Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə15/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   136
BIOKIMYA MUHAZIRELER

Sellüloza.
  Sellüloza  bitki  aləmində  ən  geniş  yayılmış  homopolisaxariddir. 
Karbon  birləşmələrinin  yarıdan  çoxunu  sellüloza  təşkil  edir.  Bu  ən  çox  kətanda 
(80-90%),  çətənədə,  samanda,  bitkilərin  oduncağında  (40-50%)  və  pambığın 
lifində (90-98%) olur. Bitkilər ildə 10
11
 tona yaxın sellüloza sintez edir. Bitkilərdə 
sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin və s.) birlikdə olur. 
Sellüloza  hidroliz  edilərkən  D─qlükozanın  β─forması  əmələ  gəlir. 
Sellülozanın  molekul  kütləsi  10-20  milyon  arasında  dəyişir,  qlükoza  qalıqlarının 
miqdarı  3000-dən  10 000-ə  qədər  olur  və  zəncirvari  şaxələnir.  Qlükoza  qalıqları 
biri  digəri  ilə  birinci  və  dördüncü  karbonlar  arasında  β─1─4  qlükozid  rabitələri 
hesabına birləşir.    
 
 
 
Sellüloza  mikrofibrillər  şəklində  bitki  hüceyrələri  divarının  əsas  quruluş 
materialı sayılır.  
Sellüloza  müxtəlif  kimyəvi  təsirlərə  çox  davamlıdır.  Yalnız  Şvesyser 
reaktivində (mis-ammonyak kompleksi) həll olur.  
İnulin.
 İnulin homopolisaxariddir. Suda yaxşı həll olur. Molekul kütləsi 5-6 
min  arasındadır.  Hidroliz  olunduqda  β─
D─
qlükopiranozaya  ayrılır.  İnulinin 
molekulunda fruktozaların əlaqəsi birinci karbonla ikinci karbon arasında yaranır. 
Lixenin
  şibyələrdə  olan  homopolisaxariddir.  Molekul  kütləsi  10-40  min 
olur.  Hidroliz  olunduqda  β─D─qlükopiranozaya  ayrılır.  Qlükoza  molekullarının 
əlaqəsi  birinci  və  dördüncü  karbonlar  arasında  yaranır.  Bu  polisaxarid  şimal 
maralları üçün əsas yem sayılır.  
Aqar-aqar  yosunlarda  olan  polisaxariddir.  Hidroliz  olunduqda  qalaktozanın 
D─ və L─formalarına ayrılır.  
Dekstranlar bakterioloji mənşəli şaxəli polisaxariddir. Bunların özlülüyü və 
osmotik  xassələri  qanınkına  yaxın  olduğundan  və  toksiki  təsir  göstərmədiklərinə 
görə  qismən  depolimerləşdirilərək  qan  plazmasının  əvəzediciləri  kimi  işlənir. 


CH
2
OH 
OH 

CH
2
OH 

CH
2
OH 

OH 
OH 
OH 
OH 


16 
 
Bunlarda  antigenenlik  xassəsi  də  vardır.  Dekstranlar  sənaye  üsulu  ilə  külli 
miqdarda istehsal olunur. 
Dekstranlar  da  D─qlükozanın  polimerləridir.  Bunlarda  qlükoza  qalıqları 
birinci və altıncı karbonlar vasitəsilə (α─1─6─rabitələrlə) birləşir.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə