Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Əksər xəstələrdə ezofagitin klinik əlamətləri hansı doza tədbiqindən sonra baş verir?



Yüklə 1,44 Mb.
səhifə4/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   15

162) Əksər xəstələrdə ezofagitin klinik əlamətləri hansı doza tədbiqindən sonra baş verir?
A) 70 Qr

B) 60 Qr


C) 20 Qr

D) 15 Qr


E) 35-40 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
163) Qida borusu xərçənginin şüa müalicəsinin effektliyini qiymətləndirmək üçün əsasən aşağıdaki müayinə metodları istifadə olunur?
A) USM

B) KT müayinə

C) Rentgen , KT və endoskopiya müayinələri

D) Endoskopiya müayinəsi

E) Rentgen müayinə
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 185
164) Qida borusu xərçəngində morfoloji strukturuna görə daha radiohəssas şiş sayılır?
A) Adenokarsinoma

B) Vəzili kistoz xərçəng

C) Differensiasiya olunmayan xərçəng

D) Yastıhüceyrəli xərçəng

E) Mukoepidermoid xərçəng
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 186
165) Süd vəzisinin şüalanması zamanı hansı şüa reaksiyaları rast gəlir?
A) Ezofagit

B) Epiteliit

C) Faringit

D) Hiperemiya və epidermit

E) Laringit
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 284
166) Süd vəzisi xərçənginin şüalanması zamanı radikal proqram üzrə hansı zonalar şüalandırılır?
A) Süd vəzisi + körpücüküstü-altı nahiyə

B) Süd vəzisi + qoltuqaltı nahiyə + körpücüküstü-altı nahiyə

C) Qoltuqaltı nahiyə+ körpücüküstü-altı nahiyə

D) Süd vəzisi + qoltuqaltı nahiyə

E) Süd vəzisi
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
167) Sektoral rezeksiyadan sonra süd vəzisinə hansı dozada şüa verilir(klassik rejimdə)?
A) Süd vəzisinə 50 Qr

B) Süd vəzisinə 10 Qr ; +10 Qr cərrahi çapığa

C) Cərrahi çapığa 20 Qr

D) Süd vəzisinə 50 Qr ; +10 Qr cərrahi çapığa

E) Cərrahi çapığa 10 Qr
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
168) Süd vəzisi xərçəngi olan xəstələrdə əsasən şişin hansı ölçülərində əməliyyatönü şüa terapiyası aparılır?
A) 3 sm

B) 3,5 sm

C) 2 sm

D) 2 sm –dən çox



E) 5 sm-dən çox
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 302
169) Radikal mastektomiyadan sonra şüalanma dozası?
A) Cərrahi çapığa 90 Qr

B) Cərrahi çapığa 40 Qr

C) Cərrahi çapığa 10 Qr

D) Cərrahi çapığa 14 Qr

E) Cərrahi çapığa 50 Qr
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
170) Sümüklərə metastaz vermiş süd vəzisinin xərçəngi olan xəstələrdə palliativ effekt almaq məqsədilə istifadə olunan iri fraksiyalı şüa dozası?
A) 6 ya 8 Qr, interval 48 saat

B) 1.7 ya 8 Qr, interval 6 saat

C) 2 ya 3 Qr, interval 4 saat

D) 1.4 ya 7,5 Qr, interval 48 saat

E) 1.6 ya 8,5 Qr, interval 24 saat
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 307
171) Süd vəzisi xərçənginin radikal şüa müalicəsinə əks göstərişlər hansı variantda düzgün qeyd edilmişdir?
A) Xəstəliyin III mərhələsi

B) Ümumi zəiflik

C) Bronxit

D) Xəstəliyin İV mərhələsi

E) Qaraciyərə metastaz
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 311
172) Lokal prostat vəzi xərçənginin (T1-2N0M0) mümkün müalicə metodlarını göstərin?
A) Aktiv müşahidə, radikal prostatektomiya, şüa terapiyası

B) Aktiv müşahidə

C) Prostat vəzinin rezeksiyası, radikal prostatektomiya, sonar sidik kisəsinin rezeksiyası, lazer şüaları

D) Prostat vəzinin rezeksiyası, dərin rentgenterapiya

E) Radikal şüa müalicəsi, prostat vəzinin rezeksiyası
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
173) Yerli yayılmış prostat vəzi xərçənginin (T3-4N0M0 və ya T1-4N1M0) mümkün müalicə metodlarını göstərin?
A) Radikal şüa terapiyası, prostat vəzinin rezeksiyası, Portal vision

B) Şüa terapiyası, hormonterapiya

C) Radikal prostatektomiya, braxiterapiya, fizioterapiya

D) Prostat vəzinin rezeksiyası, braxiterapiya, rentgenterapiya

E) Prostat vəzinin rezeksiyası, hormonterapiya, infraqırmızı şüalar
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
174) Sadalanan prostat vəzi xərçənginin müalicəsində istifadə olunan metodlardan hansı ən effektiv olaraq, həm də ən yaxşı “həyat keyfiyyətini” təmin edir?
A) Hormonterapiya

B) Kimyaterapiya

C) Şüa terapiyası

D) Cərrahi müalicə

E) İmmunoterapiya
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
175) “BOX” texnikası ilə kiçik çanaq nahiyəsində aparılan şüa terapiyası zamanı neçə sahədən istifadə olunur?
A) 3

B) 4


C) 5

D) 2


E) 6
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
176) T3-4N0-1M0 və ya T1-2NХ-1M0 mərhələli prostat vəzi xərçənginin I etap şüa terapiyası zamanı şüalandırma sahələrinin yuxarı səviyyəsini göstərin
A) L2-L3-L4-L5

B) S3-S4


C) L5-S1

D) S1-S2


E) S2-S3
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
177) Prostat vəzi xərçənginin distansiyalı qamma-terapiyasının cəmi mənbə dozası (CMD) neçədir?
A) 40-46 Qr

B) 46-50 Qr

C) 96-100 Qr

D) 56-60 Qr

E) 66-70 Qr
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
178) Prostat vəzi xərçənginin çoxsaylı sümük metastazları olduqda sistem şüa terapiyası məqsədilə istifadə olunan radioizotop hansıdır?
A) Palladium

B) İridium

C) Stronsium

D) Yod


E) Qızıl
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
179) Prostat vəzinin xərçənginin braxiterapiyası zamanı daim implantasiya üçün istifadə olunan radioizotop hansıdır?
A) Qızıl

B) İridium

C) Palladium

D) Yod


E) Gümüş
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
180) Sidik kisəsinin invaziv karsinomasının ən effektiv müalicə metodunu göstərin?
A) Sidik kisəsinin rezeksiyası sonra polikimyaterapiya

B) Sidik kisəsinin rezeksiyası sonra şüa terapiyası

C) Kombinə olunmuş kimyaradioterapiya

D) Sidik kisəsinin rezeksiyası sonra immunoterapiya

E) Sidik kisəsinin rezeksiyası sonra kombinə olunmuş kimyaradioterapiya
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
181) Sidik kisəsi xərçənginin distansiyalı qamma-terapiyası zamanı maksimal doza hansı hədəfə çatdırılır?
A) Qasıq limfa düyünlərinə

B) Bütöv kiçik çanağa

C) Regional limfa düyünləri və sidik kisəsinə və düz bağırsağa

D) Şiş yatağına

E) Sidik kisəsinə
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
182) Sidik kisəsi xərçənginin distansion qamma-terapiyası zamanı zamanı: sidik kisəsi və düz bağırsağın vəziyyəti necə olmalıdır?
A) Sidik kisəsi dolu, düz bağırsaq boş olmalıdır

B) Sidik kisəsi boş, düz bağırsaq boş olmalıdır

C) Sidik kisəsi boş, düz bağırsaq dolu olmalıdır

D) Sidik kisəsi dolu, düz bağırsaq dolu olmalıdır

E) Fərqi yoxdur
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
183) Sidik kisəsi xərçənginin hansı histoloji variantı şüa terapiyasına daha həssasdır?
A) Bədxassəli papilloma

B) Yastı hüceyrəli

C) Adenokarsinoma

D) Keçid hüceyrəli

E) Anaplastik
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
184) Sidik kisəsi xərçənginin hansı mərhələsi radikal şüa terapiyasına göstərişdir?
A) T1N0M0

B) T1-3N0-3M1

C) T1-3N0M0

D) T1-2N0-1M1

E) T1-4N0M1
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
185) Əgər sidik kisəsi xərçəngi olan xəstəyə birdəfəlik mənbə doza 4-6 Qr olmaqla 3-4 gün ərzində cəmi mənbə doza 16-18 Qr həcmində əməliyyatönü şüa terapiyası aparılıbsa cərrahi əməliyyat nə vaxt icra olunmalıdır?

A) Şüa terapiyası başa çatdıqdan 1 gün sonra

B) Şüa terapiyası başa çatdıqdan 4 ay sonra

C) Şüa terapiyası başa çatdıqdan 5 ay sonra

D) Şüa terapiyası başa çatdıqdan 3ay sonra

E) Şüa terapiyası başa çatdıqdan 2 ay sonra


Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
186) Əgər sidik kisəsi xərçəngi olan xəstəyə birdəfəlik mənbə doza 2 Qr olmaqla cəmi mənbə doza 40-60 Qr həcmində əməliyyatönü şüa terapiyası aparılıbsa cərrahi əməliyyat nə vaxt icra olunmalıdır?
A) Şüa terapiyası başa çatdıqdan 1gün sonra

B) Şüa terapiyası başa çatdıqdan 3 həftə sonra

C) Şüa terapiyası başa çatdıqdan 2 həftə sonra

D) Şüa terapiyası başa çatdıqdan 1 ay sonra

E) Şüa terapiyası başa çatdıqdan 2 ay sonra
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
187) Sidik kisəsi xərçəngi olan xəstələrə postoperativ şüa terapiyası nə vaxt başlamalıdır?
A) Əməliyyatdan 2 gün sonra

B) Əməliyyatdan sonra 1 ay ərzində

C) Əməliyyatdan 5 ay sonra

D) Əməliyyatdan 1gün sonra

E) Əməliyyatdan 8 həftə sonra
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
188) Aşağıda sadalananlardan hansılarını prostat vəzi xərçənginin şüa müalicəsi zamanı düz bağırsağın zədələnməsinin profilaktikası məqsədi ilə istifadə etmək olar?
A) “Anuzol” şamları, 10% dimeksid məhlulu mikroklizmaları

B) Metilurasil şamları, 10% dimeksid məhlulu mikroklizmaları

C) Metilurasil şamları, hipertonik NaCl məhlulu mikroklizmaları

D) “Anuzol” şamları, hipotonik NaCl məhlulu mikroklizmaları

E) “Anuzol” şamları, hipertonik NaCl məhlulu mikroklizmaları
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
189) Sümüklərin radiohəssas şişləri hansılardır?
A) Limfoma (retikulosarkoma)

B) Xondroma

C) Osteoma

D) Osteosarkoma

E) Osteoblastoklastoma
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
190) Limfoma diaqnozu ilə xəstələrin müalicə taktikası nədən asılıdır?
A) Heç bir fərqi yoxdur

B) Xəstənin yaşından

C) Xəstənin cinsindən

D) Mərhələdən

E) Xəstənin konstitusiyasından
Ədəbiyyat: İsayev İ. Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, 2001, S.412
191) Çoxsaylı mielom xəstəliyinin müalicə taktikası hansıdır?
A) Şüa terapiyası

B) Kimyaradioterapiya

C) İmmunoterapiya

D) Kimyaterapiya

E) Hormonterapiya
Ədəbiyyat: İsayev İ. Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, 2001, S.433
192) Lokal mielom xəstələrində şüa terapiyasının cəmi mənbə dozası neçə olmalıdır?
A) 10-20 Qr

B) 5-10 Qr

C) 70-74 Qr

D) 60-70 Qr

E) 35-40 Qr
Ədəbiyyat: İsayev İ. Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, 2001, S.440
193) Sümük şişlərinin şüa müalicəsində hansı fraksiyalı şüa müalicəsi aparılır?
A) Fərq etməz

B) Klassik fraksiyalarla

C) Aparılmır

D) Bölünmüş kurs

E) Hipefraksiya , kiçik fraksiya
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
194) Uşaqlarda Hockin limfomasının IIIB mərhələsində cəmi mənbə doza nə qədər olmalıdır?
A) 30-35 Qr

B) 10-15 Qr

C) 50-60 Qr

D) 15-20 Qr

E) 40-50 Qr
Ədəbiyyat: İsayev İ. Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, 2001, S.486
195) Mediastinal limfa düyünlərinin şüalandırması zamanı onurğa beyninə düşən maksimal doza neçə olmalıdır?
A) 65-70 Qr

B) 80-85 Qr

C) 30-35 Qr

D) 65 Qr


E) 45-55 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
196) Hockin limfoması IIB və IIIA mərhələsində istifadə olunan müalicə taktikası hansıdır?
A) Kimyaterapiya 2-4 kurs + şüa terapiyası

B) Hormonterapiya

C) Kimyaterapiya 6 kurs

D) Radikal şüa terapiyası

E) Simptomatik terapiya
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
197) Osteoxondromalarda şüa müalicəsinin cəmi mənbə dozası neçə olmalıdır?
A) 70 Qr

B) Aparılmır

C) 40 Qr

D) 50 Qr


E) 60 Qr
Ədəbiyyat: Давыдов М.И. Энциклопедия клинической онкологии, 2004, С.326
198) Limfomalarda mediastinal limfa düyünlərinin şüalanması zamanı hansı “gec” reaksiyalar daha tez-tez baş verir?
A) Meningit

B) Pulmonit

C) Enterit

D) Eritema

E) Leykopeniya
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
199) Limfomalarda mediastinal limfa düyünlərinin şüalanması zamanı hansı “erkən” reaksiyalar daha tez-tez baş verir?
A) Eritema

B) Ezofagit

C) Mielit

D) Leykopeniya

E) Perikardit
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
200) Hockin limfomasının IIIB mərhələsində şüa müalicəsinin aşağıdakılardan hansı metodika tətbiq olunur?
A) 6 kurs PKT-dan sonra cərrahi əməliyyat

B) 2-3 kurs PKT + şüa terapiyası + 3 kurs PKT

C) 2 kurs PKT-dan sonar braxiterapiya

D) Ancaq PKT

E) 2 kurs PKT + şüa terapiyası + 2 kurs PKT+ dərin rentgenterapiya
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
201) Hockin limfoması IIIA mərhələsində müalicəni nədən başlamaq lazımdır?
A) 3 kurs PKT + şüa terapiyası

B) Hormonterapiyadan

C) İmmunoterapiyadan

D) Şüa terapiyası

E) Braxiterapiyadan
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
202) Mədənin limfoması zamanı radioterapiya aparıldıqda hansı orqanlar şüa terapiyasına məruz qalır?
A) Mədə, yoğun bağırsaq

B) Qida borusu ,nazik bağırsaq,mədə

C) Nazik bağırsaq,mədə,yoğun bağırsaq ,mədəaltı vəzi

D) Yoğun bağırsaq

E) Düz bağırsaq
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
203) Baş beyin şişi olan xəstədə cərrahi əməliyyatdan sonra qalıq şiş varsa radikal doza hansı sayılır?
A) 45qr

B) 60qr


C) 40qr

D) 30qr


E) 50qr
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 – 463 s.
204) Cərrahi əməliyyatdan sonra medulloblastomaların düzgün şüa müalicəsi?
A) Şişin yatağına-CMD=60qr

B) Baş beyinə total-CMD=30qr.; şişin yatağına-CMD=50qr.; onurğa beyninə- CMD=30qr

C) Baş beyinə total-CMD=40qr.; onurğa beyninə-CMD=40qr

D) Baş beyinə total-CMD=50qr

E) Şişin yatağına-CMD=50qr.; onurğa beyninə-CMD=40qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
205) Baş beyin şişləri olan xəstələrdə düzgün müalicə taktikası?
A) Operasiya

B) Kimya-terapiya

C) Simptomatik müalicə

D) Şüa müalicəsi

E) Operasiya, şüa müalicəsi
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
206) Baş beyin şişlərində şüa müalicəsinin neçə sahədən aparılması düzgün deyil?
A) 1

B) 3


C) 5

D) 2


E) 4
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 – 463 s.
207) Baş beyin şişlərində şüa müalicəsi zamanı hədəfin ölçülərinin sərhədləri şişin yatağının sərhədlərindən hansı məsafədə olmalıdır?
A) Baş beyin total

B) Qalıq şişə

C) 1.5-2sm

D) 5sm


E) Şişin sərhədində
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 – 461 s.
208) Baş beyin şişlərindən hansı şüa müalicəsinə həssasdır?
A) Astrositomalar

B) Hipofizin adenomaları

C) Medulloblastomalar

D) Ependimomalar

E) Oliqodendroqliomalar
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
209) Baş beyin şişlərindən hansı metastaz vermir?
A) Sinir sisteminin bədxassəli papillomaları

B) Meningiomalar ( WHO Grade I)

C) Ependimoblastomalar

D) Medulloblastomalar

E) Pineoblastomalar
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
210) Baş beyin şişlərinin şüa müalicəsi ilə bərabər hansı simptomatik terapiya aparılması məsləhətdir?
A) İltihab əleyhinə

B) Trankvilizatorlar

C) Hepartoprotektorlar

D) Parenteral qidalanma

E) Dehidratasiya
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 – 465
211) Hansı orqanlarda və hansı histoloji formada olan xərçəng baş beyinə daha çox ehtimalla metastaz verə bilər?
A) Ağ ciyərin xirda hüceyrəli xərçəngi

B) Süd vəzinin infiltrativ xərçəngi

C) Mədənin adenokarsinomasi

D) Qırtlağın yastı hüceyrəli xərçəngi

E) Qida borusunun yastı hüceyrəli xərçəngi
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
212) Udlaq xərçəngi olan xəstələrdə radikal müalicə taktikası hansı sayıla bilər?
A) Boyun nahiyəsi-60qr

B) Şişə-60qr.; l\d-40qr

C) Şişə-60qr.; regionar nahiyələrə-40qr; metastatik l\d-50qr

D) Şişə-60qr

E) Şişə-40qr
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -127 s.
213) Udlaq xərçəngi olan xəstələrin əsas müalicə metodu?
A) Kimyaterapiya

B) Radioterapiya

C) Hormonoterapiya

D) İmmunoterapiya

E) Cərrahi
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -127 s.
214) Udlaq xərçəngi olan xəstələrdə şüa müalicəsinə əks göstəriş?
A) Ağrılar

B) Disfagiya

C) Şişin parçalanması, qanaxma

D) Çeçəmə

E) Afoniya
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -127 s.
215) Udlaq xərçəngi olan xəstələrdə N0 olarsa, çənəaltı-boyun l\d-nə verilən CMD?
A) 40qr

B) Verilmir

C) Udlaqda şişə verilən doza ilə uygun

D) 30qr


E) 60qr
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -127 s.
216) Udlaq xərçəngi olan xəstələrdə şüa müalicəsinin neçə sahədən aparılması düzgün deyil?
A) 4

B) 2


C) 3

D) 5


E) 1
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -127 s.
217) Aşağıdakı xərçəng xəstəliklərindən hansının beyin əsasına sirayət etməyə daha çox ehtimalı var?
A) Udlaq-qırtlaq

B) Burun-udlaq

C) Ağız-udlaq

D) Dil


E) Qırtlaq
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -129 s.
218) Aşağıdakı lokalizasiyalı xərçənglərdən hansı udlağa aid deyil?
A) Armudvari cib

B) Badamcıq

C) Dilin kökü

D) Çalovabənzər qığırdaq

E) Rozenmüller çuxuru
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -122-141 s.
219) Udlaq xərçəngi olan xəstələrdə şüa mualicəsindən sonra hansı fəsad olmur?
A) Şüa faringiti

B) Şüa dermatitı

C) Şüa stomatitı

D) Kserostomiya

E) Şüa kataraktası
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
220) Udlağın bəd xassəli şişlərinin hansı histoloji forması daha çox rast gəlir?
A) Limfomalar

B) Differensə olunmayan

C) Yastı hüceyrəli

D) Adenorarsinomalar

E) Karsinoid
Ədəbiyyat: Əmiraliyev N.M. ”Qırtlaqın xərçəngi” – Bakı – 2002 – 14 s.
221) Udlaqda olan şişlərdən hansı xoş xassəli sayıla bilər?
A) Adenokistoz karsinoma

B) Yastı huceyrəli karsinoma

C) Differensə olunmayan karsinoma

D) Karsinoid

E) Yastı huceyrəli papilloma
Ədəbiyyat: Əmiraliyev N.M. ”Qırtlaqın xərçənqi” – Bakı – 2002 – 14 s.
222) Udlağın hansı hissəsində Şminke şişlərinə rast gəlmək olar?
A) Qırtlaq-udlaq

B) Ağız-udlaq

C) Dilin kökü

D) Burun-udlaq

E) Udlaq-yemək borusu birləşməsi
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -135 s.
223) Qırtlaq xərçəngi ilə xəstələrdə hansı simptomlar radioterapiyaya əks-göstərişdir?
A) Öskurək

B) Udqunmanın çətinləşməsi

C) Xondroperixondrit

D) Arıqlama

E) Afoniya
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 145 s.
224) Qırtlaq xərçəngi ilə xəstələrdə şüalanma sahələri nəyə əsasən seçilir?
A) Orqanda lokalizasiyasından və şişin ölcülərindən asılı olaraq

B) Şişin makroskopik formasına görə

C) Xəstəliyin mərhələsini nəzərə alaraq

D) Yaranan simptomlara əsasən

E) Şişin dərinliyinə görə
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 146 s.
225) Qırtlaq şişinin şüalanması zamanı onurğa beyninin ionlaşdırıcı şüalanma təsirinə məruz qalması maksimal dozanın neçə faizini təşkil etməlidir?
A) 45-50%

B) 75-80%

C) 15-20%

D) 90%-dən çox

E) 60-65%
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 148 s.
226) Radioterapiyadan sonra qırtlaq xərçəngı ilə xəstələrdə yaranan hansı şüa reaksiyası spesifik sayılır?
A) Şüa epiteliiti

B) Şüa larinqofarinqiti

C) Şüa dermatiti

D) Şüa fibrozu

E) Şüa ezofagiti
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
227) Son zamanlar terapevtik intervalın genişləndirilməsi və nəticələrin yüksəldilməsi üçün qırtlaq xərçəngı xəstələrində istifadə olunan hansı fraksiyalı şüa müalicəsi daha effektlidir?
A) Klassik rejim

B) Tezləşdirilmiş hiperfraksiya rejimi

C) HDR rejimi

D) LDR rejimi

E) MDR rejimi
Ədəbiyyat: Əliyeva S.B. “Qırtlaq xərçənginin T3N0M0 mərhələsində kimyaterapiya və şüa müalicəsi” Moskva, 1999, diss., 16 s.
228) Qırtlaq xərçənginin T1-3 mərhələsində hansı dozada şüa müalicəsi radikal sayılır?
A) 15-20qr

B) 35-40qr

C) 40-50qr

D) 30-35qr

E) 65-70q
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 149 s.
229) Qırtlaq şişlərində şüa müalicəsinin neçə sahədən aparilması düzgün deyil?
A) 3

B) 4


C) 5

D) 1


E) 2
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə