Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə12/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   8   9   10   11   12   13   14   15   ...   122

gün
28
BÖYÜK 
SADİQLİK
-ci
Biz sərhədlərin açılması üçün dua etmirik.  
Biz göylərin açılması üçün dua edirik. 
Vyetnamda təqibdə olan məbədin duası 


29
BÖYÜK 
SADİQLİK
-cu
gün
Pastor Promila həbsxanaya atıldı və ona 
işgəncə verildi. Rəhbərlər ona əmr etdilər ki, 
Müjdəni vəz etmək çağırışından imtina etsin. 
Onun başında çoxlu yaralar var idi və sonda 
onu evə buraxanda artıq bədənində həmişəlik 
bir zədə var idi. O, evə qayıdarkən həyat yol-
daşı və uşaqları onun göyərmiş və qan içində 
olan üzünü görəndə sarsıntı keçirdilər. On 
gün sonra o, yaralarının təsirindən öldü. 
Pastor Promilanın məbədi bu döyüşkən hin-
du mühitində öz tapşırıqlarından dönmədilər. 
Pastorun ölümündən az sonra onlar birlikdə 
görüşdülər və qəbilə camaatı arasında Nor-
bunun işini davam etdirmək üçün könüllüləri 
çağırdılar. Beş əl yuxarı qalxdı, onlardan biri 
pastorun həyat yoldaşına məxsus idi. O, beş 
uşağının qayğısına qalmaqla yanaşı, Allahın 
çağırışına cavab verdi. 
O, sadiqliklə xidmət etdi, başqa işçilərlə 
birlikdə çoxlu qəbilə camaatının Məsihi əldə 
etdiklərini gördülər. Allah onun və uşaqları-
nın ehtiyaclarını ödədi. O inanırdı ki, bir gün 
ərini yenidən görəcək və Məsihə sadiqliyinə 
görə mükafatlanacaq.
Böyük tapşırıqlar 
BUTAN: PASTOR NORBU PROMİLA 
Pastor Norbu Promila Butanın dağlarında yaşayan qəbilə camaatına vəz edərkən çox məmnun 
olmuşdu. Yığışmış insanlar xüsusilə diqqətli idilər və Xoş xəbər üçün açıq idilər. Birdən vəzin 
ortasında hər qapıdan bir polis girib səhnəyə cumdu və Norbunu tutdular.
Bizim Rəbb üçün etdiklərimiz iş deyil – 
tapşırıqdır.  Tapşırıq  heç  vaxt  bir  insanın 
məsuliyyəti  olmayıb.  Bu,  ayrıca  Məsihə 
və Onun padşahlığına tuşlanıb. Ona görə 
də xüsusi bir ərazidə Allahın işini hansı-
sa bir insan tərk edə bilər, amma tapşırıq 
özü  heç  vaxt  ölmür.  Allahın  işi  heç  vaxt 
edilməmiş qalmır. Bu, əbədi olaraq tamam-
lanana qədər davam edir. İmanlarına görə 
təqibdən  keçməyə  hazır  olanlar  tapşırığın 
mənasını bizə öyrədirlər. Onlar bilirlər ki, 
yalnız iki şey əbədiyyət üçün qalır – Alla-
hın  işi  və  insan  qəlbləri.  Biz  bu  şeylərdə 
həyatlarımızı  qoymaq  istəyəndə  əbədi 
məna daşıyan bir tapşırığa qoşuluruq.
Əminəm ki, sizdə xeyirli işə 
başlayan Allah Məsih İsanın 
zühur edəcəyi günədək bunu 
başa çatdıracaq.
Filip. 1:6


30
BÖYÜK 
SADİQLİK
-cu
gün
Telefon zəng çaldı və Endryu dəstəyi qal-
dırıb danışarkən başa düşdü ki, bu, bir neçə 
dəqiqə bundan əvvəl onu öldürmək istəyən 
kişidir. 
“Müsəlman rəhbərlər səni öldürmək 
üçün mənə böyük mükafat verəcəklərini 
söyləyiblər” – o dedi. “Mən sənin ofisinə 
gəlmək üçün Banqladeşin içindən sürə-sürə 
gəlmişəm. Mükafat mənimki idi. Mən atəş 
açmaq üçün hazır idim, amma qolumu qal-
dıra bilmədim. Mən tətiyi çəkə bilmədim.” 
Müjdəçi Rəbbə onu qoruduğuna görə 
minnətdarlığını bildirdi. 
Endru buna bir az gülməli bir şey kimi 
baxdı. “Yaxşı, bəs indi mən sənin üçün nə 
edə bilərəm?” – deyə, o cavab verdi.
“Bilirsən, mən hələ də qolumu tərpədə 
bilmirəm, bu, sənə görədir! Mənə kömək edə 
bilərsənmi?”
Elə telefonda Endru dua etdi və kişi dərhal 
qolunu tərpətməyə başladı. Möcüzədən 
heyrətlənən kişi müjdəçinin ofisinə qayıtdı və 
müsəlman rəhbərlərin qorxduğu “İsa” haq-
qında suallar verməyə başladı.
Müjdəçi səbirlə İsanın sevgisinin xoş 
xəbərini izah etdi, hətta onu öldürməyə 
gəlmiş insana çay da təklif etdi. Qırx beş 
dəqiqədən sonra kişi İsanı öz ürəyinə dəvət 
etdi. Kişinin indi ümdə məsələsi şeytanın 
işlərini dağıtmaqdır. Bu günə qədər həmin 
kişi Banqladeşdə müjdəçilik edir.
Böyük qatil – birinci hissə
BANQLADEŞ: ENDRYU
Müjdəçi Endryu gözlərini tüfəngə zilləmişdi, kişinin niyə atəş açmadığını bilmək istəyirdi. 
Qatil hirsləndi, sonra qorxuya düşdü və sonda otaqdan qaçıb çıxdı.
Qatil ola biləcək şəxsin qətl cəhdi səhv 
bir komediya idi. Əgər bu, kino olsaydı, baş 
qəhrəman Endryu səhnəyə çıxanda audito-
riya onu ucadan alqışlayardı. Bütün yax-
şı  kinolarda  olduğu  kimi,  Endryu  sadəcə 
düşmənin  planlarını  pozmadı.  O,  plan-
ları,  hətta  qatil  ola  biləcək  şəxsin  tövbə 
etməsi  ilə  çay  təklif  etməsinə  qədər  alt-
üst etdi. Bu, plana uyğun deyildi. Şeytan 
həmişə çertyojuna qayıtmalı olur ki, bizim 
məhvimiz  üçün  planlarını  yenidən  işləyib 
hazırlasın. Endryu öz vəziyyətinin qurbanı 
deyildi, heç siz də öz vəziyyətinizin qurba-
nı deyilsiniz. Əgər ona atəş açılsaydı, onun 
ölümü  şəhadətlik  olardı,  siz  də  həmçinin. 
Şeytanın planlarından fərqli olaraq, Allahın 
sizin həyatınız üçün planları pozulmazdır.
Bilirəm, Sən hər şeyə qadirsən
Sənin istəyinin qarşısı alınmaz.
Əyyub 42:2


31
gün
-ci
BÖYÜK 
SADİQLİK
“Əgər mən dursam, sən ərini itirəcəksən” 
– deyə, Riçard Vurmbrand diqqətlə həyat 
yoldaşına baxaraq cavab verdi. 
Qadın ərinə baxaraq dedi: “Mənə qorxaq 
ər lazım deyil.”
Kommunist əsgərləri ölkəyə yenicə hücum 
etmişdilər, bu hadisədən qısa müddət sonra 
onlar Rumıniyanın din üzrə milli konqresində 
oturmuşdular. Oraya yığışmış məsihçi pas-
torlar, kahinlər və bütün denominasiyalardan 
olan xidmətçilər bir-bir durub İosif Stalini və 
minlərlə məsihçini həbsxanaya atmış yeni 
kommunist rəhbərliyini tərifləyirdilər. 
Riçard danışmağa çıxan kimi bir çoxları 
bu tanınmış pastorun da onlara qoşulacağı-
nı düşünüb sevindilər. Amma kommunistləri 
tərifləmək əvəzinə o, xilas üçün yeganə yol 
olan İsa Məsihi təriflədi. “Bizim ilk sadiqli-
yimiz kommunist rəhbərlərinə deyil, Allaha 
olmalıdır” – o, toplantıya söylədi. Bu top-
lantı bütün Rumıniyada canlı yayımlanırdı 
və ölkədə olan minlərlə insan Riçardın bu 
sözlərini eşitdi. 
Riçardın vurduğu zərəri anlayan kommu-
nist rəhbərləri səhnəyə doğru qaçdılar. Riçard 
arxa qapıdan qaçıb çıxdı, amma o vaxtdan 
bəri onu axtarmağa başladılar. O, bundan 
sonra on dörd ilini həbsxanada keçirdi.
Böyük bəyanat 
RUMINİYA: SABİNA VURMBRAND 
Sabina Vurmbrand əlini uzadıb ərinin qolunu çimdiklədi. “Riçard” – o, sərt şəkildə dedi. “Dur 
ayağa, Məsihin üzündən bu biabırçılığı sil. Onlar Onun üzünə tüpürürlər!”
Bizlərdən çoxumuza bütün millət qarşı-
sında Məsihi təmsil etmək işi tapşırılmaya-
caq.  Amma  biz  hamımız  gündəlik  harada 
oluruqsa,  onu  təmsil  etməyə  çağırılmışıq. 
Məsələ  şəhadətlik  edilən  auditoriyanın 
ölçüsündə  deyil,  bizim  təmsil  etdiyimi-
zin  səmimiliyindədir.  Bizim  həyatlarımız 
dediyimiz  şeylərdən  asılı  deyil.  Am-
ma  işlərimiz  əminliyimizi  ifadə  etmək 
üçün  qərarımızdan  asılı  ola  bilər.  Bura-
ya  ünsiyyəti  itirmək  daxil  ola  bilər.  Bu, 
hətta  ailələrimizdən  uzaqlaşma  ola  bilər. 
İstənilən  halda  onların  görünən  yoxluq-
larına  təəssüflənməkdənsə,  əminliyimizin 
nəticələrinə dözmək daha yaxşıdır. Bu gün 
Məsihi təmsil etmək üçün nə vaxt və hara-
da imkandan istifadə edəcəksiniz?
Mən…Məsihin Müjdəsini  
yayıb qurtardım.
Roma. 15:19


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə