31
başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılmışdır.
Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-
quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının
inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun
yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu
23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə
qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur
qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə –
Həzrə–Mucuq, Həzrə–Sudur, Həzrə–Zeyxur istiqamətlərində da-
vam edir. Samur–Həzrə yolunun yenidənqurmadan əvvəl tam
dağılmaq üzrə olan 600 metrlik hissəsi 30 metr sola çəkilməklə
yenidən салынмыш, yol yatağı 12 metrə qədər genişləndirilmişdir.
Yol boyunca bir sıra ərazilərdə istinad divarları tikilmiş, suötürücü
borular qoyulmuş, yolun yatağı qaldırılmış və digər işlər
görülmüşdür. Yolda 1000-dən çox siqnal dirəyi və 100 ədəd nişan
qoyulmuşdur.
Əsaslı şəkildə yenidən qurulan Samur–Həzrə yolu ilə yaxın-
dan tanış olan prezident İlham Əliyev ölkənin yol infrastruk-
turunun müasirləşdirilməsinə dair növbəti tapşırıqlarını verdi.
32
QUSAR RAYON İCTİMAİYYƏTİNİN
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
12 avqust 2010-cu il
Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də
Samur–Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşmüşdür.
Dövlət başçısı mərasim iştirakçılarını salamladı.
İ l h a m Ə l i y e v: Mən sizi ürəkdən təbrik edirəm. Mən
bir il əvvəl bu yolun çəkilişi ilə bağlı müvafiq sərəncam
imzalamışdım. Prezidentin ehtiyat fondundan vəsait ayrıl-
mışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin çoxsaylı müra-
ciətlərini nəzərə alaraq, bütün bu işləri gördük və artıq
yüksək keyfiyyətə malik olan yol istismara verilir.
İndi verilən məlumata görə, yol 16 min əhaliyə xidmət
göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşir.
Yəni bu, insanlara rahatlıq verəcəkdir. Şəkillərdə göstərilir
ki, əvvəlki yol hansı vəziyyətdə idi, insanlar əziyyət çəkir-
dilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində in-
sanlara xidmət едəcəkdir.
Hesab edirəm ki, bu çox mühüm hadisədir. Bu onu gös-
tərir ki, bizim yol-tikinti işlərimiz nəinki magistral yolları,
eyni zamanda, kənd yollarını da əhatə edir. Kənd yollarının
tikintisi gələcək illərdə daha geniş sürətlə aparılacaqdır.
Magistral yollara gəldikdə, demək olar ki, əsas magistralların
tikintisi uğurla davam edir. Bu gün Bakı–Quba yolunun bir
hissəsi istismara verilibdir. Yüksək keyfiyyətə malik yoldur.
Başqa istiqamətlərdə – Bakı–Rusiya, Bakı–Gürcüstan, Bakı–
İran sərhədi yollarının tikintisi bu il və gələn il ərzində başa
çatmalıdır. O ki qaldı kənd yollarına, onların da tikintisinə
böyük ehtiyac vardır. Ən ucqar kəndlərdə də yol tikintisi
33
davam edəcəkdir. Azərbaycanın bütün bölgələrində insanlar
yaxşı yoldan istifadə etməlidirlər.
Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da
olacaqdır. Qusar rayonunun və qonşu rayonların böyük tu-
rizm potensialı vardır. Yol olan yerdə biz bu imkanlardan
daha da səmərəli şəkildə istifadə edəcəyik. Qusarda son
illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane
edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradıl-
ması – bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6
ildə 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük
xəstəxana tikilməkdədir.
Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri
tutan Qusar–Şahdağ qış-yay turizm kompleksi tikilmək-
dədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış
olacağam. O kompleksin istismara verilməsi nəticəsində
minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük
investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun
uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir.
Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin
iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviy-
yəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, щям sosial
proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin,
turizm mərkəzlərinin tikintisi – bütün bunların bir məqsədi
var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar,
dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda
istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtə-
rəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz
inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır – inkişaf
budur!
Prezident kimi, Qusara beşinci dəfədir ki, səfər edirəm.
Hər dəfə gələndə burada gördüyüm yeniliklər, inkişaf məni
sevindirir. Əldə edilmiş bütün nailiyyətlərlə bağlı sizi
ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, yolun tikintisi
Гусар Rayon Иcra Hakimiyyətinə tapşırılmışdır və mən
görürəm ki, bu iş böyük keyfiyyətlə və zövqlə görülübdür.
34
Növbəti illərdə, əlbəttə ki, digər kənd yollarının tikintisi
üçün əlavə vəsait ayrılacaqdır. Azərbaycan dövləti güclü
dövlətdir. Bizim güclü iqtisadiyyatımız, güclü maliyyə im-
kanlarımız vardır. Bu imkanlar xalqımızın, bölgələrimizin
inkişafına yönəldilib. Bir daha bu gözəl hadisə münasibətilə
sizi təbrik edirəm.
Mənə yolun tikintisi ilə bağlı müraciətlər səslənəndə söz
vermişdim ki, biz yolun tikintisinə nail olacağıq və yolun
açılışında mən şəxsən iştirak edəcəyəm. Bu gün mən sizinlə
bərabərəm. Təbrik edirəm.
M ə s u d Q ə d i m o v ( Həzrə kənd orta məktəbinin
müəllimi): Möhtərəm cənab Prezident!
Bu gün Qusar rayonunун həyatında əlamətdar bir
gündür. Biz bu günü səbirsizliklə gözləyirdik. Sizin Qusara
hər gəlişiniz elimizin bayramına çevrilir, hər gəlişinizdən
sonra bir neçə yeniliyin şahidi oluruq. Sizi bütün qusarlılar
adından salamlayır və «Xoş gəlmisiniz!» – deyirik.
Möhtərəm Prezident! Sizin titanik əməklə respublikamı-
zın inkişafını təmin etməyiniz, bölgələrdə yüksək inkişaf
tempinin saxlanılması çox böyük işdir. Hazırda bütün böl-
gələr inkişaf edir, o cümlədən bizim rayonumuz da. Qusar
rayonu, Sizin dediyiniz kimi, çox gözəlləşibdir. Biz fəxr
edirik ki, Qusar rayonu respublikamızın ən gözəl guşələri ilə
müqayisədə doğrуdan da çox gözəl bir mənzərəyə malikdir.
Bütün bunlar üçün Sizə minnətdarıq. Sizin köməyiniz ol-
masaydı biz belə gözəl şəraitə, inkişafa, rifaha malik ola bil-
məzdik. Rayonumuzda son illərdə tikilib istifadəyə verilmiş
ən mühüm obyektlər, infrastruktur layihələri bilavasitə Sizin
diqqət və qayğınız sayəsində ərsəyə gəlmişdir. Azərbaycan
xalqının nə problemi var, hamısı həll ediləcəkdir.
Bu yolun tikintisinin doğrуdan da belə sürətlə başa
çatması bizi heyrətə gətirdi. Çünki bizim prezidentimizin sözü
ilə işi vəhdət təşkil edir, verdiyi söz mütləq yerinə yetirilir.
Özü də ən yüksək səviyyədə və ən qısa müddətdə.
Dostları ilə paylaş: |