BiSMİllahir-rəhmanir-rəHİM


﴿ وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا ﴾



Yüklə 3,75 Mb.
səhifə2/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   2   3   4   5   6   7   8   9   ...   62

AYƏ 2:


﴿ وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا ﴾

TƏRCÜMƏ:


« yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar haram (mal)ı (qiymət fərqinə görə) pak halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən bu, böyük günahdır

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bəni-Qətfan tayfasından bir nəfərin çoxlu mal-dövləti var idi. O, dünyadan getdikdən sonra qardaşı onun yetim övladlarını himayəsinə götürdü və onların mal-dövlətini öz ixtiyarına keçirtdi. Qardaşının övladları böyüyüb kamal həddinə çatdıqdan sonra onların haqqını qaytarmaqdan imtina etdi. Bu məsələnin hökmünü Peyğəmbərdən (s) soruşduqda yuxarıdakı ayə nazil oldu. Qəsbkar kişi bu ayəni eşidən kimi dərhal tövbə etdi, mal-dövləti sahiblərinə qaytardı və dedi: «Böyük günaha mürtəkib olmaqdan Allaha pənah aparıram!»

TƏFSİR:

YETİMLƏRİN MAL-DÖVLƏTİNƏ XƏYANƏT QADAĞANDIR!


Hər bir cəmiyyətdə müxtəlif xoşagəlməz hadisələr nəticəsində ailə başçıları dünyadan gedir, onların kimsəsiz övladları başsız qalır. Bu ayədə yetimlərin mal-dövlətləri ilə əlaqədar üç mühüm göstəriş verilmişdir:

1. Əvvəlcə göstəriş verilir ki, yetimlər kamal həddinə çatdıqları vaxt onların mal-dövlətlərini özlərinə təhvil verin. Sizin bu mal-dövlətdən istifadə etməyiniz yalnız əmanətdar və onun əsl sahibinə nəzarətçi kimi olmalıdır.

2. Sonrakı göstəriş onların mallarını boş yerə xərcləməyin qarşısını almaqla əlaqədardır. Belə ki bəzən yetimlərin qəyyumluğunu öhdəsinə alanlar malın dəyişdirilməsinin yetimin xeyrinə olduğunu, yaxud bir-birilə əsla fərqlənmədiyini və ya qalacağı təqdirdə xarab olduğunu bəhanə edərək yetimlərin yaxşı və keyfiyyətli mallarını özlərinə götürür, özlərinin xoşagəlməz və xarab mallarını onun yerinə qoyurdular. Quran buyurur: Heç vaxt onların pak-pakizə mallarını özünüzün napak, xarab və pis mallarınızla dəyişdirməyin.

3. Onların mal-dövlətini öz mal-dövlətinizlə birlikdə (qarışdırıb) yeməyin.

Yəni yetimlərin mal-dövlətinin hamısına sahib olacağınız, yaxud yetimlərin haqqı aradan gedəcəyi təqdirdə özünüzün pis mallarınızı onların yaxşı malları ilə qarışdırmayın.

Ayənin axırında məsələnin əhəmiyyətini bildirmək üçün daha artıq təkidlə buyurulur: Yetimlərin malına bu cür təcavüz və haqsızlıq böyük günahdır.


AYƏ 3:


﴿وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ﴾

TƏRCÜMƏ:


«Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü ya dördü ilə evlənin. əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu sizin yolunuzu azmamağınıza zülm etməməyinizə daha yaxındır

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


İslamdan əvvəlki adətlərə görə Hicaz əhalisinin çoxu yetim qızlara başçılıq edərək onları öz evlərinə aparır, böyüdükdən sonra onlarla evlənir və onların mal-dövlətlərini öz ixtiyarlarına keçirirdilər. Bütün işlərin idarə olunması öz əllərində olduğundan, hətta onların mehriyyələrini də adi mehriyyədən az verir, azacıq narahatlıq və anlaşılmazlıq yaranan kimi asanlıqla təlaq verib boşayırdılar. Yuxarıdakı ayə nazil oldu və yetimlərin qəyyumlarına göstəriş verildi ki, yetim qızların barəsində yalnız ədalətə tam və kamil surətdə riayət edə biləcəyiniz zaman onlarla evlənin.

TƏFSİR:


Bu ayədə yetimlərin hüquqlarından digər birinə işarə edilir və buyurulur: Əgər yetim qızlarla evlənəcəyiniz surətdə ailə münasibətləri, onların mal-dövlətləri və haqqı barəsində ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, onlarla evlənmək fikrindən daşının və başqa qadınlarla evlənin.

Sonra buyurulur: Onlardan (başqa qadınlardan) ikisini, üçünü, dördünü özünüzə həyat yoldaşı seçin.

Sonra dərhal buyurulur: Bu onların arasında ədalətə tam şəkildə riayət ediləcəyi surətdədir. Amma əgər çox arvad aldığınız zaman onların barəsində ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, bir arvad almaqla kifayətlənin ki, başqalarına zülm etməkdən amanda olasınız. Yaxud ikinci həyat yoldaşının yerinə özünüzün malik olduğunuz xidmətçidən (kənizdən) istifadə edin. Çünki onların şərtləri nisbətən yüngüldür. Buna baxmayaraq yenə də onlar müəyyən hüquqlardan bəhrələnməlidirlər.

Bu iş (yəni, bir həyat yoldaşı və ya kəniz seçmək) ədalətdən çıxaraq zülm etməyin qarşısını daha yaxşı alır. «Həyat yoldaşları ilə əlaqədar ədalət» dedikdə, kişinin onların məişət xərcləri və məişətdən kənar ehtiyacları kimi məsələlərdə ədalətə riayət etməsi nəzərdə tutulur. Çünki qəlbi məhəbbətdən ibarət olan batini ədalət insanın qüdrətindən xaricdədir.1



İNCƏ MƏTLƏBLƏR

1. İslam dini məhrum təbəqələrin, xüsusilə yetimlərin, onların da içərisində yetim qızların himayəçisidir. Bu da iffətə və ailə münasibətlərinə riayət edilməsi, eləcə də onlardan sui-istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır.

2. Yetimlərlə izdivacın tərk olunmasında ədalətsizlik əsasında rəftar edilməsinə yəqin olunması vacib deyildir; bu barədə ehtimal da kifayətdir.

3. Həyat yoldaşının seçilməsində qəlbi meyl və istəklər əsas məsələdir.

4. İslam dini çoxarvadlılıq məsələsi ilə müəyyən şərtlər daxilində müvafiqdir.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə