Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq



Yüklə 26,39 Kb.
səhifə4/4
tarix26.02.2023
ölçüsü26,39 Kb.
#101541
1   2   3   4
boyuk britaniya

Məhkəmə hakimiyyəti: 2009-cu ildən Böyük Britaniyanın Ali Məhkəməsi ingilis hüquq sisteminə uyğun olaraq bütün məsələlər üzrə ən son və ən yüksək apelyasiya instansiyası məhkəməsidir (əvvəllər bu səlahiyyətlərin böyük əksəriyyəti Lordlar Palatasına məxsus idi).
Siyasi partiyalar: Hazırda Birləşmiş Krallıqda 50-dən çox siyasi partiyalar fəaliyyət göstərir. Onların sayı, xüsusən seçkiqabağı kompaniyalar dövründə daim dəyişir. Qanuna görə partiyaların qeydiyyatı məcburi deyil. Siyasi partiyaların fəaliyyətini məhdudlaşdıran yeganə amil deputatlığa iddialı hər bir partiya namizədinin 500 funt sterlinq məbləğində məcburi ödəməsidir. Seçki dairəsində seçicilərin heç olmazsa 5% səsini qazandığı təqdirdə bu ödəmə namizədə qaytarılır. Bundan əlavə, namizədin öz seçkiqabağı kompaniyasına xərcləyəcəyi pul məbləğinə də müəyyən qədər məhdudiyyət qoyulur. Partiyaların say çoxluğuna baxmayaraq, ölkədə fəaliyyətdə olan majoritar sistem, habelə bir sıra sosial, iqtisadi və demoqrafik amillər iki partiyalı sistemin formalaşmasına imkan yaratmışdır. İki əsas Britaniya partiyaları - Mühafizəkarlar Partiyası və Leyboristlər Partiyasıdır. Mühafizəkarlar Partiyasının meydana gəlməsinin tarixi kökləri XVII əsrə - Parlamentdə tori adlandırılan qrupun yaranması dövrünə qədər gedib çıxır. O dövrdə hakimiyyətdə olan viqlərin əksinə olaraq torilər ingilis taxtına namizəd olan York hersoquna tərəfdar çıxırdılar. Ənənəvi və fundamental dəyərlərin qorunmasına səy göstərdiklərinə görə onları mühafizəkarlar hesab edirdilər və bu səbəbdən də 1830-cu ilin əvvəllərində partiya Mühafizəkarlar adlandırıldı. Partiyanın adında “ittifaqçı” sözünün yaranması isə onun Şimali İrlandiya məsələsi ilə bağlı mövqeyini əks etdirməsindən irəli gəlirdi. Beləliklə, Tori partiyasının bazasında yaradılmış və özünün hazırkı şəklində 1867-ci ildə qəti olaraq formalaşdırılmış Mühafizəkarlar və İttifaqçı Partiyasının 1 milyondan çox üzvü var. Sağ mərkəzçilik ideyalarından çıxış edən partiyanın ali orqanı illik konfransdır. Leyboristlər Partiyası 1890-cı (və ya 1900-cü) ildə həmkarlar ittifaqlarının nümayəndələri və bir sıra sosialist təşkilatları tərəfindən yaradılmışdır. Buna qədər əvvəlcə Müstəqil fəhlə partiyası, daha sonra isə Fəhlə nümayəndəlik komitəsi mövcud olmuşdur. Hazırda Leyboristlər partiyasının (sədr - Sir Keir Rodney Starmer ) 400 min nəfərdən artıq üzvü var. Bu – partiyaya bilavasitə daxil olan, habelə həmkarlar ittifaqına və ya öz növbəsində Leyboristlər partiyasına aid olan hər hansı bir digər təşkilata daxil olmaqla adıçəkilən partiyaya üzv olan insanlardır. Hazırda partiya sol mərkəzçilik baxışlarına tərəfdardır. Bu partiyalarla yanaşı, Birləşmiş Krallıqda müəyyən qədər nüfuza malik digər partiyalar da fəaliyyət göstərir
Yüklə 26,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə