BiSMİllahir-rəhmanir-rəHİM


﴿ وَآتُواْ النَّسَاء صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا ﴾



Yüklə 3,75 Mb.
səhifə3/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   2   3   4   5   6   7   8   9   ...   62

AYƏ 4:


﴿ وَآتُواْ النَّسَاء صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا ﴾

TƏRCÜMƏ:


« qadınların mehriyyələrini onlara könül xoşluğu ilə bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş ləzzətlə xərcləyin

TƏFSİR:


Lüğət alimi Rağib İsfahaninin dediyinə əsasən «nihlə» kəlməsi «bal arısı» mənasını verən «nəhl» kökündən alınmışdır. Bal arısı camaata şirin bal verib onlardan heç bir əvəz gözləmədiyindən insanlara verilən hədiyyəyə də «nihlə» deyilir.

Hədisdə buyurulur: «Öz mal-dövlətinizin ən yaxşısını üç yerdə xərcləyin: 1. Mehriyyə. 2. Həcc. 3. Kəfən. Əgər mal-dövlətinizin ən yaxşısını mehriyyəyə sərf etsəniz, onda övladlarınız əməlisaleh olar.»2



İNCƏ MƏTLƏBLƏR

1. Qadına mehriyyə vermək vacibdir (bu onun haqqıdır).

2. Mehriyyə qadının dəyəri deyil, sədaqət nişanəsi, dostluq və məhəbbət qapısıdır.

3. Mehriyyə qadının dəyəri deyil, kişinin qadına verdiyi bir hədiyyədir.

4. Qadının öz mehriyyəsinə malik olmaq haqqı vardır. Belə isə onun atası, yaxud qohum-əqrəbaları mehriyyəni özü üçün götürə bilməz.

5. Qadın öz mehriyyəsini almaqda, yaxud ərinə bağışlamaqda azaddır.

6. Ən çox ürəyəyatan mal o maldır ki, sahibi onu tam razılıqla bağışlamış olsun.

7. Zahiri razılıq kifayət deyil, qəlbən də razılıq hasil olmalıdır. İkrah və icbar üzündən olan hədiyyələrin heç bir etibarı və dəyəri yoxdur.


AYƏ 5:


﴿ وَلاَ تُؤْتُواْ السُّفَهَاء أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللّهُ لَكُمْ قِيَاماً وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا ﴾

TƏRCÜMƏ:


«Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı ( yetimlərin mallarını), səfehlərə ( az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin onlarla bəyənilən bir tərzdə danışın

TƏFSİR:


Rəvayətlərdə etimad olunmayanlar və şərab içənlər səfeh adlandırılır. Belə ki, ümumi və ya şəxsi mal-dövləti etibar olunmayan adamların əlinə vermək olmaz.

Rəvayətlərdə «səfeh» kəlməsi fasiqlərə və günahkarlara da deyilir. Mal-dövlət də cəmiyyətin qalıb davam etməsinə səbəb olduğuna görə onların ixtiyarına verilməməlidir. Belə isə, cəmiyyətin dayağı sayılan hər növ məqam, məsuliyyət və məlumatın fasiqlərə verilməsi yanlış bir işdir.



İNCƏ MƏTLƏBLƏR

1. Yelbeyinlər, səfehlər, şərab içənlər, ləyaqətsiz adamlar mal-dövlətə və iqtisadiyyata hakim olmamalıdır.

2. Səfeh adamın hətta öz mal-dövlətinə belə hakim olması sizə iqtisadi zərbə sayılır.

3. Rəftarlarda ötəri ürəkyanmalara və duyğulara deyil, cəmiyyətin iqtisadi mənafeyinə, eləcə də ideoloji cəhətdən inkişafına diqqət yetirmək lazımdır.

4. Səfeh adam öz mal-dövlətindən istifadə etmək haqqına malik deyil.

5. Hər bir quruluşun iqtisadi və maddi məsulları rəşid (əqli cəhətdən kamala çatan) və təcrübəli olmalıdırlar.

6. İqtisadi müqavilələri imzalayanlar fasiq və günahkar olmamalıdır.

7. Mal-dövlət hər bir ictimai sistemin həyat və iqtisadiyyatının davametmə səbəbidir.

8. Sərmayə donuq vəziyyətdə qalmamalıdır. Yetimlərin və səfehlərin mal-dövləti də dövriyyəyə buraxılmalı, istehsal sahələrində istifadə edilməlidir ki, malın (sərmayənin) özü deyil, onun qazancı onlar üçün xərclənsin.

9. Məhrumların ruhiyyəsinə və şəxsiyyət yönlərinə diqqət yetirmək lazımdır.


AYƏ 6:


﴿وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُواْ إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلاَ تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُواْ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُواْ عَلَيْهِمْ وَكَفَى بِاللّهِ حَسِيبًا﴾

TƏRCÜMƏ:


«Yetimləri evlənmək həddinə (hər bir insanın heyvanın ruhi cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə ( mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi ( ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir

TƏFSİR:


Bu ayədə yetimlərin özləri və onların mal-dövlətləri ilə əlaqədar digər bir göstəriş verilir və buyurulur ki, onları həddi-büluğa çatdıqları vaxta qədər sınaqdan keçirin, əgər kifayət qədər əqli inkişaf və öz mal-dövlətlərinin, məişətlərinin idarə olunmasında kamala çatdıqlarını hiss etsəniz mal-dövlətlərini onların özlərinə qaytarın. Sonra bir daha yetimlərin qəyyumlarına təkidlə buyurulur ki, onlar böyüməzdən əvvəl onların mal-dövlətlərini israfla yeməyin.

Digər bir məsələ budur ki, yetimlərin qəyyumları sərvətli və varlı olsalar onların malından heç bir adla istifadə etməməlidirlər. Amma əgər fəqir və yoxsul olsalar, yalnız yetimlərin mal-dövlətini qoruyub-saxlamaq müqabilində çəkdikləri zəhmət haqqını ala bilərlər. Bu zaman ədalətə və insafa riayət etməklə öz haqlarını onların malından götürə bilərlər. Sonra yetimlərin qəyyumları barədə sonuncu hökmə işarə edilir və buyurulur: Onların mal-dövlətlərini özlərinə təhvil verdiyiniz zaman şahid tutun ki, heç bir ittihama, münaqişəyə və söz-söhbətə yer qalmasın.

Ayənin axırında buyurulur: Amma bilin ki, həqiqi hesab çəkən Allahdır və sizin hesab-kitabınız Onun yanında açıq-aşkardır. Əgər sizdən hər hansı bir xəyanət baş versə və bu sizin üçün təyin edilmiş şahidlərə gizli qalsa, Allah bunu hesaba alacaqdır. Allah mühasibə etmək üçün kifayətdir.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə