Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

 
29 
dairəsindədir.  Sivilizasiya  isə  daha  çox  insanın  cəmiyyətdəki  maddi 
ehtiyaclarını əks etdirir. Sivilizasiya daha çox ictimai, mədəniyyət isə 
fərdi  yönümə malikdir. Sivilizasiya insanın cəmiyyətdəki təkamülünü 
təmin  edir.  Mədəniyyət  isə  fərdi  təkamül  yönümünü  işıqlandırır. 
Sivilizasiya və mədəniyyət əlaqəli də olsa, fərqli anlayışlardır.  
4.  “Nəzəriyyəçi  qərbə  aydın  bir  tərif  vermək  əvəzinə,  onu 
Amerika mehvər olmaqla vahid bir mövcud sayır. Hansı ki, Bzejinski 
qərb  nizamındakı  daxili  fəsadı  Amerikanın  qüdrətini  hədələyən  bir 
amil kimi göstərir.  
5. Nəzəriyyəçi iki mədəniyyət arasındakı ziddiyyəti tarixi zərurət 
sayır və bu ziddiyyətin aradan qaldırılmasını mümkünsüz bilir. Beləcə, 
qərb İslam sivilizasiyasının çiçəkləndiyi ölkələrə qarşı hərbi qüdrətini 
gеnişləndirir.  Hansı  ki,  mədəniyyət  ixtilafı  adlanan  bu  ixtilaf  qərbin 
çirkin  siyasətindən  qaynaqlanır.  Bu  ixtilafları  məsihilik  və  İslamın 
ayağına yazmaq olmaz. Vill Dorant deyir: “Məhəmməd (s) məsih dini 
ardıcıllarına  nöqsan  tutsa  da,  onlara  qarşı  nikbin  münasibətdədir.  O, 
məsih ardıcılları ilə öz ardıcılları arasında dostluq rabitələrinin olması 
istəyindədir.”
1
  
Robson  deyir:  “Yalnız  müsəlmanlar  öz  dinlərinə  möhkəm 
bağlanmaqla digər dinlərlə müdara ruhunu saxlaya bilirlər.”
2
  
Adam Metz  isə belə deyir:  “İslam  hakimiyyəti dövründə kilsələr 
və 
sovmiyələr 
elə 
tə`sir 
bağışlayırdı 
ki, 
sanki 
məsihi 
hakimiyyətindədirlər. Bir çox ölkələrdə mövcud olan bu sayaq müdara 
ənənsi qərbə heç orta əsrlərdə də tanış deyildi.”
3
  
 
Sual: 29. Mütərəqqi bəşəri qanunlar insanı kamilləşdirə bilərmi? 
Cavab:  Bəziləri  iddia edirlər  ki,  bəşəriyyət  tarix  boyu  qazandığı 
təcrübələr  əsasında  onu  xoşbəxtliyə  çatdıracaq  qanunlar  tənzimləyə 
bilər. 
Guya, 
çətinlikləri 
araşdırıb, 
onların 
həlli 
yolunu 
müəyyənləşdirməklə son məqsədə yetişmək mümkündür.  
Uyğun mülahizələrə belə cavab vermək olar: 
1.  Bəşəriyyət  vəhy  və  qeyb  aləminin  yardımı  olmadan  hansı 
yolun  daha xeyirli  olduğunu  müəyyənləşdirə bilməz. Vəhyə  müraciət 
etmədən İslami göstərişləri əldə etmək mümkünsüzdür.  
                                                 
1
 “Sivilizasiya tarixi”, c. 4, s. 329. 
2
 “İslam və qərb mədəniyyəti”, c.1, s. 141. 
3
 “İslamda rəngarənglik və azadlıq”, s. 68. 


 
30 
2. Bir qrupun və şəxsin mənafeyinə xidmət edən qanunlar, adətən, 
cəmiyyətin 
ehtiyaclarına 
cavab 
vermir. 
Bütün 
bəşəriyyətin 
ehtiyaclarına  cavab  verəcək  qanunları  yalnız  ilahi  məqama  malik 
olanlar tənzimləyə bilər. 
3.  İnsanlar arasında  düşüncə və  səliqə  fərqləri  olduğundan  vahid 
qanunların tənzimlənməsi mümkünsüzdür.  
 
Sual: 30. Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi? 
Cavab:  Bəziləri  iddia  edirlər  ki,  bəşəriyyətin  zülm  və 
ədalətsizlikdən  yeganə  çıxış  yolu  dünyanın  təkqütblü  olması,  başqa 
sözlə,  qüdrətli  bir  hakimiyyətin  öz  prinsiplərini  başqa  hökumətlərə 
diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu 
əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar.  
Dünyanın  təkqütblü  edilməsi  hələ  uzaq  keçmişdən  filosoflar  və 
alimlər tərəfindən araşdırılmış bir məsələdir.  
Yunan  filosofu  Ziv  miladdan  üç  yüz  il  öncə  deyirdi:  “Bütün 
bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini  əldə  edə 
bilsin.”  Zivin  müasiri  olmuş  İsgəndər  öz  gücünə  arxalanaraq  alimin 
nəzəriyyəsini  həyata keçirmək istədi. Yunan yazıçısı Baltak miladdan 
yüz  il  öncə  vahid  hökumət  haqqında  deyirdi:  “Xalq  çalışmalıdır  ki, 
vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun.” 
Amerika  filosofu  Vilyam  Luid  (1838)  deyir:  “Nə  qədər  ki, 
dünyaya vahid bir hökumət başçılıq etmir, bəşəriyyət dostluq və dinc 
yanaşı yaşayışa nail olmayacaq.”
1
 
Məşhur  İtalyan  ədibi  Dante  deyir:  “Yer  üzündə  sülh  və  əmin-
amanlığın  hakim  olması  üçün  bütün  yer  əhli  vahid  hökumətə  tabe 
olmalıdır.”
2
  
Rassel  deyir:  “Bəşəriyyət  bütün  insanları  öz  bayrağı  və  şüarı 
altında toplayacaq xilaskarın intizarındadır.” 
Ata  Corc  Buş  deyir:  “Dünyanın  yeni  nizamı  birləşmiş  ştatların 
rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir.” O 
konqresdəki  çıxışında  belə  demişdir:  “Həm  əxlaqi  dəyərlərə,  həm  də 
dünya  nizamını  qoruyacaq  vasitələrə  malik  olan  yeganə  ölkə 
Amerikadır.” 
İradlarımız: 
                                                 
1
 “İslam və əql”, s.210. 
2
 “Həmin mənbə”. 


 
31 
1.  Amerikanın  özündə  Birləşmiş  Ştatların  dünyaya  hakimliyinin 
mümkünlüyünü rədd edən Kisincer kimi nəzəriyyəçilər var.  
Bzejinski  Amerikanın  çarəsizliyini  təsvir  edərək  deyir:  “Bu  gün 
Amerika  dünyaya  hakimlik  iddiasındа  olsa  da,  bu  sahədə  onunla 
rəqabətə girən tapılmasa da, Birləşmiş Ştatların qüdrət və mövqeyi bir 
çox sahələrdə təhlükədədir.” 
2.  Dünyanın  təkqütblü  olması  prinsipinin  qəbulu  üçün  güclü 
zəmin yoxdur. Xüsusi ilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu 
onun bu sayaq iddialarına cavab vermir.  
3.  Nəzəriyyəçilər  unudurlar  ki,  dünya  xalqları  heç  vaxt 
biganələrin hakimiyyətini qəbul etməyəcək.  
Biz  prinsipcə  bu  nəzəriyyəni  rədd  etmirik.  İnanırıq  ki, 
bəşəriyyətin  yeganə  qurtuluş  yolu  ümumdünya  ədalət  hökumətinin 
təşkilidir.  Amma  belə  bir  hökumət  yalnız  ilahi  göstərişlər  və  məsum 
imamın rəhbərliyi altında gerçəkləşə bilər.  
 
Sual:  31.  Marksistlər  tarixin  təkamülünə  hansı  üsulla  don 
geyindirirlər? 
Cavab:  Marksistlər  tarixi  təbiətin  bir  hissəsi  sayırlar.  Onların 
nəzərincə,  tarix  təbiətin  taleyini  yaşayır.  Mərhum  Şəhid  Mütəhhəri 
Marksistlərin  uyğun  mövzu  ilə  bağlı  baxışı  haqqında  deyir:  “Tarix 
daimi  bir  cərəyan,  insan,  insan  təbiəti  və  cəmiyyət  arasındakı  rabitə, 
inkişafda olan qüvvələrlə tənəzzüldə olan qüvvələr arasında daimi bir 
çəkişmədir. Sonda sərt və inqilabi bir cərəyan bu gedişi inkişafda olan 
qüvvələrin  xeyrinə  başa  vuracaq.  Bir  sözlə,  tarix  ziddiyyətlərin 
təkamüllə nəticələnən çəkişməsidir... 
Fikri  donmuş,  keçmişə  bağlı  bir  güruhla  gələcəyə  bağlı, 
düşüncəsi işıqlı güruh arasında çəkişmə güclənir və nəhayət, partlayış 
həddinə  çatır.  Cəmiyyət  inqilabi  bir  addımla  keçmiş  quruluşu  yeni 
quruluşla əvəz edir. Beləcə, tarixin yeni bir mərhələsi başlayır.  
Tarixin  bu  yeni  mərhələsi  də  tale  baxımından  ötən  mərhələyə 
oxşayır...  Bu  mərhələ  də  öz  yerini  onu  inkar  edənə  verir.  Tarix  bu 
sayaq təbiətə oxşar şəkildə ziddiyyətlər arasından ötüb keçir.  
Təbiət  və  tarixə  münasibətdə  bu  sayaq  düşüncə  tərzi  dialektik 
təfəkkür adlandırılmışdır. Çünki onlar bütün ictimai dəyərləri istehsal 
vasitələrinə  bağlı  bilirlər.  Biz  tarixə  bu  sayaq  baxışı  “alət  baxışı” 
adlandırırıq.  “Alət  baxışı”  dedikdə  tarixi  proseslərə  münasibətdə 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə