Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

43

Cəmiyyət


Cəmiyyət

Biz yerli ictimaiyyət və iqtisadiyyata müsbət təsir etmək, fəaliyyət 

göstərdiyimiz icmalarla möhkəm əlaqələr qurmaq əzmindəyik

İcma bütün ölkə 

üzrə birgə inkişaf 

təşəbbüslərimizdən 

faydalanıb

117


Yeni laboratoriya bizim 

dəstəyimizlə kimya 

mühəndisliyi oxuyan 

yerli tələbələr üçün açıldı

5

Əməliyyat və layihələr 



üçün tərəfdaşlarımızla 

birgə xərclədiyimiz vəsait

1,2



milyard




44

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Yaxşı idarəetmə 

Biz inanırıq ki, Azərbaycanda gəlirlərin 

şəffaflığı təşəbbüsləri və səmərəli idarəetmə layihələrinə verdiyimiz 

dəstək ölkəyə geniş sosial-iqtisadi faydalar gətirə bilər

BP uzun müddətdir ki, Mineral Ehtiyatların 

Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində 

Şəffaflıq Təşəbbüsünü (MSŞT) dəstəkləyir. 

2003-cü ildə Londonda başlanğıcı qoyulmuş 

bu təşəbbüs, karbohidrogen sektoru da 

daxil olmaqla, mədən sənayesi şirkətlərinin 

ödənişləri və hökumətlərin gəlirləri haqqında 

şəffaf hesabatların verilməsi üçün könüllü, 

bütün dünya üzrə standartlaşdırılmış prosesin 

yaradılmasına kömək məqsədilə hazırlanıb.

Azərbaycanda BP MHŞT yaranandan bəri 

bu təşəbbüs çərçivəsində hökumət, vətəndaş 

cəmiyyəti və mədən sənayesində çalışan 

digər şirkətlərlə birlikdə iş aparır. 2011-ci 

ilin mart ayında BP Azərbaycanda 2010-cu 

ilin yanvar-dekabr aylarını əhatə edən on 

dördüncü MSŞT hesabatını təqdim etdi. Biz 

fərdi MHŞT hesabatımızı Davamlı inkişaf 

haqqında hesabatlarımızda açıqlamağa davam 

edirik. 2012-ci ilin martında təqdim etdiyimiz 

və 2011-ci təqvim ilini əhatə edən on beşinci 

MSŞT hesabatımızla 53-cü səhifədə tanış ola 

bilərsiniz.

Azərbaycanda MSŞT prosesində iştirak 

edən yerli və xarici şirkətlərin görüşünə 

2011-ci ilin sentyabrında ev sahibliyi etdik. Bir 

neçə ildir ki, MSŞT təcrübələrimizi müxtəlif 

tədbirlərdə yerli və beynəlxalq auditoriya ilə 

bölüşürük. 

2008-ci ilin sentyabr ayından BP və onun 

tərəfdaşlarının dəstəyi ilə nazirliyimizdə 

həyata keçirilmiş makroiqtisadi idarəetmə 

və institusional islahatlar üzrə məsləhət 

xidmətləri layihəsi əla nəticələr verib. 

Layihənin nəticəsi olaraq yeni və güclü bir 

proqnozlaşdırma departamenti yaradılıb. 

Sahələr üzrə ətraflı proqnozlaşdırma 

metodu və modelləri hazırlanıb, 

makroiqtisadi proqnozlaşdırma modelimiz 

təkmilləşdirilib.

İnflyasiyanın proqnozlaşdırılması üzrə 

yeni hazırlanmış model Azərbaycanda 

inflyasiyanın və onun determinantlarının 

təhlilinə böyük töhfə verib. İnflyasiyanın 

proqnozlaşdırılması üzrə yeniləşdirilmiş 

məlumat bazası ekspertlərimizə 

imkan yaradıb ki, 2011-12-ci illər üzrə 

ilkin inflyasiya proqnozları və ölkədə 

inflyasiyanın qarşısını səmərəli şəkildə 

almaq üçün strategiya hazırlasınlar. 

Bu layihənin özünəməxsus cəhəti 

nazirliyimizdə insan kapitalının inkişafına 

böyük sərmayə qoymasıdır. BP ilə 

əməkdaşlığımızı gələcəkdə də davam 

etdirmək arzusundayıq.

Sevinc Həsənova 

Nazir müavini, İqtisadi İnkişaf 

Nazirliyi



Makroiqtisadi idarəetmə və institusional 

islahatlar üzrə məsləhət xidmətləri 

İl ərzində “Makroiqtisadi idarəetmə və 

institusional islahatlar üzrə məsləhət 

xidmətləri” texniki yardım layihəsi davam etdi. 

İcraçı tərəfdaş – Varşavada yerləşən Avropa 

Sosial-İqtisadi Tədqiqatlar Mərkəzi (CASE) 

adlı elmi-tədqiqat mərkəzi proqnozlaşdırma 

və iqtisadi siyasətin təhlili bacarıqlarını 

təkmilləşdirməklə iqtisadi planlaşdırma 

potensialının artırılması üçün hazırlanmış 

fəaliyyətlərdə Azərbaycan Respublikası 

İqtisadi İnkişaf Nazirliyini dəstəklədi. CASE 

ilə müqaviləmizin ümumi dəyəri 1,25 milyon 

dollardır. 

CASE ilə əlaqədar işlərin bir hissəsi 

olaraq 2011-ci ildə İqtisadi siyasət, təhlil və 

proqnozlaşdırma departamentinin müntəzəm 

şəkildə hazırladığı hesabatların analitik əhatə 

dairəsi genişləndirildi. Nazirlik əməkdaşlarının 

gələcəkdə istifadə etmələri üçün 

Azərbaycandakı son iqtisadi inkişaf və iqtisadi 

siyasətlə bağlı təhlilləri əhatə edən formalar 

hazırlandı. Bundan əlavə, 2011-15-ci illər üzrə 

Azərbaycan iqtisadiyyatının makroiqtisadi 

çərçivə modeli əsasında proqnoz göstəriciləri 

dəqiqləşdirilərək yeniləndi. 

BP-nin illik “Dünya energetikasının statistik icmalı”nı hökumət orqanlarına təqdim edərkən

Bununla bərabər, inflyasiyanın 

modelləşdirilməsinə mümkün yanaşmanı 

əks etdirən “Azərbaycanda pul və inflyasiya” 

mövzusunda araşdırma nəşr edildi. Dünya 

iqtisadiyyatının vəziyyətinə həsr olunmuş bir 

sıra fəaliyyətlərdən əlavə, pul siyasəti və neft 

gəlirlərinin inflyasiyaya təsiri işlənib hazırlandı. 




45

Cəmiyyət


Sahibkarlığın inkişafı 

BP davamlı yerli təchizat sistemi 

yaratmaq, ölkə sənayesinin inkişafına stimul vermək və şirkətin 

Xəzər regionunda fəaliyyət lisenziyasını gücləndirmək məqsədilə 

Azərbaycanda sahibkarlığın inkişafına dəstək verir

Biz Azərbaycanda tərəfdaşlarımızla birlikdə 

2011-ci ildə 38 yerli şirkətlə dəyəri təqribən 

700 milyon dollar olan yeni uzunmüddətli 

müqavilələr imzaladıq. 

2007-ci ildən bəri 187 yerli şirkət 

sahibkarlıq sahəsində inkişaf və təlim 

proqramlarında iştirak edib ki, onların da 28-i 

kursu 2011-ci ildə başa vurub. Bu şirkətlərdən 

11-i BP və onun tərəfdaşları ilə ümumilikdə 

dəyəri 62 milyon dollardan çox olan 

müqavilələr bağlamaq üçün tenderdə qalib 

gəldi, yeddisi digər beynəlxalq şirkətlər, 18-i 

isə yerli şirkətlərlə müqavilə bağladı. 

Yerli şirkətlər üçün biznes imkanlarını 

genişləndirmək təşəbbüsümüzün bir 

hissəsi olaraq il ərzində 226 potensial 

təchizatçı müəyyən etdik və onların imkan və 

bacarıqlarını qiymətləndirdik. Müxtəlif çeşidli 

bazar kateqoriyaları üzrə xidmət göstərən 

kiçik və orta müəssisələr (KOM-lar) haqqında 

ən son məlumat BP-nin keçirəcəyi növbəti 

tenderlərdə nəzərdən keçirilmək üçün təchizat 

şöbəsinə təqdim edildi. Kateqoriyalara qapalı 

dövrəli televiziya sistemi, qızdırıcı ventilyasiya 

və kondisioner sistemləri, quraşdırma işləri, 

avadanlıq, veb dizaynı, tərcümə, mühəndis 

inşaat və layihələşdirmə işləri, informasiya 

texnologiyaları və istifadəçi xidmətləri, fiber-

optik və mis kabel xəttə texniki qulluq və video 

konfrans xidməti daxil idi.

Bizim yerli ehtiyatlardan istifadə 

qaydalarımız yeniləşdirilərək BP-nin tədarük 

üzrə formalarına və yeni regional tədarük 

və təchizat sisteminin idarə edilməsi 

kitabçasına daxil edildi. Dəyişiklik edilmiş 

təlimatlar istifadəçiləri yerli ehtiyatlardan 

istifadə alətlərimiz və proseduralarımız barədə 

strukturlu metodologiya ilə təmin edir. 

21 iyun 2011-ci il tarixində BP öz 

tərəfdaşları adından Hyatt Konfrans 

Mərkəzində keçirilən “Alıcı ilə tanış ol” 

sərgisinə ev sahibliyi etdi. Tədbir yerli 

şirkətlərə öz məhsul və xidmətlərini 

Azərbaycanda təmsil olunan beynəlxalq 

təchizatçı təşkilatlar arasında potensial alıcılara 

təqdim etmək imkanı yaratmaq üçün nəzərdə 

tutulmuşdu. 

2011-ci ildəki digər fəaliyyətlərə 

yerliləşdirmə strategiyası, icra mərhələləri 

və monitorinq mexanizmlərini əhatə 

edən təchizat zəncirinin yerliləşdirilməsi – 

müqavilələrin yerli şirkətlərlə bağlanması 

proqramının işlənib hazırlanması daxil idi. 

Məqsəd BP-nin yerliləşdirmə strategiyasını 

hazırlamaq, təsdiq etmək və elə 

uyğunlaşdırmaqdır ki, o, böyük işçi qüvvəsinə 

ehtiyacı olan müəyyən müqavilələr üçün milli 

bacarıqların yaradılmasını dəstəkləsin. Bu 

strategiya 2012-ci ildə həyata keçiriləcək. 

İl ərzində region üçün təchizatçı 

keyfiyyətinin idarə edilməsi strategiyasını da 

hazırlayaraq razılaşdırdıq. Bu, texniki cəhətdən 

rəqabətə davamlı yerli təchizatçı şirkətlərin 

ehtiyat siyahısını hazırlamaq istiqamətində 

yerliləşdirmə proqramını dəstəkləyəcək. 



2011-ci ildə Azərbaycandakı xərclərimiz

BP və tərəfdaşlarının 2011-ci ildə 

Azərbaycanda əməliyyat və layihələr üzrə 

xərcləri cəmi 1,2 milyard dollar təşkil etdi ki, bu 

da, 2010-cu ildəkindən az qala 17% çoxdur. 

Bu xərclərin bir hissəsi kimi yalnız yerli 

təchizatçılar vasitəsilə davamlı ölkədaxili sırf 

əməliyyat xərclərimiz artaraq təqribən 947 

milyon dollar oldu ki, bu da həmçinin əvvəlki 

ildəkindən 17% çoxdur və sahibkarlığın inkişafı 

Təchizatçıların inkişaf etdirilməsi 

proqramlarımızda iştirak edən “MQS” şirkəti 

Xəzər regionunda neft və qaz layihələrinə 

geniş çeşidli xidmətlər göstərir

100

200


300

400


500

600


700

2007


2008

2009


2010

2011


110,9

42,9

37,3

27,7

37,2

128,1

28,9

148,7

281,4

132,4

Azərbaycan kapitalı ilə birgə müəssisələr

Kiçik və orta müəssisələr

a

Dövlətə məxsus şirkətlər



Azərbaycanda BP və tərəfdaşlarının 

birbaşa əməliyyat və layihə xərcləri

(milyon dollar)



449,9

407,8

319,6

365,5

378,0

Bu məbləğə fiziki şəxslərlə olan xərclər də daxildir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə