Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?



Yüklə 2,08 Mb.
səhifə15/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

663) Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
A) Hipertermiya

B) Əmmə-udma refleksinin olmaması

C) Donor südü ilə qidalanma

D) Pnevmopatiya

E) Bətndaxili infeksiya
Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olmalıdır. Yarımçıq doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ gələnə qədər zondla yedizdirilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”.”Bakı” 2007 Səh 136
664) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?
A) Sarılıq tez keçir

B) Anadan gəlmə olur

C) Cüzi olur

D) Sarılıq gec əmələ gəlir

E) Gedişi uzun müddətli olur
37-38 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda fizioloji sarılığın gedişi uzun müddətli olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124.
665) Yeni doğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?
A) 3% -li hidrogen peroksid məhlulu

B) Bitki yağı

C) Qaynanmış su,1%-li tetrasiklin məlhəmi

D) 96%-li spirt məhlulu

E) 5%-li yod məhlulu
Spirt,yod, 3% -li hidrogen peroksid məhlulu yağ və s. mayelərlə yumaq olmaz, əks halda gözün selikli qişası qıcıqlanaraq zədələnər.Ona görə də yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54.
666) Sepsis nədir?
A) Bakterial infeksiyanın qan dövranında dövr etməsi

B) Rh-konflikt

C) Qan dövranı pozğunluğu

D) Mübadilə pozğunluğu

E) Konstitusional anomaliyalar
Sepsis orqanizmdə hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. Xəstəlik ümum əlamətlərlə yanaşı xəstədə yüksək qızdırma ilə də xarakterizə olunur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234.
667) BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?
A) 3 həftəyə

B) 10 həftəyə

C) 6 aya

D) 8 həftəyə

E) 4 aya
BCJ vaksini yeni doğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır .
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50.
668) Qarışıq qidalanma nə vaxt tətbiq edilir?
A) Yarımçıq doğulmuşlarda

B) Təbii qidalanmada

C) İlin isti fəslində

D) Ana südü çatmadıqda

E) Süni qidalanmada
Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana südünün çatmamasıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145.
669) Bətndaxili infeksiyalara hansı aid deyil?
A) B hepatit virusu

B) Toksoplazmoz

C) Məxmərək

D) Sitomeqalovirus

E) Herpes
Sitomeqalovirus,məxmərək,herpes virusu ,toksoplazmoz bətndaxili infeksiyaların törədiciləridir. Cift vasitəsilə və ana südündən uşağa ötürülə bilər.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192.
670) Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?
A) 3 aya

B) 2 aya


C) 5-6 günə

D) 2-3 günə

E) 2-3 həftəyə
Cinsi kriz cinsindən asılı olmayaraq yeni doğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə estrogen hormonu keçdiyindən, onun təsiri nəticəsində doğulandan sonra uşaqlar da ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70.
671) Omfolit nəyin iltihabıdır?
A) Qara ciyərin

B) Dalağın

C) Mədənin

D) Göbəyin

E) Dərinin
Yeni doğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası infeksiyalaşır, nəticədə göbək və ətraf toxumada iltihab baş verir. Bu omfolit adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234.
672) Hipoqalaktiya nədir?
A) Qida çatışmazlığı

B) Qan azlığı

C) Vitamin çatışmazlığı

D) Mədə-bağırsaq pozğunluğu

E) Ana südünün çatışmazlığı
Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132.
673) Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?
A) Yenidoğulmuşların asfiksiyası

B) Hormonal kriz

C) Fizioloji sarılıq

D) İstilik mərkəzinin tam inkişaf etməməsi

E) Yenidoğulmuşların dəri xəstəlikləri
Yeni doğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdə hələ tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinət olmaması nəticəsində tranzistor hipertermiya baş verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
674) Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?
A) Fizioloji mastit

B) Virus infeksiyası

C) Pis qulluq

D) Maye itkisi və süd azlığı

E) Fizioloji sarılıq
Yeni doğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər olur. Bunun səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35.
675) Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?
A) Sidik turşusu infarktı

B) Fizioloji eritema

C) Cinsiyyət yolundan qanlı ifrazat

D) Çəki itkisi

E) Tranzitor qızdırma
Hormonal krizə cinsiyyət yolundan qanlı ifrazat və fizioloji mastit aiddir. Cinsiyyət yolundan qanlı ifrazat xüsusi müalicə tələb etmir. Fizioloji mastit uşağın cinsindən asılı olmayaraq 2-3 həftə ərzində tədricən yox olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70.
676) Yenidoğulmuşlarda dəri örtüklərinin tranzitor dəyişkənliyinə nə aiddir?
A) Sadə və toksiki eritema

B) Piodermiya

C) Qabıqvermə

D) Bişməcə

E) Vezikulopustulyoz
Uşaqlarda mərkəzi sinir sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf etmədiyi üçün dərinin istilik vermə funksiyası zəif olur. Bu xüsusiyyət uşağın tez soyumasına və tez isinməsinə səbəb olur. Bu isə dəridə sadə və toksiki eritemanın əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 72.
677) Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?
A) Omfolitin

B) Dermatitin

C) Sistitin

D) Sepsisin

E) Qonoblennoreyanın
Qonoblenoreyanın profilaktikası aparılır Bu zaman 1%-li tetrasiklin,

0,5%-li eritromisin məlhəmindən istifadə edilir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33.
678) Aşağıdakılardan hansı yenidoğulmuş üçün xarakterikdir?
A) Bükücü əzələlərin hipertoniyası

B) Bükücü əzələlərin hipotoniyası

C) Açıcı əzələlərin hipertoniyası

D) Əzələ tonusu normal olur

E) Açıcı əzələlərdə refleksin olmaması
Yenidoğulmuşda bükücü əzələlərin hipertoniyası özünü əzələ gərginliyi ilə göstərir, ayağı çətinliklə bükülür.
Ədəbiyyat: Y.P.Bisyarina.Uşaqların anatom-fizioloji xüsisiyyətləri.səh.119
679) Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
A) Ortner

B) Neçeporenko

C) Sinverman

D) Apqar


E) Dubovic
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət- ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla qiymətləndirilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34.
680) Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir?
A) Dölyanı mayenin aspirasiyası

B) Bətndaxili infeksiya

C) Dölyanı mayenin toxumalara toplanması

D) Sümük və sümüküstlüyü arasına qansızma

E) Öndə gələn hissənin ödemi
Doğuş şişi doğum zədələri arasında birinci yeri tutur. Başda dərialtı toxumada, limfa və qan damarlarında olan durğunluq nəticəsində nöqtəvari qansızmalar və ödem əmələ gəlir. Adətən müalicə tələb etmir. Şiş 24-36 saatdan sonra , bəzi hallarda 2-3 gündən sonra sorulur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163.
681) Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?
A) Hipotermiya

B) Hemorragik sindrom

C) Qıcolma

D) Sarılıq

E) Hipertermiya
Baş beynin zədələnməsi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163.
682) Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
A) Anemiya

B) Hər ikisində Rh(+) qan

C) Anada Rh(+) və uşaqda Rh(-)qan

D) Hər ikisində Rh(-)qan

E) Anada Rh(-) və uşaqda Rh(+) qan
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlər hemolizə uğrayır ki, nəticədə hemolitik xəstəlik əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306.
683) Doğum evində qonoblennoreyanın profilaktikası nə vaxt aparılır?
A) Doğuşdan sonra ilk 1 saat ərzində

B) Doğuşdan 4 saat sonra

C) Doğuşdan 3 saat sonra

D) Doğuşdan 1 saat sonra

E) Doğuşdan 2 saat sonra
Qonoblennoreyanın profilaktikası doğuşdan sonra ilk 1 saat ərzində aparılır. Əsas məqsəd gələcəkdə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198. ”Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol”
684) Hamiləliyin antenatal risk faktoruna nə aid deyil?
A) Doğuş vaxtı narkoz vermə

B) Çox döllü hamiləlik

C) Hamiləlik vaxtı qanaxma

D) Vaxtı keçmiş hamiləlik

E) Preeklampsiya

Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antinatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil .


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007.səh.71
685) Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya Apqar şkalasına görə neçə balla qiymətləndirilir?
A) 6-7 bal

B) 1-2 bal

C) 3-4 bal

D) 4-5 bal

E) 8-10 bal
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət- ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla (0- 1- 2 ) balla qiymətləndirilir.Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptom kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qan təchizatı pozulur. Apqar şkalasına görə 8-10 bal yaxşı qiymətləndirilir .Yenidoğulmuşun asfiksiyası 3 dərəcəyə bölünür. yüngül,orta ,ağır: 6-7 bal yüngül , 4-5 bal orta ağır asfiksiya,1-3 bal ağır asfiksiya sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145.
686) Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?
A) ATF

B) Vitamin C

C) Noşpa

D) Adrenalin

E) Kokarboksilaza
Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146.
687) Yenidoğulmuşlarda dərinin infeksion xəstəliklərinə nə aiddir?
A) Bişməcə

B) Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi

C) Teleangioektaziya

D) Tərlilik

E) Omfalit
Yeni doğulmuşlarda dəri və selikli qışalar zərif və tez zədələnən olur. Bu səbəbdən də onlara qulluq ehtiyatla aparılmalıdır. Əgər dəriyə düzgün qulluq edilməzsə, dərinin tamlığı pozularsa, dəridən infeksiya keçərək dərinin infeksion xəstəliyini : yenidoğulmuşun qovuqcuqlu xəstəliyi-vezikulopustulyoz əmələ gətirir:
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183.
688) Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
A) Vaxtından əvvəl doğulmuşlar

B) Çox döllü hamiləlik

C) Vaxtında doğulanlar

D) Təkrari hamiləlik

E) Vaxtından gec doğulanlar
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128.
689) “B” virus hepatiti əleyhinə vaksin hara vurulur?
A) Sağrı nahiyəsinə

B) Vena daxilinə

C) Sağ çiyin nahiyəsinə

D) Budun ön nahiyəsinə

E) Dəri daxilinə
“B” virus hepatiti əleyhinə vaksin budun ön divar nahiyyəsinə vurulir.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.2010səh.10
690) Yarımçıq doğulmuşların palatasında hərarət nə qədər olmalıdır?
A) 18-200

B) 22-240

C) 24-260

D) 20-220

E) 26-300
Yarımçıq doğulmuş uşaqlara qulluğun təşkili böyük diqqət, səbr tələb edir. 24-260 otaq temperaturunda yarımçıq doğulmuş uşaqlar steril,isidilmiş əskilərlə bələnir, ilk tualet isidilmiş döşək üzərində tez bir zamanda aparılır ki, uşaq soyuqlamasın

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 125.


691) Tənəffüsün dayanması necə adlanır?
A) Kuss - Mayl tənəffüsü

B) Taxikardiya

C) Apnoe

D) Bradipnoe

E) Çeyn-Stoks tənəffüsü
Apnoe tənəffüsün dayanması deməkdir. Ən çox yarımçıq doğulmuşlarda və ağır asfiksiyalar zamanı təsadüf edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007. Səh 146.
692) Apqar şkalasına görə uşağın vəziyyəti..... balla qiymətləndirildikdə uşaq döşə qoyulur.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) 2-3

B) 4-5


C) 5-6

D) 8-10


E) 1-3
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə 8-10 bal sağlam uşaq sayılır. Belə uşağı döşlə əmizdirmək əks göstəriş deyil.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 147.
693) Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə qramitirə bilər?
A) 150-300 qr

B) 1000 qr

C) 100 qr

D) 500 qr

E) 200 qr
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 150-300 qram itirə bilər ki, bu da onun zəif qidalanmasına, ana südünün az olması və sidiklə maye itirməsi nəticəsində baş verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46.
694) Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
A) Vərəm əleyhinə vaksin (BSJ)

B) Poliomielitə qarşı oral vaksin (OPV)

C) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT)

D) Qızılcaya qarşı olan vaksin

E) Hepatit B-yə qarşı vaksin (EUVAX)
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır revaksinasiya isə 18-aylıqda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh 5
695) Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?
A) Tetanusa qarşı anatoksin (AT)

B) Hemofil β çöpləri tərəfindən törədilən xəstəliklərə qarşı vaksin

C) Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM)

D) “B” hepatitinə qarşı vaksin

E) Göy öskürək, difteriya, tetanusa qarşı vaksin (AGDT)
Vaksinlər 2 qrupa bölünür: canlı və cansız. Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM) canlı vaksinlərə aiddir.Vaksinasiya 1və 6 yaşda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010(Modul 2) (Metodik göstərişlər)səh5
696) Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?
A) Per oral (ağızdan)

B) Əzələ daxili

C) Dəri içi

D) Dərialtı

E) Vena daxilinə
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
697) Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?
A) Ürəkbulanma, qusma

B) Diareya

C) 2 gün ərzində hərarət yüksəlir, inyeksiya nahiyəsində ağrı və şişkinlik ola bilər

D) İnyeksiya yerində abses

E) 3 gündən sonra hərarət yüksəlir
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. inyeksiya yerində ağrı və şişkinlik ola bilər.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh8-9
698) Vaksinlər GEM-də (gigiyena və epidemiologiya mərkəzində )və tibb müəssisələrində hansı temperaturda saxlanılır?
A) +10;+12

B) -10;+2

C) +2;+8

D) +15;+20

E) -5;+10
İnyeksiyaların təhlükəsizliyini təmin etmək üçün bütün vaksinlər gigiyena və epidemiologiya mərkəzində və tibb müəssisələrində +2 C - +8 C-də saxlanılmalıdır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 3 (Metodik göstərişlər)səh8.
699) Uşaqda raxit xəstəliyinin profilaktikası üçün vitamin D-nin sutkalıq dozası nə qədərdir?
A) 400 mq

B) 700 mq

C) 600 mq

D) 300 mq

E) 800 mq
Raxit ümumi orqanizmin xəstəliyi olub vitamin D-nin çatmaması və Ca F mübadi-ləsinin pozulması nəticəsində əmələ gəlir. Onun profilaktikası üçün uşağa sutkalıq spirtli və yağlı məhlul şəklində 400 mq vitamin D verilməlidilir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15
700) Yenidoğulmuşun ağzında selikli qışada ərp :süd yarası aşkar edilir.Bu bilavasitə nəyə səbəb olur.
A) Sidik ifrazının pozulmasına

B) Bədən temperaturunun yüksəlməsinə

C) Əmmənin çətinləşməsinə

D) Tənəffüsün tezləşməsinə

E) Defekasiya aktının tezləşməsinə
Süd yarası zamanı göbələklər ağızın selikli qişasında, dilin üzərində ağ ərp əmələ gətirir.Uşağın əmməsi çətinləşir. Uşaq narahat olur, pis yatır, çəkisi az artır.
Ədəbiyyat: N.Tağıyev Neonatologiya Bakı 2007 səh 32
701) Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?
A) tərkibində yağlar azdır

B) tərkibində zülal azdır

C) tərkibində karbohidrat azdır

D) tərkibində fermentlər çoxdur

E) tərkibində immunoqlobulinlərin miqdarı çoxdur
Molozivo və ya ağız sudu – qati , yuksək kalloriyli , yapişgana bənzər sari rənqli mayedir ki , yetişmiş ana sudundən fərgli olarag immunoglobulinlərlə zənqindir ki, bu da yşaği infeksiyalardan goruyur.
Ədəbiyyat: N.Tağıyev Neonatologiya Bakı 2007 səh 33
702) Südəmər uşaqnecə qidalanmalıdır?
A) Uşaq tələbatına görə, sərbəst qidalanır

B) 2 saatdan bir

C) 4 saatdan bir

D) 3 saatdan bir

E) 6 saatdan bir
Sudəmər uşag təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qida almalıdr. Bu da prolaktin hormonunun ifrazını stimulə edir və sud ifrazı çoxalır .
Ədəbiyyat: N.Tağıyev Neonatologiya Bakı 2007 səh 34
703) Uşaq nə vaxta qədər ana südü ilə qidalanmalıdır?
A) 1 yaşınadək

B) 3 ayadək

C) 6 ayadək

D) 1,5-2 yaşınadək

E) 9 ayadək
Ana südü uşağın 1,5-2 yaşınadək verilməlidir. 6 aya qədər uşaq yalnız ana südü ilə qidalanmalıdır.6 aydan sonra uşaq ana südü ilə yanaşı əlavə qida almalıdır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 13
704) Südəmər uşaq əmizdirdikdən sonra qusursa nə etməli?
A) vertikal vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır

B) üfüqi vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır

C) imalə edilir

D) su verilir,qarına isitqac qoyulur

E) Dərmanlar təyin edilir.
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 135
705) 6 aylığına kimi uşağın qidalanması üçün ən optimal qidalanma üsulu hansıdır?
A) Süni,qarışıq

B) Süni


C) Təbii

D) Təbii,qarışıq

E) Qarışıq
6 ayadək uşaq üçün ən effektli üsul təbii qidalanmadır.Çünki, 6 ayadək ana südü uşağın tam təlabatını ödəyir.,və uşaq bütün lazımı qida maddələrini alır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
706) Süni qidalanmaya keçməyin səbəbi ola bilməz?
A) Ana südünün yararsız olması

B) Ana südünün çox olması.

C) Uşağın inkişaf qüsurları.

D) Ana südünün olmaması

E) Yarımçıq doğulmuş uşaq
Anaın südü heç olmadıqda uşağı süni qidalandırmaq lazım gəlir.Bu zaman uşağa ana südünün tərkibinə uyğunlaşdırılmış sadə süd qarışıqları və adaptirəolunmuş qarışıqlardan istifadə olunur.Ana südünün çox olması süni qidalanmaya keçməyin səbəbi ola bilməz.
Ədəbiyyat: N.Tağıyev “Neontologiya” 2007 səh45
707) Doğulduqdan sonra yeni doğulma dövrü hansı müddət hesab edilir?
A) 3 ayadək

B) 10 ayadək

C) 4 ayadək

D) 2 ayadək

E) 28 günədək
Yeni doğulma dövrü təsnifata görə uşaq doğulan gündən 28 günədək qədər olan müddətdir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
708) Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbir olaraq nə etmək lazımdır?
A) Ürəyin massajı

B) Oksigen

C) Yuxarı tənəffüs yollarının sanasiyası

D) Ağciyərin süni ventilyasiyası

E) Süni tənəffüs
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Onlardan biri odur ki,uşaq doğuş yollarından xaric olkarkən dölyanı mayeni udur.Bu dölyanı maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq yuxarı tənəffüs yollarının sanasiyası ( təmizlənməsi) aparılmalıdır.
Ədəbiyyat: N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145
709) Uşağın ağız boşluğunu hansı barmaqla yoxlamaq olar?
A) şəhadət barmaqla

B) baş barmaqla

C) orta barmaqla

D) çeçələ barmaqla

E) ikinci barmaqla
Yenidoğulmuşun ağız boşluğu kiçik olur .Ağız boşluğunun selikli qişası zərif, qan damarları ilə zəngindir.Ağız boşluğunu zədələməmək üçün çeçələ barmaqla yoxlama aparılır.
Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı2007səh53
710) Yenidoğulmuşların palatasında havanın temperaturu neçə dərəcə olmalıdır.?
A) 22-230

B) 25-260

C) 18-200

D) 20-210

E) 24-250
Yenidoğulmuşların otağı təmiz və səliqəli olmalı, havası tez-tez dəyişdirilməlidir. Uşaqlarda termorequlyasiya pis olur, uşaq tez soyuqlayıb tez də isinir. Ona görə də uşaq otağının temperaturu daimi olaraq 220-230 olmalıdır.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова..»Детские Болезни» Москва 1986. Стр.30
711) Uşaq praktikasında ən çox istifadə olunan hərarət salıcı dərman hansıdır?
A) Parasitamol

B) Baralgin

C) Pipolfen

D) Analgin

E) Dimedrol
Əgər uşaqda bədən temperaturu 39 0-ni keçərsə bu hipertermiya adlanır. Uşaq orqanizmində müxtəlif dəyişikliklər baş verir. Uşaq praktikasında hərarəti salmaq üçün ən çox parasitamol istifadə edilir.
Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 422


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə