Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   32   33   34   35   36   37   38   39   40

83 

 



 

yerüstü sular bölməsi

 

yeraltı sular bölməsi;     



 

sulardan istifadə bölməsi; 



 

Sadalanan üç bölmədən hər biri üç seriyadan ibarət olur: 

       



 



kataloq məlumatları - birdəfəlik nəşr; 

 



illik məlumatlar – illik nəşr; 

 



çoxillik məlumatlar - 5 ildə bir dəfə nəşr edilir. 

          



 

4.1

 

Yerüstü suların keyfiyyətinin  monitorinqi 

   

    


Əsasnamədə göstərilir ki, yerüstü su obyektlərinin fon tərkibi və çirklənməsinin monitorinqi  

təbii proseslərin fonunda antropogen təsirləri müəyyən etmək üçün su ehtiyyatlarının hidroloji, 

hidrokimyəvi, və hidrobioloji göstəricilərində olan dəyişikliklərin təhlili qiymıtləndirilməsi və 

proqnozlaşdırılmasından ibarətdir. 

          

    


Yerüstü su obyektlərinin (su axınları və sututarlar) fon tərkibi və çirklənməsinin 

monitorinqinin əsas məqsədi su ehtiyyatlarının mühafizəsi, onlardan səmərəli istifadə olunması 

və yerüstü su obyektlərinin optimal idarə edilməsi üçün suyun keyfiyyət göstəricilərinə nəzarətin 

elmi əsaslarla həyata keçirilməsidir.   

          

    


Əsasnaməyə əsasən  yerüstü su obyektlərinin çirklənməsinin vəziyyəti haqqında lazımi və real 

informasiyanın toplanması ilə bağlı monitorinq məntəqələri dörd kateqoriyaya bölünür və 

aşağıdakı  qaydada təşkil olunur: 

         

    

I kateqoriyalı məntəqələr: orta və iri su obyektlərinin (sututar və su axınlarının ) iqtisadiyyat 



üçün böyük əhəmiyyətli hissələrində; 1 mln-dan çox əhalisi olan iri sənaye şəhərlərinin 

yaxınlığında; xüsusi qiymətli su orqanizmlərinin kürüləmə və qışlama yerlərində; fövqəladə 

çirklənmə hallarının təkrar olunduğu hissələrdə; tullantı sularının həddən çox axıdılması 

nəticəsində yüksək çirklənmə vəziyyəti olan yerlərdə təşkil olunur. Xüsusi hallarda  kiçik 

sututarı  və su axınlarında I kateqoriyalı  məntəqələr təşkil edilə bilər. Bu kateqoriyalı 

məntəqələrdə: su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr hər gün; 2-3 

xara

kterik çirkləndiricilər üzrə müşahidələr ayın hər dekadasında; bütün mümkün çirkləndiricilər 



üzrə müşahidələr ayda bir dəfə; suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr 

hidroloji rejimin bütün fazalarında (adətən ildə 7 dəfə) aparılr. Hidrobioloji göstəricilər – 

fitoplankton , zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu 

göstəricilərlə yanaşı, makrofitlər , fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər 

üzrə hər rübdə bir dəfə müşahidələr aparılır. 

          




84 

 

      



II kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5-1,0 mln. olan  şəhərlər 

yerləşən hissələrində; çayların Azərbaycan Respublikasının  dövlət sərhədi ilə kəsişdiyi 

yerlərində; su canlılarının kürüləmə və qışlama yerlərində; çayların balıq təsərrüfatı üçün 

əhəmiyyətli olan su bəndlərinin yaxinlığında; kollektor - drenaj və sənaye tullantı sularının 

mütəşəkkil axıdıldığı/atıldığı yerlərdə, suyun orta çirklənmə səviyyəsinin olduğu rayonlarda və 

çayların mənsəblərində təşkil olunurlar. Məntəqələrdə: vizual müşahidələr - hər gün, su 

mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr -  ayın hər dekadkasında, 

bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə, suyun fon tərkibi və 

çirkləndiricilər üzrə  tam  həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında ( adətən ildə 7 

dəfə ) aparılır. Hidrobioloji göstəricilər – fitoplankton, zooplankton, zoobentos və perifitonun 

göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez 

intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.          

     

III kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5 mln-dan az olan orta və kiçik 



yaşayış məntəqələrinin  yerləşdiyi  və əhalinin kütləvi istirahət etdiyi zonalarda, su obyektlərinə 

müxtəlif tullantı sularının mütəşəkkil axıdılması/atılması nəticəsində zəif çirklənmə səviyyəsi 

müşahidə edilən zonalarda, böyük və orta çayların suqovuşanlarında, böyük çayların və 

sututarların çirklənmiş qollarının mənsəblərində təşkil olunur. Bu məntəqələrdə suyun hidroloji 

və hidrokomyəvi göstəriciləri və bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə, 

suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr isə hidroloji rejimin bütün 

fazalarında (adətən idə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər fitoplankton, zooplankton, 

zoobentos və perifitonun göstəiciləri  üzrə vegetasiya dövründə ayda bir dəfə, bu göstəricilərlə 

yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi  və mikrobioloji göstəricilər üzrə hər 

rübdə bir dəfə müşahidələr aparılır. 

         

    


IV kateqoriyalı məntəqələr stasionar hidroloji şəbəkədə su obyektlərinin təbii fon  tərkibinin 

öyrənilməsi məqsdi ilə sututar  və su axınlarının çirklənməyə məruz qalmayan hissələrində

həmçinin təbii milli parkların və qoruqların ərazilərindəki su obyektlərində təşkil olunur. Bu 

məntəqələrdə müşahidələr çayların (göllərin) hidroloji rejiminin əsas fazalarında (adətən il 

ərzində 7 dəfə) kimyəvi tərkibi üzrə tam həcmdə aparılır. 

    


Kateqoryalardan asılı olmayaraq müşahidə məntəqələrinin hamısında hər gün su obyektinin 

ümumi vəziyyəti üzrə kimyəvi analiz su nümunələri  götürülən zaman suyun sərfi (səviyyəsi), 

temperaturu və su axınının surəti üzrə müşahidələr aparılır.                

    


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi su ehtiyatlarının 

monitorinqi proqramları üzrə səlahiyyətlidir, hansılar ki su keyfiyyəti üçün Milli Ətraf Mühitin 

Monitorinqi Departamenti (MƏMMD), su kəmiyyəti üçün Milli Hidrometereologiya 

Departamenti (MHD), sahil suları üçün Xəzər Kompleks Monitorinq Administrasiyası və yeraltı 

sular üçün Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən həyata keçirilir. 

Səth su keyfiyyətinin 

monitorinqi üçün nümunələr su hövzələrindən götürülür və daha sonra 

Milli Ətraf Mühitin 

Monitorinqi Departamentinin laboratoriyasında təhlil edilir. 2005-ci ildən bəri transsərhəd 

çayların su keyfiyyətinin monitorinqini aparmaq üçün Qazax və Beyləqanda iki analitik 

laboratoriya nümunə götürmək və fiziki-kimyəvi analiz üçün müasir laboratoriya avadanlığı ilə 

təchiz edilmişdir..  

    

Səth sularının çirklənməsinin monitorinqi şəbəkəsi 43 əsas su obyektinə - 27 çay , 4 su anbarı, 



11 göl və bir liman olmaqla  72 müşahidə məntəqəsinə, 65 şaquliyə və 66 üfüqiyə (nümunə 

götürülmə nöqtəsinə) malikdir. Bu məntəqələrdə tam və ixtisara salınmış proqramlar üzrə  su 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə