Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

uyğunlaşdırmağı  nəzərdə  tuturdular.  Xüsusən  də,  əmtəələrin,  kapitalın,  işçi 
qüvvəsinin ümumi bazarının yaradılması prioritet məsələ kimi müəyyən edilirdi.  
 
Müəyyən  inkişaf  müddətinin  keçməsinə  baxmayaraq  üzvlər  arasında  müəyyən 
problemlər qalmaqdadır. Belə ki, Kanada öz inkişafı ilə ABŞ-a çatdığı halda Meksika 
xarici  borcları  ilə  inkişafda  olan  ölkələr  qrupuna  daxildir  və  əsas  iqtisadi  inkişaf 
məsələlərinə  görə  bu  iki  dövlətdən  geri  qalır.  NAFTA-nın  təsisi  beynəlxalq  iqtisadi 
inteqrasiya üçün yenilik sayılır. Belə ki, ilk dəfə olaraq inkişafda olan ölkələrdən biri 
iki  yüksək səviyyədə  inkişaf etmiş ölkə  ilə öz razılığı əsasında  iqtisadi  inteqrasiyanı 
qəbul  etmişdir.  Lakin  bəzi  mütəxəssislər  NAFTA-nın  Meksikaya  neqativ  təsiri 
olduğunu  qeyd  edirlər.  Hələ  ilk  vaxtlarda  ABŞ-da  iş  yerlərinin  çoxaldığı  halda 
Meksikada  işsizlik  problemi  genişlənmiş,  1995-ci  ildə  maliyyə  böhranı  isə  iqtisadi 
artımın  surətini  aşağı  salmışdı.  Lakin  regionun  tarixi  köklərinin  eyniliyi  dövlətlərin 
iqtisadi birliyi üçün əsas kimi çıxış etməkdədir.  
 
NAFTA-da  mərkəzi  institut  Azad  ticarət  haqqında  Komissiyadır.  Komissiyada 
üzv  dövlətlərin  ticarət  nazirləri  iştirak  edir.  Komissiya  bağlanmış  müqavilənin 
müddəalarına  riayət  edilməməsinə  və  onun  gələcək  inkişafına  nəzarət  edir, 
müqavilənin şərhi zamanı yaranan mübahisənin həll edilməsində iştirak edir.  
 
Mübahisələrin  həll  edilməsi  NAFTA-nın  inzibati  səlahiyyətli  Katiblik 
bölməsinin  üzərinə  qoyulub.  1996-cı  ildən  14  ekspertdən  ibarət  qrup  və  bir  arbitraj 
təsis edilmişdir. NAFTA özünün iqtisadi strategiyasında: 
 
 Təşkilat  çərçivəsində  xidmətlərlə  ticarətin  təkmilləşdirilməsi  əlverişli 
investisiya  qaydalarının  müəyyən  edilməsi,  əqli  mülkiyyət  hüququnun  qorunması, 
mübahisələrin  həlli  üzrə  mexanizminin  yaradılamsı  kimi  məsələlər  də  nəzərdə 
tutulur.  
 
NAFTA-da  bəzi  strateji  sahələr  üzrə  istisnalarda  nəzərdə  tutulmuşdur. 
Meksikanın neft sənayesində xaricilərin fəaliyyətinə məhdudiyyət qoyulması hüququ, 
Kanadanın bəzi sektorları xüsusən də, informasiya və bəzi mədəni sahələri mühafizə 
etməsi,  ABŞ-ın  daxili  qiymətlərinin,  həmçinin  kənd  təsərrüfatı  məhsullarının 
rəqabətdən kanar inkişaf sisteminin saxlanılması hüququ qeyd edilməlidir.   


 
Bu Təşkilatın ABŞ və Kanada arasında olan iqtisadi münasibətlərinə təsiri bir o 
qədər  də  böyük  deyil.  Belə  ki,  öncədən  də  bu  dövlətlər  arasında  ticarət 
məhdudiyyətləri  elə  də  fərqli  olmamışdır.  Lakin  bu  Təşkilat  Meksikada 
iqtisadiyyatının  inkişafına  öz  tövhəsini  göstərmişdir.  Müqavilənin  təyinatına  görə 
Meksikada  iqtisadi  islahatların  keçirilməsi,  ABŞ  və  Kanada  investisiya  sferasında 
stabil  şərtlərin  yaradılması  təmin  edilməli,  Meksikada  isə  kapitalın  idxalının, 
məşğulluğun artacağına ümid bəslənilir. Həmçinin ABŞ-ın proteksionizm siyasətinin 
zəifləməsi  nəzərdə tutulub.  
 
Kanada  üçün  NAFTA  ixracatın  sərbəst  formada  genişləndirilməsi,  ticarətin 
liberallaşdırılması və yeni investorların cəlb edilməsi deməkdir. NAFTA-nın regional 
inteqrasiya  prosesindəki  mövqeyi  digər  dövlətlərin,  o  cümlədən  Çilinin, 
MERKOSURölkələrinin ona artan diqqəti ilə müşayiət edilir.  
 
5.5. Cənub-şərqi Asiya Dövlətlərinin Assosiasiyası 
 
Müasir  dövrdə  surətlə  inkişaf  edən  regionallardan  biri  də  Asiya  Sakit  okean 
regionudur.  Bu  inkişaf  özünün  regional  və  subregional  təşkilatların  iqtisadi 
əməkdaşlığında  göstərir.  Burada  Ərəb  Dövlətləri  Liqası,  Asiya  Sakit  Okean  İqtisadi 
Əməkdaşlıq  Təşkilatı,  Cənubi  İqtisadi  Zona,  Hind-Çin  İqtisadi  Zonası,  Cənub  Sakt 
okean  Forumu,  Sakit  Okeanın  cənubi  hissəsi  Komissiyaları  kimi  təşkilalar  təsis 
edilmişdir.  Asiyanın şərq  hissəsində  və Sakit Okean  hissəsində  yaradılmış  və dünya 
iqtisadi sisteminin bərqərar etməli ən mühüm təşkilatlardan biri də Cənub-şərqi Asiya 
Dövlətlərinin Assosiasiyasıdır (Assosiation of South East Asian Nations – ASEAN).  
 
Gələcəkdə  bu  regional  dövlətləri  ASEAN  daxilində  azad  ticarət  zonası 
yaratmağı  nəzərdə  tuturlar.  Qeyd  etmək  lazımdır  ki,  ASEAN  daxilində  dövlətlər 
arasında  iqtisadi  və  ticarət  sahəsində  qarşılıqlı  olaraq  dövlətlərin  iştirak  həddi 
müəyyən edilir. Bu təşkilat 1967-ci il Bankok Bəyannaməsi əsasında yaradılıb.  
 
Indoneziya,  Maziya,  Tailand,  Filippin,  Bruney,  Vyetnam,  Laos,  Sinqapur  və 
Kamboca təşkilatın üzvləridir. 1992-ci il Sinqapur Bəyannaməsi ilə regionda iqtisadi 
və siyasi əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsi irəli sürülüb.  


 
ASEAN-nın fəaliyyətinin əsas istiqamətlərinə  
-  iqtisadi, elmi-texniki, sosial, mədəni sahələrdə əməkdaşlığa yardım etmək;  
-  azaz ticarət zonası yaratmaq; 
-  maliyyə, kənd təsərrüfatı, nəqliyyat, turizm, energetika, ətraf mühit, 
telekommunikasiya və s. sahələrdə əməkdaşlığı təmin etmək;  
-  beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq; 
-  Cənub Şərqi Asiya ölkələrində sülh və stabilliyin təmin edilməsi daxildir.  
Assosiasiyada  əməkdaşlıq  statusu  almış  ölkələrə  ABŞ,  Yaponiya,  Avstraliya, 
Yeni 
Zellandiya,  Kanada,  Cənubi  Korea,  Hindistan,  Çin,  Rusiya,  həmçinin  Avropa 
İttifaqının üzv-dövlətləri daxildir. Frmal olaraq ASEAN onun məqsəd və prinsiplərini 
dəstəkləyən  bütün  cənub-şərqi  Asiya  ölkələri  üçün  açıqdır.  ASEAN  ölkələri  kapital 
sahiblərini  cəlb  etmək  üçün  ASEAN  İnvestisiya  Zonası  (ASEAN  İnvestment  Area) 
yaratmaq  qərarına  gəliblər.  Bu  plan  2010-cu  ilə  qədər  üzv-dövlətlər  arasında  bütün 
maneələrin aradan qaldırılmasını nəzərdə tutur.  
 
5.6. İqtisadi Əməkdaşlıq Təşkilatı  
 
İqtisadi  Əməkdaşlıq  Təşkilatı  (Ekonomic  Cooperati-on  Orqanisation-ECO) 
İnkişaf üzrə regional əməkdaşlıq Təşkilatin varisi kimi 1985-ci ildə təsis edilib. SSRİ 
dağıldıqdan sonra postsovet dövlətlərinin üzvlüyü ilə (1992) yenidən təşkilatlanmaya 
məruz  qalmışdır.  Üzvlərdən  AR,  Əfqanıstan,  Iran,  Qazaxstan,  Qırğızıstan,  Pakistan, 
Tacikstan,  Türkmənistan,  Türkiyə,  Özbəkistan  arasında  energetika,  sənaye,  kənd 
təsərrüfatı,  nəqliyyat  və  komunikasiya,  ətraf  mühitin  mühafizəsi,  mədəniyyət  və 
qeyri-qanuni narkotik dövriyyəyə qarşı mübarizə üzrə əməkdaşlıq genişlənməkdədir. 
Xüsusən  də,  İraq  müharibəsindən  sonra  Təşkilatın  iki  iqtisadi  siyasi  patensiallı 
dövlətləri olan Türkiyə və İran arasında əməkdaşlıq daha da genişlənməkdədir. Qeyd 
edilən  qurum  çərçivəsində  AR  əsasən  Türkiyə,  Qazaxstan  ilə  beynəlxalq  enerji 
nəqliyyat dəhlizlərinin formalaşmasında fəal əməkdaşlıq edir.  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə