Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

 
Hazırda  beynəlxalq  məhkəmə  təhqiqatı  bir  qayda  olaraq  BMT  Beynəlxalq 
Məhkəməsi  tərəfindən  həyata  keçirilir.  Məhkəmə  BMT  Nizamnaməsinin  XIV 
Bölməsi,  özünün  Statutu  və  1946-cı  ildə  işlənib  hazırlanmış  Reqlamenti  əsasında 
fəaliyyət  göstərir.  Məhkəmə  BMT-nin  əsas  orqanlarından  sayılır.  Eyni  zamanda 
BMT-nin digər beynəlxalq məhkəmə qrumlarının təsis edilməsini istisna etmir.  
 
Beynəlxalq  təşkilatlar  çərçivəsində  BMT  Beynəlxalq  Məhkəməsi  özünün 
fəaliyyəti və yurisdiksiyası ilə beynəlxalq iqtisadi mübahisələrin həllində xüsusi rola 
malikdir.  
 
Beynəlxalq Məhkəmənin beynəlxalq mübahisələrin dinc həlli vasitələrindən biri 
kimi  nəzərdə  tutulması  yenə  də  BMT  Nizamnaməsinin  33-cü  maddəsinin  1-ci 
bəndindən  meydana  gəlir.  BMT-nin  bütün  üzvləri  eyni  zamanda  Beynəlxalq 
Məhkəmənin Statutunun  iştirakçılarıdır. Beynəlxalq Məhkəmənin  fəaliyyət sferasına 
yalnız  dövlətlərarası  mübahisələr  daxildir.  Onun  səlahiyyətləri  isə  Statutu  ilə 
müəyyən  olunur.  Statut  Beynəlxalq  Məhkəmənin  səlahiyyətlərinin  sərhədlərini 
müəyyən  edir.  Məhkəmə  dövlətlərlə  şəxslər  arasında,  eləcədə  fiziki  şəxslər 
arasındakı  mübahisələrinə  baxmaq  səlahiyyətinə  malik  deyil.  Dövlətlərarası 
mübahisələrin  həlli də spesifikliyə  malikdir. Belə ki,  müvafiq  mübahisələr də  yalnız 
hər  iki tərəfin razılığı  olduqdan sonra Məhkəmədə araşdırıla bilər. BMT  Beynəlxalq 
Məhkəmənin  səlahiyyətləri onun yurisdiksiyası tanıdığı halda yaranır.  
 
BMT  Beynəlxalq  Məhkəmənin  Statutuna  uyğun  olaraq  Məhkəmənin  məcburi 
yurisdiksiyasının  tanınması  dövlətlərin  ya  birtərəfli  bəyanatı  vasitəsilə,  ya  da 
ikitərəfli  sazişlərin  bağlanması  yolu  ilə  ola  bilər.  Belə  müqavilələrə  sülh  və 
əməkdaşlıq,  təbii  resusların  birgə  istismarı,  dənizlərin  milli  sektorlara  bölünməsi 
haqqında və s. müqavilələr daxildir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası 
eyni  zamanda  bir  sıra  çoxtərəfli  universal  müqavilələrdə  də  əks  olunmuşdur.  Buna 
baxmayaraq,  BMT  Beynəlxalq  Məhkəməsinin  məcburi  yurisdiksiyası  bir  sıra 
dövlətlər tərəfindən isə qeyd-şərtlə tanınmışdır. 2004-cü il məlumatına görə 65 dövlət 
onun yurisdiksiyasını tanıyıb.  


 
BMT 
Beynəlxalq 
Məhkəməsinin 
Statutunun 
36.2 
maddəsinə 
görə 
Məhkəməsinin yurisdiksiyasına  
a)  beynəlxalq müqavilələrin təfsiri; 
b)  beynəlxalq hüququn istənilən məsələsi; 
c)  beynəlxalq öhdəliyin pozulmasına gətirib çıxaran faktın mövcudluğunun; 
d)  beynəlxalq  öhdəliyin  pozulmasına  görə  dəymiş  zərərin  xaraqterinin  və 
həcminin 
müəyyən edilməsi daxildir.  
 
Qeyd  etdiyimiz  kimi,  BMT  Beynəlxalq  Məhkəmə  baxışı  üçün  xaraqterik 
xüsusiyyət onun qarşılıqlı razılıq əsasında fəaliyyət göstərməsidir. Hər hansı dövlətin 
başqa bir dövlətlə qarşılıqlı mübahisəsinin Beynəlxalq Məhkəmədə həlli üçün razılıq 
alması, şübhəsiz ki, onun yurisdiksiyasını kifayət dərəcədə məhdudlaşdırır. Müəyyən 
kateqoriya  mübahisələr  isə  ədəbiyyatda  da  bəzən  “sırf  siyası”  mübahisə  kimi 
qiymətləndirilən və uzun müddət davam edən hərbi konfiliktlər şəraitində həlli tələb 
edilən mübahisələrdir. Bu yönümlü sonuncu mübahisələrdən biri 2005-ci ildə Konqo 
Demokratik  Respublikası  ilə  Uqanda  arasında  baş  vermişdir.  Tərəflərin  hərbi 
təcavüz,  digər  tərəfin  təbii  ehtiyatlarının  qeyri-qanuni  ifadəsi,  kütləvi  formada  insan 
hüquqlarının pozulması ilə bağlı qarşılıqlı ittihamları Beynəlxalq Məhkəmə baxışına 
qəbul etmişdir.  
 
Belə 
mübahisələrdə 
hüquqi 
tərkibin, 
məzmunun 
fərqləndirilməsinin 
mürəkkəbliyi,  digər  tərəfdən,  məsələnin  həllində  BMT  Təhlükəsizlik  Şurasının 
xüsusi  rolunun  nəzərə  alınması  zərurəti  Məhkəmənin  müvafiq  kateqoriya  işləri 
icraatına  qəbul  etməsinə  qarşı  fikirlərin  meydana  çıxmasını  istisna  etməmişdir. 
Şübhəsiz  ki,  hərbi  fəaliyyət,  işğal,  təcəvüz  faktının  müəyyən  edilməsi,  həmçinin 
Məhkəmənin qəbul etdiyi qərarın icrası ilə bağlı problemlər diqqətdən yayına bilməz. 
Xüsusən  də,  ABŞ-ın  Nikaraqua  ilə  mübahisəsində  Məhkəmənin  yurisdiksiyası 
haqqında məsələ həll edilərkən müvafiq  məzmunda etiraz ABŞ tərəfindən edilmişdi. 
ABŞ  qeyd  edilən  arqumentlə  yanaşı,  həm  də  BMT  Beynəlxalq  Məhkəməsinin  (hələ 
1946-cı  ildə  qeyd-şərtlə  də  olsa  tanıdığı)  məcburi  yurisdiksiyasından  imtina  etdiyi 


bəyan  edir.  Lakin  Məhkəmə  bu  arqumentləri  rədd  edərək  göstərmişdir  ki,  güclə 
hədələmək  və  onun  tətbiqi  Beynəlxalq  Məhkəmənin  həll  edə  bildiyi  və  beynəlxalq 
hüquqla tənzimlənən hüquq məsələsidir.  
 
Başqa  sözlə,  bu  problem  ABŞ-ın  Məhkəmənin  yurisdiksiyasını  tanıyıb-
tanımamasından  asılı  olmayaraq  Beynəlxalq  Məhkəmə  tərəfindən  həll  edilməsi 
mümkün olan hüquq məsələsidir.  
 
 
6.6. Beynəlxalq arbitraj və məhkəmə proseduru  
 
 
Beynəlxalq  arbitraj  və  məhkəmə  proseduru  beynəlxalq  hüquqi  aktlarda 
beynəlxalq mübahisələrin son və həlledici vasitəsi kimi diqqəti cəlb edir.  
 
Beynəlxalq  arbitraj  beynəlxalq  mübahisənin  tərəfləri  arasında  qarşılıqlı  razılıq 
əsasında  təşkil  edilən,  mübahisəyə  bir  və  ya  bir  neçə  şəxs  tərəfindən  baxılan,  qərarı 
tərəflər üçün məcburi olan beynəlxalq məhkəmə prosedurudur.  
 
Arbitraj  termininin  latınca  tərcüməsi  tərəflər  üçün  şahidlik  edən  üçüncü  şəxs 
mənasını  ifadə  edir.  Bu  baxımdan  beynəlxalq  iqtisadi  mübahisələrin  həllində  digər 
ilkin  vasitələrdən  biri,  lakin  daha  təkmil  forma  kimi  çıxış  etməklə,  eyni  zamanda 
beynəlxlaq məhkəmə baxışının meydana gəlməsi üçün əsas olmuşdur. 
 
 Beynəlxalq  məhkəmə  isə  beynəlxalq  müqavilə  əsasında,  müəyyən  müddətdə 
seçilən şəxslərdən  ibarət olmaq  mübahisələrin  həlli  üzrə daimi orqandır.  Beynəlxalq 
məhkəmə də beynəlxalq arbitrajda olduğu kimi işə tərəflərin könüllü razılığı ilə baxır 
və qərarları tərəflər üçün məcburi hüquqi əhəmiyyət kəsb edir.  
 
Beynəlxalq  arbitraj  və  məhkəmə  təhqiqatının  beynəlxalq  iqtisadi  mübahisələrin 
dinc  həllinin  digər  beynəlxalq  hüquqi  vasitələrindən  əsas  fərqi  ondan  ibarətdir  ki, 
tərəflər 
yurisdiksiyanı 
seçdikdən 
sonrapraktik 
olaraq 
beynəlxalq 
iqtisadi 
mübahisələrin  araşdırılmasından  kənarda  qalır  və  beynəlxalq  iqtisadi  mübahisələrin 
tərəfləri  üçün  məcburi  əhəmiyyət  kəsb  edən  qərar  qəbul  edilir.  Beynəlxalq  iqtisadi 
mübahisələrin  dinc  yolla  tənzimlənməsinin  ilkin  beynəlxalq  hüquqi  vasitələrindən 
fərqli olaraq beynəlxalq arbitraj və məhkəmə prosedurlarının çərçivəsi öncədən daha 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə