BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə22/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   18   19   20   21   22   23   24   25   ...   155

 

79

 

BƏRDƏ  PULLARI 



 

Pul – dövlətçiliyin ilkin şərtidir. 

VIII-IX və X əsrlərdə Bərdə şəhəri Azərbaycanın paytaxtı olmaqla 

bərabər, dünyanın ən böyük şəhərlərindən biri idi. Şəhərdəki sikkəxanada 

qızıl, gümüş və mis pul kəsilirdi. Mənbələr 767-ci ildə Xəlifə əl-Mənsurun 

dövründə Bərdədə qızıl, gümüş pul sikkələri kəsildiyindən xəbər verir.  

Professor E.A.Paxomov yazır: Azərbaycan və Arran sikkəxanala-

rında kəsilən sikkə uzaqlara, Şimalda – Rusiya, Almaniya, İsveç, Norveç, 

Baltik sahillərinə, həmçinin  Şərq ölkələrinə gedir, əvəzində  həmin ölkə-

lərdən xammal gətirilirdi. Arran ərazisində Abbasilərin ilk sikkələri hicri 

140-cı ildə Yəzdiyyədə və hicri 142-ci ildə (759/60-cı ildə) Bərdədə kə-

silmiş fels adlı sikkə idi. 

889-929-cu illərdə Saci sülaləsi Azərbaycanda hakim idi. Bu sülalə-

dən hakim olan Məhəmmədin, Yusifin və Fəhdin adına Bərdə şəhərində 

qızıl və gümüş (dinar və dirhəm) pul sikkələri kəsilmişdir.  

Saci sülaləsindən hakim olan Məhəmməd Afşinin (889-900) adına 

889-cu ildə Bərdə şəhərində kəsilmiş gümüş pul 1913-cü ildə Kiyev şə-

hərindəki dəfinədən tapılmışdır. Həmin ildə  Məhəmməd Afşinin adına 

Bərdə şəhərində kəsilmiş digər gümüş pul sikkəsi hazırda Azərbaycan Ta-

rixi muzeyində numizmatika fondunda saxlanılır. R.R.Fasmerin təsvirinə 

görə bu pul 1913-cü ildə Kiyevdə tapılmış pulun eynidir.  

901-ci ildə Bərdə şəhərində kəsilmiş gümüş pul 1913-cü ildə Esto-

niyanın Fridrixsqor dəfinəsindən tapılmışdır.  Əhməd Kəsrəvinin məlu-

matına görə Yusif İbn Abu Sacinin adına daha çox qızıl və gümüş pul kə-

silmişdir ki, R.R.Fasmer bu pulları 7 tipə ayırmışdır. Yusif Azərbaycanın 

ən güclü dövlət xadimlərindən olmuşdur.  

904-cü ildə Yusifin adına Bərdə şəhərində kəsilmiş qızıl pul Mosk-

va şəhərindəki Tarix muzeyində P.V.Zubovun kolleksiyasında saxlanılır.  

1835-ci ildə İsveçin Medel Pad əyalətindən tapılmış pul da 904-cü 

ildə Bərdə şəhərində kəsilmişdir.  

1886-cı ildə Pomarinidəki pul dəfinəsindən tapılmış gümüş pul da 

905-ci ildə Bərdədə kəsilmişdir.  

907 və 916-cı illərdə  Bərdə  şəhərində  kəsilmiş pullar 1868-ci ildə 

Vladimir quberniyasının Murova şəhərindəki dəfinədən tapılmışdır.  

Yusifin adına 902-ci ildə Bərdə şəhərində kəsilmiş pul 1840-cı ildə 

İsveçə məxsus Hotland adasının Botels burnunda tapılmışdır.  

910-cu ildə Bərdə şəhərində kəsilmiş 4,29 qram ağırlığında qızıl pul 

A. Markovun məlumatına görə imperator Ermitajının (hazırda Sankt-Pe-

terburq Dövlət Ermitajı) müsəlman pulları kataloqunda saxlanılır.  



 

80

Rusiya, İsveç, Pribaltika, Almaniya, Orta Asiya və bir çox ölkələr-

dən tapılmış sacilərin qızıl və gümüş pul sikkələri Azərbaycanın xarici öl-

kələrlə ticarət  əlaqələrində böyük rol oynamışdır. O vaxtlar Azərbaycan 

daxilində kiçik alver mis pullarla aparılırdı. Tarixi məlumatlardan aydın 

olur ki, Bərdənin dünyanın bir çox ölkələri ilə qarşılıqlı ticarət əlaqələri-

nin nəticəsidir ki, Bərdədə  kəsilmiş pullar dünyanın bir çox ölkələrində 

tapılır və həmin ölkələrin tarix muzeylərində nümayiş etdirilir.  

Həmin vaxtlar qədim Bərdə  şəhəri dünyanın  ən böyük, çiçəklənən 

şəhərlərindən biri olmaqla yanaşı, odlar diyarı Azərbaycanın elm və mə-

dəniyyət mərkəzi idi. Şəhərdə əhalinin sayı yüz min nəfərə çatırdı.  

XIII  əsrin  ərəb tarixçisi İbn  əl-Əsirin (1160-1234) “Əl-Kamil-Fit-

Tarix” kitabında da Bərdə şəhərinin tarixi keçmişi haqqında bir çox ma-

raqlı məlumatlara rast gəlmək olur. Həmin kitabda göstərilir ki, VII əsrdə 

ərəb sərkərdəsi Səlman  İbn-Rəbiyə  əl-Bahili Bərdə  şəhərinə  gəldi və 

şəhərin bir fərsəngliyində (6 kilometrliyində) olan Sərsur (Tərtər red.) ça-

yı üzərində əsgəri qərargah qurdu. Yerli əhali onunla bir neçə gün vuruş-

du. Nəhayət, şəhər əhalisi onunla Beyləgan sülhü bağladı. O, şəhərə girdi. 

   Həmin kitabda daha sonra göstərilir ki, VII əsrdə  Səid  əl-Hərəşi 

Xilatdan çıxıb yoluna davam etdi. Yol üstündəki hasarları və qalaları bir-

birinin ardınca fəth edərək Bərdəyə çatdı.  

Bəcirəvanda Səidin yanına bir nəfər ağ atlı  gəlib salam verdikdən 

sonra ondan soruşdu: “Ey əmir, sən cahad və qənimət istəmirsən?”  

Səid dedi: “Mən bunları haradan tapa bilərəm.” 

Atlı dedi: “Budur, burada xəzərlilərin 10 min əsgəri var. Yanlarında 

da müsəlmanlardan 5 min nəfər kişi, arvad və uşaq əsirdir. Özləri də siz-

dən 4 fərsəng məsafədə düşmüşlər.” 

Sonra kitabda göstərilir ki, Səid xəzərlilərə hücum etdi. Xəzərlilər 

tərəfindən əsir olunmuş müsəlmanları azad edərək özü ilə bərabər Bəcirə-

vana gətirdi. 

Kitabda hadisələrlə əlaqədar olaraq daha bir neçə yerdə Bəcirəvanın 

adı çəkilir. Bizcə, həmin Bəcirəvan hazırda rayonumuzun ərazisində yer-

ləşən Bəcirəvan kəndidir. Bu da bizə məlumdur ki, qonşu rayonların heç 

birisində Bəcirəvan adlı kənd yoxdur.  

Beləliklə, demək istəyirik ki, Azərbaycan dövlətçiliyi tarixində Bər-

dənin xüsusi rolu olmuşdur. Arranın, Albaniyanın nəinki sikkə siyasəti, 

ümumdövlət qurumu əsaslı öyrənilməlidir. 



 

81

 

BƏRDƏ  XALÇALARI 



 

Qarabağda xalq sənətkarlığı onun gözəl təbiəti kimi təkrarolunmaz 

dərəcədə zəngindir. Əlverişli iqlimin və xammal bazasının genişliyi xalq 

sənətkarlığının daha geniş inkişaf etməsinə şərait yaratmışdır.  

X  əsrin sonunda yaşamış  Əl-Müqəddəsi göstərirdi ki, Bərdədə is-

tehsal olunan xalçaların, kəlağayıların və baş örtüklərinin tayı-bərabəri 

yoxdur. X əsr ərəb alimi və səyyahı İbn Hövqəl də yazır ki, Bərdədən xa-

ricə, Xəzər dənizi vasitəsilə Curcana və oradan quru yolu ilə Hindistana 

boyaq kökü ixrac edilirdi və  Qərbi Avropa tacirləri Azərbaycanda pudu 

15-16 manata aldıqları ipək parçaları öz ölkələrində çox baha qiymətə 

sataraq, çoxlu gəlir əldə edirdilər. Məsələn, Azərbaycan ipəyinin bir pudu 

Rusiyanın Yaroslavl şəhərində 50-60 manata, Arxangelskdə isə 70 mana-

ta satılırdı.  

Azərbaycanda, o cümlədən, Qarabağda xalçaçılığın tarixi çox qə-

dimlərə aiddir. XV əsrdə ümumdünya bazarlarında qədim diyarın bu gö-

zəl sənətkarlıq malları geniş  şöhrət tapmışdı. Tədqiqatlar göstərir ki, bu 

xalçalar Qarabağda, xüsusilə, Şuşa, Ağdam, Bərdə, Tərtər, Cəbrayıl, Qu-

badlı, Lənbəran, Malıbəyli, Horadiz və s. yerlərin bədii  ənənəsindən və 

xammalından asılı olaraq, müxtəlif kompozisiyalara, bəzəklərə malik ol-

muş, müxtəlif üsullarla toxunmuşdur.  

Tarixdən məlumdur ki, Qarabağda ipəkçiliyin ən çox inkişaf etdiyi 

Bərdə rayonunun Lənbəran kəndində XVIII əsrdə toxunmuş  “Şəddə”nin 

bəzəkləri xoş təsir buraxır. Xalçanın eninə üfüqi şəkildə ardıcıl düzülmüş 

bir neçə qızıl quşla ova çıxan atlı və bir neçə dəvə fiquru rəsmlərindən iba-

rətdir. Sənətşünaslıq doktoru, Azərbaycan EA-nın müxbir üzvü R.Əfən-

diyevin təsvirinə görə bu xalçadakı rəsmlər nisbətən statistik bir səpkidə 

verilsə  də, xalq sənətinə xas olan rəngarəngliyi və  şərti dekorativliyi ilə 

diqqəti cəlb edəndir. Qarabağın Lənbəran kəndində XIII əsrdə toxunmuş 

“Şəddə” xalçası hazırda Kiyev şəhərində Qərb və Şərq İncəsənəti Muze-

yində saxlanılır. 

Qarabağın sənətkarlıq nümunələri xalqımızın zaman-zaman məşğu-

liyyətini, ölkəmizin gözəlliyini əks etdirir. Hazırda rayonumuzun ərazisin-

dəki qəbirüstü abidələrdə həkk olunmuş qoyun və digər heyvanların təs-

viri burada heyvandarlığın, sənətkarlığın geniş inkişafına dəlalət edir. 

Mənbələrdə göstərilir ki, XIX əsr və XX əsrin əvvəllərində Qarabağ 

xalçalarının ilk alıcıları erməni tacirləri olmuşdur. Xalça ustalarının toxu-

duqları məhsulları erməni tacirləri çox ucuz qiymətə alır, bəzən də onların 

toxunulduğu yerin adını dəyişərək Avropa bazarlarında çox baha qiymətə 

satırdılar. Qarabağ xalça və  gəbələri Avropa, Asiya və Amerika ölkələ-

rində bir çox dövlət xadimlərinin, fermer və digər varidatlı adamların ev-

lərinin bəzəyidir. 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə