Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Qırtlağın bağüstü nahiyyəsinin xərçəngində hədəfin şüalanma sərhədləri?



Yüklə 1,44 Mb.
səhifə3/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   15

109) Qırtlağın bağüstü nahiyyəsinin xərçəngində hədəfin şüalanma sərhədləri?
A) Yuxarı-qırtlaq qapağının aşağı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın qanadları

B) Yuxarı-qırtlar qapağının sərbəst aşağı kənarı, - üzükvari qığırdağın yuxarı kənarı, ön-qalxanvari qığırdaq, arxa-ün çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın qanadları

C) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın yan qanadları

D) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-arxa qalxanabənzər qığırdağın qanadları

E) KT simulyasiyaya əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
110) Qırtlağın bağüstü nahiyyəsinin xərçəngində hədəf neçə sahədən şüalandırılır?
A) Orqan daxilindən

B) 1 perpendikulyar sahədən

C) 3 perpendikulyar sahədən

D) d. 4-5 yan sahələrdən

E) KT simulyasiyaya əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
111) Qırtlağın bağ hissəsinin şüalanmasından hədəfin sərhədləri necədir?
A) Yuxarı-təpə sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin arxa kənarı, arxa-çalovabənzər qığırdaq, yan qalxanvari qığırdağın daxili kənarı

B) Yuxarı-dilaltı sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-çalovabənzər qığırdaq, yan- qalxanvari qığırdağın daxili kənarı

C) KT simulyasiyaya əsasən fərdi seçilir

D) Yuxarı-dilaltı sümüyü, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-çalovabənzər qığırdaq, yan- qalxanvari qığırdağın daxili kənarı

E) Yuxarı-dilaltı sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-üzük çalovabənzər qığırdaq, yan-əlavə qalxanvari qığırdağın daxili kənarı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
112) Qırtlağın bağ hissəsinin şüalanması hansı sahələrdən aparılır?
A) KT simulyasiyaya və PTV-yə əsasən fərdi seçilir

B) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 arxa sahələrdən

C) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 6 ön-yan perpendikulyar sahələrdən

D) Bir çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

E) Beş ön çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
113) Qırtlağın bağaltı nahiyəsinin şüalanma sahələri necədir?
A) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 6 ön-yan perpendikulyar sahələrdən

B) KT simulyasiyaya və PTV-yə əsasən fərdi seçilir

C) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 arxa sahələrdən

D) Bir çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

E) Beş ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
114) Qırtlaq şişin şüalanması zamanı Lermit sindromunun profilaktikası üçün şərt nədir?
A) Onurğa beyninin ionlaşdırıcı şüalanma sahəsinə salınması

B) İntensiv simptomatik müalicənin aparılması

C) Onurğa beyninin 70% və ondan çox maksimal dozanın ionlaşdırıcı şüa təsirinə məruz qalması

D) Hiperqlikemiyadan istifadə

E) Onurğa beyninin 15-20% və ondan az maksimal dozanın şüa təsirinə məruz qalması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 148
115) Qırtlaq şişin şüalanması zamanı cəmi mənbə dozası hansı hallarda 60-65 Qr catdırılır?
A) Dərin rentgenteraiya zamanı

B) 35-40 Qr dozadan sonra şişin rerqssiyası 50% və ondan çox olarsa

C) Heç bir halda

D) Qammaterapiyada

E) Braxioterapiyada
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 149-150
116) Qırtlaq xərçənginin III-IV mərhələlərində radioterapiyadan sonra 5 il neçə faiz xəstə yaşayır?
A) 1,5-1,8% xəstələr

B) 1-2% xəstələr

C) 85-88% xəstələr

D) 25-30% xəstələr

E) 0% xəstələr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 151
117) Qırtlaq xərçənginin I-II mərhələlərində radioterapiyadan sonra 5 il neçə faiz xəstə yaşayır?
A) 2,5-3,2% xəstələr

B) 25-30% xəstələr

C) 0% xəstələr

D) 60-80% xəstələr

E) 10-15% xəstələr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 151
118) Qırtlaq şişlərinin şüalanması zamanı həyat üçün təhlükəli ən ağır gec fəsadları:
A) Olmur

B) Miokardit, pulmonit

C) Ödem, xondrit, mielit, nekroz

D) Miozit, meningit

E) Mukozit, otit
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.994
119) Maksilyar sinusun şişlərində radikal şüa müalicəsi hansı sahələrdən aparıla bilər?
A) Hərəkətli kəfkirli metodla (120 dərəcə)

B) KT simulyasiyaya və PTV-yə əsasən fərdi seçilir

C) Bir ön yan sahədən (sahə 6-7x6-7sm, 70-75 dərəcə bucaq altında)

D) Bir ön (sahə 4-5x8-9sm, hərəkətli kəfkirli metodla (120 dərəcə)

E) İki yan (5-6x7-8sm) sahələrdən, hərəkətli kəfkirli metodla (120 dərəcə), sahələrdən, hərəkətli kəfkirli metodla (1200)
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 160
120) Qida borusu xərçəngində qeyri və ya şərti radikal operasiyalardan sonra radioterapiya hansı dozada aparılır?
A) Qida borusu 20-25 Qr dozada şüalandırılır

B) Rezeksiya olunmuş şişin yatağı 40-45 Qr dozada şüalandırılır

C) Qida borusu 10-15 Qr dozada şüalandırılır

D) Rezeksiya olunmuş şişin yatağı 80-85 Qr dozada şüalandırılır

E) Şişin yatağı şüalandırılmır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 191
121) Qida borusu xərçəngində klassik rejimdə aparılan radikal şüa müalicəsindən sonra yaşama göstəriciləri?
A) 3 il 86.2% xəstə yaşamışdır

B) 3 il 6.2% xəstə yaşamışdır

C) 3 il 66.2% xəstə yaşamışdır

D) 3 il 56.2% xəstə yaşamışdır

E) 3 il 98% xəstə yaşamışdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 198
122) Kiçik hüceyrəli ağciyər xərçənginin yerli yayılmamış formalarında şüa müalicəsi hansı məqsədlə aparılır?
A) Bütün xəstələrə əks göstərişdir

B) Ürək çalışmamazlığında

C) Dərman müalicəsindən sonra alınmış tam və ya hissəvi remissiyanın konsolidasiyası məqsədi ilə və ya baş onurğa beyninə metastaz olduqda

D) Aparılmır

E) Tənəffüsün bərpası üçün
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 221
123) Kiçikhüceyrəli ağciyər xərçəngində baş beynin profilaktik şüalandırması hansı dozada həyata keçirilir?
A) 10 Qr

B) 5 Qr


C) 65-70 Qr

D) 30 Qr


E) 50 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 222
124) Radikal şüa müalicəsi sərbəst metod kimi qeyri-kiçik hüceyrələri ağciyər xərçənginin I-III mərhələsində hansı xəstələrə təyin edilir?
A) İnkurabel və ya operasiyadan imtina edən xəstələrə

B) Hepatit olan xəstələrə

C) Bütün xəstələrə

D) Leykopeniya olduqda

E) Biricili şiş 3 sm-dən böyük olduqda
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 225
125) Kurabel və operabel ağciyər xərçəngində radioterapiyanın cərrahi müdaxilədən qabaq təyin edilməsi nə üçün məqsədəuyğundur?
A) Nəticədə Go fazasında olan hüceyrələr məhv olunar

B) Nəticədə operasiya zamanı qanaxma azalır və operasion yara tez sağalır

C) Nəticədə operasion yara tez sağalır

D) Nəticədə yüksək proliferativ aktivliyə malik şiş hüceyrələrinin məhvi, şişin ölçülərinin kiçilməsi operasiyanın aparılması üçün daha optimal ablastik şəraitin yaradılması

E) Nəticədə operasiya zamanı qanaxma azalır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
126) Ağciyərlərin periferik şişlərində birinci şişdən ağciyər kökünə gedən “yolun” şüalanma sahəsinə salınması (peribronxial və penrivaskulyaor şiş infeksiyası) vacibdirmi?
A) Şişin ölçüsündən asılıdır

B) Limfa düyünlərində metastaz olarsa

C) Mütləq deyil

D) Qəti olmaz

E) Mütləqdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
127) Yuinq sarkomasında radioterapiya hansı dozada aparılır?
A) Şiş hüceyrələrinin tam eradikasiya üçün 50-60 Qr radikal doza hesab edilir

B) Toxumadaxili 100-110 Qr

C) Şiş hüceyrələrinin tam eradikasiya üçün 30-35 Qr radikal doza hesab edilir

D) Müştərək 90-100 Qr

E) Aparılmır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 223
128) Yuinq sarkomasında radioterapiya həcmi necədir və hansı dozada aparılır?
A) Ancaq şişin özü 10 Qr

B) Bu zaman zədələnmiş sümük 40 Qr, patoloji proses və ətraf 4-5 sm normal toxumalarda daxil olmaqla 50 Qr və şişin özü 60 Qr dozada şüalandırılır

C) Zədələnmiş sümük tam 20 Qr

D) Ancaq şişin özü 60 Qr

E) Zədələnmiş sümük tam 90 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 233-234
129) Estezioneyroblastomada radioterapiya nə vaxt təyin edilir?
A) Bütün xəstələrə əksgöstərişdir

B) Xəstəliyin yayılmış formalarda kimyəvi dərmanlara bir neçə kurs polikimyaterapiyadan sonra

C) Xəstəliyin yerli formalarında qeyri- radikal operasiyadan sonra şişin yatağı və regionar zonalara 50-55 Qr dozada

D) Təyin edilmir

E) Diaqnoz qoyulduqdan sonra
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 77
130) X-histiositozunda (eozinifil qranulema, Letter-Sive xəstəliyi, Hend-Şuller-Krisçen xəstəliyi) radioterapiya hansı dozada aparılır?
A) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,0 Qr olmaqla, cəmi 5 Qr

B) Şüa müalicəsi birdəfəlik mənbə dozası 2.0 Qr olmaqla, cəmi 80 Qr

C) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,3-1,8 Qr olmaqla, cəmi 20-30 Qr

D) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,8 Qr olmaqla, cəmi 90 Qr

E) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,3-1,8 Qr olmaqla, cəmi 100-110 Qr
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 191
131) Pineal şişlərdə radioteraoiya hansı dozada aparılır?
A) Aparılmır

B) Ancaq şiş 10 Qr

C) Baş beynin 80 Qr total

D) Ancaq şiş 40 Qr

E) Baş beynin 40 Qr total və əlavə olaraq 1-li mənbə 15 Qr
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 97
132) Yuvenil angiofibromada radioterapiya hansı dozada aparılır?
A) Prosesin 1 və 2-ci mərhələsində 30-36 Qr, şiş kəllə əsasina sirayət etdikdə isə 40-46 Qr dozada

B) Aparılmır

C) Şiş 20 Qr dozada şüalandırılır

D) Ancaq şiş kəllə əsasına sirayət etdikdə isə 40-46 Qr dozada

E) Şiş 55-65 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 154
133) Feoxromositomada hansı şüalanmadan istafadə edilir?
A) Distansiyalı

B) 131-yod-metayodobenzilquaniddən (I-131 MIBG),

C) Kontakt

D) Orqandaxili

E) Distansiyalı+ kontakt
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 35
134) Radikal mastektomiyadan sonra şişin ölçüləri 3,2 sm və regionar lımfa düyünlərində metastaz təyin edilməmişsə operasiyadan sonrakı radioterapiya necə aparılır?
A) Radikal dozada

B) Aparılmır

C) Qeyri-radikal dozada

D) Müştərək

E) Braxioterapiya
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.1225
135) Süd vəzisi xərçəngində sektoral rezeksiya+qoltuğaltı lımfadenoektomiyadan sonra radioterapiya necə aparılır?
A) Aparılmır

B) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada, sonra şişin yatağı əlavə 10-15 Qr 60 Qr qədər

C) Şişin yatağı 10-15 Qr və ya 40 Qr dozada

D) Regionar zonalar 45-50 Qr dozada

E) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 287-288
136) Süd vəzisi xərçəngində radioterapiya müstəqil müalicə metodu kimi operasiya aparılmasına əks-göstəriş olan və ya cərrahi müdaxilədən qəti imtina edən xəstələrə necə aparılır?
A) Aparılmır

B) Süd vəzisi və regionar zonalar 10-20 Qr dozada

C) Süd vəzisi və regionar zonalar 50-60 Qr, birinci şiş kiçildilmiş sahələrdən əlavə (braxioterapiya, və ya boost) 15-20 Qr dozada

D) Birinci şiş kiçildilmiş sahələrdən 45-50 Qr dozada

E) Braxioterapiya 50-60 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 291.
137) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı sahələr daxil edilir?
A) Süd vəzi, döş əzələləri və döş qəfəsi divarı

B) Döş qəfəsi divarı

C) Döş əzələləri və döş qəfəsi divarı

D) Süd vəzi

E) Süd vəzi+ döş əzələləri
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
138) Prostat vəzi xərçənginin distansion şüa müalicəsində şüalanmaya hansı struktur daxil edilir?
A) Prostat vəzi, regionar limfa düyünləri

B) Prostat vəzi, paraprostat toxumaları, toxum kisəciyi, sidik kisəsinin boynu və regionar limfa düyünləri

C) Toxum kisəciyi, sidik kisəsinin boynu və regionar limfa düyünləri

D) Prostat vəzi, toxum kisəciyi, sidik kisəsinin boynu

E) Prostat vəzi, paraprostat toxumaları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 351
139) Braxiterapiya sözü nə deməkdir?
A) Yalnız applikasion şüa müalicəsi

B) Radionuklid kapsulların şişlə uzaq məsafədə terapevtik istifadəsi

C) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi

D) Yalnız toxumadaxili şüa müalicəsi

E) Yalnız boşluqdaxili şüa müalicəsi
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6
140) İlk dəfə braxiterapiyanın əsası neçənci ildə qoyulmuşdur?
A) 1930-ci il

B) 1961-ci il

C) 1901-ci il

D) 1918-ci il

E) 1945-ci il
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6
141) Braxiterapiyanın hansı metodları mövcuddur?
A) Toxumadaxili, endolyuminal, boşluqdaxili, applikasion, endovaskulyar

B) Boşluqdaxili, applikasion, rentgenterapiya

C) Endolyuminal, endovaskulyar

D) Toxumadaxili, endovaskulyar

E) Toxumadaxili, boşluqdaxili, applikasion
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002. page 6-14
142) Braxiterapiyanın hansı növləri mövcuddur?
A) LDR- aşağı doza gücü,HDR- yüksək doza gücü

B) MDR- orta doza gücü,HDR- yüksək doza gücü

C) LDR- aşağı doza gücü ,MDR- orta doza gücü

D) HDR- yüksək doza gücü

E) LDR-aşağı doza gücü ,MDR-orta doza gücü ,HDR-yüksək doza gücü
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
143) LDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 2 qr/saat

B) 22 qr/saat

C) 12 qr/saat

D) 2-6 qr/saat

E) 6-12 qr/saat
Ədəbiyyat: GEC ESTRO Handbook of Brachytherapy 2002 .page 103-116
144) MDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 2 qr/saat

B) 2-12 qr/saat

C) 12 qr/saat

D) 6-12 qr/saat

E) 22 qr/saat
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002 . page 103-116
145) HDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 2 qr/saat

B) 6-12 qr/saat

C) 12 qr/saat –dan yuxarı

D) 12 qr/saat

E) 2-6 qr/saat
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
146) Uşaqlıq boynu xərçənginin hansı mərhələsində müştərək şüa müalicəsi

tətbiq edilir?
A) 2a,2b,3a,4b

B) 3a,3b,4a,4b

C) 1a,1b,2a.2b,3a,4a,4b

D) 1a,1b,2a,2b,3a,3b

E) 1a,1b,2a,2b,4b
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии Медицина 1989.стр. 240-260
147) Uşaqlıq boynu xərçənginin müştərək şüa müalicəsinə əksgöstərişlər hansıdır ?
A) Hamiləlik

B) İltihabi proseslər, uzaq metastazlar

C) Xarici cinsi orqanın inkişaf patologiyası

D) İltihabi proseslər, hamiləlik

E) İltihabi proseslər, uzaq metastazlar, xarici cinsi orqanların inkişaf patologiyası, uşaqlıq və yumurtalığın şişi, hamiləlik
Ədəbiyyat: İ.İsayevin Bədxassəli şişlərin şüa müalicəsinin əsasları Bakı 2001.səh. 317-318
148) Uşaqlıq cismi xərçənginin müalicəsində şüa terapiyasından necə istifadə edilir?
A) Radikal müştərək şüa müalicəsi, kombinə olunmuş və kompleks müalicəsinin komponenti kimi, paliativ

B) Kompleks müalicəsinin komponenti kimi, paliativ

C) İstifadə edilmir

D) Kombinə olunmuş və kompleks müalicəsinin komponenti kimi

E) Radikal və paliativ şüa müalicəsi
Ədəbiyyat: Рак шейки и тела матки, Марьина Л.А., Нечушкин М.И., 2004. стр.264-306
149) Uşaqlıq cismi xərçənginin müalicəsində radikal şüa terapiyası nə zaman tətbiq edilir?
A) Uşaqlıq cismi xərçənginin lokal və qeyri-operabel formalarda

B) Ümumi somatik əksgöstəriş olduqda, qeyri-operabel formalarda

C) İstifadə edilmir

D) Cərrahi əməliyyata ümumi somatik əksgöstəriş olduqda,qeyri-operabel formalarda,cərrahi əməliyatdan imtina edildikdə

E) Ümumi somatik əksgöstəriş olduqda, cərrahi əməliyyatdan imtina edildikdə
Ədəbiyyat: Рак шейки и тела матки , Марьина Л.А., Нечушкин М.И., 2004. стр.272-273
150) Uşaqlıq cismi xərçənginin şüa müalicəsi zamanı hansı şüa sahələrindən istifadə oluna bilər?
A) Statik 8 çəp şüa sahələrindən

B) Statik 2 qarşı-qarşıya , hərəkətli sektor – 4 hərəkət mərkəzindən

C) Hərəkətli sektor- 6 hərəkət mərkəzindən

D) Statik 4 çəp şüa sahələrindən

E) İndividual seçilir
Ədəbiyyat: Practical Radiotherapy Planming , Jane Dobbs 1999
151) Uşaqlıq yolu xərçəngində hansı şüa terapiyası metodlarından istifadə edilir?
A) Distansiyalı qamma terapiya

B) Neytrontutucu və boşluqdaxili braxiterapiya

C) Distansion qamma terapiya, dərin rentgenterapiya

D) İstifadə olunmur

E) Distansiyalı qamma terapiya, toxumadaxili və boşluqdaxili braxiterapiya
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
152) Uşaqlıq yolu xərçənginin 1-ci mərhələsində şüa müalicəsinin hansı metodundan istifadə edilir?
A) Braxiterapiya

B) Distansion qamma terapiya, yaxınfokuslu rentgenterapiya

C) Distansiyalı qamma terapiya

D) Distansion, dərin rentgenterapiya

E) Rentgenterapiya
Ədəbiyyat: Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, İ.İsayev, 2001. səh 303-308
153) Uşaqlıq cismi xərçənginin 1a mərhələsində nə zaman cərrahi əməliyyatdan sonra şüa terapiyası istifadə olunur?

A) Risk faktorları müsbət və aşağı differensasiyalı xərçənglərdə

B) Risk faktorları müsbət olarsa

C) Risk faktorlarının olub-olmamasından asılı olmayaraq, aşağı differensasiyalı xərçənglərdə

D) Risk faktorları mənfi olduqda

E) İstifadə olunmur


Ədəbiyyat: NCCN practice quidelines in Oncology 05.01.2008
154) Vulva xərçənginin hansı mərhələsində kombinə olunmuş müalicə tətbiq edilir ?
A) Yalnız I mərhələdə

B) I,II,III mərhələrdə

C) Aparılmır

D) Bütün mərhələrdə

E) II və III mərhələrdə
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии Медицина, 1989. стр.155-160
155) Uşaqlıq cismi sarkomasının hansı histoloji formasında şüa terapiyası kombinə olunmuş müalicənin komponenti kimi istifadə olunur?
A) Leyomiosarkoma

B) Karsinosarkoma

C) Qarışıq mezodermal şişlər

D) Karsinosarkoma

E) Endometrial stromal, karsinosarkoma, qarışıq mezodermal şişlər
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии. Медицина 1989.стр. 354-356
156) Qida borusunun aşağı döş hissəsinin şüalanması aparılır?
A) 5 sahədən

B) 1 sahədən

C) Fərdi seçilir

D) 2 sahədən

E) 4 sahədən
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 195
157) Qida borusu xərçənginin II-IV mərhələsi olan xəstələrin distansion qammaterapiya müalicəsindən sonra orta yaşama müddəti aşağıdakı hansı variantda düzgün göstərilmişdir?
A) 1-2 ay

B) 3-6 ay

C) 2-4 ay

D) 35-45 ay

E) 19-23 ay
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 197
158) Qida borusu şişlərinin şüalanmasında tez-tez rast gələn şüa reaksiyalarına hansı aiddir?
A) Faringit

B) Laringit

C) Ezofagit

D) Dermatit

E) Epiteliit
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
159) Qida borusu xərçənginin şüa müalicəsi zamanı radikal doza sayılır?
A) 15 Qr

B) 25-35 Qr

C) 60-70 Qr

D) 55 Qr


E) 30-40 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 197
160) Qida borusunun hansı hissəsinin zədələnməsində onurğa beyninin şüalanmasını azaltmaq məqsədilə pazvari filtirlər istifadə olunur?
A) Yuxarı döş şöbəsi

B) Boyun şöbəsi

C) Abdominal şöbəsi

D) Orta döş şöbəsi

E) Aşağı döş şöbəsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 290
161) Qida borusu xərçəngində palliativ məqsədlə şüa müalicəsi zamanı CMD hansı dozada məsləhətdir?
A) 40 Qr

B) 15 Qr


C) 90 Qr

D) 80 Qr


E) 0,5 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 198
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə