Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə91/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

 
Beynəlxalq  iqtisadi  hüququn  struktur  elementi  və  tərkib  hissəsi  olan
 
beynəlxalq  turizm  hüququnun  özünəxas  (özünəməxsus)  nizamasalma  predmeti 
vardır.  Nizamasalma  predmeti  beynəlxalq  turizm  hüququnun  BİH-in  ayrıca  struktur 
elementi  və  tərkib  hissəsi  kimi  tanınmasına  imkan  verən  əsas  meyar  sayılır.  Başqa 
sözlə,  nizamasalma  predmeti  beynəlxalq  turizm  hüququnun  BİH  çərçivəsində 
struktur  element  və  tərkib  hissə  kimi  ayrılmasını  şərtləndirən  başlıca  əlamət  hesab 
edilir.  Bundan  əvvəlki  yarımbaşlıqda  beynəlxalq  turizm  hüququna  verdiyimiz 
anlayışdan  göründüyü  kimi,  o,  dövlətlərarası  beynəlxalq  turizm  münasibətlərini 
tənzimləyən  hüquq  normalarından  ibarətdir.  Məhz  formulə  etdiyimiz  bu  anlayışda 
beynəlxalq  turizm  hüququnun  nizamasalma  predmeti  konkret  olaraq,  aydın  şəkildə 
göstərilmişdir.  Belə  ki,  istənilən  hüquq  sahəsinin  bu  və  ya  digər  struktur  elementi 
(hüquqi  qurum)  hansı  növ  ictimai  münasibətləri  tənzimləyirsə,  o  münasibətlər  də 
həmin  struktur  elementin  (hüquqi  qurumun)  nizamasalma  predmetini  təşkil  edir. 
Deməli, beynəlxalq turizm hüququnun nizamasalma predmeti qismində dövlətlərarası 
beynəlxalq  turizm  münasibətləri  çıxış  edir;  bu  münasibətlər  isə  turizm  sahəsində 
dövlətlərarası beynəlxalq əməkdaşlığın  həyata keçirilməsi prosesində  yaranır.  Başqa 
sözlə,  dövlətlərarası  beynəlxalq  turizm  münasibətləri  turizm  sahəsində  dövlətlərin 
fəaliyyəti nəticəsində əmələ gəlir. 
Dövlətlərarası  beynəlxalq  turizm  münasibətləri  beynəlxalq  iqtisadi  hüququn 
subyektləri  arasında  yaranır.  Belə  ki,  yalnız  dövlətlər  və  turizm  sahəsində 
dövlətlərarası beynəlxalq təşkilatlar (məsələn, Ümumdünya Turizm  Təşkilatı  və s.)1 
bu  münasibətlərin  iştirakçıları  ola  bilərlər.  Bu  kotekstdə,  yəni  subyekt  baxımından 
dövlətlərarası turizm münasibətlərini iki növə bölmək olar: 
-iki və ya bir neçə dövlət arasında yaranan turizm münasibətləri; 
-dövlətlərlə beynəlxalq (dövlətlərarası) turizm təşkilatları arasında əmələ gələn 
turizm münasibətləri. 
Dövlətlərarası  beynəlxalq  turizm  münasibətləri  spektri  geniş  və  əhatəli 
anlayışdır. Belə ki, bu spektr özündə bir neçə növ münasibəti birləşdirir. 
Onlara aşağıdakılar aiddir: 
-turizm məhsulunun realizə olunması (satışı) ilə bağlı olan münasibətlər; 
-turistlərə nəqliyyat xidmətinin göstərilməsi ilə bağlı olan münasibətlər; 


-turistlərə mehmanxana xidmətinin göstərilməsi ilə bağlı olan münasibətlər; 
-turistlərin qida ilə təmin olunması sahəsində yaranan münasibətlər; 
-türistlərə kommunikasiya xidməti göstərilməsi ilə bağlı olan
 münasibətlər; 
-turistlərə  rekreasiya  xidməti  göstərilməsi  zamanı  yaranan  münasibətlər
  (bu 
növ  xidmət  nəticəsində  turistlər  muzey,  mədəniyyət  abidələri  və  tarixi
  yerlərlə tanış 
olurlar); 
-digər xidmətlərin göstərilməsi prosesində yaranan münasibətlər. 
Beynəlxalq  turizm  hüququnun  əsas  funksiyası  da  qeyd  edilən  xidmət
 
növlərinin 
göstərilməsi 
sahəsində 
dövlətlər 
arasında 
yaranan 
beynəlxalq
 
münasibətləri  tənzimləməkdən  ibarətdir.  Həmin  münasibətlər  turizmlə  bağlı
  olaraq 
yaranır.  Məlum  məsələdir  ki,  turistlərə  mehmanxana,  rabitə,
  kommunikasiya, 
rekreasiya  və  digər  növ  xidmətlər  turizmin  həyata  keçirilməsi
  prosesində  göstərilir. 
Yuxarıda qeyd etdik ki, ayrı-ayrı ölkələrin daxili  (milli)
 qanunvericiliyində turizmin 
leqal  (normativ)  anlayışı  verilmişdir.  Turizmin
  həm  də,  eyni  zamanda,  bəzi 
beynəlxalq  sənədlərdə  (məsələn,  Turizm
  statistikasına  dair  BMT  sənədində, 
Beynəlxalq  Turizm  Akademiyasının
  sənədində  və  s.)  beynəlxalq-hüquqi  tərifi 
(definisiyası)  formulə  edilir.  Bu
  təriflərdən  bəlli  olur  ki,  turizm  dedikdə  fiziki 
şəxslərin sağlamlıq, biliyini
 artırmaq və görüş dairəsini genişləndirmək və ya işgüzar-
professional
  məqsədlər üçün öz daimi yaşayış yerlərindən müvəqqəti getmələri başa 
düşülür.
 
Beynəlxalq  münasibətlər  praktikasında  da  turizm  fiziki  şəxslərin  göstərilən
 
alternativ  məqsədlərdən  ötrü  öz  daimi  yaşayış  yerlərindən  müvəqqəti  getmələrinin 
bütün formalarını əhatə edən anlayış kimi işlədilir. 
Turizmin  ölkə  daxilində  və  ya  xaricində  həyata  keçirilməsindən  asılı  olaraq, 
onun iki növü fərqləndirilir: 
-daxili turizm; 
-xarici turizm. 
Daxili  turizm  dedikdə  müəyyən  ölkədə  yaşayan  fiziki  şəxslərin  öz  daimi 
yaşayış  yerlərindən  müvəqqəti  olaraq,  həmin  ölkənin  hüdudları  daxilində  digər  yerə 
getmələri  (səyahət  etmələri)  başa  düşülür.  Başqa  sözlə,  əgər  səyahət  hər  hansı 
dövlətin daxilində həyata keçirilərsə, belə səyahət daxili turizm adlanır; əgər səyahət 


dövlət sərhədindən kənara çıxmaqla bağlıdırsa bu səyahət xarici turizm sayılır. Xarici 
turizmlərin məcmusuna isə beynəlxalq turizm deyilir. 
Xarici  turizm  beynəlxalq  turizmdən  onunla  fərqlənir  ki,  o,  yalnız  bir  ölkənin 
fiziki  şəxslərinin  başqa  ölkəyə  səyahət  etmələrini  ifadə  edir.  Beynəlxalq  turizm  isə 
bütun ölkələrin fiziki şəxslərinin xarici ölkələrə səyahət etmələri deməkdir. 
Beynəlxalq  turizm  dedikdə  dövlətlər  arasındakı  turizm  münasibətləri 
(əlaqələri) başa düşülür ki, bu münasibətlər, adətən, beynəlxalq müqavilələr əsasında 
müəyyən  olunur.  Beynəlxalq  turizm  hüququnun  nizamasalma  predmetini  də  məhz 
beynəlxalq  (dövlətlərarası)  turizm  münasibətləri  təşkil  edir.  Lakin  beynəlxalq 
sənədlərdə beynəlxalq turizmin anlayışı formulə olunur. 
 
13. 3.    Beynəlxalq turizm hüququnun beynəlxalq hüquq sistemində 
tutduğu yer 
 
Beynəlxalq-hüquqi  tənzimetmə  həm  də  beynəlxalq  turizm  sahəsində  həyata 
keçirilir.  Belə  ki,  beynəlxalq  turizm  fəaliyyəti  beynəlxalq-hüquqi  tənzimetmənin 
vacib  obyektlərindən  biridir.    Bu  isə  təsadüfi  xarakter  daşımır.  Qeyd  etməliyik  ki, 
kifayət  dərəcədə  aktual  məsələ  olduğu  üçün  beynəlxalq  ictimaiyyət,  xüsusən  də 
dövlətlərarası 
beynəlxalq 
birlik 
beynəlxalq 
turizm 
fəaliyyətinin 
hüquqi 
tənzimlənməsində  maraqlıdır.  Axı,  dünya  birliyi  turizm  sahəsində  humanitar 
əməkdaşlığa  sülh  və  beynəlxalq  təhlükəsizliyin  ümumi  sisteminin  ayrılmaz  hissəsi 
kimi  baxır.  Ona  görə  ki,  özündə  humanizm  elementlərini  birləşdirən  beynəlxalq 
turizm  bütün  xalqların  həyat  səviyyəsini  yüksəltməyin  mühüm  vasitəsi,  habelə  sülh 
və beynəlxalq əməkdaşlığı möhkəmləndirməyin vacib amili sayılır. 
Tam  yəqinliklə  deyə  bilərik  ki,  beynəlxalq  münasibətlərdə  turizm  əsas 
yerlərdən birini tutur. Təkcə bunu demək kifayətdir ki, hər il 500 milyona qədər fiziki 
şəxs  turist  qismində  (turizm  məqsədilə)  xarici  ölkələrə  səfər  edirlər.  Turist  dedikdə 
isə  istirahət,  məzuniyyət,  sağlamlıq,  təhsil,  din,  idman  və  ya  işgüzar  məqsədlərlə 
başqa  ölkədə  (yerdə)  ən  azı  24  saat  müddəti  ərzində  müvəqqəti  olan  şəxs  başa 
düşülür.2  Bunu  xüsusi  olaraq  vurğulamalıyıq  ki,  beynəlxalq  turizm  istirahətin  geniş 
yayılmış, populyar növüdür. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə