Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

siyasətlərinin 
mütərrəqi 
yaxınlaşması 
üçün 
müvafiq 
hüquqi 
qaydaların 
genişləndirilmsi olmuşdur.  
 
  
5.4. Avropa İqtisadi Birliyi haqqında Müqavilə 
 
 
 
Avropa  İqtisadi  Birliyi  haqqında  Müqavilə  ilk  növbədə,  ümumi  bazarla  bağlı 
məsələləri tənzimləyirdi. Avropa İqtisadi Birliyinin başlıca istiqamətləri aşağıdakılar 
olmuşdur: 
 
-  ümumi  bazarın  fəaliyyət  göstərməsi  üçün  üzv-dövlətlərin  qanunvericiklərinin 
yaxınlaşdırılması; 
 
- üzv-dövlətlər arasında malların ixrac və idxal edilməsində gömrük yığımlarının 
aradan götürülməsi; 
 
-  ümumi  gömrük  tarifinin  və  üçüncü  dövlətlərə  münasibətdə  ümumi  ticarət 
siyasətinin həyata keçirilməsi; 
 
-  üzv-dövlətlər  arasında  malların,  xidmətlərin  və  kapitalın  azad  dövriyyəsinə 
maneə törədən halların aradan qaldırılması; 
 
- kənd təsərrüfatı sahəsində ümumi siyasətin yeridilməsi; 
 
- subsidiya və proteksionizm üzrə qanunvericiliyin formalaşdırılması; 
 
- nəqliyyat sahəsində ümumi siyasətin formalaşdırılması; 
 
- ümumi bazarda rəqabət qaydalarının pozulmasının qarşısının alınması; 
 
-  üzv-dövlətlərdə  iqtisadi  siyasətin  razılaşdırılması  tədiyyə  balansında 
bərabərsizliyin aradan qaldırılması; 
 
- Avropa İnvestisiya Bankının təsis edilməsi. 
 
Avropa  İttifaqı  üçün  bu  gün  də  mürəkkəb  məsələ  kimi  diqqəti  cəlb  edən  yeni 
üzvlük  msələsi  o  dövürdə  də  problemli  olmuşdur.  Avropa  İqtisadi  Birliyinin  237-ci 
maddəsinə  əsasən  yeni  üzvün  qəbul  edilməsi  üçün  Birliyin  bütün  üzvlərinin  razılığı 
olmalıdır. Bu məsələdə daha çox fəallıq edən Fransa olmuşdur. Fransa üç dəfə (1958, 


1963  və  1967)  Böyük  Britaniyanın  “Ümumi  bazara”  daxil  olmasının  əleyhinə  səs 
vermişdir.  
 
Avropa  İqtisadi  Birliyinə  alternativ  olaraq  1960-cı  ildə  Avropa  Azad  Ticarət 
Assosiasiya  yaradılır.  Bu  birliyə  Avstriya,  Böyük  britaniya,  Danimarka,  Norveç, 
Portuqaliya,  İsveç,  İsveçrə  daxil  olur.  Təşkilat  çərçivəsində  inteqrasiya  azad  ticarət 
zonasının  qurulması  ilə  məhdudlaşdırırdı.  Lakin  Avropa  İqtisadi  Birliyi  uğurla 
inkişaf  etdiyi  üçün  Avropa  Azad  Ticarət  Assosiasiyasının  üzvləri  tədricən  Avropa 
İqtisadi  Birliyinə  keçməyə  başlayırlar.  1965-ci  ildə  Brussel  Müqaviləsilə  Avropa 
İqtisadi  Birliyində  üç  Birliyin  vahid  orqanı  təsis  edilir  və  1968-ci  ildə  Gömrük 
İttifaqının yaradılması prosesi başa çatır.  
 
1971-ci  ildə  Lüksemburq  Müqaviləsinə  görə  əsas  məsələlər  üzrə  qərarların 
ümumi  razılıq  əsasında  qəbul  edilməsi  haqqında  razılığa  gəlinir.  1986-cı  ildə  Vahid 
Avropa Aktının qəbul edilməsi 1993-cü il kimi ümumi bazarın yaradılması və siyasi 
sturukturların formalaşdırılması məqsədi müəyyən edilir. Vahid Avropa Aktı Avropa 
inteqrasiyasında yeni bir mərhələlərin başlanğıcını qoyur. Avropa Ittifaqının movcud 
Birlik  əsasında  yaradılması  və  Avropa  Birliyi  çərçivəsində  iqtisadi,  valyuta,  sosial-
siyasi,  sosial-iqtisadi,  ərtaf  mühitin  qorunması  və  xarici  siyasət  sahəsində  Avropa 
əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulurdu.  
 
  1990-cı  ildə  Şengen  Sazişin  bağlanması  ilə  1993-cü  ildən  şəxslərin,  yüklərin, 
kapitalın sərbəst hərəkəti təmin edilir.  
 
Yeniləşmiş  inteqrasiyanı  isə  Maastrixt  Müqaviləsi  təmin  edir.  Bu  müqavilənin 
rəsmi adı - Avropa İttifaqı haqqında Müqavilələrdir, lakin imzalandığı məkanı nəzərə 
alaraq  bu  müqaviləni  Maastrix  Sazişi  kimi  adlandırırlar.  Avropa  İttifaqı  haqqında 
Müqavilələ,  Vahid  Avropa  Aktının  davamı  hesab  edilə  bilərdi.  1992-ci  ildə 
Maastrixdə  (Niderland)  Avropa  İttifaqı  haqqında  Sazişin  imzalanması  Avropa 
Birliyinə yeni rəsmi ad Avropa İttifaqı verməklə yanaşı Vahid Avropa Aktında qeyd 
olunan məqsədlər qanunvericilik qaydasında daha da möhkəmlənirilir. Olduqca geniş 
məsələləri  əks  etdirən  bir  sənəd  olaraq  hüquqi  nöqteyi-nəzərdən,  üzv-dövlətlər 
arasında  mövcud  olan  davranış  qaydalarını  tənzimləyir.  Müqavilə  7  bölmədən 


ibarətdir.  Maastrixt  Sazişində  17  Protokol  və  33  Bəyannamə  və  bir  Razılaşma 
daxildir.  Qeyd  etmək  lazımdır  ki,  Maastrixt  Sazişi,  beynəlxalq  hüquqi  baxımdan 
kifayət  qədər  mürəkkəb  sənəddir.  Onun  bəzi  müddəalarının  təfsiri  zamanı  Paris  və 
Roma təsis aktlarına istinad edilir.  
 
  Maastrixt  Sazişində  Avropa  İttifaqının  əsas  funksiyaları  birbaşa  göstərilməsə 
də,  İttifaqın  başlıca  məqsədlərinin  araşdırılması  zamanı  onun  funksiyaları  haqqında 
təəssürat yaratmaq mümkündür. Müvafiq funksiyalara: 
-  İttifaqın  daxilində,  iqtisadi  və  sosial  tərəqqinin  davamlı  inkişafını  təmin 
etmək; 
-  ümumi xarici siyasət və ümumi təhlükəsizlik siyasətini həyata keçirmək; 
-  Ittifaqda  vahid  vətəndaşlığı  təmin  etmək,  üzv-dövlətlərin  vətəndaşlarının 
maraq və 
hüquqlarının müdafiəsini gücləndirmək; 
-  daxili  işlər  və ədalət  mühakiməsi sahəsində əməkdaşlığı  inkişaf etdirmək  və 
s. 
aiddir. 
 
1957-ci  ildə  Roma  müqaviləsində  valyuta  münasibətləri  sahəsində  əməkdaşlıq 
haqqında  məhdud  qeyd-şərt  olmuşdur.  Iqtisadi  və  valyuta  sahəsinin  yaradılması 
haqqında ilk dəfə ideya yalnız 60-cı illərin sonu üçün irəli sürülmüşdür.  
 
1997-ci il Amesterdam Müqaviləsi ilə Ümumi Xarici Siyasət və Təhlükəsizliyin 
həyata  keçirilmə  mexanizmi  genişləndirilir.  Şengen  Sazişi  isə  əsaslı  şəkildə  bir  sıra 
məsələləri yeni səviyyəyə qaldırır. Məsələn, üçüncü dövlətdən gələn şəxslərin statusu 
dəqiqləşir, onlar üçün uzunmüddətli və qısamüddətli vizalar müəyyən edilir. İttifaqın 
tərkibində hərəkət etmək və yaşamaq şərtləri müəyyənləşdirilir.  
 
Avropa  inteqrasiya  prosesinin  inkişafında  növbəti  mərhələ  2001-ci  il  Nitsa 
müqaviləsinə  təsadüf  edir.  Bu  aktda  göstərilən  bəzi  müddəalar  yeni  üzvlüklə  bağlı 
Avropa İttifaqı orqanları arasında münasibətləri daha da təkminləşdirir. 
  
 
5.5.  Avropa İttifaqının strukturu 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə