaxın 

zamanda təkmilləşdirilməsinə və bu sahədə 

uzunmüddətli potensialın yaradılmasına 

yönəlib. Ümumi büdcəsi 1 milyon dollar 

olan layihənin 2013-cü ildə başa çatması 

planlaşdırılır. 

BP-nin xüsusi təqaüd proqramı

Azərbaycanda BP tərəfindən maliyyələşdirilən 

BP-nin xüsusi təqaüd proqramı 2007-ci 

ildə həyata keçirilməyə başlayıb. Proqram 

Dövlət Neft Akademiyasında neft mühəndisi 

və yerşünaslıq ixtisasları üzrə təhsil alan 

tələbələrin təhsilinə dəstək vermək 

məqsədilə tərtib edilib. 2012-ci ilin əvvəlinə 

257 nəfər birinci və ikinci kurs tələbəsinə, o 

cümlədən 2011-ci ildə 77 tələbəyə BP-nin 

xüsusi təqaüdü təqdim edilib. Bunlardan 33 

nəfəri – akademiyaya qəbul zamanı ən yüksək 

bal toplamış birinci kurs tələbələri BP-dən 

hədiyyə kompyuterlər aldı, 34 nəfər ikinci kurs 

tələbəsinin isə ingilis dili kurslarında təhsilinə 

sponsorluq edildi. 



BP-nin tələbələr üçün geologiya üzrə yay 

təcrübə kursu  

2011-ci ilin yayında biz tələbə və məzunların 

sedimentologiya və struktur geologiya üzrə 

yay çöl-səhra təcrübəsinə sponsorluq etdik. 

Belə bir qədim, müdrik ifadə var: “Bir 

adama balıq ver, onu yalnız bir gün 

yedirdərsən. Ona balıq tutmağı öyrət, 

ömürlük ruzi verərsən”. Azərbaycan da daxil 

olmaqla, fəaliyyət göstərdiyi hər bir ölkədə 

yerli səriştə və bacarıqların yaradılması 

istiqamətində BP-nin göstərdiyi səylərin 

timsalında bu müdrik ifadə özünü tamamilə 

doğruldur. Buna ən yaxşı misal olaraq BP-

nin Qafqaz Universitetinə yeni mühəndislik 

fakültəsinin genişləndirilməsi və təchizində 

verdiyi dəstəyi göstərmək olar. Mən 

həqiqətən çox məmnunam ki, 2010-11-ci 

təhsil illərinin sonuna qədər 30 nəfərə 

yaxın tələbə ən yüksək balla buraya daxil 

olub və onların arasında bir neçə prezident 

təqaüdçüsü var. Bu məndə əminlik hissi 

yaradır ki, şirkətimiz bir çox gəncimizin 

həyatına müsbət təsir göstərir. 

İbrahim İsmayılov 

Davamlı inkişaf təşəbbüsləri 

üzrə menecer, BP AGT

Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin 

Azərbaycanın sürətlə inkişaf etməsində 

nə qədər rolu olubsa, BP və Qafqaz 

Universiteti arasındakı əməkdaşlıq da bir o 

qədər Qafqaz Universitetinin mühəndislik 

sahəsində irəliləyişini sürətləndirib. Bu 

layihə eyni zamanda Azərbaycan üçün 

dünya standartlarına uyğun mühəndislərin 

yetişdirilməsinə kömək edəcək. 

Ahmet Saniç

Rektor, Qafqaz Universiteti

BP öz tərəfdaşları ilə birlikdə 2011-ci ildə 

Azərbaycanda tələbə və məzunlar üçün təhsil 

təşəbbüslərini, davamlı təhsil və təqaüd 

proqramlarını dəstəklədi. Əsas diqqətimiz 

təbiət elmləri ilə bağlı ixtisaslara, o cümlədən 

neft-qaz, kimya və mexanika mühəndisliyinə 

yönəldi.


Qafqaz Universiteti layihəsi

2011-ci ildə Bakıda yerləşən Qafqaz 

Universitetində iki il bundan əvvəl BP-nin 

dəstəyi ilə qurulmuş kimya mühəndisliyi 

fakültəsi üçün beş yeni laboratoriyanın 

açılmasına sponsorluq etdik. Müasir 

avadanlıqlarla təchiz edilmiş bu laboratoriyalar 

ümumi kimya, analitik kimya, üzvi kimya, 

kimya mühəndisliyi və fiziki kimya üzrə 

ixtisaslaşıb. 

2011-ci ildə Qafqaz Universitetinin 

mexanika mühəndisliyi fakültəsinə (həmçinin 

bizim dəstəyimizlə açılıb) ilk 16 nəfər tələbə 

qəbul oldu. 2012-ci ildə fakültədə yeni 

mexanika mühəndisliyi laboratoriyalarının 

açılması planlaşdırılır. Layihənin ümumi dəyəri 

2,2 milyon dollardan çoxdur ki, bunun da 

təqribən 1,2 milyon dolları BP-nin payına düşür.



Layihələri İdarəetmə Məktəbi

BP və onun tərəfdaşlarının 2010-cu ildə 

qurduğu Layihələri İdarəetmə Məktəbi 2011-ci 

ildə çox uğurlu birinci fəaliyyət ilini başa vurdu. 

Bu proqram Azərbaycanda özəl və ictimai 

sektorda işləyən şəxslərin layihə idarə etmək 

bacarıqlarını inkişaf etdirmək məqsədilə 

Tələbələr professor-təlimçi ilə birlikdə BP-nin geologiya üzrə yay çöl-səhra təcrübəsində




51

Cəmiyyət


Yerli və xarici universitetlərdən müraciət 

etmiş 82 nəfər ərizəçi arasından biliklərin 

qiymətləndirilməsi əsasında 22 tələbə seçildi. 

Kurs Azərbaycan Milli Elmlər Akademiyasının 

və Miçiqan Universitetinin nümayəndələri 

tərəfindən keçirildi.



Azərbaycan neft və qaz təqaüd proqramı

BP və onun tərəfdaşları tərəfindən 

maliyyələşdirilən bu proqram azərbaycanlı 

tələbələrə Türkiyə və Azərbaycan 

universitetlərində mühəndislik və yerşünaslıq 

elmləri sahəsində bakalavr və magistr təhsili 

almağa imkan yaradır. 2011-ci ildə beş nəfər 

magistr və 65 nəfər bakalavr təhsili alan 

tələbəyə dəstək verildi. İl ərzində on nəfər 

tələbə yay təcrübəsi, 11 nəfər tələbə isə 

“Çəllenc” proqramına

a

 cəlb edildi. 2011-ci 



ildə BP və tərəfdaşlarının verdiyi təqaüdlərin 

dəyəri 200 000 dollardan çox idi.



Cənubi Xəzər hövzəsinin 

modelləşdirilməsi mərkəzi

Dörd il bundan öncə biz Milli Elmlər 

Akademiyasının Geologiya İnstitutunda 

Cənubi Xəzər hövzəsinin modelləşdirilməsi 

mərkəzini açdıq. Bu gün mərkəz müasir 

geoloji modelləşdirmə avadanlıqları ilə təchiz 

edilmiş bir elm müəssisəsi kimi xidmət 

göstərir, çətin Cənubi Xəzər hövzəsinin 

səthaltı modelləşdirilməsinə kömək edir. 

Buraya geologiya, geofizika, geokimya və 

biostratiqrafiya kimi müxtəlif elm sahələrində 

mütəxəssislər cəlb olunur. 

2011-ci ildə institutda işlər Abşeron 

arxipelaqının sahilyanı-quru keçid zonasının 

geotermal tarixi və çökmə modeli ətrafında 

cəmləşdi. Əldə edilən nəticələr Vyanada 

keçirilən beynəlxalq konfransda təqdim 

edildi. BP, həmçinin Milli Elmlər Akademiyası 

Geologiya İnstitutunun Avstriyanın Leoben 

Universitetində apardığı “Üzvi geokimya və 

Maykop formasiyasının (Azərbaycan) neft-qaz 

ehtiyatları” üzrə texniki tədqiqat layihəsini 

dəstəklədi.

BP-nin maliyyələşdirdiyi biznes 

jurnalistikası təlim proqramı

On ildən çox davam edən və BP tərəfindən 

maliyyələşdirilən biznes jurnalistləri üçün 

ingilis dili kursunda indiyədək təxminən 200 

nəfər yerli jurnalist iştirak edib. 2006-cı ildə 

biz biznes jurnalistikası üzrə təlim proqramına 

başlamaqla bu təşəbbüsün uğurlarını 

davam etdirmək qərarına gəldik. 2011-ci ildə 

biznes jurnalistikasında çalışan altı qabaqcıl 

Azərbaycan jurnalisti – yerli radio-televiziya, 

çap və onlayn medianın nümayəndələri üçün 

Kardifdə (Böyük Britaniya) iki həftəlik seminar 

təşkil edildi. Seminar jurnalistlərə multimedia 

və video-montaj üzrə bacarıqlarını artırmaq 

və beynəlxalq jurnalistikadakı yenililiklərlə 

ayaqlaşmaqda kömək etdi.



Xəzər Enerji Mərkəzi 

2011-ci ildə mərkəzdə 4 360 nəfər olub ki, 

onların da min nəfərdən çoxu (təxminən 25%) 

Azərbaycan hökumətinin, bizimlə tərəfdaş olan 

şirkətlərin, Bakıdakı xarici səfirliklərin qonaqları 

və bizim fəaliyyətimizlə maraqlanan müxtəlif 

təşkilatların nümayəndələri olub. Digər 3 100 

nəfər orta məktəb şagirdi, tələbə və onları 

müşayiət edən müəllimlər, qalanları isə 

mərkəzdə il ərzində təşkil edilmiş on ailə günü 

tədbirində iştirak etmiş BP işçiləri, podratçılar 

və onların ailə üzvləri olub. 

Məktəblilər XEM-dəki interaktiv stendləri çox 

bəyənirlər

“Çəllenc” (“Sınaq”) proqramı barədə 24-cü səhifədə daha 



ətraflı məlumat ala bilərsiniz.

2011-ci ilin sentyabrında BP şirkəti Bakı-

Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz boru 

kəməri (CQBK) layihələrindəki tərəfdaşları 

adından nəşrinə birgə sponsorluq etdikləri 

“Boru kəməri dəhlizində keçmiş və gələcək 

irs - Azərbaycan, Gürcüstan, Türkiyə” kitabının 

ictimaiyyətə təqdimatını keçirdi. 

Tədbirdəki çıxışında BP-nin Azərbaycan, 

Gürcüstan və Türkiyə üzrə regional prezidenti 

Rəşid Cavanşir dedi: “Biz həqiqətən çox 

fəxr edirik ki, Xəzər dənizini Aralıq dənizinə 

bağlayan boru kəmərlərimiz boyunca yerləşən 

ərazilərdə tarixən məskunlaşmış ən qədim 

sivilizasiyaların mədəni irsinin tədqiqinə dəyərli 

töhfə veririk”.

Bu kitab BTC/CQBK boru kəmərinin 

tikintisi zamanı aparılan arxeoloji qazıntılar 

nəticəsində aşkar olunmuş çoxlu yeni arxeoloji 

tapıntını özündə əks etdirir. Azərbaycan 

Milli Elmlər Akademiyasının Arxeologiya və 

Etnoqrafiya İnstitutu, Gürcüstanın Milli Muzeyi 

və Türkiyənin Qazi Universiteti tərəfindən 

aşkar olunmuş bu tapıntılar özündə bir sıra 

qiymətsiz tətbiqi sənət nümunələrini əks 

etdirir. İndi onlar qorunmaq, tədqiq edilmək 

və gələcək nəsillərə çatdırılmaq üçün 

hər üç ölkənin hökumətinə təhvil verilib. 

Kitab həmçinin BTC və CQBK boyunca 

Boru kəməri dəhlizində keçmiş və gələcək irs

aşkar olunmuş bütün arxeoloji tapıntılar 

haqqında dəyərli tədqiqat materialları və elmi 

məlumatları özündə birləşdirir. 

2008-ci ildən başlayaraq Azərbaycan və 

Gürcüstanda BTC/CQBK boru kəməri boyunca 

həyata keçirilən mədəni irs proqramı 2011-ci 

ildə başa çatdı. Proqramın büdcəsi 1 078 000 

dollar idi ki, bunun da 79 060 dolları layihənin 

son ilində xərcləndi. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə