Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Aşağıdalılardan hanı düz bağırsağın əməliyyaönü şüa müalicəsinə əks göstərişdir?



Yüklə 1,44 Mb.
səhifə9/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

512) Aşağıdalılardan hanı düz bağırsağın əməliyyaönü şüa müalicəsinə əks göstərişdir?
A) Şişin parçalanma mərhələsində olması

B) Miotoniya xəstəliyi

C) Yaşın 60- dan çox olması

D) Ankilozlaşdırıcı spondilopoliartrit

E) Arteral hipertoniya
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996 səh.122
513) Hansı halda ağciyər xərçəngi zamanı radikal şüa müalicəsi aparmaq göstəriş deyil?
A) Psoriaz xəstəliyi zamanı

B) Portal hipertenziya əlamətləri olduqda

C) Şişin baş beyinə metastazı olduqda

D) Şəkərli diabet zamanı

E) Sklerodermiya xəstəliyi zamanı
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996 səh.139
514) Aşağıdakılardan hansı alt dodağın qırmızı haşiyəsi xərçənginin şüa müalicəsi zamanı baş verməz?
A) Xeylit

B) Paraodontit

C) Qlossit

D) Stomatit

E) Sirinqomieliya
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
515) Ağciyərin xırdahüceyrəli xəçənginin baş beyinə metastazının şüa müalicəsi zamanı əlavə hansı müalicə daha çox aparılmalıdır?
A) Spazmolitiklər

B) Heç biri

C) Dehidratasion

D) Vitaminlər

E) Antibakterial
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
516) Aşağıdakılardan hansının süd vəzi xərçənginin baş beyinə metastazının şüa müalicəsi zamanı aparılması mənasızdır?
A) Kraniospinal şüa müalicəsi

B) Baş beyinin total şüa müalicəsi

C) Dehidratasion terapiya

D) Hamısı

E) Heç biri
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
517) Aşağıdakılardan hansı qırtlaq-udlaq xərçənginin şüa müalicəsi zamanı doğru fikir deyil?
A) Metastazlar zamanı palliativ şüa müalicəsi aparmaq olmaz

B) Regionar limfa düyünləri şüa sahəsinə salınmalıdır

C) Radiomodifikatorlar istifadə etmək olar

D) Termoplastik maskadan istifadə etmək məqsədəuyğundur

E) Cərrahi əməliyyat şüa müalicəsi effektsiz olduğu halda müzakirə oluna bilər
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
518) Aşağıdakılardan hansı burun-udlaq xərçənginin 3D konformal şüa müalicəsi zamanı istifadə edilmir?
A) Termoplastik maska

B) KT simulyator

C) Portal vision

D) Fokal və Xio proqramları

E) Teraqam qammaterapevtik cihazı
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
519) Multilif kolimatorlu xəttli sürətləndiricidə burun-udlaq xərçəngi olan xəstənin şüa müalicəsini planlaşdıran zaman aşağıdakılardan hansına ehtiyac yoxdur?
A) KT simulyatora

B) Xio proqramına

C) Termoplastik maskaya

D) Brachivision proqramına

E) Fokal proqramına
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
520) Kraniofaringioma xəstəliyi olan xəstəyə 3 D konformal şüa müalicəsinin aparılması üçün nəyə ehtiyac yoxdur?
A) KT simulyasiyanın aparılmasına

B) PTV- nin çəkilməsinə

C) Multilif kolimatorlu xəttli sürətləndiriciyə

D) Dəriyə tatuaj qoyulmasına

E) Termoplastik maskanın taxılmasına
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
521) Vilms şişi hansı orqanın xəstəliyidir?
A) Baş beyinin

B) Bütün cavablar düzdür

C) Ətrafların

D) Qaraciyərin

E) Böyrəklərin
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
522) Sinovial mənşəli xoş xassəli şiş hansıdır?
A) Şvannoma

B) Sinovioma

C) Sinovial sarkoma

D) Qanqlioma

E) Rabdomioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
523) Aşağıdakılardan hansı əzələ mənşəli xoş xassəli şişlərə aiddir?
A) Miozit

B) Rabdomioma

C) Rabdomiosarkoma

D) Qibernoma

E) Fibrosarkoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
524) Alt dodağın xərçənginin xərçəngönü xəstəliklərinə hansılar aiddir?
A) Leykoplagiya

B) Manqanotti xeyliti

C) Məhdud hiperkeratoz

D) Keratoakantoma

E) Hamısı
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 128с.
525) Dərinin bazal hüceyrəli karsinoması metastazını birinci növbədə haraya verməkdədir?
A) ağciyərə

B) beyinə

C) Adətən metastaz vermir

D) böyrəyə

E) qaraciyərə
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
526) Aşağıdakılardan hansı APUD – sistemin yeni törəmələrinə aiddir?
A) Meningioma

B) Xordoma

C) Bronxogen xərçəng

D) Qulaqətrafı tüpürcək vəzisinin xərçəngi

E) Qalxanabənzər vəzin medulyar xərçəngi
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
527) Aşağıdakı hansı xəstəliyin virus təsiri ilə əmələ gəlməsini əlaqələndirmirlər?
A) Qara ciyər xərçəngi

B) Uşaqlıq boynu xərçəngi

C) Burun – udlağın xərçəngi

D) Leykoz

E) Mədə xərçəngi
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
528) Aşağıdakı hansı xəstəlik adətən hormonal balansın pozulması nəticəsində yaranmır?
A) Prostat vəzinin xərçəngi

B) Uşaqlığın xərçəngi

C) Süd vəzisinin xərçəngi

D) Qara ciyərin xərçəngi

E) Yumurtalıqların xərçəngi
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
529) Aşağıdakı hansı xəstəlik fakultativ xərçəngönü xəstəliklərə aiddir?
A) Dyübrey melanozu

B) Bouen xəstəliyi

C) Xroniki xeylit

D) Keyr eritroplakiyası

E) Piqment kseroderması
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
530) Aşağıdakı hansı xəstəlik obliqat xərçəngönü xəstəliklərə aiddir?
A) Piqment kserodermiyası

B) Keratoma

C) Dərinin qocalıq atrofiyası

D) Kron xəstəliyi

E) Dərinin çapıq atrofiyası
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
531) Aşağıda göstərilən şişlərin hamısı radiohəssas sayılır, yalnız biri radiorezistentdir. Bu hansıdır?
A) Limfasarkoma

B) Limfaqranulomatoz

C) Seminoma

D) Mədənin adenokarsinoması

E) Vilms şişi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
532) Aşağıdakı sayılan şişlərdən ən çox radiorezistent hansını qəbul etmək olar?
A) Seminoma

B) Yastı hüceyrəli buynuzlaşmayan xərçəng

C) Yuinq şişi

D) Kiçik hüceyrəli ağ ciyər xərçəngi

E) Osteogen sarkoma
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
533) Şüa müalicəsinin iki müxtəlif üsulundan istifadə etməklə aparılan şüa müalicəsi necə adlanır?
A) Orqandaxili şüa müalicəsi

B) Müştərək şüa müalicəsi

C) Toxumadaxili şüa müalicəsi

D) Bölünmüş kursla şüa müalicəsi

E) Distansion şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 56
534) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi ilə yanaşı antiandrogenlər istifadə oluna bilər?
A) Prostat vəzinin xərçəngində

B) Dərinin melanomasında

C) Böyrək xərçəngində

D) Limfosarkomada

E) Qırtlaq xərçəngində
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
535) Aşağıda göstərilən hansı müayinə metodu qaraciyər şişlərinin diaqnostikası üçün daha informativ müayinə metodu hesab edilir?
A) Ultrasəs tomoqrafiyası

B) Kontrastlı MRT

C) Kompüter tomoqrafiya

D) Arterioqrafiya

E) Rentqenoskopiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985 Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 396
536) Aşağıda göstərilən hansı müayinə metodu divar aralığının bəd xassəli limfomalarının diaqnostikası üçün daha informativ hesab edilir?
A) Kompüter tomoqrafiya

B) Pnevmomediaste

C) Toraskopiya

D) Angioqrafiya

E) Polipozision rentqenoqrafiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
537) Aşağıda göstərilən hansı müayinə metodu göz almasının şişlərinin təyini üçün daha informativ müayinə metodu hesab edilə bilər?
A) MRT

B) Rentgenoloji müayinə

C) USM

D) Flüoroqrafiya



E) Angioqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1136
538) Aşağıda göstərilən hansı müayinə metodu burun - udlaq şişlərinin təyini üçün daha informativ müayinə metodu hesab edilir?
A) Angioqrafiya

B) Rentgenoloji müayinə

C) USM

D) MRT


E) İrriqoskopiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 217
539) Aşağıda göstərilən hansı müayinə metodu neyrogen mənşəli şişlərin təyini üçün daha informativ müayinə metodu hesab edilir?
A) Uroqrafiya

B) Kolonoskopiya

C) MRT

D) Angioqrafiya



E) USM
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
540) Aşağıda göstərilən hansı müayinə metodu yumşaq toxuma şişlərinin təyini üçün daha informativ müayinə metodudur?
A) USM

B) Angioqrafiya

C) Pnevmomediastinoskopiya

D) İrriqoskopiya

E) MRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
541) Sümük şişlərinin təyini üçün aşağıdakı hansı müayinə metodu daha informativ müayinə metodudur?
A) USM

B) KT


C) Uroqrafiya

D) İrriqoskopiya

E) Angioqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
542) Baş - beyinin və onurğa beyninin şişlərinin təyini üçün daha informativ müayinə metod hansıdır?
A) USM

B) Uroqrafiya

C) Angioqrafiya

D) Uroqrafiya

E) MRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
543) Aşağıdakı hansı variantda bəd xassəli timomaların müalicə taktikası düzgün göstərilmişdir?
A) Ancaq kimya terapiya

B) Ancaq cərrahi müalicə

C) Cərrahi əməliyyat + şüa terapiyası

D) Ancaq şüa müalicəsi

E) Krioterapiya+ kimya terapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 459
544) Süd vəzisi xərçənginin ödemli infiltrativ forması zamanı hansı müalicə metodları daha məqsədə uyğundur?
A) Kombinə olunmuş müalicə

B) Ancaq cərrahi müalicə

C) Ancaq kimya terapiyası

D) Ancaq şüa müalicəsi

E) Kompleks müalicə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
545) Feoxromositomalı xəstələrin optimal müalicə planı hansı qəbul edilə bilər?
A) Şişin radikal cərrahi çıxarılması + krioterapiya

B) Lazer + kimya terapiyası

C) Şişin radikal cərrahi çıxarılması + Rentgenterapiya + kimya terapiyası

D) Şişin radikal cərrahi çıxarılması + şüa terapiyası

E) Şişin radikal cərrahi çıxarılması
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
546) Dəri melanomasının diaqnostikasının əsas metodu hansıdır?
A) Termoqrafiya

B) Radiofoyer sınağı

C) Morfoloji metod

D) Şüa melanuriyası

E) Radiostintiqrafiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
547) Xəstə14 yaşında. Diaqnoz: Bazu sümüyünün diafizinin Yuinq sarkoması (PNET şişi): Hansı müalicə taktikası optimal hesab edilə bilər?
A) Kimyaterapiya + Şüa müalicəsi

B) Kimyaterapiya

C) Şüa terapiyası

D) Kimyaterapiya + Rentgenterapiya

E) Kimyaterapiya +cərrahi əməliyyat + Rentgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
548) Xəstə12 yaşında. Diaqnoz: 4 - cü bel fəqərəsinin Yuinq sarkoması (PNET şişi): hansı müalicə taktikası düzgündür?
A) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya

B) Kimyaterapiya + şüa terapiyası

C) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya

D) Rentgenterapiya + kimyaterapiya

E) Şüa terapiyası
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
549) 43 yaşlı xəstədə III A mərhələdə qırtlağın yastı hüceyrəli xərçəngi, ekzofit böyümə forması, cərrahi müdaxilədən əvvəlki 40 Qr dozada şüalanma aparılıb. 2 həftədən sonra kliniki olaraq şişin praktiki olaraq tam rezorbsiyası qeyd olunur. Bu halda aşağıdakılardan hansı doğrudur?
A) Qırtlağın hipertermiyası

B) Kimyaterapiya

C) Müşahidə

D) Krioterapiya aparmaq

E) Şüa terapiyasını radikal proqramda davam etdirmək
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
550) 82 yaşlı xəstədə II B mərhələdə qida borusunun orta döş sahəsinin xərçəngi. Aşağıdakı hansı müalicə taktikası doğru qəbul edilə bilər?
A) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə

B) Radikal proqram ilə müstəqil şüa terapiyası

C) Dərin rentgenterapiya

D) Cərrahi əməliyyat

E) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
551) 50 yaşlı xəstədə orta döş səviyyəsində uzunluğu 4 sm disfagiya əlamətləri ilə paraezofageal limfa düyünlərə metastazlarla, qida borusunun xərçəngi. Aşağıda sayılanlardan hansı adekvat müalicə üsulu kimi qəbul edilməz?
A) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə

B) Müstəqil proqramla teleqammaterapiya

C) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə

D) Cərrahi müdaxilə

E) Kimya şüa müalicəsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
552) Mədənin adenokarsinoması hansı lokalizasiyada olduqda şüa terapiyasına daha həssasdır?
A) Mədə cismi

B) Kardial şöbə

C) Antral şöbə

D) Böyük əyrilik

E) Lokalizasiya ilə əlaqəsi yoxdur
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
553) Servikal kanala sirayətlə (II mərhələ) uşaqlıq cisimin xərçəngində uşağlığın artımlarla genişləndirilmiş ekstripasiyasından sonra aşağıda qeyd olunan hansı müalicəni aparmaq məqsədəuyğundur?
A) Rentgenterapiya + kimyaterapiya

B) Kiçik çanağın CMD 90 – 95 qr xarici şüalanma

C) Şüa terapiyası məqsədəuyğun deyil

D) Cərrahi müdaxilədən sonrakı müştərək şüa terapiyası

E) Kiçik çanağın CMD 10 qr xarici şüalanma
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
554) Aşağıdakı hansı variantda III mərhələli (T2N2M0) vulva xərçənginin müalicə üsulu düzgün göstərilmişdir?
A) Şüa müalicəsi + ovariektomiya

B) Genişləndirilmiş vulvoektomiya + krioterapiya

C) Genişləndirilmiş vulvoektomiya cərrahi əmliyyatından sonra şüa müalicəsi

D) Şüa müalicəsi + genişləndirilmiş vulvoektomiya + antiandrogen terapiya

E) Genişləndirilmiş vulvoektomiya
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
555) 70 yaşlı xəstədə başın tüklü hissəsində 2 sm ölçülü hərəkətli dəri xərçəngi vardır. Aşağıdakı hansı müalicə üsulunu aparmaq məqsədəuyğundur?
A) Braxiterapiya

B) Yaxınfokuslu rentgenoterapiya

C) Məlhəmlərlə müalicə

D) Kimyaterapiya

E) Cərrahi əmliyyat+ Kimyəvi dərman müalicəsi
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
556) 20 yaşlı xəstədə boyun körpücüküstü zonaların divararalığı və sağ qalça qasıq limfa düyününün zədələnməsi ilə Hockin limfoması III B mərhələ, qarışıq hüceyrəli variant, pisməqamlı proqnoz. Aparılacaq şüa terapiyasının həcmi necə olmalıdır?
A) Şüa terapiyası kimyaterapiya ilə eyni vaxtda

B) Kimyaterapiyadan sonra qalan zədələnmə ocaqlarına və qaraciyərə

C) Radikal proqramla bütün qrup limfa düyünlərə

D) Şüa terapiyası məqsədəuyğun deyil

E) Kimyaterapiyadan sonra bütün əvvəlki zədələnmə ocaqlarına
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
557) 34 yaşlı xəstəyə sağ süd vəzinin yuxarı xarici kvadrantında T1N0M0 mərhələli xərçəng şişi radikal rezeksiya olunub. Sonrakı müalicə hansı variantda düzgün göstərilib?
A) Krioterapiya

B) Profilaktik kimyaterapiya+ rentgenterapiya

C) Süd vəzisinə, qoltuqaltı, körpücüküstü – altı zonalara şüa terapiyası

D) Süd vəzisinə şüa terapiyası aparmaq

E) Müşahidə
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
558) 38 yaşlı xəstəyə sağ süd vəzisi xərçənginə görə radikal rezeksiya olunub. Şiş yuxarı xarici kvadrantdadır(3, 5 sm) T2N0M0, Sonrakı müalicə taktikası hansı variantda düzgün göstərilmişdir?
A) Müşahidə

B) Profilaktik kimyaterapiya+ rentgenterapiya

C) Krioterapiya

D) Sağ süd vəziyə şüa terapiyası aparmaq

E) Süd vəzisinə, qoltuqaltı, körpücüküstü – altı zonalara şüa terapiyası
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
559) Süd vəzisi xərçənginin klinik təyin olunmayan regionar zona limfa düyünlərinin profilaktik BMD 2 qr şüalanmasında lazım olan doza hansı variantda düzgün göstərilmişdir?
A) 35 – 36 qr

B) 30 – 35 qr

C) 70 qr – dan çox

D) 44 – 50 qr

E) 60 qr – dan çox
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
560) Aşağıdakı hansı variantda süd vəzisi xərçənginin I mərhələsində (şişin xarici lokalizasiyası) aparılan müalicə düzgün göstərilmişdir?
A) Ancaq hormonoterapiya

B) Rentgenterapiya + radikal mastektomiya

C) Kimyaterapiya

D) Radikal rezeksiya + şüa müalicəsi

E) Ancaq şüa müalicəsi
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
561) Aşağıdakılardan hansı şüa terapiyasının ağırlaşmalarına aid deyil?
A) Zəiflik

B) Leykopeniya

C) Ürəkbulanma, qusma

D) Metastazların əmələ gəlməsi

E) Yuxunun pozulması
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
562) Şiş toxumasının tam məhvi üçün lazım olan şüalanma dozası necə adlanır?
A) Eritem dozası

B) Ekspozisiya dozası

C) Udulma dozası

D) Həyəcanlanma dozası

E) Kanserosid doza
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
563) Şiş və normal toxumaların, müxtəlif orqanlar və tam orqanizmin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi, fiziki və digər agentlərin köməyi ilə idarə olunması - zəifləndirilməsi və ya gücləndirilməsi necə adlanır?
A) Repopulyasiya

B) Radiorezistentlik

C) Radiohəssaslıq

D) Reoksigenasiya

E) Radiomodifikasiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
564) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi ilə aparılan şüa müalicəsi necə adlanır?
A) Kontakt şüa müalicəsi

B) Palliativ şüa müalicəsi

C) Radikal şüa müalicəsi

D) Müştərək şüa müalicəsi

E) Radionuklid kapsullarla müalicə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
565) Operasiya vaxtı normal toxumaların zədələnməsini minimuma endirməklə patoloji prosesi böyük dozada şüalandırılması ilə aparılan şüa müalicəsini necə adlandırmaq olar?
A) Dərin rentgenterapiya

B) Palliativ şüa müalicəsi

C) İntraoperasion şüa müalicəsi

D) Kombinəolunmuş şüa müalicəsi

E) Müştərək şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
566) Əsas məqsədi şərti radikal cərrahi müdaxilədən sonra operasiya sahəsində qalması ehtimal olunan şiş hüceyrələrinin məhv edilməsi olan şüa müalicəsi necə adlanar?
A) Boşluqdaxili şüa müalicəsi

B) Postoperasion radioterapiya

C) Palliativ şüa müalicəsi

D) Müştərək şüa terapiyası

E) Dərin rentgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
567) İonlaşdırıcı şüaların şiş toxumasında yaratdığı morfoloji dəyişikliklər necə adlanır?
A) Breqq piki

B) Reverberasiya

C) Şüa reaksiyası

D) Müalicəvi şüa patomorfozu

E) Oksigen effekti
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
568) Aşağıdakı hansı xəstəliyin I - II mərhələsində radikal şüa müalicəsi aparıla bilər?
A) Mədə xərçəngi

B) Qaraciyərin hepatosellülyar xərçəngi

C) Osteogen sarkoma

D) Qaraciyərin xolangiosellülyar xərçəngi

E) Alt dodaq qırmızı haşiyəsinin xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə