Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   2   3   4   5   6   7   8   9   10   ...   93

 
20 
Nəql  olunur  ki,  həzrət  Әli  (ə)  bu  ayəni  tilavət  etdiyi  vaxt  öz 
yaxınlarından  soruşdu:  “Bu  qələbə  hasil  olubmu?”  Dedilər:  “Bəli.” 
Həzrət buyurdu: “Xeyr, and olsun canım əlində olan kəsə, yer üzündə 
heç  bir  abadlığın  qalmayacağı  sübh  və  axşam  “la  ilahə  illəllah” 
sədasının  eşidiləcəyi  zaman  bu  qələbə  aşkar  olar.
1
 İmam  Baqir  (ə) 
buyurmuşdur:  “Həqiqətən,  bu  qələbə  Məhəmməd  (s)  ailəsindən  olan 
Mehdi  (ə)  qiyamı  zamanı  gerçəkləşəcək.  Həmin  vaxt  yer  üzündə 
həzrət  Məhəmmədin  (s)  risalətini  qəbul  etməmiş  bir  kəs  də 
qalmayacaq.”  
 
Sual: 
20. 
İslamın  təqdim  etdiyi  ümumdünyəvilik  və 
ümumdünyəviləşmə prinsiplərinin hansı imtiyazları var? 
Cavab:  Qeyd  olunduğu  kimi,  İslamda  uyğun  mövzulara  fərqli 
yanaşma  mövcuddur.  Ümumdünyəvilik  və  ümumdünyəviləşmə 
İslamda fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən bəzilərini 
nəzərdən keçirək: 
1.  Vahid  ümumdünyəvi  İslam  hökuməti  saleh,  üstün  dini 
şəxsiyyətə malik, məsum insanların rəhbərliyi ilə idarə olunur. Həmin 
cəmiyyətdə 
Allah 
qanunu 
hakimdir. 
Qərbin 
təqdim 
etdiyi 
ümumdünyəvi hökumətə isə hegemon qüvvələr rəhbərlik edəsidir.  
2.  İslam  baxışına  əsasən,  cəmiyyətdəki  bütün  işlərin  mehvəri 
Allah  və  Onun  göstərişləridir.  Qərbin  ümumdünyəvi  hökuməti  isə 
bəşəri qanunlarla idarə olunur.  
3.  İmam  Mehdinin  (ə)  ümumdünyəvi  hökuməti  əxlaq,  cəmiyyət, 
əmin-amanlıq prinsipləri üzərində qurulmuşdur. Qərbin ümumdünyəvi 
hökumətində isə mənəviyyata heç bir yer ayrılmır.  
4. 
İmam 
Mehdinin 
(ə) 
ümumdünyəvi 
hökumətinin 
xüsusiyyətlərindən  biri  elmi  tərəqqidir.  Qərbin  qloballaşmasında  isə 
mütərəqqi  texnologiyalar  yalnız  supergüclərin  inhisarındadır.  Onlar 
digər ölkələrin daim onlardan asılı olmasında maraqlıdırlar.  
5.  Həzrət  Mehdinin  (ə)  ümumdünyəvi  hökuməti  həyatı  və  dini 
təlimlərə  əsaslanan hökumətdir. Hansı  ki,  qərb  qloballaşması  nəzərdə 
tutulmuş  və  ya  gözlənilməyən  siyasi,  iqtisadi,  texnoloji  tərəqqinin 
nəticəsidir və istismarçı hegemonlarla sıx rabitədədir.  
6.  Həzrət  Mehdinin (ə)  ümumdünyəvi  vahid  hökuməti  canişinlik 
prinsipinə  əsaslanır,  Allah  tərəfindən  təsdiqlənir  və  haqq  tərəfindən 
                                                 
1
 “Məcməul-bəyan”. 


 
21 
qəbul  olunur.  Qloballaşma  isə  yalnız  bəşər  istəyinə  əsaslanır,  eyni 
zamanda siyasi və iqtisadi fırıldaqçılıqla müşayiət olunur.  
7.  Həzrət  Mehdinin  (ə)  ümumdünyəvi  hökuməti  ağılın 
hakimiyyətidir. 
Qloballaşma 
isə 
nəfs 
istəklərinin 
üzərində 
qurulmuşdur. Zühur dövründə insanların ağılı kamala çatır.  
İmam  Baqir  (ə)  buyurmuşdur:  “Bizim  Qaim  (həzrət  Mehdi) 
qiyam  etdiyi  vaxt  əlini  xalqın  başına  qoyar,  onların  ağlını 
kamilləşdirib, düşüncələrini inkişaf etdirər.” 
8.  Həzrət  Mehdinin  (ə)  ümumdünyəvi  hökumətində  bəşəriyyətin 
bilik və ağılı tərəqqi etdiyindən təbiətin bütün iqtisadi imkanları açılar, 
xalqın  əlində  geniş  sərmayələr  yaranar.  Eləcə  də,  düzgün  bölgü 
aparırlar...
1
 Hansı  ki,  dünyaya  hakim  olan  iqtisadi  quruluşlarda 
dəhşətli iqtisadi problemlər mövcuddur.  
9.  Həzrət  Әlinin  (ə)  buyuruğuna  əsasən,  Həzrət  Mehdinin  (ə) 
ümumdünyəvi  vahid  hökumətində  möminlər  onun  ətrafında  toplanar, 
həmin  hakimiyyətdə  bir  nəfər  olsun  kafir  və  azğın  şəxs  tapılmaz.
2
 
Hansı  ki,  bugünkü  qərb  qloballaşmasında  gerçək  möminlərə  yer 
yoxdur, hakimlərin ətrafında azğın insanlar toplaşmışdır. 
10.  Həzrət  Mehdinin  (ə)  hökumətində  zalım  hakimlər,  onların 
azğın  ətrafları  ciddi  cəzalandırılar.
3
 Çünki  həzrətin  hökuməti  ədalət 
prinsipi üzərində qurulasıdır. Qloballaşmada isə vəziyyət tam başqadır. 
Bu  prosesdə  cinayətkarlar  sülhməramlı,  ədalətsevərlər  terrorist 
adlandırılır.  
11.  Ümumdünyəviləşmə  prosesi  sürətlə  genişlənməkdə  olsa  da, 
onun  qaranlıq  nöqtələri  çoxdur.  Jan  Mari  Gino  bu  barədə  deyir: 
“Ümumdünyəviləşmə  təcrübəsində  cəmiyyətin  vəziyyəti  qəfildən 
gözü  açılan  korun  vəziyyəti  ilə  müqayisə  oluna  bilər...  Fərdin 
qloballaşma  ilə  vasitəsiz  qarşılaşması  sərxoş  edicidir...”
4
 Hansı  ki, 
Mehdi  hökumətinin  xüsusiyyətləri  rəvayətlərdə  və  hədislərdə 
dəqiqliklə  sadalanır,  bu  hökumətin  cəmiyyətlə  bağlı  proqramları 
yetərincə  təsvir  olunur.  Bu  hökumətə  münasibətdə  hansısa  nöqsan 
tapmaq mümkünsüzdür.  
12.  Qərbin  qloballaşması  əslində  qərb  və  Amerikanın  dünyaya 
siyasi 
və 
iqtisadi 
hökmranlığından 
ibarətdir. 
Bu 
proses 
qarşıdurmalarsız və düşmənçiliksiz ötüşmür. Әslində heç bir millət bu 
                                                 
1
 “Müntəxəbul-əsər”, s. 482; “Biharul-ənvar” c. 52, s. 338. 
2
 “Biharul-ənvar” c. 52, s. 342. 
3
 “Nəhcül-bəlağə”, x. 138. 
4
 “Azadlığın gələcəyi”, s. 17. 


 
22 
prosesə qoşulmağa razı deyil. Hansı ki, Həzrət Mehdi (ə) hökumətinin 
məqsədi  bütün  yer  üzündə  qırğınların  kökünün  kəsilməsi  və  yer 
üzündə qırğınlara son qoyulmasıdır. Quranın buyurduğu kimi, “xalqın 
qorxusu əmin-amanlıq və asayişə çevriləcək.”
1
  
13.  İctimai  və  ideoloji  baxımdan  qloballaşma  mədəniyyətlərin 
yaxınlaşmasından  danışır.  Amma  aydın  məsələdir  ki,  qərblilərin 
iddiasına 
zidd 
olaraq, 
dünya 
parçalanmaya 
doğru 
gedir. 
Mədəniyyətlərin savaşı, yeni ideologiyaların ortaya çıxması dünyanın 
simasını  dəyişəcəkdir.  Yaranmış  qarşıdurmalar  yer  üzündə  asayişi 
pozasıdır.  Hansı  ki,  Həzrət  Mehdinin  (ə)  zühuru  dövründə  insanlar 
ixtilafdan,  mədəni  və  siyasi  qarşıdurmadan  çəkinəcək,  xalq  könüllü 
olaraq  vahid  bir  mədəniyyəti  qəbul  edib,  onun  sayəsində  asudə  bir 
həyat sürəcək.  
Tətbiqi xilaskarlıq 
Sual: 21. Tarix məqsədsizdirmi?  
Cavab:  Məşhur  “Qərb  mədəniyyətinin  süqutu”  əsərinin  müəllifi 
alman mütəfəkkiri Osvald Spinqler tarixi canlı bir varlıq kimi fərz edir 
və onu periodik sayır. Onun nəzərincə, hər bir tarixi dövr min il çəkir. 
Bir dövrün ardınca onun yerini başqa bir dövr tutur.  
Onun  nəzərincə,  tarixi  gedişatda  təkamül  yoxdur  və  tarix  bir-
birinin  ardınca  gələn  mədəniyyətlər  məcmusudur.  Bir  mədəniyyətin 
qürubundan  sonra o  biri  mədəniyyət  tülu  edir. Әslində  onun  baxışına 
əsasən  dünya  tarixi  mədəniyyətlərin  həyat  və  ölümünün  tükənməyən 
yaranış və inkişafından bir təsvirdir.
2
  
Uyğun  nəzəriyyəyə  belə  bir  sual  ünvanlaya  bilərik:  Tarixin  yeni 
dönəmi  özündən  əvvəlki  dönəm  kimidir,  yoxsa  yetkinlik  baxımından 
fərqlənir? 
Әgər  hazırkı  dönəm  əvvəlki  dönəmin  eyni  olsa,  onu  həmin 
dönəmin davamı saymaq olar. Belə ki, yeni bir dönəmdən danışmağa 
dəyməz.  Bir  dönəmi  özündən  əvvəlki  dönəmdən  nöqsanlı  saymaq 
gerçəkliyə  ziddir.  Üçüncü  hal  hər  bir  dönəmin  özündən  əvvəlki 
dönəmdən  kamil  olmasıdır.  Sual  oluna  bilər  ki,  bu  kamillik  həmin 
dönəmin  özündən  qaynaqlanır,  yoxsa  xarici  amil  var?  Әgər  bu 
kamillik  onun  daxilindən  qaynaqlanırsa,  tarixin  təkamül  nəzəriyyəsi 
                                                 
1
 “Nur”, 55. 
2
 “Qərb mədəniyyətinin sübutu”» 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə