Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

mənə göz qoyur. Bilmirəm, bəlkə nədənsə şübhələnmişdi? Sinəmdə narahat hisslər oyandı. 
Hamamın qapısı örtüləndən ikicə dəqiqə sonra duşun şırıltısı gəlsə də, cəftənin taqqıltısını 
eşitmədim; deyəsən, qapını arxadan bağlamağı ya unutmuşdu, ya da qəsdən... Nə bilim, görünür, 
yolumu gözləyirdi. Özgə vaxt olsaydı, əlbəttə, belə əla fürsəti əldən buraxmaq dəlibaşlıq olardı; 
amma indi - çoxunun bircə müsahibə, adicə görüntü almaq üçün dəridən-qabıqdan çıxdığı vaxtda 
(sonradan biləcəkdim ki, əslində belə deyil) mənə inanıb evinin yuxarı başına çıxarıbsa, əlimə 
düşən bu imkandan istifadə etmək lazımdı; ölkənin bu məşhur xanımının həyatını öyrənmək 
ehtirası onun bədəninə toxunmaq ehtiyacından daha güclü idi, inanın!  
Çaydan bir-iki qurtum içib o biri otağa keçdim. Balışın altına yenidən baxdım, şəkil yox idi, ət 
rəngli lifçiyin birini dəyişəcək götürüb, ikinci tayını balışın altında gizlətmişdi. Yorğan-döşəyi 
qaldırdım, görə bilmədiyim yerlərə əlimi gəzdirdim. Şifonerdəki pal-paltarın ciblərini yoxlamaq 
da işə yaramadı. Dəri gödəkcələrdən birinin cibində yüzdollarlıq vardı. Qaytarıb yerinə qoydum. 
Taxtın yuxarı başında - divarın dibində atılıb qalan idman çantasını eşələdim. Köhnə-külə pal-
paltar, kaset, disklər, iki şəkil albomu... Lənətə gələsən, bu ləçər tapançanı harda gizlədib?! 
Darıxdım. Bəlkə, ürəyinə yatmışam, çimib-təmizlənir ki, mənimlə sevişəndə bədəni pak, 
təravətli olsun? Tapançanı gicgahına sıxanda ölümqabağı bir kişinin həyatında, yaddaşında xoş 
ətirli bədəniylə qaldığına görə təsəlli tapacaq?! Rəftarıdan başa düşdüm: heç yana köçmək fikri-
filanı yoxdu, məni də sevişməyə çağırıb, vəssalam! Şirin-şəkər təbəssümlə gülümsəyib qapını 
üzümə bağlayandan sonra döşəmənin üstünə qızıl qanını axıdacaqdı. Dolabın üstündəki qutu 
gözümə sataşdı. Əlimlə ağır-yüngüllüyünü yoxladım. Doluydu. Stul gətirib ayağımın altına 
qoydum ki, görüm içində nə var? 6-7 il əvvəl qəsəbəmizdəki bütün evlərə ayaq açıb, arvadları 
çörək bişirmək əzabından qurtaran İranın qırmızı çörək sobasıydı. Leyla hara, çörək bişirmək 
hara? Nə qəribəydi!  
“Başqa harada gizlədə bilər?” - Düşündüm. Stulu aparıb yerinə qoydum. Hamamdan gələn su 
şır-şırı xırp kəsildi. Artırmanı axtarmaq niyyətim deyəsən, baş tutmayacaqdı. Nəyin bahasına 
olur-olsun, tapançanı ələ keçirməmiş, evdən getdi yox idi. İşdi, Leyla hamamlanandan sonra 
sevişmək istəyinə düşsəydi, hər şeyi yataqdaca ona deyəcəkdim. Köməksiz, nisgilli, iradəsi zəif 
qızların başını bişirmək mənim əlimdə su içmək qədər asan işdi. (Nagüman qalmayın, Quran 
haqqı, heç vaxt belə əclaflıq etməmişəm) Dilimi işə salıb həyat, insan taleləri, hər kəsin ömür 
boyu istisinə qızınmaq üçün arzusunda olduğu pak sevgi barədə danışıb, onca cümlədən sonra 
bütün həyatını bitdə-bitdə öyrənər, başımı qatmaq üçün gəldiyi bütün kələkləri onun boğazına 
elə tıxayardım, ruhu inciməzdi. Əslində, bunu bir az qabaq etmək olardı, sadəcə, Leylanın 
əhvalını, hisslərini bu söhbətə kökləmək lazım idi. Duyğuları ən gözlənilməz kəlmələri belə 
həzm etməyə hazır olmalıydı.  
Hamamdan boğuq öskürək səsi eşidildi. Deyəsən, sinəgir olmuşdu, nəfəs dərmədən ard-arda 
öskürürdü. Suyun səsi gələndə rahatlanıb artırmaya boylandım. Qapının dəstəyindən tutub 
ehtiyatla özümə sarı çəkmək istəyim baş tutmadı. Bir də yoxladım, alınmadı. Üçüncü kərə də 
bəxtim gətirməyəndə şübhələndim. Əlcəkdən iki qarış aşağı asılan qıfılı görəndə, dalağım 
sancdı. Tfu, zibil!!! Tapança artırmadaydı! Qıfılı gözümdən yayınıb nə vaxt bağlamışdı? Açar, 
Allah bilir, hardadır! Uğursuzluğun sinəmə yayılan acısı mədəmi göynətdi. Amma nə yeriydi, bir 
az dəliqanlı olub, özünün verəsən hamama, qızın qolundan tutub elə lüt-ətcəbala gətirəsən ki, 
qıfılı aç, tapançanı təhvil ver, əzizim!  
Leylanı yatağa salıb, sevişmənin şirin yerində dilə tutmaqdan savayı yolum yox idi. Hamamın 
qapısını açıb tünd şampun qoxusunu ciyərlərimə çəkdim. Sarı, uçuq-sökük kafelli divara 
bərkidilən rəfin üstündə “Cannel”, “valentino” şampunları, “dior”, “sant lourent” bədən gelləri 
yan-yana düzülmüşdü. Bədəni döşlərinin üstüylə göbəyinə sarı axan qatı şampun köpüyünün 
içində görünmürdü. Divarda dəniz mənzərəsi, ayağının altında balıqqulağı şəkli olsaydı, Sandro 
Botiçellinin “Afroditanın dəniz köpüyündən doğulması” rəsminə çox bənzəyirdi. Su ağ, 
göyqurşağı rənglərinə boyanan şampun köpüyünü yuyub aparanda... İlahi!!! Ağ, ətli baldırları, 
südbəyaz, dipdiri döşləri... şümal boyun-boğazından gözümü çəkə bilmirdim. Şalvarımın 
qabağının qalxmağıyla alt dodağımı dişləyib, nəfəsimi içimə çəkməyim bir oldu.  
- Eyy, utanmaz, neynirsən?! - Səsi hamamın alçaq tavanına, döşəməyə, dər-divara, yan-yana 
düzülən şampun qablarına dəyib üzümə çırpıldı. - Altıaylıqsan? - Bu dəfə cingiltili səslə güldü. 
Qapını örtüb otağa keçdim. 
- Tələsməyindən bilinir ki, naşısan! - İçəridən boğuq, zəif səsi eşidildi.  


- Naşılığımı göstərərəm! - Dilimin altında donquldandım (Ayıb olsun mənə!). 
Dan üzlü Əsmərimin doğma, məhrəm siması gəldi gözlərimin qabağına. İki daşın arasında 
tələsik sms yazdım: “Mənə icazə var öz ehtirasımı başqa qadınların hesabına təmin edim. Çünki 
qanuni arvad ləyaqət rəmzidir, ləzzət mənbəyi yox. İmperator Verrin arvadına cavabı”. Belə 
ikibaşlı sms-ləri ona tez-tez yazıram. Dünən gecə “Qadın həmişə bilir ki, o nə istəyir, lakin nə 
istədiyini heç vaxt bilmir” - yazmağımdan əməlli-başlı cırnamışdı. İmperator arvadının ərinə 
şəfqət ya qəzəb göstərdiyini bilmirəm, amma mənim Əsmərimin bircə sözlük cavabı özünü çox 
gözlətmədi: “Donuz!”. 
İsti-ilıq rəftarına, diri yumorlu sms-nə baxmayın, onun qısqanclığı və tərsliyi ucbatından başım 
az bəlalar çəkməyib. Məsələn, həftələrlə telefon zənglərim cavabsız qalıb, sms-ləri elə bil divara 
yazmışam, daş bağlayıb quyuya atmışam. Belə hüznlü və kədərli, adamın ürəyini yağsız bişirən 
qara-qara darıxdırıcı gecələr başınıza gəlsin!  
Göyümtül xalatının yaxasını bir-birinə sıxıb, islaq saçlarını gözünün üstündən arxaya daradı. 
Güzgünün qarşısında cilvələndi, saçlarına tumar çəkdi; “Vichy”-ni bəyənmədi, “Loreal”-la 
üzünü kremləyib, oxşadı. Əlim cibimdə arın-arxayın qapıya söykənib Leylanın hərəkətlərini 
izləyirdim. Kənardan baxan olsaydı, bizi illərin sınağından çıxan ayrılmaz sevgili, möhkəm dost
əvəzedilməz məşuq sanardı. Hərdən-hərdən güzgüdən baxıb elə bil ürəyimdən keçənləri oxumaq 
istəyirdi. Gözlərimdəki nagümanlığı, müəmmanı (bəlkə də hərisliyi, ehtirası), hərəkətlərimdəki 
narahatlığı iliyinəcən hiss etmişdi. Alnını qırışdırıb göz vurdu. Gülümsəyəndə dərindən köks 
ötürdüm. Ərklə: 
- Dərdin dağlara, - dedi, - Dəryada gəmilərin batıb? 
Yaxınlaşıb bir addımlığında dayandım. Özümü tox tutmağa çalışsam da, çiyinlərini, boyun-
boğazını öpmək, döşlərini ovcumun içində yüngül-yüngül sıxıb oxşamaq ehtirasımı içimdə boğa 
bilmədim; iliyiməcən bütün hüceyrələrim gərilmişdi. Saçlarına hopan şirin “Cannel” ətri 
burnuma dolub bircə addımlıq məsafəni geridə qoymağa cəsarət verdi. Nəm, ipək saçlarını 
öpməyim xoşuna gəldi. İsti-ilıq nəfəsim boyun-boğazına, çiyninə yayıldıqca bədəni süstləşir, 
kürəyini sinəmə söykəyib kəsik-kəsik nəfəs alırdı. Qollarımı belinə dolayanda başını çiynimə 
qoydu, gözünü yumub alt dodağını dişlədi. Xalatın ipini, yuxarıdan iki düyməsini açıb 
barmaqlarımın ucunu bədənində gəzdirdim, döşlərinə toxundurdum. Paltarı sürüşüb əynindən 
düşəndə güzgüdəki çılpaq bədəniylə üz-üzə qaldım. Sol döşünün üstündə... “Vüqar” yazılmışdı. 
Leylanı bərk-bərk özümə sıxanda, qollarımın arasına alıb güllü yorğan-döşəkli taxta uzadanda 
elə hey düşünürdüm ki, görən eyni hissləri ona neçə mənim kimi adam yaşadıb; saçlarında neçə 
yad kişinin nəfəsini duyub, içinə çəkib, yatağını bölüşüb... Bədənini, ürəyini təslim etdiyi 
adamlara ruhunu da veribmi?! Veribsə, əlçatmaz, müqəddəs duyğularını zorlamayıblar ki; nə 
qazanıb onu sevən-sevməyən adamların altına uzanmaqdan; indiki qayğılı, iztirablı, unudulmuş 
günlərində bu xatirələr qaynar qurğuşun kimi içini, canını, ürəyini yandırmır ki? Fahişə-ləçər 
deyib durduğum, bəzən haqqında qəzəb və nifrətlə danışdığım bu qızın sinəsinin altında hansı 
sirlər gizlənib, mən nələrdən xəbərsizəm, onun həyatı ilə tanış olmaq qisməti qazansam, nələrlə, 
hansı hadisələrlə üz-üzə, göz-gözə qalacam, görəsən?!... Belə bir şey olacaqmı?  
 
Boynumu bərk-bərk qucaqlayıb üzünü üzümə sıxdı. Kəsik-kəsik nəfəs alırdı, sinəsi qalxıb-
endikcə döşlərinin istisini, yumşaqlığını bədənimdə hiss edirdim. Bayırda külək qopmuşdu, 
elektrik naqilləri ac yalquzağa dönüb soyuq oktyabr axşamının üstünə uluyurdu. Pəncərədə 
qaralan payız gecəsi utanmaz-utanmaz bizim sevişməmizə göz qoyur, hərdən köhnə, taxtası 
çürük pəncərəni gücü çatınca titrədib Leylanı səksəndirirdi.  
- Nə yaxşı sənə rast gəldim, - dedi. 
- Mən elə bil yuxudayam, - dedim.  
Yanaqlarına narın təbəssüm qondu.  
- Doğrudan, bu nə qəribə tanışlıqdı. Mən heç kəsi belə tezliklə ürəyimə yaxın buraxmamışam.  
- Bəlkə, tək qaldığına görə ürəyinə qarşı çıxmısan? 
Üzündəki təbəssüm bir göz qırpımında çəkilib getdi. Alındığını, xətrinə dəydiyimi hiss 
etdirməməyə çalışsa da, bacarmadı.  
- Mən ürəyimə yaxın buraxmamışam dedim, özümə, bədənimə yox!  
- Doğrusu, mənim üçün də gözlənilməz oldu.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə