Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   27   28   29   30   31   32   33   34   35

49

Cəmiyyət


müvafiq bilik və bacarıqlara yiyələnməkdə 

kömək etmək idi. 

Beş gənclər fondu komitəsi yaradıldı. 

Üzvlərə gənclər fondunun strukturu, dəyər və 

prinsipləri, həmçinin biznesdə liderlik bacarığının 

öyrənilməsi, bizneslə bağlı qərar qəbul 

etmə, maliyyə məsələlərinin idarə edilməsi, 

hesabatların verilməsi və biznesin təşkil edilməsi 

üzrə təlimlər keçirildi. On doqquz biznes planı 

hazırlandı. Layihənin büdcəsi 138 551 dollar idi ki, 

bunun 8 103 dolları 2011-ci ildə xərcləndi. 

Gənclərin sahibkarlıq bacarıqlarının 

gücləndirilməsi mərkəzi

Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, 

Təlim və Resurs Mərkəzi tərəfindən həyata 

keçirilən layihə çərçivəsində Gəncə Peşə Təlimi 

Mərkəzində Biznes və idarəetmə bölümü 

açılacaq. Məqsəd mərkəzin gənclərin sahibkarlıq 

bacarıqlarını gücləndirmək istiqamətində 

imkanlarını artırmaqdır. 

150-dən çox tələbə mühasibat

kosmetologiya, qaynaq işi, kompyuter 

texnologiyaları və kompyuter təmiri, tikiş 

və toxuculuq kimi peşə sahələrində əsas 

bacarıqlara yiyələnir. Bundan əlavə, onlar 

biznesə başlamaq, maliyyənin idarə edilməsi, 

mikro-kredit, biznesin planlaşdırılması, büdcə və 

marketinq üzrə təlim alırlar. Layihənin büdcəsi 

98 845 dollardır ki, bunun 88 959 dolları 2011-ci 

ildə xərcləndi. Bu günə qədər proqramdan 

təxminən 394 nəfər gənc bəhrələnib.

Məktəbəqədər təhsilə dəstək

Bu birillik layihə seçilmiş icmalarda 

məktəbəqədər təhsilin keyfiyyətini 

yaxşılaşdırmaq və bağçalardan istifadə 

imkanlarını genişləndirmək üçün nəzərdə tutulub. 

Layihə 2011-ci ilin dekabrında başa çatdı. Dəllər 

Cəyir kəndində işsiz müəllimələr açıq müsabiqə 

yolu ilə seçilərək icma əsaslı məktəbəqədər 

təhsil və uşaq inkişaf mərkəzində müqavilə 

ilə işə götürüldülər. Layihə hədəf icmalarda 

heç vaxt ilkin inkişaf və məktəbəqədər təhsil 

proqramında iştirak etməmiş 5-6 yaşlı uşaqlar 

üçün ilkin təhsil almaq imkanı yaradan mühüm 

bir vasitə hesab edilirdi. Müasir Təhsil və Tədrisə 

Yardım Mərkəzinin həyata keçirdiyi layihənin 

büdcəsi 103 475 dollar idi ki,  bunun 93 303 

dolları 2011-ci ildə xərcləndi.

Əməkdaşların cəlb edilməsi proqramı

Əməkdaşların cəlb edilməsi proqramı (ƏCP) 

əməkdaşlarımızı sövq edir ki, öz vaxt və 

istedadlarını könüllü olaraq icmalara sərf etsinlər, 

belə ki, şirkət təşəbbüsə vaxtın dəyəri qədər 

dəstək verir. 2011-ci ildə 30-a yaxın əməkdaş 

müxtəlif təhsil layihələri vasitəsi ilə ƏCP-də 

iştirak etdilər, öz vaxtlarının dəyər ekvivalenti 

8 855 dollar olan 442 saatını Xəzər Mühəndisləri 

İctimai Birliyinin yay düşərgəsi layihəsinin həyata 

keçirilməsinə töhfə verdilər.

2009-cu ilin noyabrından 2011-ci ilin 

dekabrınadək yerli QHT – “Sağlam həyat” ƏCP-

nin topladığı vəsaitdən istifadə etməklə dəyəri 

79 min dollar olan 12 ƏCP layihəsi həyata keçirdi.

BP-nin kitabxanalara dəstək təşəbbüsü

Təşəbbüsün məqsədi seçilmiş pilot məktəbində 

kitabxanaların təmiri və kitablarla təmin edilməsi 

vasitəsilə məktəblilərin kitabxanalardan 

istifadəsini yaxşılaşdırmaqdır. Hacıqabul və 

Yevlax rayonlarındakı kitabxanaların təmirindən 

əlavə, 2011-ci ildə layihələr genişlənərək 

Kürdəmir rayonundakı 2 nömrəli məktəbi də 

əhatə etdi. 

Layihənin 2011-ci ildə xərcləri təxminən 12 

min dollar oldu. 2011-ci ildə 114 müəllim və 915 

şagird daxil olmaqla, ümumilikdə 194 müəllim 

və 2 480 şagird dəyəri 30 891 dollar olan bu üç 

layihədən bəhrələnib.

Xeyriyyəçilik layihələri

Məktəb kitabxanalarına dəstək layihəsindən 

əlavə, BP əməkdaşlarının ianə olaraq verdikləri 

vəsait vasitəsilə digər xeyriyyə layihələri də 

həyata keçirildi. Bu layihələrə 20 nəfər fiziki 

qüsurlu şagirdin dəyəri 1 899 dollar olan bir aylıq 

yay kurslarında iştirakı daxil idi. Digər təşəbbüs 

isə BP əməkdaşlarının təşkil etdiyi sərgidə 30 

fiziki qüsuru olan uşaq və qaçqının 500-dən çox 

əl işinin satılması idi. Satışdan əldə edilən 10 min 

manat əl işlərinin sahibləri arasında satılan işlərin 

sayına uyğun olaraq bölüşdürüldü.

İstixana təsərrüfatı həyatı dəyişir 

Bu yaxınlara qədər Goranboy rayonunun 

Yolpaq kənd sakini Şəmsi Namazov böyük 

problemlərlə üzləşən bir fermer idi. 

Dövlətdən aldığı üç hektar torpaq payı 

və dörddə bir hektar ferma sahəsinə sahib 

olan Şəmsi iki baş mal-qara saxlayır və 

torpaq payındakı tarlada, açıq hava şəraitində 

tərəvəz yetişdirirdi. Lakin məhsul həmişə az 

keyfiyyətsiz olurdu, əkini ziyanvericilərdən 

qoruya bilmirdi, hava şəraiti çətin idi və torpağı 

münbitləşdirmək lazım idi. Təəccüblü deyil ki, 

gəlir az, həyat isə çətin idi. 

BP və tərəfdaşlarının sponsorluğu 

ilə istixana təsərrüfatından istifadənin 

genişləndirilməsi layihəsi haqqında eşidən 

Şəmsi bu layihədə iştirak etmək qərarına 

gəldi. Əvəzində o, öz torpaq sahəsinin 0,015 

hektarında istixana təsərrüfatı, kifayət qədər 

toxum və maliyyə dəstəyi əldə edərək növbəli 

şəkildə dörd növ tərəvəz (xiyar-göyərti-

pomidor-xiyar) yetişdirməyə başladı. 

Layihə çərçivəsində keçirilən tərəvəz 

yetişdirilməsi üzrə bütün təlim məşğələlərində 

də iştirak edərək, Şəmsi tezliklə yalnız 

istixana təsərrüfatında deyil, həm də açıq 

hava şəraitində daha uğurla tərəvəz yetişdirə 

bildi. Onun gəliri xeyli artdı. Bu uğurları görən 

qonşular ondan məhsulun ziyanvericilərdən 

qorunması, əkin vaxtı və məhsulun 

becərilməsi metodu haqqında məlumat 

almağa başladılar. Tezliklə, Şəmsı erkən şitilləri 

yetişdirərək ətrafdakı fermerlərə paylamağa 

başladı, bir şərtlə ki, haqqını məhsul yığılandan 

sonra ödəsinlər. Artıq o daha yaxşı gələcəyə 

doğru irəliləyirdi.



BP və tərəfdaşlarının Azərbaycanda 

sosial xərcləri

(min dollar)

BP

Tərəfdaşlar



1 063

2 058


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə