Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq



Yüklə 26,39 Kb.
səhifə2/4
tarix26.02.2023
ölçüsü26,39 Kb.
#101541
1   2   3   4
boyuk britaniya

Dövlət başçısı: Bir qayda olaraq, mərasim funksiyalarını yerinə yetirən Kraliçadır (və ya Kral). Hal-hazırda dövlətə 6 fevral 1952-ci ildə Kraliça elan edilmiş II Yelizaveta başçılıq edir.
Elizabet Aleksandra Mariya Vindzor. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin kraliçası (AvstraliyaAntiqua və BarbudaBaham adalarıBelizQrenadaKanadaYeni ZelandiyaPapua-Yeni QvineyaSent-Vinsent və QrenadinSent-Kits və NevisSent-LüsiyaSüleyman adalarıTuvaluYamayka). Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir. Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnikMen adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir:

  • Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri),

  • Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq;

  • Xarici dövlət və hökumətləri rəsmən tanımaq,

  • Saziş bağlamaq,

  • Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək,

  • Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir),

  • Silahlı QüvvələrinAli Baş Komandanı olmaq,

  • Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq,

  • Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək,

  • Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək,

  • Gizli Şuranın görüşlərində hökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək,

  • Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq;

  • Dövlətin başçısı olmaq,

Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır.

Yüklə 26,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə