Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Alındığım gözündən yayınmadı. Hiss etdim ki, belə vəziyyətə düşməyim ona maraqlı gəldi.  
Nəsə demək istəyirdi, qızı qabaqladım. 
- Kim deyir? - Əsl jurnalist riyakarlığı ilə soruşdum. - Çox maraqlıdır. Mən eşitməmişəm. 
- Bacım televiziyada işləyir. Orda danışırmışlar ki, canını güclə qurtarıb. Nə bilim, belə deyirlər. 
- Mən Leyla haqqında araşdırma yazısı yazıram.  
- Sizə çətin olmaz?  
Dalağım sancdı. Başa düşmürəm, niyə çətin olmalıydı, axı? Leyla bunu mənə dönə-dönə 
xatırlatmışdı. Yaxşı, adicə kitabxana işçisi bunu hardan bilir? 
- Mənim üçün narahat oldunuz?- Saxta nəvazişimə ənənəvi riyakarlıq tonun qatdım.  
- Nədənsə, axır vaxtlar onu çox gözdən salırlar.  
- Leyladan yazılanları tapmaqda mənə kömək edərsiniz?  
Qız etiraz etmədi. İş yoldaşlarından birinə zəng vurub onu bir saatlıq əvəzləməyi xahiş etdi.  
Ona təşəkkür etdim. Fərəh dolu baxışlarla gülümsəyib, oxucu biletimi özümə qaytarmaq üçün 
arakəsmənin arxasına keçdi. Mən divarboyu düzülən şəkillərə tamaşa edəndə, o, nömrəni qeyd 
dəftərinə yazıb vəzifəsini yerinə yetirirdi. Bileti mənə sarı uzadıb sirli, bir az da nagüman 
baxışlarını üzümə zillədi. (Mən lap sonralar biləcəkdim ki, bu nigaran gözlərin açması nədir...)  
- Az da olsa köməyim dəydisə, bundan çox məmnunam.  
- Adınızı bilmədim. (Yeni tanış olduğum adamlardan ayrılarkən adını soruşmaq vərdişi nədirsə, 
çox pisdi; bunu tərgitmək əməllicə müşkülə dönüb)  
- Humay. 
Yahu!!! Gözlərim doldu. Həm də sevindim, yaman sevindim. Sinəmdə isti-ilıq duyğular oyandı. 
Məktəb illərim, rayonumuz, ilk sevgim, həyəcan, yuxusuz gecələr, itimizi yanıma salıb zəmi 
yerlərində başı sevdalı gəzməyim, illərin arxasında qalan əlaçı sevgilim kino lenti kimi gözümün 
qabağından keçdi.  
- Məktəb vaxtı sevdiyim qızın adı Humay olub. İndi iki uşağı var.  
- Maraqlıdır, bəlkə, bir az danışasınız. 
- Əlbəttə, danışmaq olar. Amma bilirsiniz, bu ... bəlkə, yaxşı çıxmaz, ya da, nə bilim, bilmirəm... 
Güldü. 
- Kitabxanaçı xanımların hamısı gözəldir. - Məsələyə dəxli yox idi. Söhbət uzansaydı kövrələ 
bilərdim. - Sənin timsalında hər birinin əlindən öpürəm, - dedim. 
Xoşallandı. Bəbəklərinə qonan ovuc-ovuc sevincdən bir çimdik pay götürüb, görüşmək ümidilə 
ayrıldım.  
* * * 
Evə çatar-çatmaz bir fincan kofe içib beynimdə dolaşan qarışıq düşüncələri durultmağa çalışdım. 
Hardan başlamalıydım? Necə yazmalıydım? İndiyəcən yüzlərlə yazı qaralamışdım: siyasət, 
iqtisadiyyat, sosial həyat, hətta idman mövzusunda araşdırmalar çap etdirmişdim. (Bu, ortabab 
jurnalistlərin tale yazısıdır) Bəzi dostlarım zarafatla məni “hərşeyşünas” çağırırdı. İndi niyə bu 
qədər həyəcanlıydım? Qollarımı çırmayıb işə girişdim. Qəzetə göz gəzdirən oxucunun baxışları 
birinci cümlədən ta axrıncıyadək sətirlərin arasında oynamalı, hərdən qıcıqlanıb qaş 
düyünlətməli, damarına yatan fikir olanda başını yellədib köks ötürməli idi. Məsələn, belə: “O, 
Azərbaycan şou-biznesindəki qadınların yalançı əxlaq və tərbiyə maskasını yırtanda keçmişini 
və bu gününü düşünməmişdisə, deməli, indiki faciəsini yaşamaq bu Davudnəfəs qızın “halal” 
haqqıdır”.  
Hiss edirdim, sinəm doludur, kompüterimin köhnəliyini, klaviaturanın nasazlığını eynimə 
almayıb vəcdlə yazıya girişmişdim. Kitabxanadan gətirdiyim materiallardan götürdüyüm sitatları 
jurnalın tarixinə, səhifəsinəcən göstərir, indi Leylanın üzünə duran adamların riyakarlığını qatı 
boyalarla, pafoslu cümlələrlə yazırdım. Mənə elə gəlirdi, bütün gücümü, iradəmi, enerjimi sərf 
etdiyim bu yazıdan sonra həyatımda bir dönüş olmalıydı. Özü axtarıb məni tapmalı, kövrəlib 
qürur hissiylə təşəkkürünü bildirməliydi. Mən də bu ələdüşməz fürsəti qaçırmayıb bir-iki lirik-
sentimental sözdən sonra əlini öpməli, köksümə sıxıb ürəyində gəzdirdiyi, heç kimlə 
bölüşmədiyi hisslərini bitdə-bitdə ovcuma qoydurmalıydım. Çətinə düşəndə dəli kimi otağımın 
emulsiyalı divarlarını, alçaq tavanını köməyə çağırırdım. Bir dam altında yaşamaqdan təsəlli 
tapdığım Selma Hayekin şəklinə göz vurub, yenidən işə girişirdim. Hətta arada vaxt tapıb 
İsmayıl dayıya da baş çəkdim. Əlimi cibimə dürtüb astagəl addımlarla daxmasına yaxınlaşıb kef-
hal tutdum. Gözümə birtəhər dəydi. Kişi elə bil qosqoca mağara adamıydı. Ya mənim başıma 


hava gəlmişdi, bilmədim. Mızıldana-mızıldana əl altdan Leyla haqqında soruşdum. Kal 
baxışlarını üzümə zillədi ki, təzə xəbər-ətər yoxdur. Daş stəkana süzdüyü pürrəngi çayı ucuz 
“mumu” konfetiylə içəri ötürüb, ustufca əkildim.  
Bakının “Çudo Peçka”larında çay süzən ətizəhər, hikkəli qızlara bənzətdiyim payız havasının 
üzü axşama doğru bir az da döndü. Ağaclar əsib-coşub bir-birinin üstünə dartınırdılar. Orta 
məktəbdə oxuyanda sinif yoldaşımın xatirə dəftərinə yazmışdım ki, oktyabr nostalji hisslər 
ayıdır. Adamın sinəsində qərib, kövrək-göyçək duyğular oyadır. İndi Yasamalın tör-töküntülü 
küçələri, yarımçıq göydələnlərində gözlərimi dolaşdıranda rayonumuzun tozlu küçələrini 
xatırlayıb, bir siqaret alışdırdım. Yazını bitirəndə gecədən xeyli keçsə də, siqaretin ləzzətini 
yenidən dadmaq istədim. Gödəkcəmin yaxasını qaldırıb zəncirbəndini hulqumacan çəkdim. 
Özümü yaxınlıqdakı supermarketin şüşəli qapısından içəri salıb bir qutu “Sabrani” almaq yerinə 
düşərdi. Leylanın siqareti sinəmə yaman düşmüşdü... 
* * * 
Səhərim Əsmərin telefondan eşidilən cingiltili, qayğıkeş səsinə açıldı. İsti-ilıq nəfəsini dəstəkdə 
hiss edib bircə “sevgilim” deməsindən yana gündə beş kərə dan yerinin sökülməsini arzulayıram. 
Bir dəfə zarafatla dedim ki, hiss etmişəm, əllidən o tərəfə keçməyəcəm. Sən “sevgilim” deyəndə 
sonuncu“i”-ni nə qədər çox uzatsan, hərflərin sayı qədər ömrüm olacaq. O bu, başında vərdiş 
qalıb. Özü də ərinməyib “i”-lərin sayını yazmaq üçün bloknot ayırıb. Qızın hesabıyla mən indən 
belə 543 il yaşayıb 2552-ci ilin gözəl yaz səhərlərini tarix muzeyində qarşılamalıydım.  
 
Dünənki qəzetləri oxumaq tamam huşumdan çıxmışdı. İki qəzetin manşeti təxminən eyni idi: 
“Generalların müdhiş savaşı”... Neçə gündən bəri rahatlığımı çəkib aparan tapançanı yoxlayıb 
özümü təsəlliyə tutandan sonra qəzetləri vərəqləməyə başladım. Yazılanlara inansaq, ölkənin iki 
nüfuzlu generalı arasında çoxdan başlayan soyuq münasibətlər yaxın günlərdə açıq savaş 
müstəvisinə keçmişdi. Qəzetin özəl mənbəyə isitinadən dərc etdiyi bir səhifəlik yazıda hər iki 
generalın ölkə hüdudlarından kənarda olan dayaqları, böyük biznes şəbəkəsi və muzdlu ordu 
saxladığı haqqında iddialar yer almışdı. “İnformasiya şöbəsi” adından çap olunan məqalədə 
yaxınlarının “Zevs” adlandırdığı generalın hətta PKK ilə əlaqələrindən danışılır, Türkiyənin 
yüksək çinli məmurlarının kütləvi həbsi zamanı “Zevs” dindirilsə də, sudan quru çıxdığını 
yazırdılar. Başqa bir məlumatlı mənbə iddia edirdi ki, generallar arasındakı savaşın tarixi səkkiz 
il əvvələ gedib çıxırdı. Guya “Zevs”in oğlu İtaliyada hüquq təhsili alan zaman Əfqan iş 
adamlarından birinin 450 min dollarlıq maşınını oğurlatdırıb ölkədən çıxarır. Qara Dəniz 
sahillərində türk polisi tərəfindən ələ keçirilən maşın geri qaytarılır və “L.M” adlı ikinci general 
bu haqda yuxarıları məlumatlandırır. Altı ay sonra “Zevsin” ərköyün oğlu Romanın 
diskoklublarında birində erməni qızla tanış olub eşq macərası yaşayır. Hələ bu azmış kimi, bacısı 
Klaranı da məşuqəsi ilə tanış edib, bir neçə həftəliyə İsveç dağlarına xizək sürməyə yollanırlar. 
Bu haqda ilkin məlumatı Ermənistanda millətçi mövqeyi ilə tanınan qəzetlərdən biri yazır və 
dərhal türk, gürcü qəzetləri də öz səhifələrində bu xəbərə səxavətlə yer ayırırlar. Türkiyənin 
“Sabah” qəzetində Klara haqqında geniş araşdırma yazısı dərc etdirən jurnalist Şeyda Özgürün 
məqaləsində deyilirdi ki, “Zevsin” birinci arvadından olan Klara uşaqlıqdan ərköyün təbiətilə 
qohum-qonşu arasında ad çıxarıbmış. Leykozdan dünyasını dəyişən anasını itirəndən sonra 
sarsıntı keçirən qızcığaz məktəbdə dərsləri pozur, müəllimləri ilə yola getmirmiş. 1985-ci ilin 
avqustunda xuliqan uşaqlarla tanış olan 14 yaşlı qızın təzə dostları ilə münasibətləri uzun 
sürməsə də, onların avara həyatına beş ay yoldaşlıq etməli olub və Emin adlı ilk sevgisini də 
burda tapıb. Hətta indiki Milli Bankın yaxınlığında yerləşən zinət əşyaları mağazasından oğurluq 
edərkən onların yanında olub. O vaxtlar “Zevs” olmaq iddiasını yuxusuna gətirməyən cavan 
kapitan qızının hərəkətlərindən qəzəblənib Klaranı möhkəmcə döyür, gün işığına çıxmasını iki 
ay qadağan edir. Türkiyəli jurnalistdən gətirilən sitatda deyilirdi ki, bundan sonra xudbin və kinli 
olan Klara evlərinə gələn müəllimləri söyüb qovurmuş. 1986-cı ilin aprelində özünü balkonun 
divarına çalınmış mismardan asmaq istəyən qızı siqaret çəkmək üçün balkona çıxan 
qohumlarından biri xilas edir. Cavan kapitan da, arvadı da qorxuya düşürlər, hirs-hikkələrini 
birtəhər udub Klara ilə ehtiyatla davranırlar. Qonşuluqda yaşayan qoca psixoloq ər-arvada deyir
xuliqan uşaqlarla keçirdiyi həyat tərzi üzündən uşaqda psixi pozğunluq yaranıb; ola bilər, bu, 
yüksək həyəcan və stressin nəticəsində baş versin. Sonrakı günlərdə özünə qapanan zavallı 
qızcığazın ögey anasıyla sözü tez-tez çəpləşirmiş. Elə o ərəfədə anasına “atamla qoşalaşıb məni 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə