Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Ginekoloji xəstəliklərin hansında təcili əməliyyata ehtiyac duyulur?



Yüklə 2,08 Mb.
səhifə13/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

578) Ginekoloji xəstəliklərin hansında təcili əməliyyata ehtiyac duyulur?
A) Uşaqlıqdan kənar hamiləlik

B) Disfunksional uşaqlıq qanaxması

C) Klimakterik qanaxma

D) Yumurtalığın kəskin iltihabı

E) Uşaqlığın fibromioması
Ginekologiyada mayalanmış döl yumurtasının boruda ləngiməsi daxili qanaxma ilə nəticələndiyi üçün həyati göstərişlə təcili əməliyyat aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
579) Aşağıdakı simptomlardan hansı uşaqlıq artımlarının iltihabi xəstəliyinə aiddir?
A) Bayılma ilə nəticələnən ağrının olması

B) Ağrının düz bağırsağa vurması

C) Hərarətin normal və ya subfebril olması

D) Qarının aşağı hissəsində ağrının daimi olması

E) Qasıq nahiyəsində kəskin, tutmaşəkilli ağrının olması
Orqanizmin reaktivliyindən, xəstənin ümumi vəziyyətindən, mikrobun növündən, xəstəliyin dərəcəsindən və etapından asılı olaraq artımların iltihabi xəstəliklərində qarının aşağı hissəsində ağrı hissiyyatı daimi xarakter daşıyır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
580) Uşaqlıqdan kənar hamiləliyə aid olmayan simptom hansıdır?
A) Qarının ön divarının əzələsi gərgindir

B) Kəskin ağrı, ürəkbulanma və qusma olur

C) Yüksək hərarət, kəskin olmayan ağrı, ürəkbulanma və qusmanın olmaması

D) Kəskin ağrı, azacıq qanlı ifrazatın olması

E) Xəstənin xarakter göskəmi
Boru hamiləliyinin pozulması kəskin ağrı və daxili qanaxma ilə getdiyi üçün temperaturun qalxması mümkün deyil. Temperatur yalnız iltihabi xəstəliklərin kəskin dövründə baş verir. Bəzən isə subfebril olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
581) Aşağıdakılardan hansı ultrasəs (USM) müayinəsi vasitəsilə təyin edilmir?
A) Uşaqlıqda fibromatoz düyünlər

B) Uşaqlığın endometriozu

C) Uşaqlığın anomaliyası

D) Uşaqlıqda hamiləlik

E) Uşaqlıq boynunun psevdoeroziyası
Daxili müayinədən əvvəl diaqnostika məqsədi ilə güzgülərlə müayinə aparılır və uşaqlıq boynunda olan patoloji hallar fon xəstəlikləri aşkara çıxarılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 179
582) Ginekologiyada hansı müayinə üsulundan nadir hallarda istifadə edilir?
A) Tibbi – genetik müayinə

B) Rentgen – kontrast müayinə üsulu

C) Endoskopik müayinə üsulu

D) Xüsusi müayinə üsulları

E) Ümumi müayinə üsulları
Ginekoloji xəstəliklərdə nadir hallarda tibbi -genetik müayinədən istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.52
583) Fizioloji həqiqi amenoreyaya nə daxil deyil?
A) Əmizdirənlərin əksəriyyətində (zahılıq dövründə)

B) Qızlıq pərdəsinin bütöv olması

C) Menopauza dövründə

D) Cinsi yetişkənliyə qədər

E) Hamiləlik vaxtı
İlk aybaşı qanının xaric ola bilməməsi qızlıq pərdəsinin anadangəlmə patologiyası ilə əlaqədardır. Bu zaman qan uşaqlıq yoluna yığılaraq onun divarını dartır (hematokolpos), problemi aradan qaldırmadıqda uşaqlığa (hematometra) və borulara (hematosalpinksə) keçər və peritonitə gətirib çıxarar. Bu isə cərrahi əməliyyat tələb edir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
584) Aşağıdakılardan hansı patoloji amenoreyaya aid deyil?
A) Yumurtalıq amenoreyası

B) Hipofizar amenoreya

C) Psixogen amenoreya

D) Klimakterik amenoreya

E) Hipotalamik və ya mərkəzi amenoreya
Yumurtalıqların atrofiyası və funksiyasının sönməsi ilə əlaqədar olaraq qadınlarda aybaşı siklinin pozulması və aybaşının olmaması normal hal sayılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85

bax
585) Uşaqlıq qanaxmasının hansı forması qadının həyatı üçün çox təhlükəlidir?


A) Abort təhlukəsi

B) Yolda abort

C) Uşaqlıq boynu hamiləliyi

D) Başlanğıc abort

E) Natamam abort
Mayalanmış döl yumurtası uşaqlıq boynu kanalında implantasiya olunması qadının həyatı üçün çox təhlükəlidir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
586) Uşaqlara xüsusi ginekoloji yardım işini aparmaq üçün hansı müəssisədən istifadə edilmir?
A) Məktəblərdən

B) Uşaq bağçalarından

C) Uşaq xəstəxanasından

D) Uşaq poliklinikalarından

E) Qadın məsləhətxanasından
Qadın məsləhətxanaları profilaktik müalicə müəssisəsi olub, qadınlara ambulator mama-ginekoloji yardım göstərir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 235
587) Ginekoloji xəstələrin əsas müalicə prosedurlarına nə daxil deyil?
A) Uşaqlıq yoluna xüsusi şamların yeridilməsi

B) Dərmanla imalə

C) Uşaqlıq yolunun dərmanla işlənməsi

D) Uşaqlıq yoluna emulsiya və mazla tampon yeridilməsi

E) Uşaqlıq boynunun işlənməsi
Cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin klinikasından asılı olaraq ümumi və yerli müalicə üsullarından istifadə edilir. Dərmanla mikroimalədən istifadə edilmir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 245
588) Ginekoloji baxış otağında hansı alətlərdən istifadə edilmir?
A) Folkman qaşığı

B) Lanset

C) Kateter

D) Kornsanq

E) Pinset, şpatel
Cərrahi blokda əməliyyat zamanı kəsici alət kimi istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология»,1991səh291
589) Xarici cinsiyyət üzvləri əsasən nə vaxt zədələnə bilməz?
A) Yıxılarkən

B) Süni abort vaxtı

C) Kobud cinsi əlaqə zamanı

D) Zərbə və əzilmə ilə

E) Kəsici və küt alətlə
Hamiləliyin süni pozulması qadının öz razılığı əsasında ambulator və ya stasionar şəraitində aseptika və antiseptikaya qaydalarına riayət etməklə aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология»,1991səh205
590) Iti uclu kondiloma əsasən cinsiyyət üzvlərinin hansı hissəsində müşahidə edilmir?
A) Uşaqlıq yolunda

B) Uşaqlıq boynunda

C) Uşaqlıqda

D) Uşaqlıq yolu dəhlizində

E) Aralıqda
Dərinin infeksion mənşəli xoşxassəli törəməsi cinsiyyət üzvlərinin görünən yerlərində, ayaqcıq üzərində, bir-biri ilə birləşmiş, düyüncük şəklində yerləşir. Bəzən bunlara septiki infeksiyanın qoşulması, düyüncüyün nekrozuna, kəskin xoşa gəlməyən iyə, çoxlu irinli ifrazatın olmasına səbəb olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология»,1991səh140
591) Uşaqlıq boynunun xərçəngi diaqnozunu təsdiqləyən üsul hansıdır?
A) Uşaqlıq boynunun biopsiyası, histoloji müayinə ilə

B) Uşaqlıq yolundan götürülən yaxmanın təmişlik dərəcəsinə görə müyinəsi

C) Uşaqlığın zondlanması

D) Uşaqlı boşluğundan diaqnostik məqsədlə materialın götürülməsi

E) Uşaqlıq boynun güzgülərlə müayinəsi
Uşaqlıq boynunun müayinəsi zamanı şübhə yaranarsa, kolposkopiyadan istifadə

etməklə biopsiya üçün material götürülür və histoloji müayinə aparılır.


Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 57
592) Kişi sonsuzluğu diaqnozunun qoyulması üçün ilk növbədə hansı müayinə aparılmalıdır?
A) Eyakulyatın mikroskopik müayinəsi

B) Eyakulyatda spermatazoidlərin miqdarı və xarakteri

C) Anomaliyalı spermatozoidlərin təyini

D) Eyakulyatın histoloji müayinəsi

E) Eyakulyatda təkcə ölü və hərəkətsiz spermatazoidlərin təyini
Sonsuzluq zamanı cinsi cütlük yoxlanılarkən ilk növbədə eyakulyatın (spermanın) mikroskopik müayinəsi aparılır ki, generativ funksiyanın vəziyyəti təyin olunsun. Material cinsi əlaqə olmadan götürülür və 30-40 dəqiqə ərzində (bədən temperaturunda) laborotoriyaya müayinə üçün çatdırılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
593) Süni tibbi abort zamanı baş verən ağırlaşma nə ola bilər?
A) Uşaqlığın perforasiyası

B) Endometriozun inkişaf etməsi

C) Svişin əmələ gəlməsi

D) Döl yumurtasını xaric etmək üçün uşaqlıq boşluğunun qaşınması

E) Sistitin əmələ gəlməsi
Hamiləliyin pozulması əməliyyatı zamanı alətlərlə uşaqlığın zədələnməsi, deşilməsi mümkündür.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh206.
594) Vulvovaqinal kandidozun müalicəsində hansı preparatdan istifadə edilir?
A) Trixopol

B) Sinestrol

C) Penisillin

D) Xlorheksedin

E) Flukonazol
Maya göbələyi tərəfindən törədilmiş kandidozlarda orqanizmin müqaviməti aşağı düşdükdə kəsmiyə bənzər ifrazat olur. Çox vaxt antibiotiklərlə müalicə də buna səbəb ola bilər. Ona görə də göbələk əleyhinə preparat flukonazol təyin edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 134
595) Başlanğıc abortun klinik əlaməti hansıdır?
A) Uşaqlığın həcminin hamiləliyin müddətinə uyğun gəlməməsi

B) Uşaqlıq artımlarının böyüməsi və ağrılı olması

C) Cinsiyyət yolundan çoxlu qanlı ifrazatın olması

D) Cinsiyyət yolundan azacıq qanlı ifrazatın olması

E) Ürəkbulanma, qusma
Daxili müayinədə uşaqlıq boynunun xarici dəliyi bağlı olur, uşaqlıq hamiləliyin müddətinə uyğun gəlir, azacıq qanlı ifrazat olsa da hamiləliyi saxlamaq mümkün olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991; В.И.Бодяжина «Акушерства»1985 səh 221.
596) Hormonal kontraseptivlərin qəbulu nə zaman əks göstərişdir?
A) Uşaqlıq boynunun eroziyası

B) Endometrit

C) Endoservisit

D) Tromboflebit

E) Kolpit
Qadınlarda aşağı ətrafların damarlarının varikoz genəlmələrində ağırlaşmalar ola bilər. Kontraseptivləri seçərkən bu cəhətə fikir vermək lazımdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh241.
597) Yolda olan abort üçün xarakterik olan əlamət hansıdır?
A) Döl yumurtası uşaqlıq divarından ayrılmışdır

B) Qarının aşağı hissəsində kəskin ağrı

C) Uşaqlıq boynu kanalının bağlı olması

D) Uşaqlıq boynu tıxacının xaric olması

E) Döl yumurtasının uşaqlıqdan tamamilə xaric olması
Uşaqlıq divarından ayrılmış döl yumurtası uşaqlıq boşluğundan açılmış uşaqlıq boynuna, ordan isə uşaqlıq yoluna doğru irəliləyir. Bəzən güclü qanaxma olur, ona görə də alət vasitəsilə döl yumurtası xaric edilir. Qanaxma dayandırılır. Uşaqlığı yığan preparatlardan istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991; В.И.Бодяжина «Акушерства»1985 səh 221.
598) Təcili hospitalizasiyaya aşağıdakılardan hansı göstərişdir?
A) Uşaqlığın mioması

B) Dismenoreya

C) Hipomenoreya

D) Uşaqlıq boynunun psevdoeroziyası

E) Natamam abort
Döl yumurtasının bir hissəsi xaric olduğu üçün qanaxma davam edir və qanaxmanı dayandırmaq məqsədi ilə uşaqlıq boşluğundan qalan hissələr alətlə (abortsanqla) xaric edilir, uşaqlıq boşluğu (kyüretkayla) qaşınır. Uşaqlıq yığılır, qanaxma dayanır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991; В.И.Бодяжина «Акушерства»1985 səh 221.
599) Uşaqlığın inkişaf qüsurlarında ən çox nə baş verə bilər?
A) Çoxdöllü hamiləlik

B) Xorionepitelioma

C) Endometrioz

D) Kistomanın ayaqcığının burulması

E) Sonsuzluq
İlk cinsi əlaqədən sonra bir il müddətində hamiləlik baş verməzsə birincili, bəzi hallarda hamiləlikdən sonra hər hansı bir səbəbdən hamiləlik olmazsa ikincili sonsuzluq diaqnozu qoyulur. Bəzən cinsiyyət üzvlərinin anomaliyaları da buna səbəb ola bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
600) Trixomoniaz üçün xarakterik ifrazat necə olur?
A) Azacıq qanlı

B) Köpüklü, pis qoxulu

C) Irinli

D) Ağ kəsmiyə oxşar

E) Şəffaf
Sidik-cinsiyyət üzvlərinin trixomonadalarla zədələnməsi nəticəsində pis qoxulu, köpüklü, sarı, yaşıla çalan ifrazat olur. Xarici cinsiyyət üzvlərində ödem, hiperemiya, dermatit müşahidə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 140
601) Qızları müayinə etmək üçün hansı ginekoloji müayinə üsullarından istifadə edilir?
A) Rektal müayinə,USM

B) Kolposkopiya ilə müayinə

C) Güzgülərlə müayinə

D) İki əllə müayinə

E) Qarın boşluğunun punksiyası
Əvvəlcədən imalə etməklə qızlarda ginekoloji problemləri təyin etmək mümkündür. Hal-hazırda USM - dən istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 51
602) Hansıhalda uşaqlığın zondlanması məsləhət deyil?
A) Uşaqlıqda kəskin iltihabi proses olduqda

B) Endometrioz

C) Uşaqlıq yolunun II təmizlik dərəcəsində

D) Uşaqlıq boşluğundan qanaxma olduqda

E) Uşaqlığın selikli qişasının qalınlaşması
İltihab zərərli agentlərin təsiri nəticəsində orqanizmin mürəkkəb reflektor reaksiyasıdır. Kəskin dövrdə infeksiya limfa və qan vasitəsi ilə yayılaraq peritonit, salpingit və s. səbəb olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 102
603) Qızlarda aybaşı pozğunluğunda yumurtalığın funksiyasını yoxlamaq məqsədilə ilk növbədə hansı müayinə aparılmalıdır?
A) Kolposkopiya

B) Ultrasəs müayinə

C) Uşaqlığın zondlanması

D) Qanda cinsi hormonların səviyyəsinin təyini

E) Laporoskopiya
Aybaşı pozğunluğunda, sonsuzluqda yumurtalıqların funksiyasını yoxlamaq üçün funksional diaqnostik testlər aparılır. Bunun üçün qanda hormonlar yoxlanılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 60
604) Uşaqlığın boşluğunu qaşımaq hansı halda göstərişdir?
A) Subseroz mioma

B) Endometrit

C) Parametrit

D) Hamiləlik

E) Atsiklik uşaqlıq qanaxması
Anovulyator, disfunksional uşaqlıq qanaxması, o cümlədən postmenopauza dövründə baş verən qanaxmalar zamanı diaqnostik qaşınmadan istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 90
605) Uşaqlıq boynu eroziyasının effektli müalicəsində mama nə edə bilməz?
A) Qısa dalğalı UB – şualandırma

B) Uşaqlıq yolu vannaları

C) Uşaqlıq yolunun şırınqalanması

D) Məlhəmlərlə tamponlar

E) Eroziyanın koaqulyasiyası ( yandırılması)
Diatermokoaqulyasiya zamanı həqiqi eroziya-psevdoeroziyaya keçir ki, bu da eroziyanın sağalmasını göstərir. Silindrik epitel yastı epitellə əvəz olunur.
Ədəbiyyat: В.А.Загребиnа, А.М. Торчинов, «Гинекология», 1991 səh. 182
606) ...........şübhə olduqda mama uşaqlıq yolunun arxa tağının punksiyası üçün alətləri hazırlayır.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) Xorionepitelioma

B) Endometrit

C) Endometrioz

D) Boru hamiləliyinin pozulması

E) Adneksit
Mayalanmış döl yumurtasının boruda implantasiyası zamanı boru abortu, yaxud borunun cırılması halları zamanı daxili qanaxma olduğu üçün diaqnozu təsdiqləmək məqsədi ilə arxa tağ punksiya edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
607) Klimaks zamanı xarici qanaxmaya nə səbəb ola bilər?
A) Şiş ayaqcığının burulması

B) Salpinqooforit

C) Yumurtalığın kistası

D) Endometriumun qalınlaşması

E) Boru abortu
50 yaşından yuxarı qadınların cinsiyyət üzvlərinin xəstəliklərində şikayətlərindən biri uşaqlıq qanaxmasıdır (asiklik, kontakt qanlı ifrazat). Bu əsasən endometriumun hiperplaziyası, atrofiyası zamanı, həm də uşaqlıq boynu eroziyasının «gül kələmini» xatırlatması zamanı baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 189
608) Sidik kisəsinin müayinə üsulu hansıdır?
A) Kolposkopiya

B) Kolonoskopiya

C) Rektoromanoskopiya

D) Qastroskopiya

E) Sistoskopiya
Sistoskopiya sidik kisəsinin selikli qişasının vəziyyətini və onun patologiyasını, şişin yayılmasını müəyyən etməyə imkan verən müayinə üsuludur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 65
609) Hansı xəstəlik qadının təcili hospitalizasiyasna səbəb ola bilər?
A) Endometriyanınqalınlaşması

B) Kistanın ayaqcığının burulması

C) Birincili amenoreya

D) Ureaplazmoz

E) Cinsiyyət yollarının kandidozu
Yumurtalıqların şişlərinin bəziləri və uşaqlığın subseroz düyünləri ayaqcıq üzərində olarsa, bir çox səbəblərdən onlar burula bilər və onların qan təchizatı pozulduğu üçün qarnın aşağı hissəsində kəskin ağrı əmələ gəlir, xəstənin vəziyyəti pisləşir.
Ədəbiyyat: . В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 225
610) Beçəxor üçün hansı şikayətxasdır?
A) Ürəkbulanma

B) Köpüklü ifrazat

C) Qanlı ifrazatda qovuqcuqların olması

D) Aybaşının olmaması

E) Yüksək temperatur
Hamiləlik zamanı xorionun liflərinin nizamsız düzülüşü, döl yumurtasının içərisi maye ilə dolu qovuqcuqlara çevrilməsi və selikli qişaya yayılması nəticəsində hamilədə uşaqlıq həddən artıq yumşaq olur və hamiləliyin müddətinə uyğun gəlmir və sürətlə böyüyür. Qanaxma və qovuqcuqların xaric olmasına da rast gəlinir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 199
611) Beçəxorun müalicəsində mama alətləri nə ücün hazırlayır?
A) Uşaqlıq boşluğunu qaşımaq

B) Parazit əleyhinə terapiya

C) Balneoterapiya

D) Antibakterial terapiya

E) Antianemik terapiya
Uşaqlıq boşluğunu qaşımaq, qadını dispanser nəzarətə götürmək lazımdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 197
612) Endometriozda güzgülərlə uşaqlıq boynuna baxan mama nə müşahidə edir?
A) Ektropion

B) İltihab

C) Qanlı ifrazat

D) Eroziya

E) «Gözcüklərin» olması
Güzgülərlə müayinə zamanı uşaqlıq boynunda uşaqlığın selikli qişasının quruluş və funksiyasını xatırladan gözcüklərə bənzər qovuqcuqlar görünür. Aybaşıya 10 gün qalmış uşaqlıq yolundan qanlı ifrazat qeyd olunur
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 153
613) Aşağıdakı simptomlardan hansı aybaşı pozğunluğu üçün xarakterikdir?
A) Uşaqlığın tsiklik böyüməsi

B) İltihab

C) Amenoreya,qanaxma

D) Ağrılar

E) Uşaqlıq boynunda “gözcüklər”
Bəzi qadınlarda aybaşının olmaması birincili, bəzən isə hər hansı səbəbdən asılı olarsa ikincili olaraq baş verir. Bu hipotalamus – hipofiz – yumurtalıq- uşaqlıqla əlaqədar baş verə bilər. Fizioloji amenoreya isə cinsi yetkinlik dövrünə gədər, hamiləlik, zahılıq və klimakterik dövrdə qeyd olunur.Bəzən isə aybaşı qanaxması çox intensiv ola bilər .
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
614) Uşaqlığın çevrilməsinə nə vaxt rast gəlinir?
A) Doğuş zamanı

B) Mini abort vaxtı

C) Süni abort zamanı

D) Aybaşı pozğünluğunda

E) İltihabi xəstəlikdə
Ağır işdə işləyən, çox zaman isə təkrar doğan qadınlarda doğuş zamanı uşaqlığın çevrilməsinə rast gəlinir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 73
615) Hansı xəstəlikdə donorqanı köçürmək göstəriş sayıla bilər?
A) Böyrək çatışmazlığı

B) Kəskin qanazlığı

C) Ağciyərlərin vərəmi

D) Hipertoniya xəstəliyinin ağır forması

E) Ürəyin dekompensasiyalı qüsuru
Bəzi ginekoloji xəstəliklərlə əlaqədar olaraq qadın çoxlu qan itirir (daxilə ya xaricə). İtirilmiş qanın miqdarından, xəstənin ümumi vəziyyətindən asılı olaraq xəstəyə həyati göstəriş olaraq donor qanı köçürmək lazımdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 259
616) Vaksinoterapiya hansı xəstə qadınlara aparılır?
A) Aybaşı pozulmalarında

B) Vərəmi olanlara

C) Süzənəklə xəstələnənlərə

D) Hipertoniyalı xəstələrə

E) Anemiyalı xəstələrə
Spesifik qonokoklar cinsi yolla qadın sidik- cinsiyyət üzvlərinin selikli qişasına düşür və oranı zədələyir. Antibakterial terapiya ilə yanaşı vaksinoterapiya təyin edilir ki, antibiotikin təsirini gücləndirsin və orqanizmin müdafiə qabiliyyətini artırsın.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 256
617) Kiçik çanaq üzvlərinin patologiyasında hansı şikayətlər ola bilər?
A) Soyuq tər, huşun itməsi

B) Hamısı

C) Arterial təzyiqin enməsi

D) Qarnın aşağısında ağrı

E) Ürəkbulanma və qusma
Ginekolojı xəstəliklər zamanı qeyd olunan bütün əlamətlər qeyd oluna bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 225
618) Postmenopauza zamanı qadının sağlamlığı ücün ən qorxulu hal aşağıdakılardan hansıdır?
A) Avitaminoz

B) Depressiya

C) Anemiya

D) Osteoporoz

E) Hipertoniya
Orqanizmdə kalsium catmadıqda sümüklərdə yumşalma gedır.Bu isə cox zaman uzun sümüklərın sınmasına səbəb olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 93
619) Uşaqlıq daxili spirallar (UDS) hansı məqsədlə yeridilir?
A) Hamiləlikdən qorunmaq

B) Endometriumun müalicəsı

C) Yumurtalığın formasının dəyişməsi

D) Yumurta hüceyrənin mayalanması

E) Aybaşının kəsilməsı
Hamiləlikdən qorunmaq üçün qadınlar bir çox kontrasepsiya üsullarından istifadə edirlər.

UDS uşaqlıq daxilinə yerləşdirilən, hamiləliyin qarşısını alan yad cismdir.


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait. Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 82
620) Aşağıdakılardan hansı UDS -ın (uşaqlıq daxili spiralın) çatışmayancəhətinə aiddır?
A) Uşaqlıqdan kənar hamiləlik təhlukəsi

B) Damarların eroziyası

C) Hamısı

D) Aybaşı qanaxması zamanı sancı

E) Uşaqlığın deşilməsi
Bəzən sadalanan əlamətlər qeyd oluna bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 82
621) Kiçik çanaq üzvlərinin abdominal USM (ultrasəs müayinəsi) –dən əvvəlqadınlara nə məsləhət görülür?
A) Təmizləyici imalə olunmalıdır

B) Sidik kisəsi boşolmalıdır

C) Sidik kateterlə boşaldılmalıdır

D) Sidik kisəsi dolu olmalıdır

E) Sidik kisəsınə kontrast maye vurulmalıdır
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991səh 52
622) Oral kontraseptivlər əsasən nə məqsədlə təyin edilir?

1. Hamiləlikdən qorunmaq üçün

2. Hamilə qalmaq üçün

3. Aybaşı siklini bərpa etmək üçün

4. Uşaqlığın inkişaf qüsurunu bərpa etmək üçün

5. İltihabi prosesin müalicəsi üçün
A) 1,2

B) 1,3


C) 2,3

D) 2,5


E) 4,5
Hamiləlikdən qorunmaq və aybaşı tsiklini bərpa etmək üçün qadınlar hormonal kontrasepsiyadan istifadə edirlər . Bunlar həblər halında buraxılır və daxilə hər gün qəbul edilir. 21 və ya 28 həbdən ibarət olur. Mütləq həkim təyin etməlidir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 87
623) Hansı halda UDS -dan istifadə etmək olmaz?
A) Xroniki qastritdə

B) Aybaşı pozulmalarında

C) Baş ağrısında

D) Şəkərlı diabetdə

E) Öd kisəsinin daşında

Aybaşı pozulmalarında əvvəlcə sikl qaydaya salınmalı , sonra UDS qoyulmalıdır. Çunki bu uşaqlıq daxilinə qoyulan bərk cisimdir.


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 82
624) Aşağıdakılardan hansından qadınlar təbii kontrasepsiya üsulu kimi istifadə edirlər?
A) Kremlərdən və gellərdən istifadə

B) Cinsi əlaqədən sonra yuyunmaq

C) Uşaqlıq yolu qubkalarından istifadə

D) Cinsi əlaqədən çəkinmə

E) Kondomlardan istifadə
Təbi kontrasepsiya üsulu qadının aybaşı dövrunun muxtəlif gunlərində baş verən fizioloji dəyişiklərə əsaslanan hamiləlikdən qorunma usuludur, cinsi

əlaqədən sonra dərhal uşaqlıq yolu çoxlu su ilə yuyulur .


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 75
Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə