Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə13/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   136
BIOKIMYA MUHAZIRELER

Nişasta.
  Nişasta  mürəkkəb  homopolisaxariddir.  Suda  həll  etdikdə  kolloid 
məhlul əmələ gətirir. Nişasta hidroliz olunduqda əvvəlcə bir sıra aralıq məhsullara 
(dekstrinlərə) və ən nəhayət qlükozaya ayrılır. Reaksiya sxematik belə gedir: 
 

 

6
12
6
2
5
10
6
1
O
H
nC
O
H
n
n
O
H
C



 
 
Burada 
n─
nişasta  molekulundaki  qlükoza  qalıqlarının  sayını  göstərir.  Onun 
qiyməti 3-6 min arasında tərəddüd edir. Nişasta iki maddədən: amiloza və amino-
pektindən  ibarətdir.  Amoloza  aminopektinə  nisbətən  bəsit  maddədir,  suda  yaxşı 
həll  olur.  Amilozanın  molekul  kütləsi  100  mindən  600  minə  qədər,  aminopekti-
ninki isə 1 milyon çatır. 
Nişastanın molekul kütləsi, adətən, bir neçə milyona çatır. 


14 
 
Amiloza  zəncirində 
α─D─
qülükopiranoza  qalıqları  bir-biri  ilə  birinci  və 
dördüncü karbonlar arasında 
α─
1,4 rabitələr hesabına birləşir, şaxələnmə olmur. 
 
 
Amilopektinin  tərkibində  isə  monosaxaridlərin  qalıqları  bir-birilə  birinci  və 
dördüncü karbonlarla α─1,4 rabitə ilə yanaşı, birinci və altıncı karbonlar arasında 
da α─1,6─qlükozid rabitələri yaratmaqla çox şaxələr verir. Son zamanlar müəyyən 
edilmişdir ki, amilopektində hər 8-12 qlükoza qalığından bir şaxə verir. Şaxələrdə 
isə orta hesabla 12 qlükoza qalığı vardır.  
Bitkilərdə  nişasta  ehtiyat  qida  maddəsi  kimi  toplanır.  Bu  yem  bitkilərinin 
əsas tərkib hissələrindəndir, ən çox dənli bitkilərdə (düyüdə 60-80%, buğdada 60-
70%,  qarğıdalıda  65-75%),  soğanaqlarda,  kök  yumrularında  (kartofda  12-20%) 
olur.  
Müxtəlif  bitkilərin  nişastasında  amiloza  ilə  amilopektinin  nisbəti  eyni 
deyildir.  Nişastanın  15-25%  amiloza,  75-85%-i  isə  amilopektin  təşkil  edir. 
Amilopektin ən çox qarğıdalı, düyü, arpa nişastasında olur. Noxudda, qarğıdalının 
bəzi növlərində isə nişastanın 50-75% amilozadan ibarətdir.  
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə