Biologiya 7-ci sinif



Yüklə 160,55 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü160,55 Kb.
#21851
növüDərs



Elmi redaktor

Q.Quliyev, biologiya elmləri doktoru

Ümumi təhsil pilləsinin dövlət standartları və

proqramları (kurikulumları) əsasında

hazırlanmışdır.

Biologiya – 7.

Ümumtəhsil məktəbləri üçün dərslik.



Y.Seyidli, X.Əhmədbəyli, N.Əliyeva

Bakı. “Bakınəşr” – 2014, 144 səh.

www.bakineshr.az

ISBN 978-9952-430-15-8 (1)

Dil redaktoru

K.Abbasova

Korrektor

K.Cəfərli

Dizayn


“TM” group

Rəssamlar

M.Hüseynov, E.Məmmədov

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2014

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan

bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən

çap etdirmək, surətini çıxarmaq, elektron

informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Format 70x100 

1

/



16

 .

Fiziki çap vərəqi 9.



Çapa imzalanmışdır 08.08.2014.

Tiraj 113 450, pulsuz.





Elmi redaktor

Q.Quliyev, biologiya elmləri doktoru

Ümumi təhsil pilləsinin dövlət standartları və

proqramları (kurikulumları) əsasında

hazırlanmışdır.

Biologiya – 7.

Ümumtəhsil məktəbləri üçün dərslik.



Y.Seyidli, X.Əhmədbəyli, N.Əliyeva

Bakı. “Bakınəşr” – 2014, 144 səh.

www.bakineshr.az

ISBN 978-9952-430-15-8 (1)

Dil redaktoru

K.Abbasova

Korrektor

K.Cəfərli

Dizayn


“TM” group

Rəssamlar

M.Hüseynov, E.Məmmədov

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2014

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan

bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən

çap etdirmək, surətini çıxarmaq, elektron

informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Format 70x100 

1

/



16

 .

Fiziki çap vərəqi 9.



Çapa imzalanmışdır 08.08.2014.

Tiraj 113 450, pulsuz.








DƏRSLİYİNİZLƏ TANIŞ OLUN!

Dərslikdə mövzu üzrə olan materiallar xarakterinə

görə bu ardıcıllıqla yerləşdirilmişdir:




CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ

ONUN ÖYRƏNİLMƏSİ

1-ci fəsil 

Canlı orqanizmlər və onların öyrənilməsi

1. Canlı orqanizmləri öyrənən elm sahələri

İnsanlar tərəfindən yaradılan qurğuların, cihazların bir çoxu bitki və heyvanların quruluşuna

və ya xüsusiyyətlərinə əsaslanır. Məsələn, təyyarənin uçuşu quşları, həşəratları və uçan

məməliləri xatırladır. Paraşütün uçuşu isə zəncirotunun uçağanlı meyvəsinin havada uçuşuna

oxşayır.

Hansı biliklər ixtiraçılara bu kimi cihazları yaratmağa kömək etdi?

Fəalliyət

Canlı  orqanizmləri  öyrənən  biologiya  elmi  bir  çox  sahələrə  ayrılır. Bitkiləri  öyrənən  botanika,

heyvanları  öyrənən zoologiya,  göbələkləri öyrənən mikologiya  vəs.  kimi  elm  sahələri  sizə

tanışdır.

Canlı orqanizmlərin həm xarici, həm də daxili quruluşunu morfologiya (yun. morfe – forma, logos

–  elm)  adlanan  elm  sahəsi  öyrənir. Məsələn,  yarpaq  –  yarpaq  ayası  və  saplaqdan,  qurbağanın

bədəni isə baş, gövdə və ətraflardan ibarətdir.

Anatomiya  (yun. anatome  – yarıram)  morfologiyanın  tərkib  hissəsi olub,  orqanizmlərin  daxili

quruluşunu  öyrənir.  Belə  ki,  ağac  gövdəsi qabıq,  kambi,  oduncaq  və  özəkdən  ibarətdir.  İnsanın

ürəyi  4  kameralı  – iki  qulaqcıq  və  iki  mədəcikdən  təşkil  olunmuşdur.  Botanikada  bitki

anatomiyası, zoologiyada heyvan anatomiyası sahələrini ayırırlar.

Quş və

kəpənəyin



oxşar və

fərqli


cəhətlərini

sadalayın.



Nəticəni müzakirə edin:

Sizcə, bütün

əlamətləri

göstərə bildinizmi?

Canlı orqanizmləri

öyrənən


elm sahələri



Orqanizmlərin həyat fəaliyyətlərini öyrənən elm sahəsi fiziologiya (yun. fizis – təbiətlogos –

elm) adlanır. Bitkilərdə gedən fotosintez, tənəffüs və s. kimi fizioloji prosesləri bitki

fiziologiyası, heyvanlarda baş verən fizioloji prosesləri isə (qan dövranı, tənəffüs, ifrazat və s.)

heyvan fiziologiyası öyrənir.

Canlı obyektləri öyrənmək üçün bioloqlar vaxtaşırı digər elm sahələrinə müraciət edirlər. Belə

ki, canlı orqanizmlərdə maddələrin analizinin aparılması üçün kimyanın köməyinə ehtiyac

duyulur. Bunun nəticəsində biokimya elmi meydana gəldi. Canlı orqanizmlərə xas olan, məsələn,

işığın gözə və yaxud da yarpağa təsiri kimi fiziki hadisələri biofizika elmi tədqiq edir. Bu elm

sahələri bioloji prosesləri daha yaxşı araşdırmağa kömək edir.



Öyrəndiklərinizi yoxlayın

1. Dərslikdəki mətndən istifadə edərək cədvəli tamamlayın.

Bioloji elmlər

Nəyi öyrənir?

Nümunə

Fiziologiya



Anatomiya

Morfologiya

2. Verilənləri hansı elm sahələri öyrənir?

1.  Balığın tənəffüsünü

2.  Ürəyin işini

3.  Üzgəcin quruluşunu

4.  Balığın skeletini

Öyrəndiklərinizi tətbiq edin

Mətndən istifadə edərək canlılar haqqında elm

sahələrinin adını müəyyən etməklə krossvordu

tamamlayın.

1.  Canlı orqanizmlərin həyat fəaliyyəti əsasında

baş verən kimyəvi prosesləri öyrənən elm

sahəsi.

2.  Orqanizmlərin daxili quruluşunu öyrənən elm



sahəsi.

3.  Orqanizmlərin həyat fəaliyyətlərini öyrənən elm

sahəsi.

4.  Bioloji sistemlərdə baş verən fiziki prosesləri



və müxtəlif fiziki amillərin bioloji obyektlərə

təsirini öyrənən elm.




2. Biologiyanın tədqiqat üsulları

İngilis alimi Ç.Darvin bir dəfə bağda gəzərkən soxulcan gördü. Onun hərəkətlərini bir müddət

müşahidə edərək belə qənaətə gəldi ki, soxulcan torpağı yumşaldaraq onun məhsuldarlığını

artırır.


Ç.Darvin hansı yolla soxulcanın təbiətdə rolunu müəyyən etdi?

Biologiyada daha hansı üsullardan istifadə edilə bilər?

Fəalliyət

Fotosintezin getmə sürətinin

karbon qazının havadakı

konsentrasiyasından asılılıq

qrafikini diqqətlə nəzərdən

keçirin. Burada X oxu üzərində

karbon qazının konsentrasiyası, Y-

də isə fotosintezin nisbi sürəti

göstərilir.

Qrafikə əsasən suallara cavab verin:

1.  Karbon qazının konsentrasiyası 0,1% və 0,18% arasında olarsa, fotosintezin

sürətində nə baş verər? 2. Əgər istixana havasında karbon qazının miqdarı 0,03% və

ya 0,08% olarsa, fotosintezin sürəti nəyə bərabər olar?

Canlı varlıqların öyrənilməsi üçün müxtəlif metodlardan (yun. methodos –

yol, tədqiqat, dərketmə yolu) istifadə edilir. Bunların ən əsası müşahidə,

eksperiment və ölçmədir.

Müşahidə. Hər hansı bir obyektin və ya hadisənin duyğu orqanlarının köməyi

ilə öyrənilməsinə əsaslanır. Canlı orqanizmlər üzərində müşahidələr

aparmaqla onların təsvir edilməsi bir çox məsələləri aydınlaşdırmağa kömək

edir. Məsələn, alma ağacı ilin hansı ayında çiçəkləyir, yarpaqların tökülməsi,

yəni xəzan nə vaxt baş verir? Canlıların müşahidəsini həm təbii, həm

laboratoriya şəraitində aparmaq mümkündür.

Təbiətdə belə müşahidələr zamanı binokldan, videokameradan,

laboratoriyada isə lupa, mikroskop və digər avadanlıqdan istifadə edilə bilər.

Müşahidə zamanı məlumatlar toplanır. Onların əsasında elmi mülahizələr

Müşahidə


Eksperiment

Ölçmə



irəli sürülür. Bunların təsdiq edilməsi üçün isə eksperiment aparılır.

Eksperiment (lat. experimentum – təcrübə, sınaq). Bu üsuldan müşahidə

nəticəsində irəli sürülən mülahizəni yoxlamaq, onu təsdiq və ya inkar etmək

üçün



istifadə olunur. Məsələn, təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, azot duzları bitkinin

gövdə və yarpaqlarının böyüməsini sürətləndirir.



Ölçmə. Bir çox hallarda müşahidə və eksperimentlər ölçmə ilə müşayiət olunur. Belə ki,

gübrələrin bitkilərə təsirini onların boylarını ölçərək gübrə verilməyən bitkilərlə müqayisə

etməklə müəyyənləşdirmək mümkündür.

Beləliklə, müşahidə, eksperiment və müvafiq ölçmələr nəticəsində tədqiqatçı öyrəniləcək obyekt

və ya hadisə barədə müəyyən elmi biliklər əldə edir.

Öyrəndiklərinizi tətbiq edin

Cədvəli tamamlayın.

Tədqiqat üsulları

Misallar


İstifadə olunan avadanlıq

 

 



 

 

 



 

 

 



 

Öyrəndiklərinizi yoxlayın

1.  Aşağıdakı qənaətə gəlmək üçün hansı metodlardan istifadə olunmuşdur?

– Ətirli tütün bitkisinin çiçəkləri gecə açılır, gündüz bağlanır.

– Amöbün yerləşdiyi su damlasına duz kristalı əlavə etdikdə, o, yalançı ayaqlarını yığır

və dəyirmi forma alır.

2.  Tədqiqatçı yeni buğda sortunun böyümə sürətinə işıqlanma müddətinin təsirini öyrənmək

istəyir. O, bu zaman hansı tədqiqat metodlarından istifadə edə bilər? Tədqiqatçının

işinin gedişini təsvir edin və mülahizələrinizi əsaslandırın.



3. Mikroskopiya

Qədim zamanlardan insanlar gözlə çətin görünən cisimləri görmək üçün müxtəlif cihazlardan

istifadə etmişlər. Məsələn, münəccimlər göy cisimlərinə baxmaq üçün sadə teleskoplardan,

dənizçilər uzaq məsafələrə baxmaq üçün isə durbinlərdən istifadə edirdilər.

Bəs mikroaləmin obyektlərini necə müşahidə etmək olar?

Onlar nə üçün və necə öyrənilir?




Mikroskopiya – tədqiqat üsulu. Mikroskopiya üsulu mikroskopun köməyi ilə müxtəlif

obyektlərin öyrənilməsinə əsaslanır. Onun əsasını işıq və elektron mikroskopu ilə aparılan

tədqiqatlar təşkil edir. Bu üsul adi gözlə seçilməyən mikroskopik obyektlərin quruluşunu

öyrənməyə imkan verir.




Fəaliyyət – Laboratoriya işi

Müvəqqəti preparatların hazırlanması qaydası

Təchizat: İşıq mikroskopu, əşya və örtük şüşələri, Petr fincanı, içərisində su olan stəkan,

pinset, filtr kağızı, pambıq lifi və ya saç tükü.



İşin gedişi: 1. Əşya şüşəsini kənarlarından tutaraq ehtiyatla götürün.

2. Bir neçə pambıq lifi və ya saç tükünü əşya şüşəsinin mərkəzinə qoyun. 3. Obyektin üzərinə

pipetlə 1-2 damcı su tökün. 4. Örtük şüşəsinin kənarlarından ehtiyatla tutaraq onun bir tərəfini

damcının içərisinə salın və sonra onu ehmalca əşya şüşəsinin üzərinə yerləşdirin.

Əşya və örtük şüşələri arasında hava qabarcığı qalmamalıdır!

– Suyun artığını filtr kağızı ilə götürün.

– Preparata əvvəl mikroskopun kiçik, sonra böyük böyüdücüsündə baxın.

– Mikroskopda gördüyünüzü dəftərinizə çəkin.

Bu üsuldan həm cansız, həm də canlı mikroskopik obyektlərin tədqiqində istifadə etmək

mümkündür. Biologiyada mikroskopla aparılan tədqiqatlarda, adətən, canlının müəyyən nazik

kəsiyindən və ya hissəciyindən hazırlanmış preparatlardan istifadə edilir.

İşıq mikroskopu ilə işləmək qaydası

1.  Mikroskopu ştativi özünə tərəf olmaqla stolun kənarından 5-8 sm aralı qoyun.

2.  Güzgünün köməyi ilə işığı əşya kürsüsündə olan dəliyə yönəldin.

3.  Preparat düzəldərək əşya kürsüsünün üzərinə qoyun.

4.  Preparatın əşya şüşəsini sıxacların köməyi ilə kürsüyə bərkidin.

5.  Vintdən istifadə etməklə tubusu ehmalca endirin və elə edin ki, obyektivin aşağı kənarı

preparatdan 1-2 mm məsafədə olsun.

6.  Okulyardan baxmaqla əşyanın preparatda aydın surəti görünənə qədər tubusu yavaş-yavaş

qaldırın.

Öyrəndiklərinizi tətbiq edin

1. Preparatların hazırlanması mərhələsini düzgün

ardıcıllıqla göstərin.

2. 1-dən 7-yə qədər nə

işarə olunmuşdur?

1. __

2. __

3. __

4. __

5. __

6. __

7. __




Öyrəndiklərinizi yoxlayın

1. 


 

6-cı sinifdə siz soğan dəriciyinin hazır

preparatına baxmısınız. Şəklə baxaraq preparatın hazırlanması prosesinin ardıcıllığını

uyğun rəqəmlərlə göstərin və hər mərhələni təsvir edin.

2. 

“İşıq mikroskopu ilə işləmək qaydası” mətnindən istifadə edərək düzgün cavabları



seçin:

 1. Mikroskopu, ştativi özünüzdən kənara olmaqla yerləşdirin. 2. Mikroskopun

ştativini özünüzə tərəf qoyun. 3. İş üçün mikroskopun görünüş sahəsi güclü

işıqlandırılmalıdır. 4. Mikroskopun görünüş sahəsi zəif işıqlandırılmalıdır. 5. Hazır

preparatı əşya kürsüsünün altına yerləşdirin. 6. Hazır preparatı əşya kürsüsünün üzərinə

qoyun və onu sıxaclarla bərkidin. 7. Okulyardan baxmaqla böyük vinti aydın təsvir

görünənə qədər fırladın. 8. Bunu ehtiyatla edin ki, preparatı zədələməyəsiniz.

4. Canlı orqanizmlərin müxtəlifliyi

Heyvanlar kimi, üzvi maddələrlə qidalanan göbələklər və əksər bakteriyalar üzvi maddələri

qeyri-üzvi maddələrdən sintez edə bilmirlər. Digər tərəfdən, bəzi ibtidai heyvanlar da

xlorofilin olmasına görə işıqda bitkilər kimi qidalanırlar. Lakin qaranlıqda onlar məhv olmur

və heyvanlar kimi hazır üzvi maddələrlə qidalanırlar.



Bütün canlı orqanizmlər üçün hansı əlamətlər ümumi sayılır?

Canlı təbiətin nümayəndələri hansı xarakterik əlamətlərə malikdir?




Fəaliyyət

Anlayışların adlarını cədvəlin müvafiq sütunlarına yazın:

 fotosintez, ürək, heterotrof, xlorofil,

mədə, qidalanma, ələyəbənzər borular, ağızcıqlar, tənəffüs, avtotrof, görmə, hüceyrə, qan

Bitkilər

Heyvanlar

 

 

Orqanizmlərdə oxşar əlamətlər. Yer üzərində yaşayan canlılar geniş müxtəlifliyə malikdirlər.



Onların arasında birhüceyrəlilərdən başlayaraq, çoxhüceyrəlilər kimi formalar mövcuddur. Bütün

bu orqanizmlər xarici görünüşcə müxtəlif olsa da, onları ümumi bir cəhət – hüceyrəvi quruluşa

malik olmaları birləşdirir. Orqanizmlərin digər ümumi xüsusiyyətləri onların qıcıqlara cavab

verməsi, irsi əlamətlərini nəslə ötürmələri, onlarda gedən maddələr və enerji mübadiləsidir.



Canlı orqanizmlərin fərqli xüsusiyyətləri

Bitki və heyvanlar. Bitki hüceyrəsi qalın hüceyrə divarı, plastidlər və iri vakuolun olması ilə

heyvan hüceyrələrindən fərqlənir. Bitkilərə nisbətən heyvanlarda hərəkət formaları daha

müxtəlifdir. Heyvanlarda olan sinir sistemi, əzələ və hiss orqanları bitkilərdə olmur. Bitki və

heyvanlarda olan fərqlər onların qidalanma xüsusiyyətlərinə də aiddir. Bitkilərin əksəriyyəti

avtotrof hesab olunur. Bu xüsusiyyət onlara xaricdən yalnız qeyri-üzvi maddələr – su, mineral

duzlar, karbon qazı almağa və günəş enerjisindən istifadə edərək üzvi maddələr yaratmasına

imkan verir. Heyvanlar isə digər heyvan və bitkiləri yeməklə yalnız hazır üzvi maddələrlə

qidalanır.



Göbələklər. Göbələklərdə həm bitkilərin, həm də heyvanların əlamətlərinə rast gəlinir. Onların

hüceyrələrində, bitkilərdəki kimi, qalın hüceyrə divarı və iri vakuol olur. Lakin heyvanlardakı

kimi, ehtiyat qida maddəsi qlikogendir və hüceyrələrində plastidləri olmur. Göbələklər də əksər

heyvanlar kimi heterotrof yolla qidalanırlar.



Bakteriyalar. Birhüceyrəli orqanizmlərdir. Formalaşmış nüvəsinin və bir çox hüceyrə

orqanoidlərinin olmamasına görə bitki və heyvan hüceyrəsindən fərqlənir. Orqanizmlərdə bu cür

müxtəlifliyin yaranması onların həyat şəraitinə uyğunlaşmaları ilə əlaqədardır.

Öyrəndiklərinizi tətbiq edin

“Canlı orqanizmlərin əsas xüsusiyyətləri” cədvəlinin uyğun xanalarını tamamlayın.

Əsas xassələri

Heyvanlar

Bitkilər

Göbələklər

Qidalanma

 

 



 

Hərəkət


 

 

 




Qıcıqlanma

 

 



 

İfrazat


 

 

 



Böyümə

 

 



 

Hüceyrənin quruluşu

 

 

 




Öyrəndiklərinizi yoxlayın

1. Düzgün cavabı seçin:

1.  Hüceyrəsində formalaşmış nüvəsi olmayan canlılar:

а) bitkilər b) bakteriyalar c) heyvanlar.

2.  Xloroplastlar yerləşir:

а) canlı orqanizmlərin bütün hüceyrələrində;

b) bitkilərin bütün hüceyrələrində;

c) bitkilərin yalnız yaşıl hüceyrələrində;

d) yalnız göbələk hüceyrələrində.

3.  Göbələklər heyvanlara ona görə oxşayırki:

а) hərəkətsizdirlər; b) qidanı soraraq udurlar; c) heterotrofdurlar.

2. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun gələn anlayışı müəyyən edin:

Anatomiya – quruluş / Fiziologiya – ... ?

Heyvanlar – zoologiya / Bitkilər – ... ?

Yarpaq – orqan / Fotosintez – ... ?

Bitkilər – avtotrof / Göbələklər – ... ?

Qidalanma – proses / Mədə – ... ?

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Düzgün cavab variantını seçin:

 a) Orqanizmin və onun orqanlarının daxili quruluşunu

öyrənən elm anatomiyadır/fiziologiyadır. b) Orqanizmlərin müxtəlifliyi və təsnifatı ilə

məşğul olan elm mikologiya/sistematika adlanır. c) “Zoologiya”/ “botanika” sözünün yunan

dilindən tərcüməsi “bitki” deməkdir. d) Orqanizmlərin həyat fəaliyyətini öyrənən elm sahəsi



fiziologiyadır / morfologiyadır. e) Biologiyanın heyvanlar aləmini öyrənən elm sahəsi

zoologiya” / “botanika” adlanır.

2. Düzgün cavabı seçin:

 “Soğan dəriciyindən mikropreparatın hazırlanması” laboratoriya işi

zamanı hansı əməliyyatı birinci yerinə yetirmək lazımdır?

1) Preparat iynəsinin köməyi ilə əşya şüşəsi üzərində soğan dəriciyini yerləşdirmək; 2)

Vinti hərəkət etdirərək tubusu preparatdan 1-2 mm məsafəyə qədər ehmalca endirmək; 3)

Təmiz silinmiş əşya şüşəsinin üzərinə bir-iki damсı su tökmək; 4) Okulyara baxaraq

təsvirin dəqiqləşdiyi ana qədər vinti asta-asta hərəkət etdirmək; 5) Soğan dəriciyinin

üzərini örtük şüşəsi ilə örtərək mikroskopun əşya kürsüsünün üzərinə qoymaq.

3. Hansı tədqiqat metodları ilə bu faktlar müəyyən olunmuşdur:

 a) Yeni doğulmuş uşağın

nəbzi dəqiqədə 140 ürək döyüntüsünə bərabərdir. 1-2 yaşında uşaqlar üçün bu göstərici 100-



ə8-14 yaşında isə 80-ə bərabərdir. b) Bəzi həşəratlar yarpaqlara və ya budaqcıqlara

bənzəyir. Belə oxşarlıq onları quşlar tərəfindən yeyilməkdən qoruyur.




4. Bitkilərə, göbələklərə və heyvanlara uyğun əlamətləri seçərək cədvəlin müvafiq

sütunlarında qeyd edin.

 1. Əsasən heterotrof qidalanma, 2. Möhkəm hüceyrə divarı, 3.

Plastidlərin olması, 4. Fəal hərəkət, 5. Əsasən avtotrof qidalanma, 6. Həzm sistemi, 7. İri

hüceyrə vakuolu, 8. Böyümə, 9. Tənəffüs sistemi, 10. Tozlanma.

Bitkilər


Heyvanlar

Göbələklər

 

 

 



5. Nə üçün göbələkləri ayrıca aləmə aid edirlər?


BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN

MÜXTƏLİFLİYİ

2-ci fəsil 

İbtidai və ali sporlu bitkilər

5. Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar

Yay günlərində yaşıllaşmış durğun gölməçə suyunu ovcunuza alsanız, onun içərisində kiçik

yaşıl kürəcikləri görərsiniz. “Suyun çiçəkləməsi” deyilən bu hadisəyə səbəb xlаmidomonada

və xlorella adlanan yosunların suda kütləvi surətdə çoxalmasıdır.

Yosunlar haqqında nə bilirsiniz?

Müasir sistematikada bitkilər aləmi iki yarımaləmə – ibtidai və ali bitkilərə bölünür. İbtidai

bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.

İbtidai bitkilərə təbiətdə geniş yayılan yosunlar aiddir və əksər hissəsi su mühitində yaşayır.

Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast

gəlinir. Yosunlar qrupuna yaşıl, qonur, qırmızı və digər yosun şöbələri daxildir. Bunların

içərisində birhüceyrəli və çoxhüceyrəli formalara rast gəlinir.

Fəaliyyət

 

Şəklə əsasən birhüceyrəli yosunlar olan



xlamidomonada və xlorellanın quruluşunu müqayisə edin.

Nəticəni müzakirə edin: Bu canlıların hansı ümumi və fərqli cəhətləri var?

Birhüceyrəli yaşıl yosunlar. Xlorella və xlаmidomonada yosunların ən geniş yayılmış

nümayəndələridir. Hüceyrələri xaricdən qalın və şəffaf qılafla örtülmüşdür. Xlаmidomonada

qamçıların köməyi ilə fəal hərəkət edə bilir. Xlorella isə ondan fərqli olaraq, su axını vasitəsilə

bir yerdən başqa yerə aparılır. Onların hüceyrələrində nüvəsitoplazmairi vakuol və həmçinin

yaşıl xlorofil piqmentinə malik tək xromatofor (yun xro matofor – rəngdaşıyan) var.

Xlаmidomonada hüceyrəsində bunlardan başqa işığa həssas “qırmızı gözcük”, yığılıb-açılan iki

kiçik vakuol olur.



Yaşıl yosunların qidalanması. Yosunlar, əsasən, avtotrof yolla qidalanır. Xlamidomonada və

bəzi başqa yosunlar qida üçün bəzən hazır üzvi maddələrdən istifadə edir.




Birhüceyrəli yaşıl yosunların çoxalması. Yosunlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır.

Əlverişli şəraitdə onlarda qeyri-cinsi, əlverişsiz şəraitdə (su hövzəsinin soyuması, quruması və

s.) isə cinsi çoxalma müşahidə edilir. Xlamidomonadadan fərqli olaraq, xlorella yalnız qeyricinsi

yolla – ikiyə bölünməklə çoxalır.

Birhüceyrəli yaşıl yosunların çoxalması

Xlamidomonadanın çoxalması. Bölünmədən əvvəl xlamidomonada qamçısını itirir və

hərəkətsizləşir.



Öyrəndiklərinizi tətbiq edin

Düzgün variantı seçin:

 1. Yosunlarda orqanlar olur/ orqanları olmur. 2. Yosunun hüceyrəsi

bakteriya hüceyrəsindən formalaşmış nüvənin olması/olmaması ilə fərqlənir. 3.



Xlorella/amöb birhüceyrəli yosunlara aiddir. 4. Xlamidomonadada işıq qıcığını qəbul edən

qamçılardır/qırmızı “gözcükdür”. 5. Yaşıl yosun hüceyrələrində xlorofil

xromatoforda/xloroplastlarda yerləşir.

Öyrəndiklərinizi yoxlayın

1. Hecalardan keçilmiş mövzu üzrə anlayışları qurub onların tərifini verin:

– Qeyri-cinsi çoxalması. Xlamidomonadanın daxili

möhtəviyyatı bir neçə dəfə bölünərək – 4, bəzən 8 ədəd

hərəkətli kiçik hüceyrə – zoosporlar (yun. zoon – heyvan,

spor – səpin, toxum) əmələ gətirir. Onlar xaricə çıxaraq

müstəqil yaşayan yeni yosunlara çevrilir.



a

 Qeyri-cinsi çoxalma (sxem)

 

1. Yetkin 2. İlkin mərhələ



(zoosporların yaranması). . Zoosporlardan

yeni fərdlər yaranır. 4. xlamidomonada.

Cavan xlamidomonada.

– Cinsi çoxalması. Xlamidomonadanın möhtəviyyatının

bölünməsinəticəsində çoxlu sayda ikiqamçılı qametlər

(cinsiyyət hüceyrələri) yaranır. Onlar başqa fərdin

qametləri ilə suda cüt-cüt birləşir və ziqot əmələ gətirir. Ziqot

qalın qılafla örtülərək qışlayır. Yazda ziqotun bölünməsi

nəticəsində yaranan zoosporlardan cavan xlamidomonadalar

əmələ gəlir.



b

 Cinsi çoxalma (sxem)

 

1. Yetkin xlamidomonada.



2. Ana hüceyrədə qametlər yaranır. 3.

Qametlər suya tökülərək başqa fərdin

qametləri ilə cüt-cüt birləşir. 4. Yaranan

ziqot qalın qılafla örtülür. 5. Ziqotdan 4

ədəd yeni zoosporlar əmələ gəlir.



“spor – zoo ”, “qot – zi”, “ma – xro – for – to”, “ met – qa”, “rel – la – xlo”

2. Uyğunluğu müəyyən edin:

A) Xlamidomonadanın hərəkətində iştirak edir

B) Yosun hüceyrəsində işığa həssas hissəcik

C) Xlamidomonadaya yaşıllıq verən struktur

D) Hüceyrə şirəsi ilə dolu olan hüceyrə strukturu

1. Xromatofor

2. Vakuol

3. Qamçılar

4. “Qırmızı gözcük”




6. Çoxhüceyrəli yaşıl yosunlar

Mikroskopik yosunlarla yanaşı, uzunluğu onlarla metrə çatan yosunlar da var.

Çoxhüceyrəli yosunlar birhüceyrəli yosunlardan nə ilə fərqlənir?

Fəaliyyət – Laboratoriya işi. Sapşəkilli yosunların quruluşu.

Məqsəd: Sapşəkilli yosunların quruluşunun öyrənilməsi.

Təchizat: Canlı yosun (spirogira yosunu) və ya hazır preparat, mikroskop, əşya və örtük

şüşələri, preparat iynəsi, pipetlər, bir stəkan su.



İşin gedişi: 1. Mikroskopla yosunun yenicə hazırlanmış və ya hazır mikropreparatına baxın. 2.

Yosun hüceyrəsinin qılafına, sitoplazmasına, xromatoforuna, nüvəsinə, vakuoluna diqqət

yetirin. 3. Gördüklərinizi spirogiranın böyüdülmüş şəkli ilə müqayisə edin və onun bir

hüceyrəsinin strukturlarını qeyd etməklə şəklini çəkin. 4. Spirogiranın quruluşu barədə nəticə

çıxarın.

Nəticəni müzakirə edin: 1. Yosunun sapı nədən təşkil olunub? 2. Spirogira yosunu

xlamidomonada və ya xlorelladan nə ilə fərqlənir?



Çoxhüceyrəli yaşıl yosunlar. Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli,

lövhəşəkilli və ya digər formalı tallomdan (yun. tallos – cücərti) ibarətdir. Onların əksəriyyətinin

toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan

sularda rast gəlinən – ulotriks, spirogira və dənizlərdə yaşayan ulvanı misal göstərmək olar.

Çoxhüceyrəli yaşıl yosunların quruluşu

Ulotriksin tallomu sapşəkilli olub,

bir cərgədə düzülmüş çoxlu

hüceyrələrdən ibarətdir. Aşağıda

yerləşən hüceyrəsi vasitəsilə

substrata birləşir.

Spirogira yosununun isə sapları heç yerə birləşmir.

Suda passiv üzən pambığabənzər yaşıl topalar

şəklində olur. Uzunsov və üzəri seliklə örtülmüş

hüceyrələrə malikdir.

Ulvanın tallomu lövhəşəkilli, parlaq-

yaşıl rəngli olub, kənarları




1. Qılaf. 2. Sitoplazma. 3. Nüvə.

4. Qapanmayan halqaşəkilli

xromatofor.

burulmuşdur. Tallomun alt hissəsində

suyun dibinə yapışmaq üçün qısa

“saplaq” olur. Xəzər dənizində də

rast gəlinir.



Çoxhüceyrəli yaşıl yosunların çoxalması. Çoxhüceyrəli yaşıl yosunlar da qeyri-cinsi və cinsi

yolla çoxalır.



Ulotriks yosununun çoxalması. Ulotriksin substrata yapışan hüceyrəsindən başqa hər bir

hüceyrəsi dördqamçılı hərəkətli zoospor əmələ gətirə bilir. Onlar suya çıxaraq üzür və əlverişli

yer taparaq suyun dibinə çökür. Bölünərək yeni yosun saplarına başlanğıc verir.

Qeyri-cinsi çoxalma bəzən sapın təsadüfən hissələrə parçalanması – vegetativ yolla da baş verir.

 

Çoxhüceyrəli yaşıl yosunların çoxalması



Ulotriks yosununun çoxalması

1. Qametlərin yaranması.

2. Qametlərin birləşməsi.

3. Ziqot.

4. Qamçısız sporlar.

5-6. Yetkin yosun.

7. Zoosporun yaranması.

8. Zoosporlar.

9. Yeni yosun.

Əlverişsiz şəraitdə ulotriks yosunu çoxlu miqdarda ikiqamçılı kiçik qametlər əmələ gətirir. Onlar

suya çıxaraq eyni növə mənsub başqa fərdin qametləri ilə cüt-cüt birləşir və mayalanma baş

verir. Mayalanmadan sonra qalın qılaflı ziqot əmələ gəlir. Əlverişli şəraitdə ziqot 4 ədəd

qamçısız sporlara bölünür. Onların hər birindən yeni ulotriks yosunları əmələ gəlir.

Spirogirada isə cinsi çoxalma konyuqasiya (lat. conjugatio – birləşmə) yolu ilə baş verir. Bu

zaman iki yosun tallomu bir-birinə yaxınlaşır. Onların hüceyrələrinin möhtəviyyatları bir-birinə

qarışır. Nüvələri birləşir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan yeni spirogira sapı inkişaf edir.

Ulva yosunu da qeyri-cinsi və cinsi yolla çoxalır.

Öyrəndiklərinizi tətbiq edin



Düzgün fikirləri müəyyən edin:

 a) Çoxhüceyrəli yosunların bədəni tallom şəklindədir. b)

Yosunların hamısında toxuma və orqanlar olmur. c) Qidalanma xarakterinə görə əksər

yosunlar avtotrofdur. d) Yosunların hüceyrəsinin formalaşmış nüvəsi olur. e) Yosunlar

əlverişsiz şəraiti spor halında keçirir.

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün variantı seçin:

a) Çoxhüceyrəli yosunların bədəni gövdə və yarpaqlardan/tallomdan təşkil olunub. b)

Ulva/xlorella birhüceyrəli yosunlara aiddir. c) Yaşıl yosunların hüceyrələrində xlorofil

xromatoforda/vakuolda yerləşir. d) Spirogira/ulotriks yosunu tallomun aşağı hissəsi ilə

substrata birləşir.




2. Cədvəli doldurun:

Hüceyrəsinin quruluşu, qidalanması,

yaşayış mühiti, orqan və toxumaları

Yosunlar


Çiçəkli bitkilər

Nüvə


Qılaf

Sitoplazma

Xlorofil

?

?



Əsas qidalanma tipi

?

Avtotrof



Yaşayış mühiti

?

?



Orqanlar

 

+



7. Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti

Qırmızı və qonur yosunlara dəniz və okeanlarda daha çox rast gəlinir. Suyun içərisində

cəngəlliklər yaradan belə yosunları bəzən “canlı maneə” də adlandırırlar. Bu yosunlar gəmi

pərlərinə ilişərək onun hərəkətində çətinliklər yaradır.

Qırmızı və qonur yosunlar yaşıl yosunlardan nə ilə fərqlənir?

Fəaliyyət

Şəkildəki yosunları bir neçə əlamətə görə qruplaşdırın.

 

Nəticəni müzakirə edin: 1. Qruplaşdırdığınız bitkilərin hansı oxşar cəhətləri var? 2. Hansı

əlamətlərinə görə yosunları ibtidai bitkilərə aid edirlər?

Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Nümayəndələri

mikroskopik ölçüdən nəhəng formalara qədər olur. Tallomları sapşəkilli, kürəşəkilli, lövhəşəkilli

və s. olur. Yosunlar suyun dibinə sapşəkilli çıxıntıların – rizoidlərin (yun. rizo – kök, eydos –

bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntıların köməyi ilə birləşir. Qonur və




qırmızı yosunlar avtotrof yolla qidalanır və suda həll olmuş oksigenlə tənəffüs edir.


Qonur yosunlar. Tallomu sarımtıl-qonur rənglidir. Tallomunun qonur rəngli olmasının səbəbi

hüceyrələrinin xromatoforunda yaşıl piqment olan xlorofillə yanaşı narıncı, sarı və qonur

piqmentlərin də olmasıdır. Laminariya (“dəniz kələmi”) – qonur yosunların geniş yayılmış

nümayəndəsidir. Tallomu lentşəkilli olub rizoidlər vasitəsilə suyun dibinə yapışır.



Qırmızı yosunlar. Qonur yosunlardan fərqli olaraq, qırmızı yosunların hüceyrələrində

xlorofildən başqa qırmızı və göy piqmentlərə də rast gəlinir. Tallomun rəngi piqmentlərin

nisbətindən asılıdır. Qırmızı piqmentin suyun dərin qatlarına keçən işıq şüalarını qəbul etmək

qabiliyyəti bu yosunlara 200 m və daha dərinlikdə yaşamalarına imkan verir. Dərinlik artdıqca

tallom daha da qırmızı olur. Porfira – qırmızı yosunların geniş yayılmış nümayəndələrindəndir.

Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti. Yosunlar sudan karbon qazını udaraq suyu

oksigenlə zənginləşdirir və suda yaşayan orqanizmlərin tənəffüsünü təmin edir. Onlar bəzi

balıqların və su heyvanlarının qidasını təşkil edir. İnsanlar qida kimi laminariyadan, ulvadan və

porfiradan istifadə edirlər. Yosunlardan sənayedə yod, kalium duzları, sellüloza, spirt, sirkə

turşusu və digər məhsullar istehsal olunur.

Qırmızı və qonur yosunlardan alınan aqar-aqar maddəsindən isə qənnadı sənayesində,

mikrobiologiyada istifadə edilir. Bəzi yosunlardan təbabətdə dərman kimi, məsələn, laminariya

yosunundan sarılıq, raxit və s. xəstəliklərin müalicəsində istifadə olunur.



Öyrəndiklərinizi tətbiq edin

Öyrəndiklərinizi yoxlayın

1. 


Səhv fikirləri düzəldin:

a) Qırmızı yosunlarda xlorofil olmur

b) Xlorella suda həll olmuş oksigendən istifadə edir

c) Spirogiranın xromatoforu kasaşəkillidir

d) Laminariyadan qida kimi istifadə olunur

2.  Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti barədə elektron təqdimat hazırlayın.

Uyğunluğu müəyyən edin:

 1. Toxuma və orqanlara bölünməmiş

yosun bədəni. 2. Yosunlarda fotosintezi təmin edən hüceyrə

strukturu. 3. Qonur yosun. 4. Yosunu sualtı obyektlərə birləşdirən

sapşəkilli çıxıntılar. 5. Daha dərində yaşayan yosunlar. 6.

Fotosintezdə iştirak edən yaşıl piqment.

a) Rizoidlər

b) Qırmızı

yosunlar

c) Laminariya

d) Xromatofor

e) Xlorofil

f) Tallom



8. Ali sporlu bitkilər. Mamırlar şöbəsi

Mamırlar insanlara daha az tanış olan bitkilər qrupudur. Onlar torpağı, bitkilərin gövdəsini və

ya daşların üzərini yaşıl xalı kimi örtür. Əksəriyyəti kiçik ölçülüdür. Hündürlüyü bir neçə

santimetrə çata bilir. Onların toxumları, çiçək və meyvələri olmur.

Mamırlar barədə nə bilirsiniz?

Ali bitkilərin xüsusiyyətləri. Ali bitkilər ibtidai bitkilərdən orqanların olması ilə fərqlənir. Hər

bir orqan müəyyən funksiyaları yerinə yetirir. Orqanlar bu funksiyaları təmin edən toxumalardan

təşkil olunub.

Ali bitkilər iki böyük qrupa – sporlu və toxumlu bitkilərə bölünür. Mamırlar – sporlu bitkilərə

aiddir.

Fəaliyyət – Laboratoriya işi. Mamırların xarici quruluşu

 

İşin məqsədi: Quş mamırının və sfaqnumun quruluş

xüsusiyyətlərinin öyrənilməsi.

Təchizat: Quş mamırının və sfaqnumun herbariləri və şəkilləri.

İşin gedişi: Mamırların herbarisinə və şəkillərinə diqqətlə baxıb, onların xarici görünüşünü

verilmiş plan üzrə təsvir edin: ölçüsü; gövdəsi; yarpaqları; rizoidləri; sporlu qutucuğu;

qutucuğun ayaqcığı

Nəticəni müzakirə edin:

1. Bu bitkilərin ümumi və fərqli cəhətləri hansılardır?

2. Hansı əlamətlərinə görə mamırları ali bitkilərə aid edirlər?

Mamırlar. Mamırlar rütubətsevən bitkilərdir. Onlara, əsasən, bataqlıqlarda, rütubətli

çəmənliklərdə, meşələrin kölgəli yerlərində rast gəlinir. Yosunlardan fərqli olaraq, mamırların

əksəriyyətinin gövdə və yarpağı olur. Mamırların kökü olmur. Onların bəziləri gövdələrini

rizoidlərin köməyi ilə torpağa bərkidir, su və mineral duzları udur. Mamırlar avtotrof

orqanizmlərdir. Onların xloroplastları yaxşı inkişaf etmişdir. Sporlar vasitəsilə çoxalır.

Yaşıl quş mamırı. Çoxillik bitkidir. Bataqlıqlaşmış və nəm yerlərdə rast gəlinir. Gövdəsi dik

qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şiş yarpaqlar olur. Bitkini torpağa gövdənin




aşağı hissəsində yerləşən nazik sapşəkilli rizoidlər bərkidir. Quş mamırı bədən səthi ilə

atmosferin rütubətindən də istifadə edə bilir və öz çəkisindən təxminən 4 dəfə çox su udur.

Sfaqnum (yun. sphagnos – süngər). Meşə və bataqlıqlarda budaqlanmış gövdəsi olan sfaqnuma

təsadüf edilir. Yetkin bitkinin rizoidi olmur. Gövdə və yarpaqlarında fotosintez prosesini həyata

keçirən xloroplastlara malik hüceyrələrlə yanaşı, içərisi boş , ölü iri hüceyrələrə də rast gəlinir.

Yarpaq və gövdədə olan ölü hüceyrələrin hesabına sfaqnum öz çəkisindən 20-25 dəfə çox su uda

bilir. Nəticədə sfaqnum bitən torpaq tədricən bataqlığa çevrilir. Belə şəraitdə digər bitkilər yaxşı

inkişaf edə bilmir. Bataqlıqlarda sfaqnum bakteriyaların inkişafına mane olan maddələr ifraz edir.

Ona görə də bataqlığa düşmüş orqanizmlərdə çürümə prosesləri zəif gedir.



Sfaqnumun gövdəsi hər il 2-3 sm böyüyür. Eyni zamanda, gövdənin aşağı hissəsi tədricən məhv

olur. Tələf olmuş hissə oksigen az olan yerdə yavaş-yavaş parçalanır və torfa çevrilir.



Öyrəndiklərinizi tətbiq edin

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün variantı seçin:

 a) Mamırlar ali bitkilərə aiddir. Onların rizoidləri/ kökləri olur. b)

Yetkin sfaqnum mamırı/quş mamırı torfun yaranma mənbəyidir. c) Yetkin sfaqnum quş

mamırından yarpaqların/rizoidlərin olmaması ilə fərqlənir. d) Ölü hüceyrələrin hesabına

sfaqnum suyu bədəninə hopdurur/qidalı maddələri ötürür.

2. Suallara cavab verin:

 a) Sfaqnum mamırının yarpaqlarının, quş mamırından fərqli olaraq,

ağımtıl rəngdə olmasının səbəbi nədir? b) Müharibə zamanı pambıq çatışmayanda həkimlər

yaraları sarımaq üçün quru sfaqnum mamırından istifadə edirdilər. Bu zaman bitkinin hansı

xüsusiyyətləri nəzərə alınırdı?

Çoxhüceyrəli yosunun və mamırın

quruluşunu müqayisə edin. Əlamətlərin

olub-olmamasını “+” və ya “–” ilə işarə

edərək, cədvəli doldurun.

Quruluş

hissələri



Yosun

Mamır


Tallom

 

 



Gövdə

 

 



Yarpaq

 

 



Rizoidlər

 

 



Kök

 

 




9. Mamırların çoxalması və əhəmiyyəti

Yaponiyanın qədim paytaxtı Kioto şəhərində çoxlu sayda cəlbedici mamır bağlarına rast

gəlmək olar. Belə bağlar yapon ənənələrinin ayrılmaz hissəsinə çevrilmişdir. Yaşıl məxmərə

bənzəyən mamır örtüyü burada daş körpülərin və kiçik adacıqların üzərini bəzəyir.

Mamırların təbiətdə əhəmiyyəti nədir?

Fəaliyyət – Laboratoriya işi. Quş mamırının qutucuğunun quruluşu

İşin məqsədi: Qutucuğun quruluşunun öyrənilməsi.

Təchizat: Quş mamırının qutucuğu və ya hazır preparat, lupa, preparat iynələri.

İşin gedişi: 1. Quş mamırına lupa ilə diqqətlə baxıb, içərisində sporlar olan qutucuğu tapın və

şəklini çəkin. 2. Qutucuğu əzərək lupa ilə içərisindən çıxan sporlara baxın. 3. Sporların çoxlu

miqdarda yaranmasının əhəmiyyəti barədə nəticə çıxarın.

Quş mamırının çoxalması. İkievli bitkidir, onun çoxalma prosesində cinsi nəsillə qeyri-cinsi

nəsilləri növbələşir. Quş mamırının erkək və dişi bitkiləri yanaşı bitir və cinsı nəsil sayılır.

Üzərində cinsiyyət hüceyrələri əmələ gələn orqanizm cinsi, üzərində spor yaranan isə qeyri-cinsi

nəsil hesab olunur.





Mamırların təbiətdə və insan həyatında rolu. Mamırlar torpağın üzərini örtərək ora havanın

keçməsini çətinləşdirir. Bu isə torpağın turşulaşmasına və bataqlıqlaşmasına səbəb olur.

Sfaqnumun çürüməsi nəticəsində torf əmələ gəlir. Torfdan insanlar yanacaq, gübrə və xalq

təsərrüfatında xammal kimi istifadə edirlər. Ondan, həmçinin, ağac spirti, plastmas, izolyasiya

materialı, qətran və digər qiymətli məhsullar alınır.

10. Qıjıkimilər. Qıjıların çoxalması

Qıjıkimilər ali sporlu bitkilərə aiddir. Qədim rəvayətə görə, qıjı ildə bir dəfə çiçək açır.

İnsanlar meşələri gəzərək çiçəkləyən qıjı axtarırdılar. İnanırdılar ki, onun çiçəyini görən

xəzinə tapıb dövlətli və xoşbəxt olacaq. Bu, ona görə rəvayət adlanır ki, əslində, qıjı heç vaxt

çiçək açmır.

Sizcə, qıjının çiçək açmamasına səbəb nədir?



Fəaliyyət – Laboratoriya işi. Qıjının quruluşu

Öyrəndiklərinizi tətbiq edin

Şəkildə dişi və erkək bitkiləri

göstərin. Rəqəmlərlə işarələnən

hissələri adlandıraraq fikrinizi

əsaslandırın.

Öyrəndiklərinizi yoxlayın

1. Açar sözlərdən istifadə edərək cümlələri

tamamlayın:

 Qutucuq, ziqot, spermatozoid,



ayaqcıq, su, protonema, yumurtahüceyrə, spor,

rizoidlər.

Erkək bitkilərin yuxarı hissəsində içində erkək

qametlər –__ yetişən erkək cinsiyyət orqanları

əmələ gəlir. Onlar __iştirakı ilə sərbəst hərəkət

edə bilir. Dişi bitkilərdə dişi cinsiyyət hüceyrəsi

– __ yetişən dişi cinsiyyət orqanları yerləşir.

Yumurta hüceyrənin mayalanması nəticəsində __

yaranır. Ondan uzun__ üzərində yerləşən qutucuq

əmələ gəlir. Sporlar __ içində inkişaf edir. Onlar

yetişdikdə__qapaqcığı açılır və __ tökülür.

Rütubətli torpağa düşdükdə __ yaşıl sap – __

inkişaf edir. Onun üzərində __ və tumurcuqlar

olur. Tumurcuqlardan cavan zoğlar inkişaf edir.

2. Yosun və mamırların oxşar və fərqli

əlamətlərini qeyd edin.



İşin məqsədi: Qıjı bitkisinin quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.

Təchizat: Lupa, canlı qıjı bitkisi.


 

İşin gedişi: 1. Qıjının zahiri görünüşünə nəzər salın.

Kökümsovun üzərindəki kökləri tapın. Bu, hansı köklərdir? 2. Yarpağın alt səthində

içərisində spor olan qonur qabarcıqlara diqqət yetirin. Qıjının həyatında sporların əhəmiyyəti

nədir? 3. Bitkinin şəklini çəkin və onun orqanlarının adlarını qeyd edin.



Qıjıkimilərin əlamətləri. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa

inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı

kimi, suyun iştirakı ilə gedir.

Qıjıkimilərin müxtəlifliyi. Qıjıkimilərə qıjılar, qatırquyruğular və plaunlar aiddir. Qədim

bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə, xüsusən meşə örtüyü altında rast gəlinir.

Əksəriyyətinin gövdəsi otşəkillidir, lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika

kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir. Qıjıkimilər arasında lianlara da rast

gəlinir.

Qıjılar. Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur. Geniş yayılmış

nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir, yerüstü gövdəsi olmur. Yeraltı gövdəsi

kökümsovdur. Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır. Erkək qıjının cavan

yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür. Fotosintez nəticəsində

yaranan üzvi maddələrin bir qismi kökümsovda ehtiyat halında toplanır.

Çoxalması. Qıjıların çoxalması zamanı qeyri-cinsi nəsil cinsi nəsillə əvəz olunur. Mamırlardan

fərqli olaraq, yetkin qıjı bitkisi qeyri-cinsi nəsil hesab edilir. Əgər qıjının yarpağına baxsaq, onun

alt hissəsində kiçik, qonur qabarcıqları görmək mümkündür. Onların daxilində sporangilər

adlanan kisəciklər yerləşir. Bunların içərisində sporlar yetişir.





Yetişmiş sporlar külək vasitəsilə yayılır. Cücərən spordan əlverişli şəraitdə kiçik, yaşıl rəngli

cinsi nəsil – protal inkişaf edir.

Protal sərbəst halda yaşayır və torpağa rizoidlər vasitəsilə yapışır. Onun alt hissəsində yerləşən

xüsusi orqanlarda spermatozoid və yumurta hüceyrə inkişaf edir. Spermatozoidlər qamçılarının

köməyi ilə yağış suyu və ya şeh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir. Bu zaman

mayalanma baş verir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan inkişaf edən yeni cücərti özü

fotosintez edənə qədər protalın hesabına qidalanır. Müəyyən dövrdən sonra ondan yetkin bitki

inkişaf edir.



Öyrəndiklərinizi tətbiq edin

1. Uyğunluğu müəyyən edin:



Öyrəndiklərinizi yoxlayın

1. Təqdim olunmuş anlayışlardan bir cütünü seçib, onların arasında qarşılıqlı əlaqəsi olan

cümlələr düzəldin.

 Portal, sporangi, rizoidlər, yumurtahüceyrə, sporlar, spermatozoid,



ziqot

Məsələn, sporlar yarpağın alt tərəfində yerləşən sporangilərdə yetişir.

2. Qijinin inkişaf mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin:

А) yetkin bitki → protal → sporlar → cavan bitki

В) yetkin bitki → sporlar → protal → cavan bitki

С) protal → sporlar → yetkin bitki → cavan bitki

11. Qatırquyruğular və plaunlar. Qıjıkimilərin əhəmiyyəti

Sporlu bitkilərin digər nümayəndələri qatırquyruğu və plaunlardır. Onların sporlarından və

yarpaqlarından dəri yanıqları zamanı, böyrək xəstəliklərinin müalicəsində istifadə edirlər.

1. Yarpaq

2. Kökümsov

3. Protal

4. Sporangi

A) Üzvi maddələrin bir qismini ehtiyat halında

toplayır.

B) İçərisində sporlar yetişir.

C) Alt hissəsində cinsi hüceyrələr inkişaf edir.

D) Ucları spiralvari burulur və uc hissədən böyüyür.




Qatırquyruğu və plaunların qıjılarla hansı oxşarlığı ola bilər?

Fəaliyyət – Laboratoriya işi. Qatırquyruğunun quruluşu

İşin məqsədi: Qatırquyruğunun quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.

Təchizat: Lupa, qatırquyruğu bitkisi və ya onun herbarisi.

İşin gedişi: 1. Qatırquyruğunu diqqətlə nəzərdən keçirin. 2. Onun orqanlarını müəyyən edin

və bitkinin şəklini çəkin. 3. Mamırlarla qatırquyruğunun quruluşu arasında hansı fərqlər var?




Qatırquyruğular. Çoxillik ot bitkiləridir. Tarlalarda, meşə və bataqlıqlarda, adətən, nəm

torpaqlarda yaşayır. Daha geniş yayılmış nümayəndəsi çöl qatırquyruğudur. Onun torpaqda

budaqlanan uzun, şaxələnmiş kökümsovu olur. Kökümsovdan iki tip zoğ – yay və yaz zoğu əmələ

gəlir. Yaşıl rəngli yay zoğu budaqlanan buğumlu gövdəyə malikdir. Onun hər buğumundan

üzərində pulcuqşəkilli yarpaqlar olan budaqcıqlar çıxır. Yay zoğu fotosintez edir və onun

kökümsovunda ehtiyat qida maddəsi toplanır. Yay zoğu quruduqdan sonra kökümsovlar qışlayır.

Yazda onlardan qonur rəngli yaz zoğları inkişaf edir. Onlar fotosintez etmir və kökümsovlarda

toplanmış ehtiyat qida maddəsinin hesabına qidalanır. Qonur zoğların təpəsində spordaşıyan

sünbülcüklər əmələ gəlir. Sünbülcüklərdə sporlar yetişir. Yetişmiş sporlar külək vasitəsilə ətrafa

səpələnir.



Plaunlar. Əsasən, iynəyarpaqlı meşələrdə rast gəlinir. Çoxillik və həmişəyaşıl bitkidir. Geniş

yayılmış nümayəndəsi sancaqşəkilli 

 

plaundur. Onun uzun və sürünən



gövdəsi dik qalxan və haçavari budaqlanan budaqcıqlar əmələ gətirir. Gövdəsi başdan-başa açıq-

yaşıl rəngli kiçik yarpaqcıqlarla örtülür. Plaunun dikduran gövdəsində yayda kiçik və sarı sporlar

yaranır. Sporlar küləklə ətrafa yayılır. Plaunların bir çox növləri azsaylıdır və qorunur.

Qatırquyruğuların və plaunların çoxalması, qıjılarda olduğu kimi, suyun iştirakı ilə gedir.



Qıjıkimilərin əhəmiyyəti. Məhv olmuş qədim qıjıkimilərin qalıqlarından daş kömür yataqları

əmələ gəlmişdir. Daş kömürdən yanacaq kimi istifadə edilir. Ondan, həmçinin, metaləritmədə

istifadə edilən koks qazı, anilin boyası, ətriyyat sənayesində istifadə olunan maddələr və s. alınır.

Qıjıkimilərdən həm də dərman bitkisi kimi istifadə edilir. Məsələn, təbabətdə qıjıların




kökümsovundan qurd xəstəliklərinin müalicəsində, çöl qatırquyruğundan isə böyrək

xəstəliklərinin müalicəsində və qankəsici kimi istifadə olunur.



Öyrəndiklərinizi tətbiq edin

Səhv cümlələri müəyyən edin:

 1. Erkək qıjının yarpaqları, kökümsovlu gövdəsi, kökləri və

rizoidləri olur. 2. Çöl qatırquyruğunun sporları yaz zoğları üzərində əmələ gəlir. 3. Çöl

qatırquyruğu birillik bitkidir. 4. Daş kömür yataqları məhvolmuş qədim qıjıların

qalıqlarından əmələ gəlmişdir. 5. Mamırların, plaunların, qatırquyruğuların və qıjıların

cinsiyyətli çoxalmasında əsas amil suyun olmasıdır.



Öyrəndiklərinizi yoxlayın

1. Bitki ilə bitki qrupları arasında uyğunluğu müəyyən edin:

 1. Ulva, 2. Sfaqnum, 3.

Xlamidomonada, 4. Qatırquyruğu, 5. Erkək qıjı, 6. Plaun, 7. Quş mamırı, 8. Spirogira, 9.

Laminariya, 10. Xlorella.

А) Qıjıkimilər; В) Mamırlar; С) Yosunlar.

2. Bitki qruplarına uyğun gələn termin və anlayışların nömrələrini cədvəlin müvafiq

sütunlarına yazın:

 1. Kökümsov, 2. Protonema, 3. Tallom, 4. Sporangi, 5. Zoosporlar, 6.

Xromatofor, 7. Qutucuq, 8. İşığahəssas gözcük, 9. Spordaşıyan sünbülcük.

Yosunlar


Mamırlar

Qıjıkimilər

 

 

 



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

 

1. Şəkildə gördüyünüz hansı yosundur? Rəqəmlərlə

onun hansı hissələri göstərilmişdir?

2. Düzgün anlayışları seçin:

 1) Mamırın qeyri-cinsi və cinsi nəsli ayrı-ayrılıqda inkişaf edir.

2) Yetkin sfaqnum bitkisinin rizoidləri olmur. 3) Qıjının cavan yarpaqlarının ucu spiralvari

burulmuşdur. 4) Qatırquyruğular birillik bitkilərdir. 5) Bitkilərin əksəriyyəti heterotrof hesab

olunur.

3. Spirogira, sfaqnum və qatırquyruğu bitkiləri üçün ümumi əlaməti göstərin:



 А) rizoidlərin

olması, В) köklərin olması, С) gövdənin olması, D) sporlarla çoxalma, Е) toxumla çoxalma.

4. Göstərilən əlamətlərin hansıları yetkin mamırlar və ya qıjıkimilər üçün səciyyəvidir?

1) Gövdəsi torpağa rizoidlər vasitəsilə bərkidilir. 2) Kökümsovu torpaqda yerləşir. 3)

Sporları qutucuqda əmələ gəlir. 4) Sporları yarpağın alt tərəfində yerləşən sporangilərdə

yaranır. 5) Spordan cücərti inkişaf edir. 6) Torpağın bataqlıqlaşmasına səbəb olur. 7)

Mayalanmadan sonra ziqotdan xüsusi orqan – qutucuq inkişaf edir.

5. Cədvəli tamamlayın:

Yosunların əhəmiyyəti

Təbiətdə

İnsan həyatında

Mamırlar

Qıjıkimilər




 

 

 



 

Yüklə 160,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə